Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   11   12   13   14   15   16   17   18   ...   164

 
32 
üsyanları  yatırmağa  müvəffəq  olmuşdusa  da  (30,24),  sonralar  Nadir  şah 
hökumətinə qarşı olan üsyanları yatırmaq çox da asan olmamışdı.  
1746-1747-ci 
illərdə  Azərbaycanın  müxtəlif  bölgələrində  Əfşarlar 
dövlətinə qarşı üsyanlar daha da gücləndi. Hətta sadə xalqdan əlavə, nüfuzlu 
şəxslər  də  bu  üsyanlarda  fəal  iştirak  edirdi.  Həmin  dövrdə  Azərbaycanda 
olmuş Rusiyanın İrandakı səfiri M.M.Qolitsın yazırdı: «…hazırda İranın bir 
çox 
vilayətlərində və yerlərdə təhlükəli vəziyyət yaranmış, böyük çaxnaşma 
başlanmışdı.  Artıq  Gəncə, İrəvan,  Naxçıvan,  və Tiflisdə  çoxlu  vergilər  və 
cərimələr üzündən demək olar ki, kiçikdən böyüyə kimi bütün əhali, hətta 
həmin şəhərlərin vəzifəli şəxsləri üsyan edib öz var-dövlətləri, mal-qaraları 
ilə  dağlara  çəkiliblər» (30,25). Azərbaycan  əyalətləri  nəzarətdən  çıxmışdı, 
əhali karvanları soyur və qarətlə məşğul olurdu. Rusiyanın Rəşt şəhərindəki 
konsulu 
Kopıtovski  1747-ci  il  24  may  tarixli  M.M.Qlitsına  ünvanladığı  
məlumatında  bildirirdi: «İrəvan,  Gəncə,  Tiflis,  Şamaxı  şəhərləri  üsyan 
qaldırıb,  əvvəlcə  Tiflis,  Gəncə,  Şamaxı,  sonra  isə  İrəvan  şahdan  ayrılıb. 
Şamaxılılar  dağıstanlılarla,  tiflislilər  Gəncə  əhalisi  ilə  birlikdə  karvanları 
soyur 
və qarətlə məşğul olurlar. İrəvanlılar isə qalanı möhkəmləndirməklə 
məşğuldurlar» (8,45-46).  
Nadir 
şah bu üsyanların qarşısını almaq üçün əmisi oğlu Əmiraslan 
xanı 20 minlik qoşunla Azərbaycanın şimalına göndərdi. Bərdə yaxınlığında 
gəncəlilərlə baş verən döyüşdə şah qoşunu məğlub edilir. Araz çayına doğru 
çəkilən  Əmiraslan  xan  Təbrizə  məktub  yazaraq  əlavə  kömək  istəyir. 
Təbrizdən 21 top, 24 zəmburəngə malik qoşun alan Əmiraslan xan növbəti 
dəfə  İrəvana  döğru  hərəkət  edir.  Lakin  irəvanlılar  onun  qoşununu 
məğlubiyyətə uğradır. Uğursuzluğa düçar olmuş Əmiraslan xan İrəvanın 10 
verstliyində düşərigə salaraq, vəziyyətlə əlaqədar şaha məlumat göndərərək 
onun 
əmrini gözləyir (8,46).      
Nadir 
şahın  1747-ci  ilin  iyulunda  sui-qəsd  nəticəsində  öldürülməsi 
(190,312-313; 72,254) 
ölkəni bürümüş üsyanların yatırılmasına mane oldu. 
Şahın öldürülməsilə ölkədə qarışıqlıq yaranır, hər tərəfdə taxt-taca iddialar 
irəli  sürülməyə  başladı.  Bu  mübarizədə  müvvəqqəti  olaraq  Nadir  şahın 
qardaşı  oğlu  Əliqulu  xan  Adil  şah  adı  ilə  hakimiyyətə  gətirilir  (41,33; 
37,114; 76,152; 190,315-316; 65,218; 24,20). Lakin  yeni 
şah  müstəqil 
xanlıqların  yaranmasının  qarşısını  ala  bilmədi.  Müstəqil  olmağa  çalışan 
Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı mübarizə şəraitində öz kiçik 
feodal 
dövlətlərini yaradırdılar. 
Tax-taca iddia 
edilənlərdən biri də yalançı şahzadə Sam Mirzə idi. O, 
hələ  Nadir  şahın  ölümündən  bir  qədər  əvvəl  Ərdəbildə  özünü  şah  elan 
etmişdi.  Şahın  ölümündən  sonra  Astaraya  gedərək  oranın  hakimini  və 


 
33 
qardaşını Səfəvi sülaləsindən olduğuna inandıraraq onlarla ittifaq bağlamış 
və hakimi özünə vəzir təyin etmişdi. Astara hakimini öz tərəfinə çəkə bilən 
yalançı  şahzadə  Təbrizə  gəlmiş  və  yerli  əhalini  özünün  şah  olduğunu 
inandırmağa  çalışmışdı.  Bakı  hakimi  də  onun  tərəfinə  keçir.  Sam  Mirzə 
özünə  tərafdarlar  toplamaqla  hakimiyyətini  genişləndirməyə  çalışırdı. 
Beləliklə, o, 12-15 minlik qoşun toplamağa nail olur (188,101; 65,218).  
Sam 
Mirzənin ilk hücumuna Rəşt şəhəri məruz qalır. Lakin Sam Mir-
zə  burada  möhkəmlənə  bilməmişdi.  O,  Adil  şahın  göndərdiyi  cəza 
dəstəsinin  yaxınlaşdığını  eşidərək  əvvəlcə  Ərdəbilə,  sonra  isə  Təbrizə 
çəkilir  (188,101-102).  Təbrizə  gələn  Sam  Mirzə  Nadir  şahın  təyin  etdiyi 
nümay
əndələrini  qətlə  yetirərək  burada  möhkəmlənir.  O,  Azərbaycanın 
ayrı-ayrı  bölgələrinə  müraciətlər  göndərərək  hakimiyyətinin  tanınmasına 
çağırırdı. Azərbaycan xanları onun müraciətlərinə biganə qalsa da, sadə xalq 
onun 
çağırışlarını müsbət qarşılayırdı. Hətta İrəvan, Gəncə, Şamaxı, Tiflis, 
Muğan,  Astara  və  Ərdəbil  əhalisi  40  minə  qədər  qoşun  toplamış  və  onun 
adına pul da kəsilməyə başlamışdı (9,46-47; 65,219).  
Digər  tərəfdən  yalançı  şahın  Əfşar  hakimiyyətinə  qarşı  baş  vermiş 
üsyanlara 
kömək göstərmək qərarı əhali arasında onun nüfuzunun artmasına 
şərait yaratmışdı. Belə ki, həmin dövrdə İrəvanda Pir Mahmud xana və Na-
dir 
şahın  əmisi  oğlu  Əmiraslan  xana  qarşı  yerli  əhalinin  üsyanı  davam 
edirdi.  Sam 
Mirzə  İrəvan  üsyançılarına  kömək  etmək  məqsədi  ilə  İrəvan 
şəhərinə  doğru  hərəkət  edir.  Lakin  İrəvan  yaxınlığında  düşərgə  salmış 
Əmiraslan  xan  üsyanı  yatırmaqla  yanaşı  Sam  Mirzəni  də  məğlubiyyətə 
u
ğrada bilir (65,219). Məğlub olunmuş yalançı şah yenidən Təbrizə qayıdır. 
Əmiraslan  xan  Sam  Mirzəyə  məktub  yazaraq  onun  hakimiyyətinin 
tan
ımadığını  bildirir  və  Təbrizə  doğru  hərəkət  edir.  Mərənd  şəhəri 
yaxınlığında tərəflər arasında baş verən döyüşdə Əmiraslan xan Sam Mir-
zənin  qoşununu  darmadağın  edir.  Tezliklə,  Sam  Mirzə  ələ  keçirilərək 
Təbrizdə edam edilir (188,103). 
Sam  Mir
zəyə  qalib  gələn  Əmiraslan  xan  Təbrizdə  möhkəmlərək 
müstəqil Azərbaycan dövləti yaratmaq niyyətində idi  (65,221). Tezliklə o, 
Azərbaycan xanlarını özünə tabe etmək üçün fəaliyyətə başlayır. Əmiraslan 
xan 
Ərdəbil  və  Qaradağ  xanlıqlarını  özünə  tabe  etsə  də,  Şəki  xanı  Hacı 
Çələbi  ilə  döyüşdə  məğlubiyyətə  uğrayır.  Dövrün  güclü  Azərbaycan  xan-
larından biri olan Şəki xanı ilə döyüşdə məğlub olan Əmiraslan xan İrəvana 
çəkilir.  Bu  dövrdə  İrəvan  əhalisi  şah  nümayəndəsinə  qarşı  yenidən  üsyan 
qaldıraraq  hakimiyyəti  ələ  keçirmişdi.  İrəvan  ərazisində  düşərgə  salan 
Əmiraslan xan üsyanı yatırmağı qərara aldı. O, əfşar sərkərdələrindən olan 
Mir  Mehdi 
xanı  qoşunla  İrəvana  göndərdi.  Lakin  Əmiraslan  xanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə