Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

 
26 
yaxın  adamları  hakim  təyin  edirdilər.  Əvvəllər  Çuxursəd  bəylərbəyliyinin 
idarəçiliyi  ustaclı  tayfasının  nümayəndələrinə  tapşırılırdısa,  şah  I  Abbasın 
(1587-1629) 
dövründən  başlayaraq  Qacar  tayfasından  olan  hakimlər 
mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin bəylərbəyi seçilməyə 
başladı. Əmirgünə xan Qacar (1604-1625) onun dövründə bəylərbəyi təyin 
olunmuşdu (233,126; 390,99; 391,68). Məhz Qacar nümayəndələrinin səyi 
nəticəsində İrəvan əyaləti dağıntılardan xilas ola bildi, müharibə nəticəsində 
qaçqın  düşmüş  insanlar  öz  doğma  yurdlarına  qayıtdılar.  Tezliklə,  İrəvan 
Səfəvilər  dövlətinin  ən  varlı  əyalətlərindən  birinə  çevrildi.  Bunun  şahidi 
olan 
fransız səyyahı J.Şardən yazırdı ki, İrəvan «ən varlı və çox gəlirli olan 
əyalətdir.  Onun  ildə  otuz  iki  min  tümən  (500  min  ekü)  gəliri  olur. 
(Hakim
lər)  varlanmaq  məqsədi  ilə  alçaltma,  hədiyyə,  qadağan  olunmuş 
yollarla  bu 
gəliri  iki  yüz  min  tümənə  çatdırırlar…Çuxursəd  hakimlərinin 
şahın yanında böyük hörməti vardı» (52,23).  
XVII 
əsrin  axırları-XVIII  əsrin  əvvəllərində  Səfəvilər  imperiyasını 
dərin  iqtisadi  və  siyasi  böhran  bürüdü  (190,3-14; 394,112; 233,82-84; 
187,63-64; 163,77-80; 72,35-65; 65,16-18). 
Şah I Soltan Hüseynin (1694-
1722) 
həyata  keçirdiyi  islahatlar  ölkəni  bu  bəladan  xilas  edə  bilmədi 
(135,18-20). 
İmperiyanın  hər  tərəfində  narazılıqlar  və  üsyanlar  başladı 
(409,49). 1722-ci 
ildə imperiyanın mərkəz şəhəri İsfahanın əfqan tayfaları 
tərəfindən  ələ  keçirilməsi  və  şahın  həbs  edilməsi  imperiyanın  süqutunu 
yaxınlaşdırırdı. Bu hadisələr İrəvan əyalətindən də yan keçməmişdi.  
XVIII 
əsrin  əvvəllərində  Azərbaycanda  şah  hakimiyyətinə  qarşı 
üsyanlar 
başladı.  Bu  üsyanların  ən  böyüyü  Hacı  Davudun  başçılığı  ilə 
olmuşdu. 1721-ci  ildə  Hacı  Davudun  üsyançı  dəstələri  dövrün  ən  zəngin 
ticarət  şəhərlərindən  biri  olan  Şamaxı  şəhərini  ələ  keçirmişdi  (409,79; 
135,94; 65,33-34). 
Şamaxı  kimi  iri  ticarət  şəhərinin  işğal  edilməsi  qonşu 
əyalət  hakimlərini  təşvişə  salmışdı.  İrəvan  hakimi  baş  verən  hadisələrə 
biganə qala bilməzdi. Bu dövrdə İrəvan hakimi Allahqulu xan

 (1719-1724) 
idi  (153,266; 40,15). O, 
və  Gəncəli  Uğurlu  xan  üsyanın  qarşısını  almaq 
üçün 
silahlı qüvvələrini üsyançılara qarşı birləşdirməyi qərara aldı. Hər iki 
hakim ilk 
növbədə şaha xəbər verərək ondan kömək xahiş etdilər. Lakin bu 
zaman 
şahın  özünə  kömək  lazım  idi.  Həsən  Cəlalyan  yazırdı: «bu  şəhər 
(
Şamaxı-  E.T)  tutulduqdan  sonra  Gəncə  və  İrəvan  hakimləri  şəhərin 
tutulmasını şaha xəbər verdilər, özləri isə bütün qoşunu ilə Bərdə şəhərinə, 
Kür 
çayı  sahilinə  gəldilər.  Orada  İrəvan  xanı  bütün  mahal  hakimləri  ilə, 
Gəncə  xanı  isə  bütün  əyanları  ilə  30.000-ə  qədər  qoşun  toplamışdı» 
                                                           

 
Kamankeş  Mustafa  ağa  «İrəvan  şəhəri  haqqında  təkrir»  əsərində  İrəvan hakimi 
Əliqulu xanın olduğunu bildirir (səh.50). 


 
27 
(135,28). 
Digər mənbəyə görə isə, birləşmiş qoşunun tərkibi 40.000 nəfərə 
çatırdı  (409,81; 74,74). Müttəfiq  qoşunlar  Bərdə  yaxınlığında,  Kür  çayı 
sahilində  dincələrkən  üsyançıların  gözlənilməz  hücumu  nəticəsində 
darmadağın edilmişdi. Həsən Cəlalyanın yazdığına görə, «bütün gecəni eyş-
işrətlə keçirən qoşun səhərə yaxın dərin yuxuya getmişdi. Bundan istifadə 
edən üsyançılar sakitcə Kür çayını keçərək qəfl hücumla onları  darmadağın 
edərək  qaçmağa  məcbur  etmişdi» (135,29). Döyüşü  təsvir  edən  ingilis 
səyyahı C.Hanvey qeyd edirdi ki, «Fasiləsiz hücumlara məruz qalan ordu, 
nəhayət,  qaçmağa  başladı,  bir  çoxları  İrəvana,  başqaları  isə  Gəncəyə 
qaçdılar,  üsyançılar  isə  düşərgəni  ələ  keçidilər» (409,81). Bu  döyüşdə 
irəvanlılardan da çoxlu ölən və yaralanan olmuşdu (74,74).  
Ölkəni  bürümüş  böhran  qonşu  dövlətlərin  buraya  müdaxiləsini 
asanlaşdırır.  XVIII  əsrin  20-ci  illərin  əvvəllərindən  başlayaraq  Rusiya  və 
Osmanlı  imperiyaları  fəallığını  artırdı. 1722-1723-cü  illərdə  I  Pyotrun 
başçılığı  ilə  rus  qoşunlarının  Azərbaycanın  Xəzərsahili  ərazilərinə  yürüşü 
nəticəsində  bu  yerlər  işğal  edilmişdi  (187,74-84; 65,38-54).  Rusiya 
tərəfindən həmin ərazilərin işğal edilməsi, bu region uğrunda onunla rəqabət 
aparan 
Osmanlı Türkiyəsinin  1723-cü  ildən  Azərbaycana  hücum  etməsinə 
şərait  yaratdı.  Nəhayət, 1724-cü  il  iyulun  12-də  Rusiya  və  Osmanlı 
Türkiyəsi  arasında  bağlanmış  «İstambul  müqaviləsi»nə  görə,  Azərbaycan 
torpaqları  hər  iki  imperiya  arasında  bölüşdürüldü  (5,4; 419,185-189; 
84,c.1,58-62; 85,219-225). 
İstambul müqaviləsi Osmanlı Türkiyəsinin Azərbaycanda fəaliyyətini 
daha  da 
genişləndirirdi.  Osmanlı  qoşununun  ilk  hücumuna  məruz  qalan 
ərazilərdən  biri  də  mərkəzi  İrəvan  şəhəri  olan  Çuxursəd  bəylərbəyliyi  idi. 
Azərbaycanın mərkəzi ərazilərinə gedən yol buradan keçdiyindən İrəvanda 
möhkəmlənmək osmanlılara çox vacib idi.  
1724-cü il iyunun 
axırlarında Diyarbəkr hakimi Arif Əhməd paşa 30 
minlik 
qoşunla Araz çayını keçərək İrəvan əyalətinə daxil oldu (409,106). 
Osmanlı qoşunu Arpa çayı sahilində düşərgə saldı. Onların keçirdiyi hərbi 
əməliyyat  «Anonim  erməni  xronikası»nda,  həm  də  ingilis  səyyahı 
C.Hanveyin 
səyahətnaməsində ətraflı bəhs edilir. Arpa çayı sahilində mövqe 
tutmuş sərəsgər Arif  Əhməd paşanın əmrinə əsasən Yavuz Həsənin və Qoç 
Əlinin  başçılığı  ilə  1800  nəfərlik  hərbi  hissə  kəşfiyyat  məqsədilə  irəli 
göndərilir. Hərbi hissə İrəvan yaxınlığında Çuxursəd bəylərbəyi Allahqulu 
xanın süvari dəstəsi ilə üz-üzə gəldi. Baş vermiş qanlı döyüşdə osmanlılar 
qələbə çalır, tərəflər arasında çoxlu ölən və yaralanan olur. Məğlub edilmiş 
Allahqulu  xan  qalan 
qoşunla  İrəvan  qalasına  sığınır  və  bir  daha  nizami 
osmanlı qoşunu ilə açıq döyüşə girməyə cəhd etmir (68,8). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə