Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   6   7   8   9   10   11   12   13   ...   164

 
21 
Kaxetiya 
çarı  II  İraklinin  həyat  və  fəaliyyətindən  bəhs  edilsə  də,  burada 
İrəvan xanlığının siyasi tarixinə dair hadisələr də öz əksini tapmışdı. Lakin 
əsərin  müsbət  cəhəti  müəllifin  İrəvan  xanlığını  Azərbaycan  xanlığı  kimi 
qəbul etməsidir. 
Q.Q.Payçadze «Georgievski 
traktatı» əsərində də (226) İrəvan xanlığı 
ilə  bağlı  bəzi  məqamlara  toxunmuşdur.  Əsərdə  1783-cü  ildə  Rusiya  ilə 
Kartli-Kaxetiya 
arasında bağlanmış müqavilədən bəhs edilir. Lakin burada 
İrəvan  xanlığının  Kartli-Kaxetiya  çarlığı  ilə  münasibətlərinə  də  müəyyən 
qədər  yer  verilmişdi.  Monoqrafiyada  maraqlı  məqam  müəllifin  İrəvan 
xanlığına  ziddiyyətli  münasibətidir.  Q.Payçadze  İrəvanın  müstəqil  xanlıq 
kimi XVII yüzilliyin 
əvvəllərində Ermənstanda yarandığını göstərmişdi. O, 
yazır  ki,  İrəvan  xanlığı  1604-cü  ildə  I  şah  Abbas  tərəfindən  Şərqi 
Ermənistan  ərazisində  yaranmışdı.  Digər  tərəfdən  müəllif  İrəvan  xanlığını 
erməni  dövləti  olmadığını  göstərmişdi.  Gürcü  tarixçisi  fikirini  belə  izah 
edir: «
Beləliklə,  İrəvan  xanlığı  dövlət  idarəçiliyi  aparatına  görə  erməni 
dövləti  deyildir» (226,57). Müəllifin  gəldiyi  bu  nəticə  mövzumuz  üçün 
mühüm 
əhəmiyyət kəsb edir. 
Azərbaycan  soet  tarixşünaslığında  isə  vəziyyət  bir  qədər  fərqlənir. 
1920-30-cu 
illərdə  xalqımıza  qarşı  repressiyanın  güclənməsi,  inzibati 
amirlik sisteminin 
tarixşünaslığa sirayət etməsi tariximizin həqiqi tədqiqinə 
mane 
olmuşdu.  Tədqiqatçılarımız  millətçi  damğasından  ehtiyat  edərək 
tariximizin  bir  çox 
problemlərində,  əsasən  də  ərazi  məsələsində 
susmuşdular.  Məhz  bu  baxımdan  İrəvan  xanlığının  tarixinə  biganə 
yanaşılmış  və  bir  növ  Azərbaycanın  bu  qədim  torpaqları  ermənilərə 
«
güzəşt»  edilmişdi.  Lakin  buna  baxmayaraq,  Azərbaycan  sovet 
tarixşünaslığında digər Azərbaycan xanlıqları ilə bağlı əsərlər yazılmışdı.    
Azərbaycan xanlıqları ilə bağlı məsələlər 1958 və 1961-ci illərdə nəşr 
edilmiş Azərbaycan tarixinin birinci və ikinci cildlərində öz əksini tapmışdı 
(18; 19). Bu 
ümumiləşmiş əsərlərdə Azərbaycan xanlıqlarının yaranmasının 
şərtləri,  ictimai-iqtisadi  və  siyasi  quruluşu,  Rusiya  tərəfindən  işğalından 
bəhs  edilir.  Məhz  burada qoyulan  məsələləri  İrəvan  xanlığının tarixinə  də 
şamil etmək olar.  
XVIII  yüzilliyin 
Azərbaycan  tarixinin  görkəmli  tədqiqatçıları 
H.V.Abdullayevin 
və  F.M.Əliyevin  əsərlərində  (58; 59; 27) biləvasitə 
İrəvan xanlığının tarixinə toxunulmasa da, burada xanlıqların ümumi sosial-
iqtisadi 
və  siyasi  quruluşu,  inzibati  ərazi  bölgüsü,  torpaq  mülkiyyəti 
form
aları, vergi və  mükəlləfiyyətlər, əhalinin sosial tərkibi, şəhər və kənd 
həyatı  və  s.  məsələlərə  geniş  yer  verilmişdir.  Bu  məsələlər  mövzumuzun 
tədqiqində mühüm yeri tutur. 


 
22 
Cənubi Azərbaycan xanlıqlarının görkəmli tədqiqatçısı H.Ə.Dəlilinin 
əsərlərində  (24; 25) isə  İrəvan  xanlığı  tarixinin  bəzi  məsələləri  öz  əksini 
tapmışdır.  Müəllif  əsərlərində  Cənubi  Azərbaycan  xanlıqarının  siyasi, 
sosial-iqtisadi, 
idarəçilik va digər məsələlərdən bəhs etməklə yanaşı İrəvan 
xanlığının Urmiya və Xoy xanlıqları  ilə siyasi münasibətlərinə qısa da olsa 
toxunmuşdur. Lakin müəllif bu xanlığa Azərbaycanda deyil, Ermənistanda 
yaranan 
dövlət kimi yanaşır. 
Mövzumuzla 
bağlı əsərlərin dördüncü qrupuna XX yüzilliyin 90-cı 
illərin  əvvəllərində  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  bərpa 
etdikdən  sonra  yazılan  əsrlər  daxildir.  Bildiyimiz  kimi,  sovet  dövründə 
xalqımıza ögey münasibət olduğuna görə, onun tarixini saxtalaşdırmağa səy 
göstərilmişdi.  Belə  ögey  münasibət  Azərbaycan  xanlıqlarının  siyasi 
tarixindən  də  yan  keçməmiş  və  obyektiv  səbəblərdən  vətən 
tarixşünaslığında  İrəvan  xanlığının  tarixinə  toxunulmamışdı.  Lakin 
müstəqillik  əldə  edildikdən  sonra  xalqımız  öz  tarixinə  sahib  çıxmış  və 
tədqiqatçılarımız  bu  sahədə  uğur  qazanmışlar.  Məhz  bu  səbəbdən,  sovet 
dövründə  zor  gücünə  Azərbaycan  xanlıqlarının  tarixindən  ayrı  öyrənilən 
İrəvan xanlığının tarixinə dair əsərlər yazılmağa başlandı. 
Müstəqillik dövründə İrəvan xanlığının bilavasitə tarixə həsr edilmiş 
ilk 
cəhd  kimi  Azərbaycan  xanlıqlar  dövrünün  görkəmli  tədqiqatçılarından 
biri F.
Əliyevin U.Həsənovla birlikdə yazdıqları «İrəvan xanlığı» əsərini (30) 
hesab 
etmək olar. Bu əsər sonralar İrəvan xanlığı tarixi haqqında yazılacaq 
əsərlər  üçün  bir  örnəkdir.  Əsərdə  İrəvan  xanlığının  siyasi,  ictimai-iqtisadi 
vəziyyəti,  inzibati-ərazi  bölgüsü,  torpaq  mülkiyyəti  formaları,  vergi  və 
mükəlləfiyyətlər kimi məsələlər öz əksini tapmışdı. Lakin ilk cəhd olduğu 
üçün  arxiv 
materiallarının azlığından monoqrafiyada çatışmayan məsələlər 
az  deyil. 
Əsərdə  İrəvan  xanlığı  ilə  Kartli-Kaxetiya,  Rusiya,  İran,  Osmanlı 
döləti ilə siyasi münasibətlərdə bir çox məsələlər diqqtdən kənarda qalmış, 
hadisələrə  qısa  toxunulmuş,  hakimiyyətdə  olan  İrəvan  xanlarının  hamısı 
haqqında məlumat verilməmişdi. 
Bu  qrupa  daxil  olan 
əsərlərdən  biri  də  «Naxçıvan  xanlığı» 
monoqrafiyasıdır  (29).  F.Əliyevin  və  M.Əliyevin  birlikdə  yazdıqları  bu 
əsərdə Naxçıvan xanlığının tarixinə toxunulsa da, burada İrəvan xanlığının 
Naxçıvan, Qarabağ, Xoy xanlıqları ilə siyasi münasibətləri, Ağa Məhəmmd 
şah  Qacarın  yürüşləri  dövründə  Naxçıvan  və  İrəvan  xanlıqlarının  siyasi 
durumu kimi 
məsələlərə toxunulmuşdu. 
M.Süleymanovun 
əsəri isə İrəvan xanlığının Rusiyaya birləşdirilməsi 
tarixindən  bəhs  edir  (51).  Əsərdə  İrəvan  xanlığının  siyasi  tarixi,  onun 
Rusiya, 
İran,  Kartli-Kaxetiya,  Osmanlı  dövlətləri  ilə  münasibətləri,  dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə