Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   9   10   11   12   13   14   15   16   ...   164

 
28 
İrəvan qoşunu geri çəkildikdən sonra Yavuz Həsənin və Qoç Əlinin 
başçılıq  etdiyi  osmanlı  qüvvələri  irəli  hərəkət  edərək  Gərni  yaşayış 
məntəqəsini mühasirəyə alır. İrəvan xanından heç bir kömək almayan Gərni 
əhalisi  sülh  danışığından  sonra  osmanlılara  təslim  olur  (68,8-10).  Gərnidə 
kiçik qarnizon saxlayan 
Osmanlı komandanlığı İrəvan şəhərini ələ keçirmək 
üçün qalan 
qoşunu qalaya yeridir və xanın sığındığı qalanı mühasirəyə alır. 
Allahqulu  xan 
İrəvan  qalasının  müdafiəsini  vaxtında  gücləndirə 
bilmişdi.  O,  qalanın  müdafiəsini  gücləndirmək  məqsədilə  ətraf  kəndlərin 
əhalisini qalaya köçürmüşdü. İrəvan qalasının möhkəmləndiyini görən Arif 
Əhməd paşa ilk növbədə qalanın könüllü təslim olunması üçün xanın yanına 
xüsusi 
nümayəndə heyəti göndərdi. Lakin Allahqulu xan vaxt qazanmaq və 
şahdan  gömək  almaq  niyyətilə  osmanlı  elçilərinə  «şaha  bu  haqda  xəbər 
göndərər  və  ancaq  şahın  razılığı  ilə  qalanı  təslim  edə  bilər»  cavabını 
vermişdi (68,11). 
İrəvanlıların  könüllü  təslim  olmayacağını  görən  Arif  Əhməd  paşa 
qalaya  hücum 
əmrini  verdi.  Qala  güclü  bombardıma  edilir.  Hər  iki  tərəf 
mərdliklə döyüşürdü. C.Hanvey yazırdı: «Osmanlı ordusu xeyli sayda topa 
malik idi 
və bunun köməyi ilə onlar tezliklə, qala divarlarında çatlar əmələ 
gətirdilər.  Sərəsgər  (Arif  Əhməd  paşa-  E.T)  qalaya  hücum  edərkən  onun 
qoşunu hünər göstərirdi, eyni zamanda bu hücum qala qarnizonu tərəfindən 
cəsarətlə  dəf  edilirdi» (409,107).  İlk  hücum  cəhdinin  uğursuzluğu  İrəvan 
qalasının osmanlılar tərəfindən uzunmüddətli mühasirədə saxlamasına səbəb 
olur.  Lakin  qala 
sakinlərinin  əzimkar  müdafiəsinə  baxmayaraq,  osmanlı 
qoşunu qalaya hücumlarını dayandırmırdı. Osmanlıların ayrı-ayrı vaxtlarda 
İrəvan  qalasına  üç  dəfə  güclü  hücumu  qoşun  hissələri  tərəfindən  mülkü 
əhalinin köməyi ilə mərdliklə dəf edilmişdi. Hər iki tərəfdən çoxlu ölən və 
yaralanan  var idi. 
İş o yerə çatmışdı ki, cəsədlərin çürüməsindən hər tərəfi 
müxtəlif  xəstəliklər  bürümüşdü.  Buna  görə  də,  paşa  ölənləri  dəfn  etmək 
üçün üç günlük 
barışıq xahiş etmişdi (409,107). 
1724-cü  il 
sentyabrın  10-da  Osmanlı  qoşunu  İrəvan  qalasına 
dördüncü  hücumunu  edir.  Lakin  bu  hücum  da 
müvəffəqiyyət  gətirmir. 
Uğursuz  hücumlar  Osmanlı  qoşununu  ağır  vəziyyətə  salmışdı.  Osmanlılar 
döyüşlərdə  iyirimi  minə  yaxın  adam  itirmişdilər.  Burada  dözülməz  hava 
şəraiti də öz işini görmüşdü (409,108). Lakin tezliklə ayın sonlarına yaxın 
Ərzurum  hakimi  Sarı  Mustafa  paşanın  başçılığı  ilə  buraya  əlavə  qoşun 
hissələrinin gəlməsi İrəvan xanını bərk qorxuya saldı (409,108; 68,14). 
Köməksiz qalmış qala sakinlərinin vəziyyəti heç də yaxşı deyildi. Bir 
tərəfdən  döyüşlərdə  ölənlərin  sayının  artması,  digər  tərəfdən  ərzaq 
çatışmazlığı müdafiəçilərin sıralarını gündən-günə seyrəldirdi. Kömək üçün  


 
29 
şah  II  Təhmasibə  edilən  müraciət  də  boşa  çıxmışdı.  Vəziyyətin  ümüdsüz 
olduğunu görən Allahqulu xan Osmanlı komandanlığı ilə danışıqlara girmək 
qərarına gəldi. O, oktyabrın 1-də danışıq aparmaq üçün osmanlı düşərgəsinə 
nümayəndə  heyəti  göndərdi.  Danışıqlara  görə  osmanlı  baş  komandanlığı 
təslim olacağı təqdirdə yerli əhaliyə aman verirdi. Razılığı əsasən başda xan 
olmaqla  yerli 
qoşun  hissələri  bütün  əmlakları  ilə  birlikdə  Qarabağ 
sərhəddinə qədər yola salınacaq, saray əhli və qalanın müdafiəsində iştirak 
etməyən  xalq  kütləsi  isə  İrəvan  şəhərinə  köçürülməli  idı.  Paşa  onların 
özlərinə və əmlakına toxunmayacağına söz verirdi. Şəhər, qala artilleriyası, 
silah- 
sursatı ilə birlikdə osmanlılara təhvil verilməli idi. Beləliklə, razılığa 
gəlinmiş  bütün  maddələr  yerinə  yetirildi.  Qarahisar  paşası  öz  dəstəsi  ilə 
yerli 
qoşun  hissələrini  sərhəddə  qədər  yola  saldı  və  Allahqulu  xan  şah  II 
Təhmasibin Əhərdə yerləşən qərargahına getdi (409,108-109; 68,15-17).  
İrəvan qalasının mühasirəsi iyulun əvvəllərində başlamış və oktyabrın 
1-
də  isə  osmanlılara  təslim  olmaqla  3  ay  davam  etmişdi.  Osmanlı 
qoşununun bu yürüşü İrəvan əyalətində böyük dağıntılara və insan təlafatına 
səbəb  oldu.  Bundan  əlavə,  Osmanlı  işğalı  ilə  razılaşmayan  xeyli  əhali 
Azərbaycanın müxtəlif ərazilərinə köçməyə başladılar. 
İrəvan  şəhəri  işğal  edildikdən  sonra  burada  Osmanlı  üsuli-idarəsi 
yaradıldı. İrəvan əyaləti Osmanlı Türkiyəsinin sancaqlarından birinə çevrildi 
(33,9).  Buraya  ilk 
osmanlı  hakimi  Rəcəb  paşa  (1724-1728)  təyin  olundu. 
İrəvan əyaləti on bir il osmanlıların əlində qalmışdı (153,177; 40,15). 
XVIII 
əsrin  20-ci  illərin  sonu-30-cu  illərin  əvvəllərində  görkəmli 
sərkərdə  Təhmasibqulu  xanın  siyasi  səhnəyə  çıxması  Səfəvi  dövlətində 
böyük 
dönüş  yaratmışdı.  O,  ilk  növbədə  xalqı  öz  tərəfinə  çəkərək  əfqan 
tayfalarını İranın mərkəzindən qovdu (392,46; 190,44-55). Bundan sonra o, 
Səfəvi imperiyasını bərpa etmək məqsədilə rus və osmanlı müdaxiləçilərinə 
qarşı mübarizəyə başladı (60,53; 65,97).  
XVIII 
əsrin  30-cu  illərin  ortalarında  Nadirin  osmanlı  işğalçılarına 
qarşı hərbi fəaliyyəti daha da genişləndi. Güclü qoşuna malik olan bacarıqlı 
sərkərdə işğal olunmuş Azərbaycan torpaqlarını osmanlılardan geri ala-ala 
şimala  doğru  hərəkət  edir. 1734-cü  ilin  yayında  Şimali  Azərbaycana  və 
Dağıstana hücum edən Nadir xanın qoşunu həmin ilin oktyabr ayında Gəncə 
şəhərini  mühasirəyə  almağa  başlayır  (68,52; 414,125). Həmin  vaxt  Gəncə 
şəhərində  ərzaqla  təmin  olunmuş  beş  minə  qədər  nizami  Osmanlı  qoşun 
hissəsi  var  idi  (409,139).  Nadir  xanın  qoşununun  güclü  hücumuna 
baxmayaraq, 
Osmanlı  qoşunu  onlara  ciddi  müqavimət  göstərirdi. 
Müqavimətin bir səbəbi də, osmanlıların Qarsdan kömək almaq ümüdi idi. 
Bu  zaman 
həqiqətən  də,  Qarsda  Abdulla  paşanın  başçılığı  ilə  Osmanlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə