Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

 
52 
razılıq  verdilər.  Onlarla  razılığa  gəldiklərinə  əmin  olan  xanın  adamları 
əhalini  öz  yerlərinə  qayıtmağa  nəzarət  etmək  məqsədilə  orada  40  nəfərlik 
dəstə saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun hissələri 
getdikdən  sonra  qiyamçılar  Qarabağdan  aldıqları  köməklə  birlikdə  orada 
saxlanılan dəstəyə hücum edərək hamısını qılıncdan keçirdi və əmlaklarını 
qarət etdilər. Bu xəyanətkar hərəkəti eşidən Hüseynəli xan dərhal oraya ye-
nidən  qoşun  göndərdi.  Nizami  qoşun  qəti  hücuma  keçərək  qiyamçıları 
məğlub  etdi.  Qalib  gəlmiş  xanın  qoşunu  qiyamçıların  əmlakını  və  mal-
qarasını  qarət  etdi» (39,87). Qeyd  etmək  lazımdır  ki,  bu  üsyanın  yatırıl-
masında II İraklinin də köməyi olmuşdu. O, üsyanın qarşısını almaq üçün  
sərkərdələrindən birini İrəvana göndərmişdi (39,97-98). Bu qiyam 1782-ci 
ilin 
baharında və yayında olmuşdu.                
Müdaxilə  nəticəsində  dağıntıya  məruz  qalmış  xanlıq  təsərrüfatını 
bərpa  etməklə  məşğul  olan  Hüseynəli  xan  tezliklə,  qonşu  Naxcıvan 
xanlığında  baş  verən  siyasi  hadisələrə  qoşuldu.  Qeyd  etmək  lazımdır  ki, 
XVIII 
əsrin 80-ci illərin əvvəllərində bir tərəfdən Xoylu Əhməd xan Dünbü-
lü, 
digər  tərəfdən  isə  Qarabağlı  İbrahimxəlil  xan,  Kartli-Kaxetiya  çarı  II 
İrakli  və  İrəvan  xanı  Hüseynəli  xan  arasında  Naxçıvan  xanlığında 
möhkəmlənmək  uğrunda  mübarizə  başlanmışdı.  Müttəfiqlərin  səyi 
nəticəsində  kəngərli  tayfasından  olan  Abbasqulu  xan  hakimiyyətə  gəldi 
(29,49).  Lakin  bununla 
razılaşmayan  Xoylu  Əhməd  xan  Naxcıvan 
xanlığının  daxili  işlərinə  qarışmaq  üçün  fürsət  axtarırdı.  Bu  məqsədlə 
Əhməd  xan  Naxçıvanlı  Abbasqulu  xandan  torpaq  iddiası  edərək  həmin 
xanlığın  tərkibinə  daxil  olan  Nazik  və  Şükürlü  kəndlərini  ona  güzəştə 
getməyi  tələb  etdi.  Onun  bu  tələbi  Abbasqulu  xan  tərəfindən  rədd  edildi. 
Rədd cavabı alan Əhməd xan qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə 
yeritdi.  Güclü  Xoy 
qoşunlarına müqavimət göstərmək iqtidarında olmayan 
Abbasqulu  xan 
Naxçıvanı tərk edərək Zəngəzura gəldi. Lakin Əhməd xan 
Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan ona məktub yazaraq 
Naxçıvandan  çıxmağı  tələb  etmiş,  əks-təqdirdə  Əhməd  xana  qarşı  hərbi 
əməliyyata başlayacağı ilə hədələmişdi (3,220). Bunun ardınca İrəvan xanı 
Naxçıvana qoşun yeritdi. İrəvan xanının bu addımını İbrahimxəlil xanın və 
II 
İraklinin  müdafiə  etdiyini  başa  düşən  Əhməd  xan  Naxçıvanı  tərk  etdi.  
Lakin 
İrəvan qoşunu da burada çox qala bilmədi. Buna səbəb  Abbasqulu 
xanın yenidən Naxçıvana  qayıtması olmuşdu. (3,220).  
Lakin 
Əhməd xan öz məqsədindən geri çəkilmək niyyətində deyildi. 
O, 
Naxçıvanda baş verən hadisələri diqqətlə izləyirdi. Hakimiyyətə yenidən 
qayıdan Abbasqulu xanın siyasəti yerli əhalinin narazılığına səbəb olmuşdu. 
Hətta  xanın  qohumları  ilə  münasibətləri  çox  kəskin  idi.  Hüseynəli  xan 


 
53 
Naxçıvan  dövlət  başçılarına,  əyanlarına  göndərdiyi  məktubunda 
«…Abbasqulu 
xanın  qohum-əqrəbələrinin  ona  olan  pis  münasibətləri  ilə 
əlaqədar  olaraq  öz  ana  vətəni  Naxçıvanı  tərk  etməyə  məcbur  olduğunu» 
yazmışdı (39,11). Naxçıvanda olan qarışıqlıqdan istifadə edən Əhməd xan 
planını  həyata  keçirmək  məqsədi  ilə  əlverişli  fürsətin  yarandığını  görərək 
kömək üçün İsfahan hakimi Əlimurad xan Zəndə müraciət etdi. İsfahan ha-
kimi  bu 
fürsəti  əldən  vermək  istəməyərək  sərkərdəsi  Gülşirəli  xanın 
başçılığı altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların köməyi ilə Ab-
basqulu 
xanın əmisi oğlu Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gətirildi 
(3,220). 
Hakimiyyətdən uzaqlaşdırılan Abbasqulu xan İrəvana gəlir və dost-
tanışları  ilə  məsləhətləşdikdən  sonra  Tiflis  sarayına  pənah  aparmışdı.  O, 
hakmiyyəti  geri  qaytarmaq  üçün  II  İraklidən  hərbi  yardım  istəyir.  Kartli-
Kaxetiya 
çarı  isə  onun  vəziyyətini  həll  etmək  üçün  öz  nümayəndələrini 
xüsusi 
məktubla Hüseynəli xanın yanına göndərdi. O, göndərdiyi məktubda 
Hüseynəli xana nümayəndələrlə məsləhətləşib Abbasqulu xanın məsələsini 
həll  etməyi  tapşırmışdı  (39,11-13).  Lakin  bölgədə  qüvvələr  nisbətinin 
dəyişməsi, Hüseynəli xanın ölümü İrəvanı bu mübarizədən kənarda qoydu. 
İrəvan  xanı  Hüseynəli  xan  xarici  siyasətində  Azərbaycan  xanlıqları 
ilə  dostluq  münasibətləri  saxlamağa  çalışırdı.  Onun  yazdığı  məktublardan 
görünür  ki,  xan  ömrünün 
sonlarına  yaxın  xoylu  Əhməd  xanla,  qarabağlı 
İbrahimxəlil  xanla  münasibətləri  nizama  sala  bilmişdi.  Naxçıvanda  baş 
vermiş  hadisələrdə  mənafelərinin  toqquşmasına,  II  İrakli  ilə  Əhməd  xan 
Dünbülünün 
düşmənçiliyinə baxmayaraq, Hüseynəli xanla Xoy xanı arasın-
da 
səmimi  münasibətlər  yaranmışdı.  Xanlar  yazdıqları  məktublarında 
dostluqdan 
bəhs edir və bir-birinə hədiyyələr göndərirdilər. Hətta Hüseynəli 
xan  böyük 
oğlu  Qulaməlini  Əhməd  xanın  qızı  ilə  evləndirməklə  onunla 
qohum olmaq 
niyyətində idi (39,13-21). Görünür, bu nikahla Hüseynəli xan 
güclü  Xoy 
xanının  hərbi  qüvvəsindən  yararlanmaq  istəyirdı.  Lakin 
Hüseynəli xanın qəfl ölümü bu niyyətin həyata keçməsinə mane oldu. 
İrəvan  xanlığının  Qarabağ  xanlığı  ilə  münasibətləri  çox  zaman 
dəyişkən  olmuşdu.  Yuxarıda  Hüseynəli  xandan  əvvəlki  dövrləri  izlədikdə 
görürük  ki, 
Qarabağ  xanları  daim  İrəvanda  möhkəmlənməyə  çalışmışlar. 
Qarabağ xanlığının banisi Pənahəli xan İrəvanın çətin vəziyyətindən istifadə 
edərək Göyçə gölündən şərqdə yerləşən, Tərtər çayına qədər torpaqları ələ 
keçirib  öz 
xanlığına  qatmışdı.  Bu  haqda  aşağıda  bəhs  ediləcəkdir.  Hətta 
«
Qarabağnamə»  müəlliflərinin  əksəriyyəti  iddia  edir  ki,  İbrahimxəlil  xan 
başqa  ərazilərlə  birlikdə  İrəvanı  da  öz  təsirinə  almışdı.  Guya  burada  kimi 
istəsə  işdən  götürmək,  yenisini  təyin  etmək  onun  əmri  ilə  icra  edilirdi 
(41,48, 37,120-121; 38,24; 32,126). «
Qarabağnamə» müəlliflərindən fərqli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə