Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   29   30   31   32   33   34   35   36   ...   164

 
68 
Gürgen 
məktubunda  II  İrakliyə  İrəvanda  Osmanlı  təsirinin  gündən-günə 
art
dığını xəbər vermişdi. Hətta o, II  İrakliyə yalan və şişirdilmiş məlumat 
göndərməklə onu İrəvana hücuma təhrik edirdi. O, 1784-cü il iyulun 14-də 
Kartli-Kaxetiya 
çarına  göndərdiyi  məktubda  həyəcanla  yazırdı  ki,  guya 
«Sultan 
qoşunla bura gəlib və Əhməd xanın adamını özü ilə gətirib ki, qal-
anı  tutsun….Əgər  dörd  gün  ərzində  Qəmzəçəmənə  gəlməsəniz,  qala 
əlimizdən  çıxacaq.  Əgər  bu  iş  sizə  çətindirsə,  oğlanlarınızdan  birini 
göndərin, lakin yaxşı olar ki, özünüz gələsiniz, onlar bunu eşidib dağılışar-
lar» (3,17; 195,201-202). Bunu 
eşidən II İrakli oğlu Yulionun başçılığı ilə, 
topla 
təchiz  olunmuş  1500  nəfərlik  qoşunu  İrəvana  göndərmək  qərarına 
gəlmişdı.  Lakin  nəzərdə  tutulan  bu  yürüş  həyata  keçmədi  (3,16).  Çünki 
Məhəmməd  xan  anası  başda  olmaqla  II  İrakli  tərəfdarlarının  səyi 
nəticəsində  1784-cü  ilin  avqustunda  Axalsıx  hakimi  Süleyman  paşaya 
yaz
dığı məktubda II İrakliyə xidmət edəcəyini bildirmişdi (192,206). Digər 
tərəfdən İrəvan xanı sultanın göndərdiyi hədiyyələri qəbul etməmişdi. Belə 
ki,  sultan  1784-cü  ilin 
payızında  İbrahim  Əfəndinin  başçılığı  altında  60 
nəfərdən  ibarət  yeni  nümayəndə  heyətini  Cənubi  Qafqaza  göndərdi 
(192,206; 30,75-76; 121,115-116; 46,187-188). 
İbrahim  Əfəndi  Cənubi 
Qafqaza 
gələrkən  sultan  fərmanı  ilə  yanaşı  Azərbaycan  xanlarına  və 
Dağıstan hakimlərinə çoxlu pul və hədiyyə gətirmişdi. Lakin İrəvan xanı bu 
hədiyyələri qəbul etməmişdi (6,717).   
Lakin  buna  baxmayaraq, 
İbrahim  Əfəndinin  Cənubi  Qafqazdakı 
fəaliyyəti  müvəffəqiyyətlə  nəticələndi.  Osmanlı  nümayəndəliyinin 
Azərbaycanda apardığı təbliğatı müəyyən qədər öz bəhrəsini verdi. Nəticədə 
1785-ci 
ildə Axalsıx şəhərində Azərbaycanın bəzi xanlıqlarının və Dağıstan 
hakimlərinin  ittifaq  bağlamasına  səbəb  oldu.  Bunun  ardınca  irəvanlı 
Məhəmməd  xan  da  Tiflisə  göndərdiyi  məbləğdən  tamamilə  imtina  etdi 
(30,76). Lakin bu 
Məhəmməd xan üçün heç də asan başa gəlməmişdi. Anası 
başda olmaqla bir qrup şəxsin Məhəmməd xanın azyaşlı olmasından istifadə 
edərək  Tiflis  sarayı  ilə  sıx  əlaqə  saxlaması  sultan  tərəfdarlarının  xoşuna 
gəlməmişdi.  Nəticədə  Axalsıx  hakimi  Süleyman  paşanın  təhriki  ilə 
Məhəmməd  xana  qarşı  sui-qəsd  hazırlanmışdı.  S.D.Burnaşov  1785-ci  il 
martın  17-də  P.S.Potyomkinə  yazdığı  məlumatda  göstərirdi  ki,  görkəmli 
İrəvan  əyanlarından  Usmi  bəy  və  onun  oğlu  osmanlıların  təhriki  ilə  xanı 
öldürmək  qərarına  gəlmişdi.  Lakin  bu  sui-qəsdin  üstü  vaxtında  açılmışdı. 
Usmi 
bəy qaça bilsə də, Qars sərhəddində həbs edilərək oğlu ilə həbsxanaya 
salınmışdı (6,730). 
 
Tezliklə,  İrəvan  xanlığı  Xoy  xanlığının  təsirinə  düşdü.  Sultan  rus-
gürcü 
qüvvələrinin  qarşısını  almaq  üçün  Azərbaycan  xanlarından  Xoylu 


 
69 
Əhməd xanın qüvvəsinə daha çox güvənirdi. Qeyd etmək lazımdır ki, XVIII 
əsrin  80-ci  illərin  əvvəllərində  Əhməd  xan  Xoylu  (1763-1786)  Urmiya, 
Təbriz,  Qaradağ,  Naxçıvan  və  İrəvan  xanlıqlarını  özünə  tabe  etmək  üçün 
mübarizə  aparırdı  (24,128-131; 46,48-50).  Əhməd  xan  zirək  siyasətilə
xüsusilə  sultan  tərəfindən  Azərbaycan  sipəhsaları  adlandırıldıqdan  sonra 
böyük 
hörmətə, şöhrətə və nüfuza malik idi. O, çar İraklinin gizli düşməni 
idi (82,25). Rus komanda
nlığı onun nüfuz sahibi olduğunu görərək Əhməd 
xanı öz tərəfinə çəkmək istəyirdi. Georgievsk müqaviləsindən sonra knyaz 
Apraksin 
vasitəsilə  ona  fərman  və  hədiyyələr  göndərilmişdi.  Əhməd  xan 
rus–gürcü 
qüvvələrindən  ehtiyat  edərək  əvvəl  bu  fərmana  müsbət  cavab 
vermişdi. Hətta 1784-cü ilin iyulunda knyaz Q.Potyomkin buna cavab olar-
aq  xandan 
xahişnamə  göndərməsini  xahiş  etmişdi. «Lakin  Osmanlı  dö-
vlətinin  bölgədə  fəallaşması  (İbrahim  Əfəndinin  başçılığı  ilə  nümayəndə 
heyəti-E.Q.),  Azərbaycan  xanlarını  rus-gürcü  qüvvələrinə  qarşı  birləşmək 
çağrışı  bu  planı  pozdu.  Sultan  Əhməd  xana  sərəsgər  rütbəsi  verib, 
Azərbaycana rəhbərlik etməyi xahiş etmişdi. Osmanlı dövlətinin köməyinə 
arxalanan 
Əhməd xan Rusiya ilə danışıqları kəsir» (147,40).  
Həqiqətən,  sultan  güclü  Xoy  xanına  böyük  ümid  bəsləyirdi.  Sultan 
fərmanlarında  Azərbaycan  xanlarından  rus-gürcü  qüvvələrinin  İrəvan  qal-
as
ına yürüşünün qarşısını almaq üçün Əhməd xan Dünbülünün başçılığı ilə 
birgə mübarizəyə girişməyi tapşırmışdı (39,72). Sultan Əbdül Həmid İrəvan 
xanına  göndərdiyi  məktubda  yazırdı  ki, «..yaşca  böyük  olan  və  ləyaqətli 
Xoy 
xanına  sipəhsalar  rütbəsi  verib,  bütün  xanlara  fərman  verərək  bild-
ir
mişik  ki,  bizim  paşa  və  vəzirlərə  İraklinin  hərəkətləri  barədə  xəbər 
versinlər (30,71).  
Xoylu 
Əhməd xan Məhəmməd xanın hakimiyyətinin ilk günlərindən 
xanlığın  daxili  işlərinə  müdaxilə  etməyə  başlamışdı.  Əgər  o,  əvvəllər  II 
İrakli  və  onun  havadarı  olan  Rusiyadan  ehtiyat  edərək  İrəvanın  daxili 
işlərinə açıq-açığına qarışmaqdan çəkinirdisə, artıq bu işdə özünə arxa tap-
mışdı. Xoylu Əhməd xan bacarıqlı sərkərdə olmaqla bərəbər, güclü qoşuna 
malik idi. 
Digər tərəfdən, o, Axalsıx hakimi Süleyman paşa ilə qohum idi və 
paşa  lazım  olduqda  hərbi  cəhətdən  ona  kömək  edirdi  (84,  c.2,  səh.178). 
Bundan 
əlavə, Əhməd xan Qarabağ, Qaradağ və Naxçıvan xanları ilə müt-
təfiq  idi  (148,175).  O,  həm  də  İran  taxtı  uğrunda  mübarizə  aparan  Ağa 
Məhəmməd xan Qacarla dostluq edirdi (192,208). Ən başlıcası isə Xoy xanı 
Osmanlı dövlətinə arxalanırdı.   
Başı  qonşu  xanlıqları özünə  tabe  etməyə  çalışan  Əhməd  xan  yalnız 
1785-ci 
ildə  İrəvanda  möhkəmlənmək  arzusunu  reallaşdıra  bildi.  O,  ilk 
növbədə  «nikah  diplomatiyası»ndan  istifadə  etməyi  qərara  aldı.  Əhməd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə