Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   28   29   30   31   32   33   34   35   ...   164

 
66 
qayıtmağa məcbu oldu. Yalnız Mirzə Gürgen bir neçə nəfərlə İrəvanda qal-
mışdı (56,95-96).  
İrəvanda  baş  verən  qarşıdurmada  Məhəmməd  xanın  tərəfdarları 
qələbə  çaldılar.  Nəticədə,  Osmanlı  tərəfdarlarının  köməyi  ilə  müxalif 
qüvvələr  məğlub  oldu.  Planının  bu  dəfə  də  boşa  çıxdığını  görən  Makulu 
Əhməd  Soltan  cəzalanacağından  qorxaraq  Xoylu  Əhməd  xanın  yanına 
qa
çır. Lakin Əhməd xan onu həbs etdirdi (11,96). 
İrəvanda tez-tez baş verən hakmiyyət dəyişikliyi, xanların kiçik yaşlı 
və  təcrübəsiz olması Osmanlı hökumətini hər dəfə buraya fəal müdaxiləyə 
sövq edirdi. 
Anası gürcü qızı olan Məhəmməd xanın II İraklidən asılılığının 
güclənəcəyindən  qorxan  Osmanlı  sultanı  təcili  tədbirlər  görməyə  başladı. 
Sultan 
Əbdül  Həmid  Məhəmməd  xana  fərman  göndərərək  onu  digər 
Azərbaycan  xanları  ilə  birləşərək  gürcü-rus  qüvvələrinə  qarşı  mübarizəyə 
çağırırdı.  Bu  fərmanda  sultan  gələcək  planlarından  bəhs  edərək  yazırdı: 
«…biz  arzu  edirik  ki,  islam 
qanunlarına  zərər  dəyməsin,  ən  çox  da  sənin 
xanlığın yalançılardan və canilərdən xilas olsun. Xəbərdar edirik ki, Tiflis 
çarı Rusiya ilə birləşərək, yalanla Azərbaycan xanları arasında olan birliyi 
parçalayaraq 
onları Rusiyaya tərəf əyməklə xaincəsinə məhv etmək istəyir. 
Allah bizi bundan qorusun. Biz 
gərək müvəffəqiyyətlə, qanunla birləşməyə 
cəhd edək. Nəticədə biz Azərbaycan xanlarını ayıltmaq üçün birinci vəzir- 
Çıldır valisi Salman paşaya və Bəyazid hakimi İshak paşaya onlarla fasiləsiz 
yazışma  aparmağı  əmr  etmişik.  Hamısına  xəbər  veririk  ki,  Rusiya  və  çar 
İrakliyə söz verəndə xüsusilə ehtiyatlı olsunlar. Çar İrakli Rusiyaya satılıb, 
sizə  göndərilmiş  bizim  elçinin  əmriylə  digər  xanlar  kimi  hərəkət 
edin…
Xəbərdar edirik ki, siz islam qanunları üçün çalışasınız və buna dö-
zəsiniz.  Belə  vəziyyətdə  siz  ali  bütün  paşalara  bildirməklə  bizim  hər  cür 
köməyimizi gözləyə bilərsiniz və son dərəcə hücumdan qorunun. Ayıq olun 
ki,  çar 
İrakli İrəvan hakimiyyətinə, İrəvan xanlığına və sizin dövlətə zərər 
yetirməsin.  Bizim  bütün  hakimlərə  sizə  kömək  lazım  olduqda  sərhəddə 
qo
şun toplamağı əmr etmişik. Bizim ali işimizə qoşulmağa cəhd edin. Bizim 
arzumuz  odur  ki, 
İrakli  heç  yerə  ziyan  yetirməsin,  bizimlə  səmimiyyətlə 
birləşərək  düşmənlə  qarşılaşan  zaman  öldürün,  qarət  və  darmadağın  edin. 
Gözləyin  ki,  nə  digər  Azərbaycan  xanlarına,  nə  də  sizin  xanlığa  zərər 
dəyməsin…Arzu  edirik  ki,  islam  qanunlarının  xeyrinə  bütün  Azərbaycan 
xanları Xoylu Əhməd xanın ətrafında birləşsinlər»  (6,964).  
Digər  tərəfdən,  sultan  sərhəddə  yerləşən  Axalsıq,  Qars,  Bəyazid  və 
digər paşalıqlara İrəvanı müdafiə etmək üçün hazır olmaları haqqında fər-
man 
göndərmişdi. Sultanın göstərişlərini yerinə yetirən paşalar İrəvan xanı 
ilə  əlaqə  saxlayır  və  onu  öz  tərəflərinə  çəkmək  üçün  müxtəlif  vədlər 


 
67 
verirdilər. Axalsıq hakimi Süleyman paşa xüsusilə fəal idi. O, İrəvanı rus-
gürcü 
qüvvələrindən  müdafiə  etmək  üçün  Azərbaycan  xanlarını  birliyə 
çağırırdı. Onun İrəvan əhalisinə və şəxsən xanın özünə yazdığı məktubları 
bu 
baxımdan diqqətəlayiqdir. Süleyman paşa 1784-cü il iyulun 10-da İrəvan 
əyanlarına yazdığı məktubda xalqı «müqəddəs müharibə»yə təhrik etməklə 
bildirirdi  ki,  onlar 
lazım  olduqda  paşaların  köməyinə  ümid  edə  bilərlər. 
Məktubda yazılırdı: «Siz mənim hörmətli oğlumla (Məhəmməd xanla-E.Q.) 
birləşərək Azərbaycanın yeni sipəhsaları, qardaşımız Əhməd xanın sözü ilə 
hərəkət edin….Mənim qardaşlarım- irəvan xalqı yerli türklərdir:  əgər din-
inizi 
sədaqətlə müdafiə etdiyinizə görə, İrəvan qalasında hər hansı şəxs sizə 
qarşı pis niyyətə düşərsə, sizə kömək üçün biz birləşərik. Sultan mənə, Qars, 
Van 
və  Bəyazid  paşalarına  İrəvan  təhlükədə  olduğu  vaxt  onlara  kömək 
etməyi əmr etmişdir» (195,198-199). Süleyman paşanın şəxsən Məhəmməd 
xana 
göndərdiyi  digər  məktubunda  ona  və  başqa  Azərbaycan  xanlarına 
göndərilən  pul  və  hədiyyələrdən  bəhs  edilirdi.  O,  yazırdı: «Sizi  doğma 
oğlum hesab edərək həmişə əmin-amanlığınız üçün çalışmışam. Əlahəzrət 
hökmdarın  fərmanı  və  vəzir  Həsənin  məktubu  əsasında  Qapıçı  paşa 
(
İbrahim Əfəndi-E.Q.) və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə sizə və 
Azərbaycanın  digər  xanlarına  pul  və  hədiyyələr  göndərilmişdir.  Onları  bu 
yaxınlarda  alacaqsınız.  Əgər  siz  bizim  dövlətə  sadiqsinizsə  və  bizimlə 
dostluq 
münasibətində olmaq istəyirsinizsə, o zaman ali Porta (Osmanlı dö-
vləti-E.Q.)  bundan  xəbərdar  olmalıdır.  Siz  nəinki  bizim  sadiq  bəndəmiz 
olacaqs
ınız,  Sultanın  da  sizə  hörməti  artacaq,  əgər  sözlərimə  inansanız, 
mənim  də  sizə  qarşı  məhəbbətim  artacaq,  iltifatlı  oğlum  və  dostum  bu 
məktubu gətirəni yubanmadan göndərin» (6,686). 
Qars 
paşası da Məhəmməd xana bu məzmunda məktub göndərmişdi. 
Məktubda deyilirdi: «Bizim şöhrətli hakimimiz sizə və Azərbaycanın digər 
xanlarına Qapıçı paşa və Solakzadə Məhəmməd Sal bəyin  vasitəsilə pul və 
hədiyyə  göndərmişdir.  Tezliklə  Axalsıq  hakimi  Süleyman  paşa  vasitəsilə 
sizə çatdırılacaqdır. Allahın köməyilə biz həmişə sizinlə dost olacağıq. Sizə 
nə xidmət lazımdırsa, əmr edin» (6,686). 
Osmsanlı  dövlətinin  İrəvanda  fəallaşması  II  İraklinin  və  onun 
ha
vadarı  olan  Rusiyanın  narahatlığına  səbəb  olmuşdu.  İrəvanda  baş  verən 
hadisələri  diqqətlə  izləyən  rus  komandanlığı  sultanın  fərmanından  və  Ax-
al
sıq paşasının fəaliyyətindən vaxtında xəbər tuta bilmişdi. İrəvan sarayında 
II 
İraklinin tərəfdarları az deyildi. Yeni xanın gürcü olan anası Tiflis sarayı 
ilə əlaqə saxlayaraq İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı. 
O, 
Mirzə  Gürgeni  gizlincə  yanına  çağırıraq  sultanın  fərmanını  göstərmiş, 
Mirzə Gürgen isə fərmanı köçürərək Tiflisə göndərmişdi (6,967-968). Mizə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə