Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   25   26   27   28   29   30   31   32   ...   164

 
60 
hər  iki  məktubun  məzmunundan  görünür  ki,  xan  ailəsinə  sadiq  olan 
qüvvələr  yalnız  onun  varislərinə  itaət  edəcəyini  qəti  bildirmiş  və  Tiflis 
sarayına nümayəndə heyəti göndərməmişdən qabaq Qulaməlinin namizədli-
yini 
dəstəkləyərək  hakimiyyətə  gətirmişdilər.  Yuxarıda  göstərilən 
müqaviləyə  əsasən  Hüseynəli  xandan  sonra  onun  hakimiyyətə  gələn  hər 
hansı  varisi  II  İrakli  tərəfindən  təsdiq  edilməli  idi.  Lakin  xana  sadiq  olan 
qüvvələrin  II  İrakliyə  bu  məqsədlə  müraciət  etməsi  çox  güman  ki, 
Hüseynəli xanın vəfatından sonra İrəvanda qarışıqlıq düşməsindən və bun-
dan 
istifadə edərək Kartli-Kaxetiya çarının müdaxiləsindən ehtiyat etmələri 
idi. 
İrəvan  əhalisinin  mərhum  xanın  böyük  oğlu  Qulaməlini  dəstəklədi-
klərini görən II İrakli onların iradəsi ilə razılaşmağa məcbur olmuşdu. Məhz 
bu 
səbəbədən  o,  kürəkəni  Baqrationu  fərmanla,  qiymətli  hədiyyələrlə 
İrəvana  göndərərək  Qulaməlini  xan  kimi  tanıdığını  bildirmişdi  (4,342; 
395,5; 415,164; 30,69). 
Qulaməli  xanın  (1783-1784)  səkkiz  aylıq  hakimiyyəti  İrəvan 
xanlığının  ən  ziddiyyətli  dövrlərindəndir.  Onun  hakimiyyəti  dövründə 
xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya 
qüvvələri  arasında  gizli  mübarizə  gedirdi.  Qulaməli  xanın  çox  gənc  və 
təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan xanlığını öz tərəfinə 
çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər  iki tərəf arasında bitərəf mövqe 
tuturdusa, 
Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövlətilə daha 
da 
yaxınlaşdı.  Bu  dövrdə  Cənubi  Qafqazda  Osmanlı  təbliğatı  daha  da 
güclənmişdi. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı 
paşaları  II  İraklinin  İrəvanı  ələ  keçirəcəyindən  narahat  olaraq  onunla  sıx 
əlaqə  saxlayırdılar.  Atasının  ölümü  ilə  əlaqədar  olaraq  başsalığına  gəlmiş 
Axalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən 
istifadə edərək Qulaməli xanla danışıqlar aparır və  İrəvan qalasını sultana 
verməsi üçün onu dilə tuturdular (3,285).  
Digər tərəfdən Osmanlı emissarları müxtəlif hədiyyə və məktublarla 
sultan 
tərəfindən Azərbaycana və Dağıstana göndərilirdi. 1783-cü ilin son-
larında-1784-cü ilin əvvəllərində Xəlil Əfəndinin başçılığı ilə bir Osmanlı 
nümayəndəliyi gizli olaraq Cənubi Qafqaza gəlmişdi. Sultan bu nümayəndə 
heyəti ilə göndərdiyi məktubda bütün Azərbaycan xanlarını Rusiyaya qarşı 
birləşməyi  məsləhət  görərək  rus  qoşunlarını  Azərbaycan  və  Osmanlı  əra-
zisinə  buraxmamağı  tövsiyə  edir  və  rusların  Qafqaza  çəkdiyi  yolları 
dağıtmağa  çağırırdı.  Bunun  üçün  o,  dövlət  xəzinəsindən  57  kisə  pul 
mükafatı  verəcəyini  vəd  etmişdi  (195,147-148; 192,203). Xəlil  Əfəndi 
İrəvanda da olmuşdu. Onun Qulaməli xanla danışıqları müsbət nəticə ver-
mişdi.  Qulaməli  xan  Çıldır  valisi  Salman  paşaya  yazdığı  məktubda,  os-


 
61 
manlılarla  həmrəy  olduğunu  bildirərək  Azərbaycanda  baş  verən  hadisələr 
barədə  ona  qiymətli  məlumat  göndərmişdi.  Məktubdan  görünür  ki,  sultan 
Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu mir-e-miran vəzifəs ilə təltif 
etmişdi.  Eyni  zamanda  osmanlı  paşalarına  zəruri  vaxtlarda  ona  hərtərəfli 
yardım göstərmələri haqqında əmr verilmişdi (39,68-69).  
Beləliklə,  Osmanlı  təbliğatı  nəticəsində  Qulaməli  xanın  II  İrakliyə 
münasibəti  dəyişdi.  Rusiyanın  Tiflis  sarayındakı  nümayəndəsi 
S.D.
Burnaşov P.S.Potyomkinə yazırdı ki, «İrəvan xanlığından gələn məlu-
mata 
əsasən, Qulaməli xanın çara olan münasibəti birdən-birə dəyişmiş və 
indi  o,
türklərə meyl edir» (3,15). Daha sonra o, 1784-cü il 9 fevral tarixli 
məktubunda  həyacanla  «Xanlar  birləşib  bir  istiqamətdən,  osmanlılar  isə 
digər  istiqamətdən  İrakli  üzərinə  hücuma  keçmək  fikrindədirlər.  İrakli 
müstəqil  əks  tədbirlər  görməlidir.  Çünki  İrəvan  xanı  cavan  və  təcrübəsiz 
olduğu üçün ondan hər şey gözləmək olar» qeyd edirdi (3,17).  
Osm
anlıların səyi nəticəsində Qulaməli xan Kartli-Kaxetiya sarayı ilə 
əlaqəni kəsmişdi. Hətta o, xanlıqda baş verən qarışıqlığı, üsyanları bəhanə 
gətirərək  II  İraklinin  onu  Tiflisə  dəvətini  rədd  etmişdi  (39,60-61).  Digər 
tərəfdən Qulaməli xan Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl qoy-
murdu. 
Məsələn, 1783-cü  ilin  noyabrında  Cəfərqulu  xan  İsfahan  hakimi 
Əlimurad xanın və Xoy xanı Əhməd xan Dünbülünün dəstəyi ilə əmisi oğlu 
Abbasqulu 
xanı Naxçıvanda taxtdan salaraq  hakmiyyətə gəlmişdi (3,220). 
II 
İrakli Qulaməli xana fərman göndərərək bu mübarizədə Abbasqulu xana 
hərbi  yardım  etməyi  tapşırsa  da,  İrəvan  xanı  onun  fərmanına  məhəl 
qoy
mamışdı (226,173-175).    
Lakin  II 
İrakli  İrəvanın  tabeçilikdən  çıxması  ilə  heç  cür  barışmaq 
istəmirdi.  Rusiyanın  himayəsinə  keçməklə  bölgə  dövlətlərinin  təzyiqlərinə 
məruz  qalan  II  İrakli  açıq-açığına  İrəvan  xanlığının  daxili  işlərinə  qarışa 
bilməsə  də,  müxalif  qüvvələrdən  istifadə  etməklə  Qulaməli  xana  təzyiq 
göstərirdi.  Qulaməli  xanın  dövründə  müxalif  qüvvələrin  fəallaşması  onun 
apardığı daxili siysətlə bağlı idi.  Bunu anlayan xan və tərəfdarları İrəvanı II 
İraklinin fitnəsindən qorumaq və xanlıqda baş verən hər cür narazılıqların 
qarşısını almaq üçün xoylu Əhməd xan Dünbülü ilə əlaqə yaradaraq ondan 
kömək istəmişdilər. Yuxarıda qeyd edildiyi kimi, Qulaməli xanın hakimiy-
yətinin ilk günlərində Usmi xanın başçılığı ilə bir dəstə şəxs İrəvanda ha-
kimiyyəti  zəbt  etmək  niyyətinə  düşmüşdü.  Gənc  xan  xoylu  Əhməd  xana 
yazdığı  məktubda  bu  haqda  ətraflı  bəhs  etmiş  və  ölkəsində  baş  verən  na-
razılıqları  yatırmaq  üçün  ondan  kömək  istəmişdi.  Məktubun  məzmunu 
belədir: «Sizin  hörmətli  qulamınız  vasitəsilə  göndərdiyiniz  məktubu 
aldıq…Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə