Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   33   34   35   36   37   38   39   40   ...   164

 
76 
barışdırmağa səy göstərdi. O, Qarabağ, Xoy, Təbriz və İrəvan xanlarına pul 
göndərərək  bir-biri  ilə  mehriban  olmalarını  tapşırdı.  Bundan  əlavə,  Ərzu-
rum, 
Axalsıx,  Bəyazid,  Van,  Diyarbəkr  və  Qars  paşalarına  Kartli-
Kaxetiyaya 
qarşı birlikdə hərəkət etmələri əmr olunmuşdu (6,771).  
Müharibənin gedişində rus komandanlığından hərbi yardım alacağını 
düşünən  II  İrakli  İrəvanı  ələ  keçirmək  fikrinə  düşmüşdü.  Onun  bu 
niyyətindən  xəbər  tutan  Məhəmməd  xan  Osmanlı  dövləti  ilə  əlaqəyə 
girərək,  yaxın  adamı  Zeynalabdin  bəyi  məktubla  İstambula  göndərdi.  O, 
məktubda  II  İraklinin  məkrli  planlarından  söhbət  açaraq,  sultandan  bu 
təhlükəyə qarşı hərbi kömək göstərməsini xahiş etmişdi (56,122-125). Sul-
tan 
xanın bu istəyinə 5 dekabr 1787-ci il fərmanı ilə müsbət cavab vermiş və 
elçi  Zeynalabdin 
və  onunla  gələn  adamlara  290  quruş  xərclik  verilmişdi 
(48,83).     
Lakin 
çətin məqamda belə, Azərbaycan xanlıqları nəinki bir-biri ilə, 
hətta  Osmanlı  paşalıqları  ilə  də  müharibə  aparırdı.  Məsələn, 1787-ci  ilin 
yayında  İrəvan  xanlığı  ilə  Bəyazid  paşlığı  arasında  hər  iki  tərəf  üçün 
dağıntılara səbəb olan müharibə başladı. Qeyd etmək lazımdır ki, Osmanlı 
dövləti  Rusiya  və  Kartli-Kaxetiya  kimi  dövlətlərin  Cənubi  Qafqazda 
möhkəmlənməsinə  yol  verməmək  üçün  Azərbaycan  xanlarını  öz  tərəfinə 
çəkmək və onlardan rus-gürcü qüvvələrinə qarşı istifadə etmək siyasəti yer-
idirdi. 
Azərbaycan  xanlıqları  ilə  əlaqənin  yaranmasında  Osmanlı  paşaları 
əsas rol oynayırdı. Belə xanlıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xan-
ları  Osmanlı  sərhəd  paşaları  ilə  daimi  dostluq  münasibəti  yaratmağa 
çal
ışırdı. Lakin bu münasibətlər həmişə yaxşı olmamışdı. Belə ki, Hüseynəli 
xanın  hakimiyyəti  (1759-1783)  dövründə  Məkkə  ziyarətindən  qayıdan 
İrəvan hacıları Ərzurumda həbs edilmiş və əmlakları qarət olunmuşdu. Ər-
zurum  hakimi 
hacıların  hər  birindən  200  tümən  aldıqdan,  onların  atını, 
arabasını, paltarlarını və s. şeylərini müsadirə etdikdən sonra azadlığa bu-
raxmışdı.  Bu  hadisə  İrəvanla  Ərzurum  arasında  olan  münasibətləri 
kəskinləşdirmişdi. Hüseynəli xan sultana məktub göndərərək Ərzurum ha-
kimi 
Hacı  Əli  paşaya  təsir  göstərməsini,  hacıların  əmlaklarının  geri  qay-
tarılmasını xahiş etmişdi (39,121-122). Bundan əlavə, Bəyazid hakimi İshaq 
paşa tez-tez İrəvan xanlığına müdaxilə edərək sərhəddə yerləşən kəndlərin 
əhalisini  öz  paşalığına  köçürür  və  İrəvan  xanına  düşmən  olan  müxalif 
qüvvələrə  yardım  edərək  onları  üsyana  təhrik  edirdı  (39,122-124).  Lakin 
Hüseynəli xan bu hərəkətlərin qarşısını vaxtında alırdı. O, da cavab olaraq 
öz 
növbəsində Bəyazid paşalığına hücumlar təşkil edirdi (56,90-91).   
Bölgədə  baş  verən  siyasi  vəziyyətlə  əlaqədar  olaraq  Osmanlı  sul-
tan
ının  təhriki  ilə  İrəvan  xanlığı  ilə  paşalıqların  münasibətləri  mehriban 


 
77 
qonşuluğa çevrilmişdi. Lakin bu münasibətlər müvəqqəti idi. Belə ki, 1787-
ci  ilin 
yayında  Bəyazid  paşalığı  ilə  İrəvan  xanlığı  arasında  hər  iki  tərəfin 
əhalisinə  böyük  itki  verən  müharibə  başladı  (164,183).  Müharibənin 
başlanmasının  əsas  təqsirkarı  Bəyazid  hakimi  İshaq  paşa  olmuşdu.  O,  
İrəvanın  daxili  işlərinə  qarışaraq  Məhəmməd  xana  qarşı  çıxan  qiyamçı 
qüvvələri  dəstəkləyir  və  lazım  olduqda  onlara  öz  ərazisində  sığınacaq 
verirdi  (39,128-131). 
Tezliklə, hərbi əməliyyatların başlamasına bəhanə də 
tapıldı.  «İbrahimxəlil  xanla  İrəvan  xanı  arasında  ədavəti  aradan  qaldırıb 
aralarını düzəltmək üçün Bəyazid sancağı mütəssərrüfi İshaq paşa İrəvanlı 
Məhəmməd  xana  məktub  yazmışdı.  Xanın  mütəssərifə  cavab  məktubunda 
deyilirdi ki, o, Tiflis 
xanı ilə dostdur və onunla razılıq olmadan İbrahimxəlil 
xanla 
yaxınlaşa bilməz» (46,211) cavabı müharibənin başlanmasına bəhanə 
oldu. 
Tərəflər arasında münaqişə iki ilə qədər davam etmişdi. 1787-ci ildə 
Bəyazid qoşunu bir neçə dəfə İrəvan ərazisinə hücum edərək onun sərhəd 
kəndlərini qarət etmişdi. Lakin İrəvan xanı ilk əvvəl buna göz yummuş və 
yalnız  1789-cu  ilin  yayında  qəti  tədbirlər  görmüşdü.  Hərəkətinin  cəzasız 
qaldığını  görən  İshaq  paşa  İrəvana  qarşı  düşmən  fəaliyyətini  daha  da 
genişləndirdi.  O,  xana  müxalif  olan  qüvvələri  öz  paşalığında  sığınacaq 
verəklə bərabər, 1789-cu ilin yayında İrəvana hücum etmək məqsədilə 5-6 
minlik 
qoşun  toplamışdı.  Həmin  xəbəri  eşidən  Məhəmməd  xan  sərhəddi 
möhkəmləndirmək və bu fəlakətin qarşısını almaq üçün oraya 500 nəfərlik 
dəstə göndərdi. Sərhəddə yerləşən bu dəstə yerli əhalinin köməyilə burada 
müəyyən qədər nizam-intizam yaratmağa nail oldu. Lakin İshaq paşa güclü 
qoşunla qəflətən sərhəddi qoruyan bu dəstəyə hücum edərək üç yüz nəfərini 
öldürdü. Bunun 
ardınca onun qoşunu İrəvan kəndlərinin əkin sahələrinə od 
vuraraq, 
əhalinin əmlakını qarət etdi (39,129-130). Bu xəbər İrəvan qalasına 
çatdıqda Məhəmməd xan güclü qoşun toplayaraq İshaq paşaya qarşı çıxdı. 
İrəvan qoşununun hücumuna tap gətirə bilməyən bəyazidlilər Bəyazid qal-
asına  çəkildi.  İshaq  paşanın  özü  güclə  döyüş  meydanından  qaça  bilmişdi 
(39,130). 
Döyüşdə  qalib  gələn  İrəvan  qoşunu  1789-cu  il  avqustun  12-də 
Bəyazidə  hücum  etdi.  Lakin  əsl  məqsəddən  yayınan  İrəvan  qoşunu  ətraf 
kəndləri qarət etməyə başladı. Bunu görən İshaq paşa qəflətən öz qoşunu ilə 
onlara arxadan hücum edir. 
Tərəflər arasında baş verən qısamüddətli döyüş 
irəvanlıların tam məğlubiyyəti ilə başa çatdı. Onlardan çoxu geri çəkilərkən 
Araz 
çayında boğulur, qalanları isə döyüş meydanından qaçaraq xilas olur. 
Məğlubiyyətə  baxmayaraq,  buna  cavab  vermək  üçün  Məhəmməd  xan  ye-
nidən  qoşun  toplayır.  Hətta  ona  Naxçıvandan  kömək  də  gəldi.  Qoşunun 
tədarükünü  başa  çatdıran  İrəvan  xanı  qoşunla  Araz  çayının  sağ  sahilində 
mövqe 
tutmuş  Bəyazid  qoşununa  qarşı  hərəkət  etdi.  İrəvan  qoşunu  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə