Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   35   36   37   38   39   40   41   42   ...   164

 
80 
yandıran  qoşun  kilsəyə  gəlib  çataraq,  burada  çoxlu  mal-qara  və  digər 
qiymətli  şeylər  ələ  keçirdi.  Eçmiədzin  ətrafında  çox  ləngiməyən  Xoy  və 
Naxçıvan qoşunları Araz çayı istiqamətində hərəkət edərək yolları üstündə 
yerləşən  kəndləri  qarət  edə-edə  Makudan  çeçməklə  vətənlərinə  qayıtdı 
(130,145-147). 
Xoy 
və Naxçıvan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük 
dağıntılara  səbəb  oldu.  Xeyli  kənd  dağıdılmış,  əhalisi  öldürülmüş  və  yer-
lərindən  didərgin  düşmüşdü.  Vəziyyətinin  ağır  olmasına  baxmayaraq, 
Məhəmməd xan ona xəyanət edən Kəlbəli xanı cəzalandırmağı qərara aldı. 
O, 
yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən II İrakli hər iki xanı 
barışdırmağa  cəhd  etsə  də,  onun  bu  cəhdi  baş  tutmadı.  Beləliklə, 
Məhəmməd xan güclü qoşunla Naxçıvana hücum etdi. Hətta İrəvan qoşunu 
Naxçıvan qalasını mühasirəyə də aldı. Lakin havaların vaxtından əvvəl so-
yuduğunu görən Məhəmməd xan burada ləngiməyin mənasızlığını görərək 
geri 
qayıtmaq əmri verdi (130,148). 
Məhəmməd xan ölkədə dağıntıları aradan qaldırdığı vaxt, 1791-ci ilin 
sonlarında  Ağa  Məhəmməd  xan  Qacarın  Təbriz  yaxınlığına  gəlməsi 
xəbərini aldı. Bu da bəzi xanlar arasında olan düşmən münasibətlərin aradan 
qalxmasına və Qacar təhlükəsinə qarşı birləşməsinə gətirib çıxardı. 
 
1.3. 
İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dö-
vründə 
 
1779-cu 
ildə Kərim xan Zənd vəfat etdikdən sonra İran taxt-tacını ələ 
keçirm
ək  uğrunda  Zəndlərlə  Ağa  Məhəmməd  xan  arasında  mübarizə 
ba
şlayır.  Azərbaycanın  Qacarlar  tayfasından  olan  Ağa  Məhəmməd  xan 
Zəndlər  arasında  düşmənçilikdən  istifadə  edərək  qısa  dövr  ərzində  İranda 
hakimiyyəti ələ keçirdi (169,215).  
İranda  hakimiyyətini  möhkəmləndirən  Ağa  Məhəmməd  xan  Qacar 
Azərbaycan  və  Kartli-Kaxetiya  çarlığına  da  iddia  etməyə  başladı.  Artıq 
1791-ci 
ildə  Qacar  xanı  Azərbaycanın  cənub  xanlıqlarının  əksəriyyətini 
özünə tabe edə bilmişdi (187,158; 163,111). Lakin onun Azərbaycanın şi-
mal 
hissəsində  yerləşən  xanlıqları  özünə  tabe  etmək  cəhdi  müqavimətlə 
rast
laşdı.  Ağa  Məhəmməd  xanın  Azərbaycan  xanlarını  saymaması, 
Azərbaycana  Səfəvi  dövlətinin  «əzəli  və  əbədi»  ərazisi  kimi  baxması  və 
Kartli-Kaxetiya 
çarlığı  daxil  olmaqla  bütün  Azərbaycanı  bu  imperiyanın 
sərhədləri  çərçivəsində  birləşdirmək  cəhdi  xanların  güclü  müqavimətilə 
rast
laşdı.  


 
81 
1791-ci  ilin 
əvvəllərində Ağa  Məhəmməd  xan  Qacar  güclü  qoşunla 
Azərbaycana  doğru  hərəkət  etdi.  O,  Təbrizdən  1,5  verst  (1verst-1,06  km-
E.Q.) 
aralıda  yerləşən  Seyidabad  adlı  yerdə  düşərgə  salaraq,  Azərbaycan 
xanlarına tabe olmaq üçün fərmanlar göndərməyə başladı (84, c.2, səh.319). 
Qeyd 
etmək  lazımdır  ki,  Ağa  Məhəmməd  xan  Qacara  münasibətdə 
Azərbaycan  xanlıqları  arasında  iki  cəbhə  yaranmışdı.  Birinci  cəbhəyə 
Gəncə,  Şəki,  Quba,  Bakı  xanlıqları  daxil  idi  ki,  onlar  hakimiyyətlərini 
itirməmək  üçün  şahın  fərmanını  müsbət  qarşılamışdılar.  Digər  cəbhəyə 
Qacar 
hakimiyyətinə düşmən münasibətdə olan xanlıqlar daxil idi. Qarabağ 
xanı İbrahimxəlil xan həmin cəbhəyə başçılıq edirdi. Onu İrəvan, Lənkəran, 
Xoy,  Urmiya 
xanları  və  Kartli-Kaxetiya  çarı  II  İrakli  müdafiə  edirdi  (84, 
c.2, 
səh.320). Mirzə Adıgözəl bəy yazırdı ki, «Gürcüstan valisi İrakli xan, 
İrəvan hakimi Məhəmməd xan, Talış (Lənkəran-E.Q.) hakimi Mir Mustafa 
xan 
İbrahimxəlil  xanla  and  içib  müahidə  bağladılar  ki,  Ağa  Məhəmməd 
şaha  itaət  etməsinlər,  mümkün  olduğu  qədər  bir-birinə  kömək  və  yardım 
etməkdə  süstlük  göstərməsinlər.  Vaxtlı-vaxtında  bir-birinin  vəziyyətindən 
xəbər  tutsunlar  (41,50).  Lakin  bu  təhlükə  qarşısında  da  xanlar  birləşə 
bilmədilər. Uzaqgörən siyasətçi olan Ağa Məhəmməd xan onların arasında 
narazılığın olmasını çox gözəl anlayırdı. «Ağa Məhəmməd xan gözəl bilirdi 
ki, 
Azərbaycan  xanları  arasında  birlik  və  onların  birgə  müdafiə  olunmaq 
barədə  müqavilələri  yoxdur.  Ara  müharibələri  onları  bir-birinə  qarşı 
qoy
muşdu.  Hətta  xanlar  belə  ağır  məqamda  da  qüvvələrini  birləşdirməyə 
vasitə tapa bilmədilər» (187,165).  
Ağa Məhəmməd xan döndərdiyi fərmanlarda Azərbaycan xanlarından 
tabeçilik 
rəmzi  olaraq  uşağını,  qardaşını  və  ya  arvadlarından  birini  girov 
tələb edirdi. Tezliklə, Ağa Məhəmməd xanın gücü qarşısında Azərbaycanın 
bəzi  xanları  onun  istəyini  qəbul  etmək  məcburiyyətində  qaldı.  Belə  ki, 
Naxçıvan  xanı  qardaşını,  Xoy  xanı  arvadını  və  qardaşını,  Təbriz  xanı  15 
nüfuzlu 
əyanını,  Şahsevən  xanı  qardaş  və  oğullarını,  Ərdəbil  xanı  ar-
vad
larından birini və qardaşını girov göndərmişdi. Bundan əlavə, Marağa və 
Urmiya 
xanları arvadları ilə, Şəqaqi xanı Sədi xan isə qardaşları ilə birlikdə 
qoşunla  Ağa  Məhəmməd  xanın  görüşünə  gəldilər.  Ağa  Məhəmməd  xan 
Qacar 
hər bir xanın üzərinə illik xərac təyin edərək girovlarla yenidən pay-
taxt 
şəhəri  olan  Tehrana  qayıdır  (84,  c.2,  səh.319-320).  O,  Azərbaycanın 
tabe  olmayan 
xanlarını  cəzalandırılmasını  başqa  vaxta  keçirir.  Çünki, 
sarayda 
hərbi rəislər arasında ona qarşı sui-qəsd hazırlandığını eşidən Ağa 
Məhəmməd xan yürüşü təxirə salır (44,61). Digər tərəfdən Zəndlərlə müba-
rizə davam edirdi (163,111). 


 
82 
Qacar 
təhlükəsi sovuşan kimi, Azərbaycan xanları yenidən bir-biri ilə 
ara 
müharibələrinə  başlayır.  Belə  ki, 1791-ci  ilin  dekabrın  əvvəllərində 
Qarabağ xanı İbrahimxəlil xan Naxçıvan xanlığını özünə tabe etmək üçün 
qohumu Avar 
xanı Ümmə xanla ittifaqa girərək 11 minlik qoşunla Naxçıvan 
qalasına  yürüş  etdi.  Bu  təhlükə  qarşısında  aciz  qalan  Kəlbəli  xan  kömək 
üçün 
Məhəmməd xana müraciət edir. Qeyd etmək lazımdır ki, bundan bir 
qədər əvvəl bir-birinə düşmən olan İrəvan xanı ilə Naxçıvan xanı arasında 
sülh 
bərqərar olmuşdu. Kəlbəli xan Məhəmməd xanın bacısına nişanlanaraq 
bu  sülhü  daha  da 
möhkəmləndirmişdi.  Digər  tərəfdən  Məhəmməd  xan 
İbrahimxəlil  xanın  Naxçıvanda  möhkəmlənməsini  öz  xanlığı  üçün  təhlükə 
hesab edirdi. Buna 
görə də o, Kəlbəli xanın yardım xahişinə müsbət cavab 
verərək  Naxçıvana  qoşun  göndərdi.  Xoy  xanı  da  bu  cür  hərəkət  edərək 
Naxçıvana  kömək  üçün  qoşun  göndərdi.  Eyni  zamanda  ümumi  təhlükəyə 
qarşı  Məhəmməd  xanla  barışdı.  İrəvan,  Xoy  və  Naxçıvan  xanlıqlarının 
birləşmiş  qoşunları  Naxçıvan  qalasını  mühasirəyə  alan  İbrahimxəlil  xanın 
və Ümmə xanın qoşunlarını məğlub edərək onları xanlıqdan geri çəkilməyə 
məcbur  etdilər  (130,150-151; 29,63). Bu  döyüşdə  İbrahimxəlil  xan  1000, 
Ömər xan isə 700 nəfər adam itirmişdi (29,63).  
XVIII 
əsrin 90-cı illərin ortalarına yaxın Azərbaycan xanlıqları üçün  
mürəkkəb  bir  vəziyyət  yarandı. 1794-cü  ildə  Ağa  Məhəmməd  xan  Qacar 
İranda  bütün  rəqiblərini  məğlub  etdikdən  sonra  yenidən  Azərbaycan  xan-
larını hədələməyə başladı. Digər tərəfdən şimaldan Rusiya Azərbaycan xan-
larına  təzyiqi  artırmışdı.  Həm  şimaldan,  həm  də  cənubdan  təzyiqə  məruz 
qalan 
Azərbaycan xanları öz xilasını Osmanlı dövlətində görürdü.  
Qeyd 
etmək  lazımdır  ki,  bu  dövrdə  Azərbaycan  xanları  Cənubi 
Qafqazda  «
incə,  ehtiyatlı  siyasət»  yeridən  Rusiya  dövlətinə  etibar 
etmirdilər. S.D.Burnaşov yazır ki, «Azərbaycanın bütün müstəqil xanlarının 
Rusiya 
barəsindəki  ümumi  fikirlərinin  mahiyyəti  eyni  idi.  Onlar  hakimiy-
yətlərinin Rusiya tərəfindən qəsb olunacağından ehtiyat edirdilər və rusların 
Avropa 
idarəçilik  qaydalarını  onların  (xanlıqların-E.Q.)  hüdudlarına 
gətirəcəyindən  çox  narahat  idilər. (Xanların)  bu  təhlükə  qarşısındakı 
vahiməsi onları türklərlə danışıqlara sövq edirdi» (82,2).  
Digər tərəfdən, İrəvan xanı da daxil olmaqla bəzi Azərbaycan xanları 
gerçək  təhlükə  olan  Ağa  Məhəmməd  xan  Qacara  qarşı  müttəfiq  axtarmaq 
üçün 
Osmanlı  Türkiyəsinə  müraciət  etmək  məcburiyyətində  qalmışdı. 
«
Şuşalı İbrahimxəlil xan və İrəvan xanı 1794-cü ildə Portanın (Osmanlı Tü-
rkiyəsi-E.Q.) onları köməksiz qoymayacağına ümid edərək Ağa Məhəmməd 
xana 
qarşı  çıxdılar.  Onlar  qədimdən  aralarında  olan  dostluq  əlaqələrinə 
arxalanaraq 
Ağa Məhəmməd xanın hücumuna qarşı Portadan himayədarlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə