Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   43   44   45   46   47   48   49   50   ...   164

 
98 
yazırdı  ki, «vaxtilə  İrəvan  xanlığının  tərkib  hissəsi  olan  Şuragöl  mahalı 
qon
şular  (Kartli-Kaxetiya  çarlığı-E.Q.)  arasında  olan  ziddiyyətlə  əlaqədar 
olaraq 
əldən ələ keçmişdi. Məhəmməd xan bu mahalı idarə etməyə  aydınlıq 
gətirmək  üçün  II  İrakliyə  məktub  göndərmiş,  həmçinin  digər  şikayətlərlə 
burada  olan 
sərhəd rəislərinə,  hətta  mənə  müraciət  edərək  vasitəçi  olmağı 
xahiş  etmişdi» (156,118; 71,531). Lakin  bütün  bu  müraciətlərin 
fay
dasızlığını  görən  Məhəmməd  xan  məsələni  öz  qüvvəsilə  həll  etmək 
qərarına gəlir. Nəticədə, 1800-cu ilin oktyabrında Məhəmməd xan Kəlbəli 
xanla 
birlikdə bir neçə minlik qoşunla Şuragölə hücum etdi. Bu vaxt çar XII 
Georginin 
qaynatası Sisiyanov illik vergi yığmaq üçün 400 nəfər gürcü və 
ermənilərdən  ibarət  dəstə  ilə  Şuragölə  gəlmişdi.  İrəvan  qoşunu  onlara 
hücum 
edərək  xeyli  itki  verdi.  Knyaz  Sisyanov  döyüş  meydanından 
qaçmaqla ca
nını qurtara bildi. Onun qoşunundan ölən və yaralananların sayı 
200-
ə  çatırdı.  Lakin  Şuragöl  qalasına  yaxınlaşan  irəvanlılar  burada  da-
yanmayaraq  geri 
qayıtmışdılar  (332,158; 84, c.2,  səh.448).  Bu  yürüş 
nəticəsində İrəvan xanı Şuragölü özünə tabe edə bildi.  
Tezliklə,  Məhəmməd  xan  Pəmbəkdə  baş  verən  hadisələrə  müdaxilə 
etməli  oldu.  Bu  dövrdə  Pəmbək  əhalisi  qiyam  qaldıraraq,  kömək  üçün 
İrəvan  xanına  müraciət  etmişdilər.  Onların  narazılığının  bir  neçə  səbəbi 
vardı.  Əvvəla,  qeyd  etmək  lazımdır  ki,  Kartli-Kaxetiyanın  Rusiyaya 
birləşdirilməsi  haqqında  çar  I  Pavelin  manifesti  1801-ci  il  fevralın  16-da 
Tiflisdə  xalq  qarşısında  oxunmuşdu.  Bu  manifestə  görə,  Pəmbək,  Qazax, 
Borçalı  və  Şəmşəddil  sultanlıqları  Kartli-Kaxetiyanın  tərkibində  Rusiyaya 
birləşdirilməsi bəyan edilirdi. Bu yerli əhalinin narazılığına səbəb olmuşdu 
(149,372). 
İkincisi,  Kartli-Kaxetiya  çarının  buraya  təyin  etdiyi 
nümayəndələrin  soyğunçu  vergi  siyasəti ilə  əlaqədar  idi.  Belə  ki,  Pəmbək 
ayrıca sultanlıq olsa da, Kartli-Kaxetiya çarlığına illik vergi verirdi. Sultan-
lığın  əhalisi  əsasən  azəri  türklərindən  ibarət  idi  və  buranı  XII  Georginin 
qaynatası knyaz Georgi Sisiyanov idarə edirdi. Knyaz isə burada olmayanda 
Pəmbəyin  idarəsini  kürəkəni  knyaz  Aslan  Orbelianiyə  həvalə  etmişdi.  A. 
Orbeliani 
isə vəzifəsindən sui istifadə edərək əhalidən əlavə vergi yığmaqla 
onları  talayırdı.  Bu  da  əhalinin  narazılığına  səbəb  olmuşdu  (239,219; 
340,222; 146,12). Üçüncüsü,  Rusiya  Kartli-Kaxetiya 
çarlığının  əli  ilə 
Pəmbəki  işğal  edərək,  burada  hərbi  baza  yaratmaq  istəyirdi.  Pəmbəkdə 
möhkəmlənməklə rus qoşunu gələcəkdə İrəvan xanlığını işğal etmək üçün 
əlverişli meydan əldə edirdi. Pəmbəklilər isə rus qoşununun sultanlığın əra-
zisində mövqe tutmasına etiraz edərək həyacan qaldırmışdılar. Bu həyacan-
ların güclənməsində general mayor Lazarevin də əli vardı. Belə ki, 1801-ci 
ilin iyununda  rus 
qoşunlarının baş komandanı vəzifəsinə general-leytenant 


 
99 
K.F. Knorrinq 
təyin edildi. Hərbi işlərdə isə onun köməkçisi general mayor 
Lazarev oldu (84, c.2, 
səh.455; 76,183). Tezliklə yeni baş komandan Tiflisə 
gəldi.  Çar  I  Aleksandrın  əmrinə  əsasən  o,  Kartli-Kaxetiyanı  Rusiyaya 
birləşdirilməsi üçün hazırlıq görməli idi. Tiflisə gələn yeni baş komandan 
nüfuzlu 
şəxslərin və çarlığa tabe olan ayrı-ayrı bölgələrin nümayəndələrinin 
fikrini 
öyrənmək üçün yanına dəvət etdi (88,24-25). A.E.Sokolov yazır ki, 
«
Baş komandan (Knorrinq-E.Q.) mərkəzə yaxınlaşanda Pəmbək ağalarından 
başqa  gürcü  və  ermənilər  tərəfindən  təntənəli  surətdə  qarşılandı.  Bu  vaxt 
general-mayor  Lazarev 
yerlərə  sərəncam  göndərərək  bütün  əhalini  onu 
qarşılamağa dəvət etmişdi» (404,117; 239,119). Pəmbəklilər nəinki onun bu 
əmrinə  itaət  etməmiş,  eyni  zamanda  Məhəmməd  xanla  əlaqə  yaradaraq 
İrəvana  köçmək  istədiklərini  bildirmişdi.  Pəmbəklilərin  bu  etinasız 
hərəkətindən istifadə edən knyaz A. Orbeliani rus komandanlığı ilə onların 
arasını  qızışdırmağa  çalışırdı.  O,  general-mayor  Lazarevə  şikayət  edərək 
pəmbəklilərin əmrə tabe olmadıqlarını və İrəvan xanı ilə əlaqə saxlamaları 
haqqında xəbər vermişdi (239,219; 404,117-118).  
Pəmbəkin  Kartli-Kaxetiya  ərazisi  kimi  Rusiyaya  birləşdirilməsi 
İrəvan xanının kəskin narazılığına səbəb olmuşdu. O, naxçıvanlı Kəlbəli xan 
və digər nüfuzlu əyanlarla birlikdə İrəvanda müşavirə keçirdi. Müşavirədə 
xristianların  müsəlmanlar  üzərində  hakimiyyətinə  yol  verməmək  üçün 
Pəmbəki  rus  qoşunundan  müdafiə  etmək  qərara  alındı.  Hətta  II  İraklinin 
oğlanları  David  və  Vaxtanq  Məhəmməd  xana  müraciət  edərək  sultanlığı 
Rusiya 
işğalından  qorumağı  xahiş  etmişdilər  (337,617-618; 326,56; 
145,219). 
Belə  imkanı  özü  üçün  əlverişli  hesab  edən  Məhəmməd  xan 
Pəmbək  ağalarına  müraciət  edərək  onun  təbəəliyinə  keçməyi  tələb  etdi. 
Xanın  bu  təklifinə  pəmbəklilər  müsbət  cavab  verdilər.  Nəticədə, 400 
nəfərdən  ibarət  İrəvan  qoşunu  Pəmbəkə  göndərildi.  Tezliklə, 14 kəndin  6 
min 
nəfərdən ibarət əhalisi İrəvan xanlığının ərazisinə köçürüldü (336,599; 
145,218-219).  
Pəmbəklilərin qiyamı Qafqazda yerləşən rus qoşunlarının baş koman-
danlığını təşvişə salmışdı. Onlar bu hadisədə İrəvan xanını və onun qohumu 
olan 
naxçıvanlı  Kəlbəli  xanı  günahlandırırdılar.  Baş  verən  həyacanları 
yatırmaq  üçün  K.F.  Knorrinq  general  mayor  İ.P.Lazarevi  Pəmbəkə 
göndərdi. 1801-ci il iyunun 30-da 1 atıcı alayı, üç yüngül topla təchiz olun-
muş 19-cu yeger alayı, 100 kazak və 1 topu olan 500-ə qədər gürcü dəstəsi 
İ.P.Lazarevin  başçılığı  ilə  Tiflisdən  Pəmbəkə  doğru  hərəkət  edir.  Pəmbək 
çayı  sahilində  Darbar  kəndinə  yaxın  yerdə  düşərgə  salan  general 
Məhəmməd xanla danışıqlara başladı (335,598; 336,599). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə