Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   51   52   53   54   55   56   57   58   ...   164

 
114 
Məhəmməd  xan  və  qaynı Kəlbəli  xan  İrəvan  qalasına  sığınaraq şah 
qoşununa güclü müqavimət göstərməyə başladı. Xanın təslim olmamasının 
səbəbi ondan ibarət idi ki, o, rus qoşunundan kömək alacağına böyük ümid 
bəsləyirdi  və  P.D.Sisianovla  danışıqları  davam  etdirirdi.  Danışıqlarda 
xüsusilə ermənilərdən istifadə edilirdi. Ermənilər isə  rus qoşununun tezliklə 
köməyə gələcəyi ilə xanı aldadaraq, şah qoşununa müqavimət göstərməsini 
məsləhət  görürdülər  (410,22-23).  Mühasirə  isə  uzanırdı.  Qala  sakinlərinin 
inadlı  müqavimətini  görən  Qacar  komandanlığı  şəhər  əhalisinin  əmlakını 
talan 
etmək  əmri  verdi. Şah  qoşununun  bu  hərəkəti müdafiəçiləri  daha  da 
hiddətləndirdi. Əmlaklarının talan olduğunu görən irəvanlılar iyunun 18-də 
qaladan 
çıxaraq şah qoşununun üzərinə hücum etdilər. Bir gün davam edən 
qanlı  və  amansız  döyüşdə  hər  iki  tərəfdən  çoxlu  adam  həlak  oldu.  Lakin 
nizami 
qoşunun  təzyiqlərinə  davam  gətirə  bilməyən  müdafiəçilər  yenidən 
qalaya geri 
qayıtdı (410,25).  
Mühasirənin uzanması irəvanlıları çox pis vəziyyətə salmışdı. Qalaya 
sığınmış  xeyli  sakin  istidən  və  darlıqdan  həlak  olmuşdu.  Şah  qoşununun 
vəziyyəti  də  ürək  açan  deyildi.  Ərzaq  çatışmazlığı,  hava  şəraitinin  isti  və 
yağışlı olması qoşunu taqətdən salmışdı. İş o yerə çatmışdı ki, sərkərdələrin 
əmrinə əsasən, qoşun  İrəvanın və Eçmiədzin kilsəsinin imkanlı şəxslərini 
soymaqla 
təlabatlarını təmin edirdi (410,25-26). 
İrəvan  qalasının  şah  qoşunu  tərəfindən  mühasirəyə  alındığı  bu  ağır 
vaxtda  rus 
qoşunu  P.D.Sisianovun  komandanlığı  altında  hücuma  keçdi. 
Beləliklə,  birinci  İrəvan  müharibəsi  başladı.  İndiyədək  yazılan  bəzi  tarixi 
əsərlərdə «birinci İrəvan  müharibəsi» birtərəfli işıqlandırılaraq əsasən, şah 
qoşunu ilə rus qoşunu arasında gedən döyüş əsasında verilmişdi (161,74). 
V.Umudlu 
isə əksinə bu döyüşdə şah qoşunlarının fəaliyyətini azaltmış və 
Məhəmməd  xan  başda  olmaqla  irəvanlıların  fəaliyyətini  isə  şişirtmişdi 
(53,49). Qeyd 
etmək  lazımdır ki, «İrəvan döyüşü»nü iki mərhələyə bölmək 
olar 
və bu mərhələlər bir-biri ilə üst-üstə düşür. Bütün yazılan əsərlərdə bi-
rinci 
mərhələ  tamamilə  unudulmuş  və  birinci  «İrəvan  döyüş»ü  yalnız  rus 
qoşunlarının İrəvana hücumu ilə başladığı göstərilmişdi. Bizə görə hər iki 
mərhələni  bu  döyüşə  aid  etmək  olar.  Birinci  mərhələ  Abbas  Mirzənin 
başçılığı ilə şah qoşunlarının İrəvan xanlığına hücumu ilə başlamışdı. Qacar 
İranına tabe olmaq istəməyən irəvanlılar xan başda olmaqla İrəvan qalasına 
sığınaraq şah qoşununa güclü müqavimət göstərmişdi. Bu mərhələ yuxarıda 
işıqlandırılmışdı.  İkinci  mərhələ  isə  rus  qoşunlarının  hücumu  ilə  davam 
etmişdi. Mənbələrin təhlili göstərir ki, 1) döyüşün ilk günlərində İrəvan xanı 
hər  iki  tərəf  arasında  gedən  döyüşdən  yararlanaraq  gözləmə  mövqeyi  tut-
muşdu; 2) hər iki tərəf müxtəlif məzmunlu (hədə-qorxu, şirnikləndirici və 


 
115 
s.) 
məktub  yazaraq  İrəvan  xanını  öz  tərəfinə  çəkməyə  cəhd  etmişdi; 4) 
Məhəmməd  xan  hər  iki  tərəfi  narazı  salmamaq  üçün  bitərəf  mövqe  tut-
muşdu; 5) döyüşün  gedişində  İrəvan  xanı  şah  hökuməti  ilə  barışaraq,  rus 
qoşununa  qarşı  vuruşsa  da,  bu  hökumətə  etibar  etməmişdi.  Hətta  şahzadə 
başda olmaqla şah qoşununu qalaya buraxmamışdı. Bu bir daha sübut edir 
ki, 
Məhəmməd xan daima xanlığın müstəqilliyini qorumağa çalışmışdı.   
1804-cü  ilin 
mayında  P.D.Sisianovun  əmrinə əsasən, Qafqaz  qrena-
dor, 
muşketyor və 9-cu yeger və narva draqun alayı Tiflisdə hazır vəziyyətə 
gətirildi (66, 258; 305,137). İlk öncə rus qoşunlarının ön dəstəsi olan qafqaz 
qrenador 
alayı  general-mayor  Tuçkovun  komandanlığı  altında  İrəvan 
xanlığının  mahalı  olan  Şuragölə  hücum  etdi.  General  mayor  Tuçkovun 
dəstəsinə  Loridə  yerləşən  tiflis  qrenador  batalyonu  və  Pəmbəkdə  yerləşən 
muşketyor batalyonu qoşuldu. Bütünlüklə general-mayor Tuçkovun koman-
danlığı altında 8 topu olan 1800 piyada qoşunu və ona qoşulmuş general-
mayor  Leontevin  kazak 
və  gürcülərdən  ibarət  dəstəsi  var  idi  (66,258; 
305,138; 144,311; 155,98).  
Rus 
qoşununlarının  hücuma  keçdiyini  eşidən  şuragöllülər  evlərini 
ba
şlı başına buraxaraq xanlığın içərisinə sığındılar. Heç bir müqavimətə rast 
gəlməyən  rus  qoşunu  Şuragölü  ələ  keçirərək  Gümriyə  yaxınlaşdı.  Nasir 
Nəcmi  yazır  ki, «İrəvan  xanının  xəyanətindən  bərk  həyacanlanmış  və 
qəzəblənmiş  Abbas  Mirzə  Qacar  Dəvəllu  tayfasından  ləyaqətli  sərkərdə 
Mehdiqulu  xana 
tapşırıq  vermişdi  ki,  altı  min  atlı  dəstə  ilə  Qarsa  doğru 
hərəkət edib, İrəvan  valisinin köçürtdüyü irəvanlıları tezliklə İrəvana qay-
tarsın.  Mehdiqulu  xan  sürətlə  hərəkət  edib  köçürülmüş  bütün  irəvanlıları 
mal-
qaraları ilə birlikdə öz himayəsi altına alır…» (47,30). Bu əməliyyatdan 
sonra  8  minlik 
şah  qoşununa  rəhbərlik  edən  Mehdiqulu  xan  Gümrü 
yax
ınlığında yerləşən Qarakilsə kəndində dayandı. Şah qoşunu burada rus 
qo
şunu ilə üz-yzə gəldi. N.Nəcmi səhv olaraq Mehdiqulu xanın dəstəsinin 
guya 
İrəvan  valisi  Məhəmməd  xana  yardım  etmək  üçün  tələsən 
P.D.Sisiyanovun  20  min  piyada, 6 min 
atlı  dəstəyə  və  30  topa  malik  rus 
qo
şununa  rast  gəldiyini  yazır  (47,30).  Əslində  şah  qoşunu  general  mayor 
Tuçkovun 
başçılığı ilə rus qoşunlarının ön dəstəsinə rast gəlmişdi. Bir-biri 
ilə  üz-üzə  gələn  tərəflər  arasında  qanlı  döyüş  başladı.  Mehdiqulu  xanın 
dəstəsi  güclü  müqavimət  göstərsə  də,  rusların  top  atəşi  qarşısında  davam 
gətirə  bilməyərək  geri  çəkildi.  Döyüşdə  qalib  gələn  general-mayor 
Tuçkovun 
dəstəsi iyunun 12-də Gümrüyə daxil oldu. Baş vermiş döyüşdə 
şah  qoşunundan  100  nəfər  ölmüş, 100 nəfər  isə  əsir  düşmüşdü.  Bundan 
əlavə,  boş  qalmış  şah  qoşunlarının  düşərgəsindən  çoxlu  ərzaq  və  digər 
ehtiyatlar 
ələ  keçirilmişdi  (66,260-261; 305,138; 144,311-312).  İrəvandan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə