Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   49   50   51   52   53   54   55   56   ...   164

 
110 
P.D.Sisianov  1803-cü  il 
fevralın  9-da  knyaz  Tomas  Orbelianinin 
başçılığı  altında  İrəvana  xüsusi  nümayəndə  heyəti  göndərdi.  Heyət 
Məhəmməd  xana  və  Kəlbəli  xana  Danilin  katolikos  vəzifəsinə  təyin 
edilməsinə  köməklik  göstərməsi  haqqında  qraf  Voronsovun  və 
P.D.Sisianovun 
adından  yazılmış  məktub  gətirmişdi.  Bundan  əlavə,  heyət 
İrəvan haqqında gizli məlumatlar da toplamalı idi. Bu heyətin tərkibinə dax-
il olan kapitan Çuykoya 
verilən təlimata görə, o, xüsusi kəşfiyyat işi görməli 
idi. Kapitan  gizli  olaraq 
İrəvan qalasının möhkəm və zəif yerlərini, Kartli-
Kaxetiyadan 
İrəvana  gedən  əlverişli  yolları  öyrənərək  kağız  üzərinə 
köçürməli  idi  (309,609-610).  Lakin  göndərilən  heyətin  fəaliyyəti  heç  bir 
nəticə  vermədi.  Martın  7-də  geri  qayıdan  heyət  Məhəmməd  xandan 
P.D.Sisianova 
məktub gətirmişdi. Məktubda xan rus komandanlığının bütün 
tələblərini rədd edirdi (100,610; 410,19; 144,121).  
İrəvan  xanının  inadkarlığını  görən  P.D.Sisianov  İrəvan  xanlığına 
müdaxilə etmək üçün bu əlverişli imkandan istifadə etmək qərarına gəldi. O, 
1803-cü  ilin 
martında çara göndərdiyi məlumatda yazırdı ki, «Məhəmməd 
xan 
əlahəzirət imperatorun Danili erməni patriarxı kimi tanınması haqqında 
ali 
göstərişini yerinə yetirməkdən imtina edir. Onun cəzasız qalması silahla 
ələ keçirdiyimiz yerlərdə əlahəzrətin nüfuzunu zəiflədir. Ona görə də, mən, 
Məhəmməd  xanı  cəzalandırmaq,  Danili  erməni  patriarxı  (katolikosu-E.Q.) 
təyin etmək üçün İrəvana getməli və orada qarnizon yerləşdirməliyəm. Yerli 
erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd edirlər» (100,610). 
Rus 
komandanlığının niyyətindən xəbərdar olan Məhəmməd xan gec-
tez rus 
qoşunu ilə üzləşəcəyini dərk edərək özünə müttəfiq aparmağa qərara 
aldı.  O,  Osmanlı  sarayına  müraciət  edərək  rus  qoşununa  qarşı  mübarizə 
aparmaq üçün 
kömək istədi. Lakin Osmanlı dövləti xanın nümayəndələrinə 
rədd cavabı vermişdi (205,874-875). Sultandan kömək almaq ümidini itirən 
Məhəmməd  xan  rus  komandanlığı  ilə  münasibətləri  normallaşdırmağa 
qərara  aldı.  O,  yaxın  adamı  Hacı  Fərzəli  bəyi  məktubla  P.D.Sisiyanovun 
ya
nına  göndərdi.  Lakin  baş  komandan  bu  məktuba  cavab  vermədi.  İrəvan 
xanı ikinci dəfə rus komandanlığına məktub göndərdi. Bu məktubdan sonra 
1803-cü  il  iyunun  4-
də  P.D.Sisianov  Məhəmməd  xana  çox  kəskin  və 
hədələyici  bir  cavab  yazdı.  Məktubun  məzmunu  belədir:  «Sizin  yüksək 
məqamlı Hacı Fərzəli bəylə mənə çatdırılan məktubunuza ona görə cavab 
vermədim  ki,  o  (məktub-E.Q.)  mənim  cavabıma  layiq  deyil.  Ona  görə  ki, 
ədəbsiz  kəlmələrlə  dolu  məktuba  rus  generalı,  baş  komandan  sözlə  cavab 
verməyə borclu deyil. Hacı Fərzəli bəy İrəvana geri göndərildiyi vaxt sizdən 
məzmunu  bir  qədər  sülh  axtarmağa  və  mehriban  qonşuluğa  meyilli  ikinci 
məktub  aldım.  Ona  görə  də,  siz  ali  məqama  aşağıdakılara  cavab  verməyi 


 
111 
özümə  borc  hesab  edirəm: … patriarx  (katolikos-E.Q.)  Danili  Eçmiədzin 
taxtında  oturdub,  Davidi  devirmək  və  Tiflisə  mənim  yanıma  gətirmək. 
Mənim  sizinlə  əlaqəmin  kəsilməsının  səbəbi  bu  olmuş,  bu  da  İrəvan 
xanlığının xilasına və yaxud məhvinə səbəb olacaq. Bu məsələlər üçün sizin 
yanınızda  olan  iki  nümayəndəmizin  müvəffəqiyyətsizliklə  geri  qayıtması 
Rusiya 
imperiyasının şöhrətinə  ədəbsizlik olduğundan, mən bunu müzakirə 
etmək  üçün  İrəvana  nümayəndə  göndərməyi  lazım  bilmirəm» (253,611). 
P.D.Sisianovdan 
hədələyici  məktub  alan  İrəvan  xanı  onunla  əlaqəni 
müvəqqəti kəsməli oldu. 
E
çmiədzində  katolikos  taxt-tacı  uğrunda  gedən  mübarizədə 
Məhəmməd xanın tutduğu mövqe bir daha sübut edir ki, o, hər hansı kənar 
dövlətin xanlığın daxili işinə qarışmasına dözmək fikirində deyil və xanlığı 
müstəqil idarə emək istəyir. 
İrəvan  xanlığı  ilə  gərgin  münasibətə  baxmayaraq,  Rusiya  işğal 
siyasətinə Azərbaycanın şimal-qərbində yerləşən Car-Balakən istiqamətində 
başladı. 1803-cü ilin mart-aprel aylarında general Qulyakovun başçılığı ilə 
rus 
qoşunları Car-Balakənə hücum edərək buranı işğal etdi. Bunun ardınca 
uzun 
sürən mübarizədən sonra 1804-cü ilin yanvarın 3-də Gəncə xanlığı rus 
qoşununa təslim oldu (144,93-95; 21,18-19).  
Bu 
ərazilər  işğal  edildikdən  sonra  P.D.Sisianov  İrəvan  xanlığına 
hücum 
etməyə qərara aldı. O, planını həyata keçirmək üçün çar I Aleksan-
drdan 
əlavə kömək istədi. Baş komandan 1803-cü il martın 12-də imperato-
ra 
yazdığı məlumatda, İrəvan xanlığının işğalını uğurla başa çatdırmaq üçün 
əlavə 3 alay və 100.000 rubl məbləğində pul lazım olduğunu bildirmişdi. Bu 
qüvvələrlə o, nəinki İrəvanı, həmçinin Naxçıvan və Şuşanı almağı və Kür-
Araz boyu 
ərazilərin işğalını başa çatdırmağı vəd edirdi (100,610; 144,121). 
İrəvana  yürüş  etmək  üçün  1804-cü  ilin  mayında  rus  qoşunu  Tiflisdə 
cəmləşməyə başladı (326,258).  
Rus 
qoşunlarının  bölgədə  işğalçılıq  yürüşünə  başlaması  şah 
hökumətini  narahat  etməyə  başladı.  Fətəli  şah  Qacarın  əmri  ilə  Təbrizdə 
şahzadə  Abbas  Mirzənin  və  Süleyman  xanın  komandanlığı  altında  20-30 
minlik 
qoşun  toplandı.  Bu  qoşunun  bir  hissəsi  Abbas  Mirzənin  koman-
danlığı  altında  İrəvana,  digər  hissəsi  isə  Şuşaya  hücum  etməli  idi.  Həmin 
ərazilər tutulduqdan sonra hər iki dəstə Gəncə xanlığı ərazisində cəmləşməli 
və buradan Tiflis üzərinə yürüşü nəzərdə tutulmuşdu. Şah Şəki və Şamaxı 
xanlarına hədiyyələr göndərərək onlardan qoşunları ilə bu yürüşdə iştirakını 
tələb  etmişdi. İrəvanlı  Məhəmməd  xan  da  belə  bir  göstəriş  almışdı.  Şahın 
göstərişilə İrəvan xanı hətta Təbrizə getməli idi. Əmrin icra olunmayacağı 
təqdirdə, şah xanı bu əraziləri tərk edərək Məkkəyə ziyarətə  getməsini tələb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə