Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   52   53   54   55   56   57   58   59   ...   164

 
116 
Qarsa 
köçmək istəyən iki minə qədər ailə yolda ikən rus qoşunu tərəfindən 
geri 
qaytarılaraq Loridə yerləşdirildi (206,614-615). 
İyunun  14-də  P.D.Sisianovun  komandanlığı  altında  rus  qoşununun 
əsas  qüvvələri  Gümrüdə  general  mayor  Tuçkovun  dəstəsi  ilə  birləşdi. 
Ümumi  rus 
qoşunlarının sayı belə idi: piyada- 1100 nəfərdən ibarət 3 ba-
talyon  qafqaz  qranador 
alayı, 650 nəfərdən  ibarət  2  batalyon  tiflis  muşk-
etyor 
alayı, 1200 nəfərdən  ibarət  2  batalyon  saratov  muşketyor  alayı, 400 
nəfərdən ibarət 2 batalyon 9-cu yeger alayı. Piyadaların ümumi sayı 3350 
nəfər  təşkil  edirdi.  Süvarilər  isə  300  nəfərdən  ibarət  üç  eskadron  narva 
draqun 
alayından, 350 kazak və 370 gürcü dəstəsindən ibarət idi. General-
mayor  Tuçkovun 
dəstəsindən  əlavə,  S.D.Sisianovun  20  səhra  topa  malik 
4370 
əsgəri  var idi  (66,261).  General  mayor  Tuçkovun  dəstəsi  bura  əlavə 
edilsə  bütünlükdə  rus  qoşunlarının  ümumi  sayı  28  səhra  topundan, 6170 
əsgərdən  ibarət  olmuşdu.  Sonradan  Xoylu  Cəfərqulu  xanın  200  nəfərdən 
ibarət dəstəsi də rus qoşununa qoşulmuşdu (66,268). Qeyd etmək lazımdır 
ki,  H.M.
İbrahimbəyli  öz  əsərində  Xoy  xanının  dəstəsini  azərbaycanlı 
könüllü 
qoşunları  adlandıraraq,  onların  fəaliyyətini  xeyli  şişirtmişdi 
(161,74).  
Bundan 
əlavə, P.D.Sisianov bu yürüşdə İrəvan ermənilərindən kömək 
alacağına  ümid  edirdi.  Bu  hadisələrdə  ermənilərin  xəyanətkar  fəaliyyəti 
haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşərdi. Kartli-Kaxetiya 
Rusiyaya 
birləşdirildikdən  sonra  İrəvan  erməniləri  açıqdan-açığa  özlərini 
rusların tərəfdarları kimi göstərməyə başlamışdılar. Onların nümayəndələri 
rus 
komandanlığı ilə əlaqə yaradaraq İrəvanda baş verən siyasi hadisələrlə 
onları  məlumatlandırırdı.  Mülkü  müşavir  Kovalenski  çara  göndərdiyi 
məlumatda  ermənilər  haqqında  yazırdı: «Xanın  (Məhəmməd  xanın-E.Q.) 
yanındakı  erməni  məmurlarından  biri,  İrəvan  ermənilərinin  başçısı  məlik 
Avram 
xanın  və  xalqın  dərin  hörmətini  qazanmışdı.  Şübhə  yoxdur  ki, 
mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün 
ermənilər Rusiyaya meyllidirlər» (156,118-124). Hətta P.D.Sisianov da çara 
göndərdiyi məlumatda «yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd 
etdiklərini» yazırdı (100,610).  Lakin  rus  qoşunlarının  başçısı  sonradan er-
mənilərə  bel  bağlamaqda  yanıldığını  başa  düşmüşdü.  O,  İrəvanda  rus 
qo
şununlarının  məğlubiyyətinin  əsas  səbəbini  ermənilərin  yalan  məlu-
matlarında görürdü. Məsələn, 1805-ci il avqustun 15-də erməni yüzbaşı Qa-
brielin 
Qarakilsədən baş  komandana  göndərdiyi  məktubunda  İrəvanda  baş 
verən hadisələr haqqında məlumat verərək yazırdı ki, Məhəmməd xan şah 
tərəfindən  hakimiyyətdən  devrildikdən  sonra  xan  təyin  olunan  Mehdiqulu 
xanın ərzaq ehtiyatı yoxdur və qoşun onun sözünə baxmır. O, P.D.Sisianova 


 
117 
məsləhət görürdü ki, nə qədər ki, onlar ərzaq ehtiyatı toplamayıb, tezliklə 
bura 
qoşun göndərsin və İrəvanı işğal etsin. Daha sonra o, bildiridi ki, guya 
naxçıvanlı  Kəlbəli  xan  Rusiya  himayəsini  qəbul  edəcəyinə  söz  verib 
(140,626). P.D.Sisianov 1805-ci il avqustun 26-da 
məlik Avrama və yüzbaşı 
Qabrielə göndərdiyi məktubda erməniləri «yalançı», «vəfasız», «müftəxor» 
və  «xain»  adlandıraraq  yazırdı  ki, «…iran  qəlbli  vəfasız  ermənilər  indi  o 
ümidlə gəlmisiniz ki, bizdən taxıl alasınız. …Gürcüstan müftəxorları yed-
izdirməyə borclu deyil. Siz İrəvanda qalan erməniləri müdafiə etməyi xahiş 
edirsiniz. 
Soruşuram  xəyanətkarlar  himayə  edilməyə  layiqdilərmi?.  Qoy 
onlar it kimi 
gəbərsin, onlar buna layiqdirlər!. Mən keçən il məğlubedilməz 
rus 
qoşunu ilə İrəvan qalasını mühasirəyə alanda, bu ləyaqətsizlər Narınqal-
anı  tutub  mənə  təhvil  verə  bilərdilər.  Lakin  bunu  etmədilər.  Sən  yüzbaşı 
hiyləgər Məhəmməd xanın birinci məsləhətçisisən, mənimlə onun arasında 
yalanla 
və  xainliklə  əlaqə  saxlayırsan.  Keçən  ilki  kimi  sənin  sözünə  necə 
inanım  ki,  rus  qoşunu  yaxınlaşan  kimi  İrəvan  əhalisi  təslim  olacaq. 
Fikirləşirsən  ki,  siz  300  nəfər  qorxaq  ailənizlə  3.000  şah  qoşununa  qarşı 
çıxacaqsınız.  Yaxud  yalan  dəlillərlə  məni  yeni  İrəvan  xanına  və  hiyləgər 
Kəlbəli  xana  inanmağa  məcbur  eməklə,  guya  onlar  sizinlə  gizli  danışığa 
gələrək Rusiya himayəsini  qəbul etməklə məni qoşunla oraya yürüş etməyə 
məcbur  edəsiniz.  Lakin  məndən  bunu  gözləməyin.  İranlıların  hiyləgəlliyi 
mənə  məlumdur  və  mən  İrəvan  qalasını  nə  vaxt  işğal  edəcəyimi  yaxşı 
bilirəm» (314,627-628). Bu sənəd bir daha ermənilərin necə xəyanətkar və 
vəfasız olduqlarını sübut edir. Bundan əlavə, bu məktub bir daha sübut edir 
ki, 
ermənilər yalan məlumatlar verməklə rus qoşunlarını İrəvana cəlb etmək 
istəyirdilər.          
Gümrüdə  bir  neçə  gün  qaldıqdan  sonra  rus  qoşunu  iyunun  15-də 
Eçmiədzin kilsəsinə doğru hərəkət etdi. P.D.Sisianov kilsəni ələ keçirərək 
burada 
yerləşməklə  Məhəmməd  xanla  danışıqlar  aparmaq  istəyirdi. 
Məhəmməd  xan  isə  ruslardan  kömək  almaq  ümidini  itirməmişdi.  O, 
Gümrüdə olarkən P.D.Sisianova son dəfə olaraq kömək üçün müraciət etdi. 
Lakin 
baş komandan xana təhqiredici məktub göndərərək, ondan İrəvan qal-
asının  açarlarını  təhvil  verilməsini  tələb  etmiş,  əks  halda  Cavad  xanın 
aqibətinin  onun  da  yaşayacağı  ilə  hədələmişdi  (144,313-314).  İrəvan  xanı 
isə  yaxın  adamları  vasitəsilə  rus  qoşununun  sayca  az  olduğunu  bildikdən 
sonra onlardan 
kömək almaq ümidini itirdi (410,21). 
Lakin 
Eçmiədzin kilsəsi şah qoşunu tərəfindən tutulmuş, burada 400 
nəfərlik dəstə yerləşdirilmişdi. Bundan xəbəri olmayan rus qoşunu iyunun 
19-da 
kilsənin 8 verstliyində olan zaman şahın qoşunu onları aldatmaq üçün 
hiyləyə əl atır. Kilsə zəngləri aramsız çalınmağa başladı. Rus komandanlığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə