Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   60   61   62   63   64   65   66   67   ...   164

 
132 
Qudoviç Qacar 
dövlətilə sülh şərtlərini Abbas Mirzənin, vəzir Mirzə Şəfinin 
və  şahzadənin  vəziri  Mirzə  Bözyurqun  adına  yazılmış  məktublarda 
açıqlayırdi. Məktubların məzmunu demək olar ki, eyni idi. Baş komandan 
hər  üç  məktubda  guya  şah  qoşunlarının  və  Dağıstan  hakimlərinin  Kartli-
Kaxetiyanı  talan  etdiyini,  rus  tacirlərinin  bundan  əziyyət  çəkərək  ziyana 
düşdüklərini  bəhanə  gətirərək,  şah  hökumətinə  Rusiya  ilə  Qacar  İran  dö-
vlətləri arasında sərhəddin Naxçıvan və İrəvan xanlıqları daxil olmaqla Kür 
və  Araz  çaylarından  keçməsi  şərtilə  sülh  bağlanmasını  təklif  edirdi 
(283,456-457). Lakin 
şah sarayı Rusiya dövlətinin bu ağır şərtlərini əsassız 
olduğunu, Cənubi Qafqazın onlara məxsusluğunu iddiya edərək hər iki dö-
vlət arasında sərhəddin məlum olduğunu və Şimali Qafqazda Mozdok əra-
zisindən keçdiyini bildirmişdi. (284,261; 285,463).   
Şərqdə Rusiyaya qarşı özünə müttəfiq axtaran Napoleon Fransası bu 
danışıqlara mane oldu. Bu dövrdə şahı öz tərəfinə çəkmək üçün Fransa ilə 
İngiltərə  dövlətləri  arasında  rəqabət  gedirdi.  Fransız  diplomatları  müxtəlif 
vədlərlə  Fransa hökuməti ilə Qacar İranı arasında müqavilə bağlamağa nail 
oldular. 
Müqavilə  1807-ci  il  mayın  4-də  bağlandı.  Napoleon  Fransası  rus 
qo
şununa  qarşı  mübarizədə  şaha  kömək  etməyi  öhdəsinə  götürürdü. 
Müqavilə  bağlandıqdan  sonra  general  Qardanın  başçılığı  ilə  bir  dəstə 
mühəndis Tehrana gəldi (163,131-132). Şah rus qoşununa qarşı mübarizədə 
İrəvan  xanlığının  strateji  əhəmiyyətini  başa  düşərək  qalanı 
möhkəmləndirmək  üçün  bu  mühəndislərin  bir  hissəsini  oraya  göndərdi 
(106,254). 
Tezliklə,  çarın  əmrinə  əsasən,  qraf  Qudoviç  Türkiyənin  şərq 
sərhədlərinə  qoşun  yeritdi.  Lakin  rus  qoşunu  1807-ci  il  may  ayının 
əvvəllərində  Axalsıx  qalasında  biabırçı  məğlubiyyətə  uğrayaraq  Tiflisə 
qay
ıdır (326,40,73-74; 38,54-55; 32,181-182). Lakin hərbi əməliyyatlar da-
vam edirdi. Bu 
dəfə onlar arasında döyüş İrəvan xanlığı ərazisində baş ver-
di. 
Belə ki, sultan Ərzurum hakimi Yusif paşanı baş komandan təyin edərək 
rus 
qoşunlarına qarşı müharibə aparmaq göstərişini verdi. Yeni baş koman-
dan  2  minlik 
qoşunla Qarsa gəldi. Öz qüvvəsinə arxayın olmayan osmanlı 
paşaları kənardan müttəfiq axtarmağa başladı. Qars hakimi Osman paşa Ab-
bas 
Mirzəyə və İrəvan sərdarı Hüseynqulu xana məktub yazaraq birlikdə rus 
qoşununa qarşı çıxmağı təklif etdi. Hüseynqulu xan onun təklifinə müsbət 
cavab 
verərək, Nağı bəyin başçılığı ilə 200 nəfərlik İrəvan qoşununu Qarsa 
göndərdi. Abbas Mirzə də bu xəbəri eşidərək oraya tələsdi (362,232). Qraf 
Qudoviç ha
zırlıq görərək Gümrüyə doğru hərəkət edir. 1807-ci il iyunun 18-
də  Gümrüdə  Arpa  çayı  sahilində  yerləşən  Kiçik  Qarakilsə  kəndində  rus 
qo
şunu ilə osmanlı qoşunu üz-üzə gəldi. Döyüş rus qoşununun qələbəsi ilə 


 
133 
başa çatdı. Ruslar  osmanlı düşərgəsindən 10 top və 2 mortir (qısalüləli top-
E.Q.) daxil olmaqla çoxlu 
qənimət ələ keçirdi. Bu döyüşdə rus qoşunundan 
82 
nəfər  ölən  və  yaralanan  olmuşdu  (326,440-441; 41,74; 38,54-55; 
32,182). 
İkinci İrəvan döyüşü  
Osmanlı  qoşununun  məğlubiyyəti  Rusiyanın  Cənubi  Qafqazdakı 
fəaliyyətini daha da genişləndirdi. Rus qoşununun hədəfə aldığı xanlıqlar-
dan  biri 
də İrəvan xanlığı idi. Qacar İranı ilə müvəffəqiyyətsiz danışıqlara 
baxmayaraq,  rus 
qoşunlarının  baş  komandanlığı  İrəvan  xanlığına  hücum 
etmək üçün 1808-ci ilin bütün qışını hərbi hazırlıq görməyə başladı. Lakin 
yazda 
nəzərdə  tutulmuş  yürüş  müəyyən  səbəblərə  görə  bir  qədər  gecikdi. 
Nəhayət, 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə 
doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbər yerli əhalini bərk 
təşvişə  salmışdı.  Qorxuya  düşən  irəvanlılar  kəndlərini  başlı-başına  burax-
araq  qalalara, 
əlçatmaz  dağlara  və  Araz  çayının  cənubuna  çəkildilər 
(276,40).  S.A.Portnyaginin  1808-ci  ilin 
martında  İ.V.Qudoviçə  göndərdiyi 
məktubda rus qoşunlarının hücumu ərəfəsində xanlıqda baş verən hadisələri 
daha 
ətraflı  təsvir  etmişdi.  O,  əhalinin  qala  və  dağlarda  gizləndiyini  qeyd 
edərək açıq yazırdı ki, sərhəddə yaşayan əhali İrəvan qalasına, Zəngibasar 
əhalisi  Qaraqala  qalasına,  Gərnibasar  əhəlisi  isə  isə  İmamverdi  qalasına 
sığınmışdı  (326,453-454).  Öz  növbəsində  İrəvan  hakimi  Hüseynqulu  xan 
müəyyən  müdafiyə  tədbiri  görə  bilmişdi.  O,  İrəvanda  hakimiyyətə  gələn 
kimi, 
qalanın  müdafiəsini  gücləndirərək,  Zəngi  çayından  başlayan  qala 
ətrafında olan xəndəyi daha da dərinləşdirmiş və qalanın qarnizonunu əlavə 
qoşunla artırmışdı (361,232; 326,456). Fransız mühəndisləri buraya gəldik-
dən  sonra  İrəvan  qalası  Avropa  qaydasıilə  möhkəmləndirilmişdi.  Bunun 
şahidi olan qraf Qudoviç yazırdı: «İrəvan qalası Avropa hərbi qaydaları üzrə 
möhkəmləndirilmiş,  iki  divarı,  xəndəyi  və  torpaqdan  düzəldilmiş  səddi 
vardı.  Təpənin  üstünə  əvvəllər  burada  yerli  hərbiçilər  tərəfindən  tətbiq 
edilməyən kirteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombaların-
dan 
istifadə  edirdilər  ki,  bu  da  fransız  mühəndislərinin  fəaliyyətinin 
bəhrəsidir» (106,254). İrəvan 
qalasının 
hərbi 
cəhətdən 
möhkəmləndirilməsində  fransız  mühəndislərindən  başqa  rus  qoşunundan 
qaçmış  podpolkovnik  Koçnev  də  fəal  iştirak  etmişdi  (326,463).  Bundan 
əlavə,  Hüseynqulu  xan  öz  əmlakının  təhlükəsizliyinin  də  qayğısına  qal-
mışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az 
bir 
hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı (326,462-463). Bu vaxt 
şah  qoşununun  bir  hissəsi  İrəvan  yaxınlığında  Şorlu  kəndində  düşərgə 
salmışdı. Xanın əmri ilə rus qoşununun hərəkətini izləmək üçün 600 nəfər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə