Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   61   62   63   64   65   66   67   68   ...   164

 
134 
lik 
İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə 
Sudakənd kəndində keşik çəkirdi. Əli silah tutan yerli əhali orduya cəlb olu-
nurdu.  Hüseynqulu  xan 
kəndlərə  adamlar  göndərərək  silahlı  qüvvə  top-
lamağa başlamışdı. Onun 6000 silahlı süvari dəstəsi vardı. Xan maldarlıqla 
məşğul  olan  kürdləri  də  öz  tərəfinə çəkməyə  cəhd  göstərdi.  Lakin  onların 
rəisi  Hüseyn  ağa  əvvəl  razılıq  versə  də,  sonradan  gözləmək  mövqeyində 
qaldı.  O,  qalib  gələn  tərəfə  qoşulmaq  niyyətində  idi  (326,453-454).  Hətta 
Abbas 
Mirzə  4000  süvari  dəstə  ilə  Xoydan  Naxçıvana  gələrək  burada 
duşərgə  salmışdı.  Hüseynqulu  xan  şahzadə  ilə  əlaqə  yaradaraq  rus 
qoşununun  Pəmbəyə  gəlməsi  haqqında  onu  məlumatlandırmışdı (326,453-
454).     
Qraf  Qudoviç 
Pəmbək  və  Şuragöldə lazımi  qədər  qüvvə  saxlayaraq 
sentyabrın 25-də 6 minlik qoşun və 12 top ilə İrəvan qalasına doğru hərəkət 
etdi  (304,412). 
Başqa bir məlumata görə, rus qoşunu 240 zabit heyətindən 
və  7506  sıravi  əsgərdən  ibarət  olmuşdu  (150,20).  Rus  komandanlığı  şah 
qo
şunun diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı 
hazırlamışdı.  Bu  planı  Qarabağda  Tərtər  çayı  sahilində  dayanmış  general 
Nebolsin icra 
etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. 
Bu 
qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu (276,240).  
Sentyabrın 26-da rus qoşunu dağıdılmış Abaran kəndinə gəlib çatdı. 
Onların hərəkətini izləyən 500 nəfərlik İrəvan dəstəsi əkin sahələrini və bir 
neçə  kəndi  yandıraraq  döyüşsüz  geri  çəkildi.  Düşmən  qüvvələrinin 
yax
ınlaşdığını  eşidən  Hüseynqulu  xan  5000  qoşunla  onları  sərhəddə 
qarşılamağı  qərara  aldı.  Sentyabrın  29-da  Əştərək  (Qarababa-E.Q.) 
kəndində irəvanlılarla rus qoşununun ön dəstəsi arasında döyüş baş verdi. 
Döyüşdə  Hüseynqulu  xan  məğlub  olaraq  qoşunu  ilə  geri  çəkildi.  Səhəri 
günü  rus  qo
şunu  Eçmiədzinə  döğru  hərəkət  edərək  müqavimətsiz  onu  ələ 
keçirdi. Rus 
qoşununa rəğbət bəsləyən ermənilər onları təntənə ilə qarşıladı 
(105,243). 
Rus 
qoşuni ilə ilk döyüşdə məğlub olan Hüseynqulu xan İrəvan qal-
as
ına çəkilmişdi. Lakin o, burada çox ləngimədi. Rus qoşunu gələnə qədər 
qardaşı Həsən xanı iki minlik İrəvan qoşunu  və şahzadə tərəfindən burada 
saxlanmış bir dəstə şah qoşunu ilə qalada saxlayaraq, qalan qoşunla  Gərni 
çayını keçərək Vedi dərəsinə çəkildi (105,244).  
İki gün Eçmiədzində dincəldikdən sonra qraf Qudoviç yüksək rütbəli 
zabitləri, artilleriya hissələrini və ağır ərzaq arabalarını bir dəstə qarnizonla 
burada  saxlayaraq, 
İrəvan  qalasına  doğru  hərəkət  etdi.  Oktyabrın  3-də  rus 
qoşunu Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı (307,244). İlk 
növbədə qraf Qudoviç qalanı döyüşsüz təslim etmək üçün komendant Həsən 


 
135 
xana 
və  sakinlərə  hədə-qorxulu  məktublar  göndərməyə  başladı.  O,  ok-
ty
abrın  4-də  qala  sakinlərinə  bəyannamə  göndərdi.  Rus  qoşunlarının  baş 
ko
mandanı bəyannamədə irəvanlıları müqavimətsiz təslim olmağa çağırar-
aq, 
özlərinin  və  əmlaklarının  toxunulmazlığına  söz  verirdi.  Müqavimət 
göstərəcəkləri  halda  isə  onlara  aman  verilməyəcəyi  ilə  hədələyirdi.  Qraf 
Qudoviç 
lovğalanaraq yazırdı: «İrəvan əhalisi! Siz İrəvan qalasının əvvəlki 
müvəffəqiyyətsiz  mühasirəsindən  ibrət  götürməyin.  Onda  vəziyyət  başqa 
idi,  indi 
tamamilə  başqadır.  Onda  qoşuna  hərbi  sahədə  təcrübəsi  olmayan 
gənc  generallardan  knyaz  Sisianov  başçılıq  edirdi.  İndi  xoşbəxtəm  ki, 30 
ildən  çox  güclü  rus  qoşununu  idarə  edən  mən,  böyük  imperatorun 
məğlubedilməz  qoşununa  burada  komandanlıq  edirəm.  Bundan  əlavə, 
əvvəlki  İrəvan  mühasirəsində  müqayisəsiz  çox  az  qoşun  vardı,  indi  isə 
mənim o qədər qoşunum var ki, nəinki qalanı məhv edərəm, həm də bütün 
İrandan keçərəm» (327,237-238). Belə bir məktub oktyabrın 17-də qalanın 
komendantı Həsən xana da göndərilmişdi. Məktub həm hədələyici, həm də 
şirnikləndirici  xarakter  daşıyırdı.  Qraf  Qudoviç  məktubda  qala  müda-
fiəçilərinin çıxılmaz vəziyyətdə olduğunu, rus qoşununun Hüseynqulu xanı 
məğlub etdiyini, onlara kömək gəlməyəcəyini bildirərək Həsən xandan qal-
anı təslim etməsini tələb edirdi. O, qalanın könüllü təslim olacaqı təqdirdə 
qarnizonun 
maneəsiz  Arazın  o  tayına  geri  çəkilməsinə  icazə  verəcəyinə, 
əhalinin əmlak və mülkiyyətinə toxunulmayacağına söz verirdi və eyni za-
manda 
xanı  inandırmağa  çalışırdı  ki,  guya  qaçıb  gizlənmiş  bütün  İrəvan 
əhalisi Rusiya imperiyasının təbəəliyinə keçmək istəyir. Daha sonra o, xanı 
şirnikləndirmək üçün yazırdı: «…Lakin siz hörmətli komendant, əgər qala 
qarnizonu 
ilə birlikdə İrana çəkilmək arzusunda olsanız sizə sərbəstlik veri-
ləcək. Əgər qalmaq istəsəniz mən böyük imperatorun adından sizi hörmətlə 
bütün hüquq 
və əmlakı ilə İrəvan qalası və şəhərindən başqa bütün xanlığın 
hakimi 
təyin olunacağınıza söz verirəm» (276,240).  
Lakin 
Həsən xanın  noyabrın 21-də Qudoviçə göndərdiyi məktubunda 
onun 
yazdıqlarının  yalan  olduğunu  bildirərək  istehzalı  tərzdə  bildirirdi: 
«
Tələb  edirsiniz  ki,  İrəvan  qalasını  könüllü  təslim  etsəm,  əvəzində  İrəvan 
xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa onda siz böyük 
İran  hökmdarına  qulluq  etməyə  razı  olsanız  əvəzində  İrəvan,  Təbriz  və 
başqa çox şey alarsınız. … Siz yazırsınız ki, işi əhalinin qırılmasına gətirib 
catdırmayım. Bütün aləmə məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız… 
Sonra 
yazırsınız, bütün İrəvan əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər 
sizin 
yanınıza gəlib, çox yaxşı və çox əcəb. Onda bütün İrəvan əhalisi sizə 
təslim olmaqa razıdır. Əhalini idarə etmək üçün ona sahib olmaq lazımdır. 
Sonra 
yazırsınız  ki,  çoxlu qoşununuz  var,  kim  hökmranlıq  bacarırsa  onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə