Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   62   63   64   65   66   67   68   69   ...   164

 
136 
qoşunu çox olmalıdır və başqalarının da belə çox qoşunu var». Daha sonra 
xan 
məktubda  qalanın  güclü  qarnizona  və  üç  illik  ərzaq  ehtiyatına  malik 
olduğunu yazaraq onu təslim etməyəcəyini bildirirdi  (326,473).   
Hüseynqulu  xan  geri 
çəkilərkən  qoşunun  sayı  2000  nəfərdən  ibarət 
olmuşdu.  O,  İrəvandan  30  verst  aralıda  yerləşən  Kiçik  Vedi  qalasında 
düşərgə salmışdı. Həmin vaxt gürcü şahzadəsi Aleksandr Mirzə də da bura-
da  idi  (326,463). 
Xanın  məqsədi  kənardan  qəfl  hücumlarla  rus  qoşununu 
çaşbaş  salmaqla,  onların  məqsədini  qalanın  mühasirəsindən  yayındırmaq 
idi. 
Belə  bir  planın  rus  qoşunu  üçün  çox  qorxulu  olduğunu  dərk  edən 
Qudoviç  general  mayor  Portnyagini  bir 
dəstə  qoşunla  Hüseynqulu  xanı 
təqib etməyə göndərdi. Lakin Hüseynqulu xan döyüşdən yayınaraq Arazın 
cənubuna çəkildi. (307,244).    
İrəvanlıların  təslim  olmayacağını  anlayan  rus  komandanlığı  qala 
ətrafı  strateji  əhəmiyyətli  nöqtələri  tutmaq  üçün  qoşunu  bir  neçə  dəstəyə 
böldü.  Qraf  Qudoviçin 
göstərişinə  əsasən,  oktyabrın  7-si  gecə  polkovnik 
Simonoviçin 
başçılığı  ilə  qoşunun  bir  hissəsi  qalanın  şimal  tərəfində  yer-
ləşən  Topbaşını,  Borşovun  dəstəsi  Zəngi  çayını  keçərək  qalanın  cənub-
qərbində yerləşən Maxtəpə kurqanını, mayor Buxvostovun dəstəsi isə qal-
anın cənub şərqində yerləşən, ətrafı bağlarla əhatə olunmuş Müxənnət kur-
qanını ələ keçirməli idi. Yerli əhalinin müqavimətinə baxmayaraq oktyabrın 
9-u günortaya 
yaxın rus qoşunu əmri yerinə yetirə bildi. Qalanı mühasirəyə 
alan  rus 
qoşunu onu bombardıman etməyə başladı (105,244-245; 305,296-
297). 
Araz 
çayının  cənubuna  çəkilən  Hüseynqulu  xan  heç  də  sakit  da-
yanmaq 
fikirində  deyildi.  O,  dəstəsi  ilə  rus  qoşununun  diqqətini  qaladan 
yayındırmaq  üçün  onlara  qəflətən  hücumlar  təşkil  etməkdə  davam  edirdi. 
Hətta xanın dəstəsi qalanın 10 vertliyinə qədər gəlib çatmışdı. Onun qoşunu 
rusların  yem  tədarük  edən  dəstələrini  tez-tez  narahat  edirdi.  Hüseynqulu 
xanın  qəfl  və  ehtiyatlı  hücumları  rus  qoşununu  təngə  gətirmişdi.  Qraf 
Qudoviçin 
əmrinə  əsasən, 15-ci  yeger  alayından  200  nəfər,  dörd  narva 
draqun eskadronu 
və 200 kazak dəstəsi podpolkovnik Podlutskinin başçılığı 
ilə  Hüseynqulu  xanın  qoşununu  təqib  etməyə  göndərildi.  Onlara  general-
mayor  knyaz  Orbeliyaninin 
başçılığı  ilə  Kazak,  Şəmşəddil  və  Pəmbəkdən 
olan 
azərbaycanlılardan ibərət dəstə də qoşulmuşdu. Oktyabrın 16-da səhər 
tezdən  rus  qoşunu  qəflətən  Gərni  çayı  sahilində  yerləşən  Avşar  kəndində 
mövqe 
tutmuş  Hüseynqulu  xanın  dəstəsinə  və  onunla  birlikdə  olan  gürcü 
şahzadəsi  Aleksandr  Mirzənin  başçılıq  etdiyi  2000  nəfərlik  şah  qoşununa 
hücum etdi. 
Qəflətən yaxalanmış Hüseynqulu xan qoşunu ilə vaxtında ara-
dan 
çıxaraq  Arazın  cənubuna  çəkildi.  Podpolkovnik  Podlutskinin  qraf 


 
137 
Qudoviçə  göndərdiyi  məlumatda  bildirirdi  ki,  bu  döyüşdə  xanın  bütün 
düşərgəsi, özünün mindiyi atı və yüklə dolu 50-dən çox qatırı rus qoşunun 
əlinə keçmişdi. Döyüşdə xanın qoşunundan 30 nəfər ölmüş, 5 nəfərə yaxın 
adamı  isə  əsir  düşmüşdü. (365,496). Lakin  qraf  Qudoviç  Həsən  xana 
göndərdiyi  məktubda  bu  döyüşdə  xanın  qoşunundan  çoxlu  ölən  olduğunu 
bildirərək, 60 qatır və 600 qiymətli yükdən ibarət qənimət ələ keçirildiyini 
yazırdı (276,239).      
Hüseynqulu 
xanın  məğlub  olduqunu  eşidən  Fətəli  şah  Qacar 
Fərəculla  xanın  başçılığı  ilə  5000  nəfərlik  qoşunu  irəvanlıların  köməyinə 
göndərdi. Vəziyyət rus qoşunu üçün qorxulu xarakter almışdı. Qraf Qudoviç 
bu 
təhlükənin qarşısını almaq üçün general mayor Portnyagini əlavə qoşunla 
Podlutskinin 
dəstəsinə  köməyə  göndərdi.  Qoşuna  ümumi  rəhbərlik  etməyi 
Portnyaginə tapşırıldı. Lakin rus qoşunu İrəvan xanını açıq döyüşə cəlb edə 
bilmədi. Hüseynqulu xan rusların əsəbləri ilə oynayaraq hər dəfə açıq dö-
yüşdən  qaçırdı.  Heç  bir  yerdə  müqavimətə  rast  gəlməyən  general  mayor 
Portnyagin 
Arazın  sol  sahilinə  keçərək  Şadlı  kəndində  düşərgə  saldı 
(105,245). 
Burada  general  mayor 
Portnyaginə  xəbər  gəlir  ki,  general  mayor 
Nebolsinin 
komandanlığı altında olan rus qoşunu artıq Naxçıvan xanlığının 
ərazisinə  hücuma  başlamışdı.  Bu  xəbəri  eşidən  Abbas  Mirzə  12  top, 60 
falkonetə  malik  3  min  piyada  və  10  min  süvari  dəstədən  ibarət  qoşunla 
oraya 
tələsdi. 1808-ci ilin oktyabrın 28-də Naxçıvandan 18 verst aralıda yer-
ləşən Qarababa kəndində polkovniklər Lisaneviçin və Kotlyarevskinin ko-
mandanlığı  altında  olan  rus  qoşununun  ön  dəstəsi  ilə  şahzadənin  qoşunu 
arasında döyüş baş verdi. Bu döyüşdə şah qoşunu məğlubiyyətə uğrayaraq 
geri 
çəkildi. Noyabrın 1-də xanın oğlu Şıxəli bəyin köməkliyi ilə rus qoşunu 
döyüşsüz  Naxçıvanı  işğal  etdi.  Beləliklə,  qraf  Qudoviçin  planının  birinci 
hissəsi həyata keçdi (106,253; 150,216; 305,299-300).   
Lakin 
İrəvan  qalasının  mühasirəsi  davam  edirdi.  Hər  tərəfdən 
mühasirəyə  alınmış  qala  güclü  top  atəşinə  məruz  qalmışdı.  Top  atəşi 
nəticəsində iki qüllə sıradan çıxmış, qalanın divarlarına zərər toxunmuş və 
qalada 
yanğın  baş  vermişdi.  Lakin  buna  baxmayaraq,  irəvanlılar  təslim 
olmaq 
niyyətində deyildi. Belə olduqda rus komandanlığı qalanı işğal etmək 
üçün  son 
tədbirə  əl  atdı.  Rus  qoşunu  Teymur  bulaqdan  qalaya  çəkilmiş 
suyun 
qarşısını  kəsməklə  irəvanlıları  susuzluqla  təslim  olmağa  məcbur 
etmək istədi. Lakin irəvanlılar rusların bu niyyətini vaxtında başa düşərək 
güclü  top 
atəşi altında itki vermələrinə baxmayaraq, gecə ikən suyu Zəngi 
çayından götürməyə nail oldular (105,246; 305,300).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə