Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   58   59   60   61   62   63   64   65   ...   164

 
128 
halının Ağbaş kəndində yerləşən düşərgəsinə qədər müşayət etməli oldu. Bu 
vaxt 
şahzadə öz qoşununu İrəvana göndərdi. Onlar xanın evini mühasirəyə 
alaraq 
otaqlarını möhürləyir və bütün ailə üzvlərini onun (şahzadənin-E.T.) 
hüzuruna 
gətirirlər.  Xan  arvad  və  cariyələrini  burada  həbsdə  görəndə 
heyrətləndi.  Lakin  şahzadə  bununla  kifayətlənmədi.  O, (xanın-E.T.) 60-ə 
qədər  əyanını  cərmələyərək,  hər  birindən  30.000  rubl  (3000  tümən-E.T.) 
tələb  etdi.  Müqavimət  göstərənlər  təyin  olunmuş  məbləğ  gələnə  qədər 
işgəncəyə məruz qaldı. Qısa vaxt ərzində 180.000 rubl (18.000 tümən-E.Q.) 
toplanır. Siyahı üzrə xəzinənin nə qədər olması və harada saxlanması barədə 
xanın yaxın adamları sorğu-suala tutuldu. Onlar şahzadənin inanılmış adam-
ları ilə xəzinəni axtarmaq və şahzadəyə çatdırmaq üçün İrəvana göndərildi. 
Beləliklə, xanın əyanları bu yolla qarət olundu. Xan isə öz məiyyəti və bir 
neçə  vali  ilə  İrana  aparıldı.  İrəvan  qalasının  sakinləri  şəhərə  köçürüldü. 
Pirqulu xan Qacar 1.200 
nəfərlik qoşunla qalada yerləşərək şəhərin hakimi 
təyin  olunur.  İllik  vergiləri  yığmaq  yerli  əyanlara  həvalə  edildi.  Bütün 
məbləğ  onlar  tərəfindən  şah  xəzinəsinə  çatdırılırdı.  Şahzadə  bununla  sa-
kitləşərək  bütün  sərvət  və  əsirlərlə  Qəzvin  şəhərinə  yola  düşür…» 
(410,113). Lakin Pirqulu xan 
Qacarın İrəvanda hakim təyin edilməsi dövrün 
digər mənbəyi ilə təsdiq olunmur. Şahidlərin verdiyi məlumata görə, 1805-
ci  ilin  iyunun 
əvvəlində  Abbas  Mirzə  15.000  qoşun, 400 yaralı  və  çoxlu 
meyidlə Gəncədən İrəvana gəlmişdi. O özü ilə Gəncə əhalisini gətirmişdi, 
lakin  Abbas 
Mirzə  sonradan  fikirini  dəyişərək  onları  geri  qaytarmağa 
məcbur  olmuşdu.  İyunun  13-də  isə  Mehdiqulu  xan  Qacar  3.000  qoşunla 
İrəvana  daxil  olaraq  Məhəmməd  xanı  və  ailəsini  həbs  edərək  şahzadəyə 
təslim  etmişdi.  Beləliklə,  Mehdiqulu  xan  Qacar  (1805-  il  iyun-1806-cı  il 
avqust) 
şahın fərmanı ilə İrəvan taxtında əyləşir. Onun  yanında şahın eti-
mad 
göstərdiyi  naxçıvanlı  kor  Kəlbəli  xan  və  gürcü  şahzadəsi  Aleksandr 
Mirzə da vardı. (359,625; 209,625; 140,626 ).  
Beləliklə, Məhəmməd  xanın  həbs edilməsilə  İrəvanda  hakimiyyətdə 
olan,  xalq 
tərəfindən  seçilmiş  yerli  Qacarlar  sülaləsinə  son  qoyuldu. 
Məhəmməd xan bu sülalənin ən çox hakimiyyətdə olan nümayəndələrindən 
biri  idi. 
Mənbələrdə  onun  şəxsiyyəti  haqqında  ziddiyyətli  xəbərlərə  rast 
gəlmək  mümkündür.  Məhəmməd  xana  iradəcə  zəif,  cəsarətsiz,  hiyləgər, 
ikiüzlü, 
ədalətli,  sadiq,  mülayim  xüsusiyyətə  malik  keyfiyyətlər  aid 
edilmişdi.  O,  çox  kiçik  yaşlarında-  12  yaşında  hakimiyyətə  yiyələnmişdi. 
Hakimiyyətinin ilk illərində nüfuzlu adamlardan asılı olmuş və hətta Kartli-
Kaxetiya 
çarına  tabe  olaraq  vergi  vermişdi.  Lakin  sonradan  bu  asıllıqdan 
çıxaraq hakimiyyəti müstəqil idarə etmişdi. O, özünü bacarıqlı dövlət xadi-
mi, 
hiyləgər  siyasətçi  kimi  göstərə  bilmişdi.  Onun  hakimiyəti  dövründə 


 
129 
İrəvan  xanlıqının  ərazisi  genişlənmiş,  vaxtilə  itirilmiş  torpaqlar  geri  qay-
tarılmışdı.  Qonşu  Azərbaycan  xanları  və  Osmanlı  paşaları  ilə  aparılan 
müharibələrdə Məhəmməd xan özünü bacarıqlı sərkərdə kimi göstərmişdi. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Məhəmməd  xan  xanlığın  müstəqilliyini 
qorumaq  üçün iri 
dövlətlər arasında manevr etməyə bacaran dövlət xadimi 
idi. 
Hadisələrin gedişi göstərir ki, təhlükə baş verdikdə həm Rusiyaya, həm 
də  Osmanlı  dövlətinə  kömək  üçün  müraciət  edən  Məhəmməd  xan  yalnız 
xanlığın  təhlükəsizliyini  qorumaq  və  xanlıqın  müstəqilliyini  saxlamağı 
düşünürdü. Nasir Nəcmi yazır ki, «Bu vaxt Abbas Mirzəyə xəbər verdilər 
ki, 
İrəvan  valisi  Məhəmməd  xan  xəyanət  edərək,  Sisianovun  həmləsindən 
bir 
neçə gün əvvəl rus qoşunlarını həmin şəhəri  və başqa Qafqaz şəhərlərini 
almağa  qaldırmışdı» (47,29). Müəllif  bu  müharibədə  Məhəmməd  xanın 
fəaliyyətini  şişirtsə  də,  lakin  həqiqətən  də  o,  rus  komandanlığına  kömək 
üçün 
müraciət etmişdi. Məhəmməd xanı buna məcbur edən şah qoşunlarının 
İrəvana hücumu idi. Hadisələrin gedişi göstərdi ki, xanın bu müraciəti iki 
böyük 
dövlət arasında gedən düşmənçilikdən yararlanmaq idi. Rus qoşun-
larının  başçısı  P.D.Sisianov  düzgün  olaraq  öz  məktublarında  Məhəmməd 
xanı  hiyləgər  adlandırmışdı.  Hətta  Rusiya-İran  müharibəsində  İrəvan  xanı 
Qacar 
İranı  ilə  yaxınlaşsa  da,  bu  hökumətə  çox  da bel  bağlamırdı.  Onun 
müstəqil  siyasət  yeritmək  niyyətində  olduğunu  başa  düşən  şah  hökuməti 
İrəvanda  hakimiyyət  dəyişikliyi  edərək,  öz  nümayəndəlrini  buraya  hakim 
təyin  etmişdi.  Lakin  Məhəmməd  xanın  sonrakı  taleyi  məlum  olmamışdı. 
Y.Xubov 
əsərində  Məhəmməd  xanın  və  məiyyətinin  Qəzvin  qalasında 
ömürlük 
həbsdə qaldığını yazır (410,113). Digər məlumata görə isə «Baba 
xan  (
Fətəli xan-E.Q.) hüzuruna tələb etdiyi İrəvanlı qoca Məhəmməd xanı 
yenidən  azad  buraxmış  və  Mehdiqulu  xan  onunla  İrəvana  gəlmişdi» 
(270,421). Bu 
sənəddən görünür ki, Məhəmməd xan geri qayıtsa da bir daha 
hakimiyyətə yiyələnə bilməmişdi. Beləliklə, İrəvan xanlığı Qacar İranından 
asılı vəziyyətə düşdü.             
Birinci 
İrəvan  döyüşündən  sonra  bu  istiqamətdə  hərbi  əməliyyatlar 
bir 
müddət səngidi. Lakin buna baxmayaraq, xanlıqda vəziyyət gərgin olar-
aq 
qalırdı.  Şah  tərəfindən  İrəvanda  hakim  təyin  edilən  Mehdiqulu  xanın 
apardığı  siyasət  yerli  əhalinin  narazılıqına  səbəb  olmuşdu.  Onun  qoşunu 
ərzaqsız olduğundan yerli əhalini qarət etməklə dolanırdı. Xan ərzaqsız olan 
qoşununun  təlabatını  ödəmək  üçün  yerli  əhalidən  yeni-yeni  vergilər  tələb 
edirdi. 
Müharibə  nəticəsində  xanlığın  kənd  təsərrüfatı  dağıldığından  yerli 
əhali  xanın  tələblərini  yerinə  yetirmək  iqtidarında  deyildi.  Bundan  əlavə, 
xan 
narazılıq edən əhalinin bir çoxunu, ruslara rəğbət bəsləyən erməniləri və 
rus 
qoşunundan qorxaraq İrəvana pənah gətirmiş 400 ailədən ibarət Pəmbək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə