Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   56   57   58   59   60   61   62   63   ...   164

 
124 
birində  xan  yazırdı  ki, «… İran  dövlətinin  tərəfini  saxlamaq  niyyətində 
deyiləm. Əlahəzrət sədaqətlə xaihiş edirəm ki, mənə vaxt verin və səbr edin. 
Baba  xan  (
Fətəli şah-E.Q.) buradan getdikdən sonra nə əmr etsəniz yerinə 
yetirməkdən  imtina  etmərəm…» (262,617). Başqa  məktubda  isə  öz 
mövqeyini 
belə şərh edirdi: «…7 ildir ki, mən özümü onun (Fətəli şahın-
E.Q.) 
tələsindən  qoruyuram,  özümü  təhlükəyə  düçar  etmədən,  öz 
xanlığımda yaşayıram və ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən 
necə  ona  hərbi  yolla  müqavimət  göstərirəm  və  mənim  qalama  hücumunu 
dəf edirəm. Nəhayət, əlahəzrət qoşunla bura gəlib. Bizim xalq inamına görə 
müxtəlif  dinə  qulluq  edir  və  bu  onları  narahat  edib.  Baxmayaraq  ki,  mən 
bilirəm sizdə bütün dinlər yol veriləndir və buna qarşı çıxmaq istəmirsiniz. 
Lakin bizim 
xalqı inandırmaq çətindir. Baba xanın vəziri Mirzə Şəfi burada 
şəhərdə olmuş, əhalini hiyləgərliklə öz tərəfinə çəkmişdi. Mənim qardaşım 
Cəfərqulu xan onun haqqında bilir ki, necə hiyləgər adamdır. Məndən başqa 
hamı  sizdən  üz  döndərib.  Mən  və  mənim  varislərim  ali  Rusiya  dövlətinə 
sədaqətlə qulluq etmək niyyətindəyik… Baba xan Pirqulu xanı gözləyərək 
10 
gündən  sonra  buradan  gedəcək.  Öz  istehkamınızda  xüsusilə  ehtiyatlı 
olun.  Baba  xan  iki 
dəfə  hücuma  cəhd  etdikdən  sonra  gedəcəkdir.  O,  indi 
mənə  navaziş  göstərməyə  cəhd  edir,  həmçinin  şahzadə  üç  dəfə  məktub 
yazıb və digər əyanlar andla məni inandırmağa çalışırlar. Lakin onlar məni 
inandırmağa çalışsalar da inanmıram  və Rusiya dövlətinə xəyanət etmərəm. 
Əlahəzrət  xahiş  edirəm  bilin  ki,  şah  qoşunu  qalaya  daxil  ola  bilməz 
(265,617-620). 
Sentyabrın  2-də  P.Sisianov  Məhəmməd  xana  yeni  bir 
məktub  yazaraq  onun  səmimiyyətinə  şübhə  etdiyini  bildirmiş  və  qeyd 
et
mişdi ki, «mən geri çəkildikdən sonra siz Baba xana təsltm ediləcəksiniz» 
(266,619). 
Məhəmməd xanın sentyabrın 4-də yazdığı məktubda diplomatik 
bir 
tərzdə  ailəsinin  şah  sarayında  girov  olduğundan  rus  komandanlığının 
şərtlərini qəbul edə bilməyəcəyini, hətta ruslara sədaqətli olduğunu, şah geri 
çəkildikdən  sonra  rus  komandanlığının  şərtlərini  yerinə  yetirəcəyini  qeyd 
edərək, şah qoşununun hücuma hazırlaşdığını və bunun üçün rus qoşununun 
ehtiyatlı olmasını bir daha tapşırmışdı (267,619).    
Məhəmməd  xanı  öz  tərəfinə  çəkə  bilməyən  və  əlacsız  qalan 
P.D.Sisianov 
yaranmış  vəziyyətdən  çıxış  yolu  tapmaq  üçün  hərbi  şura 
çağırmağa məcbur oldu. 1804-cü il  avqustun 31-də yeddi nəfərdən ibarət 
hərbi şura çağrıldı. Burada iki məsələ- hücumu davam etdirmək, yaxud geri 
çəkilmək  məsələsi müzakirə edilir. Səsvermə nəticəsində iki nəfər döyüşü 
davam 
etdirməyi, beş nəfər isə geri çəkilməyi qərara almışdı. Beləliklə, çox-
luğun qərarı ilə geri çəkilmək əmri verildi (207,619; 326,254-256; 305,155; 
144,343-344).  


 
125 
Sentyabrın  4-də  İrəvan  qalasının  mühasirəsi  götürüldü.  Rus  qoşunu 
ayın 5-də Eçmiədzinə, səhəri günü isə şah qoşunlarının təqibi altında Aba-
ran  düzünü 
keçərək,  sentyabrın  14-də  Qarakilsə  kəndinə  gəlib  çatdı.  Rus 
qoşunları  burada  iki  gün  dincəldikdən  sonra  şimal  istiqamətində  hərəkət 
edərək,  oktyabrın  4-də  Tiflisə  daxil  oldu  (66,281).  İrəvan  müharibəsi  rus 
qoşununa  baha  başa  gəlmişdi.  Döyüş  nəticəsində  ruslardan  2500-ə  qədər 
ö
ldürülmüş və əsir düşmüşdü (408,815-816).  
Rus 
qoşunu İrəvan xanlığını tərk etdikdən sonra Abbas Mirzə İrəvan 
qalasına gəldi. O, İrəvan qalasını ziyarət etdikdən sonra, Məhəmməd xanı 
və onun yaxın adamlarını düşərgə saldığı Söyüdlü kəndində, səhərisi günü 
təşkil ediləcək ziyafətə dəvət etdi. Məhəmməd xan bir qədər tərəddüd etdik-
dən sonra ziyafətdə iştirak etmək qərarına gəldi. Ziyafətdə iştirak edən şah 
onu 
yenidən İrəvana xan təyin edir (410,91).  
Məclis  başa  çatdıqdan  sonra  Fətəli  şah  Eçmiədzin  kilsəsinə  ziyarət 
etdi. Katolikos 
Davıd onu təmtəraqla qarşılamış və rəqibi Danili şaha təslim 
etmişdi. Danil Təbriz şəhərinə göndərilmiş və burada bir müddət əsirlikdə 
qalmışdı (268,613; 410,92). 
İrəvan  müharibəsində  erməni  əhalisi  rus  qoşununa  daima  köməklik 
göstərmişdi. Ona görə də ermənilər hər addambaşı şahın adamları tərəfindən 
təhqir  və  söyüşlərlə  qarşılanırdı.  Onlar  ermənilərin  var-yoxunu  qarət 
edirdilər.  Hətta  Y.Xubovun  imarəti  və  bağı  talana  məruz  qalmışdı.  Lakin 
Məhəmməd  xan  talanın  dərinə  getməsindən  ehtiyat  edərək  onun  qarşısını 
ala 
bilmişdi (410,92).  
Şuragölün Rusiyaya birləşdirilməsi  
İrəvan müharibəsində məğlub olmasına baxmayaraq, rus qoşunlarının 
baş komandanlığı xanlığı işğal etmək fikrindən əl çəkmədi. Rusiya Pəmbək 
sultanlığının  Qarakilsə,  Dərbas,  Hamamlı,  Xəzərabad  kəndlərində  hərbi 
istehkamlar 
inşa etməyə başladı. P.D.Sisianov İrəvan xanlığında baş verən 
siyasi 
hadisələri  diqqətlə  izləyərək,  buraya  yenidən  müdaxilə  etmək  üçün 
əlverişli  imkan  gözləməyə  başladı.  İlk  əvvəl  Şuragöl  sultanlığı  Rusiyanın 
tabeliyinə  keçir.  Bu  sultanlıq  strateji  mövqeyinə  görə  rus  komandanlığına 
cox 
lazım idi.  İran  və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl 
bufer  zona  kimi 
əlverişli  əhəmiyyətə  malik  idi.  Digər  tərəfdən,  Şuragölün 
varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi (155,114).  
İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi 
Budaq  Sultana  Rusiya 
dövlətinin  himayəsi  altına  keçməyə  təklif  etmişdi. 
Lakin  Budaq  Sultan  onun  bu 
təklifinə  məhəl  qoymayaraq  İrəvan  xanı  ilə 
əlaqə  saxlayırdı  və  onun  göstərişinə  əsasən  tez-tez  Kartli-Kaxetiya 
ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə