Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   55   56   57   58   59   60   61   62   ...   164

 
122 
P.D.Sisianov 
gündəliyində  bu  döyüşdə  rus  qoşunundan  4  nəfərin 
öldürüldüyü, 100 
nəfərin  isə  yaralandığı  göstərmişdi  (136,234).  Anonim 
gündəlikdə isə 50 nəfərin öldürüldüyü, 100 nəfərin yaralandığı qeyd olun-
muşdu (66,271). 
General-mayor  Portnyaginin 
dəstəsi  məğlub  olmasına  baxmayaraq, 
İrəvan  qalasının  mühasirəsi  davam  edirdi.  Mühasirənin  uzanması  rus 
qo
şununu acınacaqlı vəziyyətə salmışdı. Onların ərzaq ehtiyatı tükənmişdi. 
Rus 
komandanlığı  gürcü  knyazı  Çavcavadzenin  Qazax  sultanlığından 
göndərəcəyi  taxıla  böyük  ümid  bəsləyirdi.  Lakin  gözlənilən  taxıl  ehtiyatı 
gəlib çıxmadı (310,810-811). Aclığın rus qoşununu çətin vəziyyətə saldığını 
başa düşən şah qoşunu bütün yolları nəzarətə götürmüşdü. Mirzə Adıgözəl 
bəy  yazır  ki, «İranlılar  İrəvan  şəhərinin  yuxarısında  ruslarla  böyük  bir 
müharibə etdilər. Lakin məqsədlərinə çatmadan tamamilə məyus oldular və 
düşərgə salıb oturdular. Onlar azuqə gətirən adamlara hücum etdilər. Rusiya 
qoşunu İrəvan şəhərini mühasirəyə aldı. Qızılbaşlar da, onları araya aldılar. 
Qızılbaşlar  gediş-gəliş  yollarını  elə  kəsmişdi  ki,  Rusiya  qoşununun  çarəsi 
hər tərəfdən üzülmüşdü» (41,68). İrəvan şəhərinin və Eçmiədzin kilsəsinin 
ətrafında  yerləşən  kəndlərin  taxıl  sahələri  isə  şah  qoşunu  tərəfindən 
yandırılmışdı.  Rus  qoşununu  ərzaqla  təmin  etməyə  söz  vermiş  ermənilərə 
olan ümid 
də boşa çıxmışdı. Eçmiədzin kilsəsində gizlədilmiş taxıl ehtiyatı 
da rus 
qoşununu aclıqdan xilas edə bilmədi (207,619; 66,274-275; 144,338-
339). 
Aclıq  o  dərəcəyə  çatmışdı  ki,  rus  qoşununun  içində  narazılıq 
ba
şlamışdı.  Knyaz  İ.Orbelianinin  başçılığı  ilə  300-ə  qədər  gürcü  süvarisi  
rus 
qoşununu tərk edərək Tiflisə geri qayıtmağa səy göstərdi. Lakin yolda 
onlar  Pirqulu 
xanın  və  Aleksandr  Mirzənin  başçılığı  ilə  6  minlik  şah 
qoşununun hücumuna məruz qaldı. Onlardan İ.Orbeliani və Baqration başda 
olmaqla 150 
nəfər əsir düşmüş, 22 nəfər qaça bilmiş, qalanları isə öldürül-
müşdü.  Əsir  düşənlərdən  20  nəfəri  əsilzadə  idi.  Onların  hamısı  Təbrizə 
göndərilmişdi (101,811; 268,813; 408,815-816). İsti hava şəraitinin kəskin 
soyuqlarla 
əvəz  olunması  da  rus  əsgərləri  arasında  tif  xəstəliyinin  yayıl-
masına  səbəb  olmuşdu.  Bu  xəstəlikdən  xeyli  əsgər  ölmüşdü  (101,811; 
66,274-275). 
Rus 
komandanlığı  ərzaq  tədarükü  üçün  daha  bir  təşəbbüs  göstərdi. 
Mayor Montrezor 110 
əsgər və bir topla Tiflisə göndərildi. Bu əməliyyatda 
Məlik Əbu oğlu Rüstəmin başçılıq etdiyi ermənilərdən ibarət dəstə də onlara 
qoşulmuşdu.  Mayorun  dəstəsi  şah  qoşununun  təqibi  altında  iki  gün  yol 
getdikdən  sonra  avqustun  21-də  Pəmbəkdə  yerləşən  Sarəli  kəndinə  çatdı. 
Burada  rus 
dəstəsi  Qarakilsə  istiqamətində  hərəkət  edən  Pirqulu  xanın 
başçılığı altında 6 minlik şah qoşunu ilə üz-üzə gəldi. Döyüşdə mayor Mon-


 
123 
trezorun 
dəstəsi məğlub oldu. Ruslardan 15 nəfər yaralanaraq əsir düşmüş, 
mayor  Montrezor 
başda  olmaqla  94  nəfər  öldürülmüş,  bir  nəfər  isə  qaça 
bilmişdi.  Onlara  qoşulmuş  ermənilər  isə  təslim  olmuşdular  (304,153-154; 
41,69). Mayor Montrezorun 
dəstəsinin məhv olması ilə rus komandanlığının 
Tiflisdən ərzaq gətirmək ümidi tamamilə boşa çıxdı. 
Hər  tərəfdən  mühasirəyə  alınmış  və  çıxılmaz  vəziyyətdə  qalan 
P.D.Sisianov 
xanlıqda  özünə  tərəfdarlar  axtarmaq  üçün  cəhd  göstərdi.  O, 
kürdlərin başçısi Hüseyn ağa ilə əlaqə yaradaraq onu öz tərəfinə çəkməyə 
çalışdı. İyulun 24-də yazdığı məktubda şah qoşunu üzərində qələbə çalması 
və  guya  İrəvan  qalasının  işğalının  uzanmasını  artıq  qan  tökmək 
istəməməsilə  əlaqələndirərək,  Hüseyn  ağaya  öz  dəstəsi  ilə  ona  qoşulmağı 
təklif edirdi. Lakin onun bu ümidi boşa çıxdı (260,617).  
Bütün 
cəhdləri  boşa  çıxan  P.D.Sisianov  yenidən  Məhəmməd  xanla 
danışıqları  bərpa  etdi.  Avqustun  25-də  İrəvan  xanı  rus  komandanlığından 
yeni  bir 
məktub  aldı.  Məktub  əvvəlkilərə  nisbətən  yumuşaq  bir  tərzdə 
yazılmışdı.  Məktubda  P.D.Sisianov  Məhəmməd  xana  xanlığın  və  özünün 
təhlükəsizliyi üçün bir daha təslim olmasını təklif edirdi (262,617). Vəziy-
yətinin  çətin  olmasına  baxmayaraq,  rus  komandanlığı  sentyabrın  1-də 
Məhəmməd xan və Kəlbəli xan başda olmaqla bütün irəvanlılara yazılmış 
məktubda isə konkret tələblər irəli sürmüşdü. Tələblər bunlardır: 1) İrəvan 
qalasında rus qoşunu yerləşdirilməli və iki alaya azuqə verilməli; 2) böyük 
imperatorun 
təbəəliyinə keçmək üçün and içməli və sədaqətli olmalı; 3) Hər 
il 100.000  rubl 
həcmində vergi verməli; 4) Qarşılıqlı olaraq hər iki xan öz 
xanlığında  əvvəlki  vəzifə  və  hüquqlarında  qalacaq,  ölüm  hökümü  ləğv 
edilərək, əvəzində qanunla cəza tətbiq ediləcək; 5) Bütün dinlər azad olacaq 
və heç  kim sıxışdırılmayacaq; 6) Axund və bütün din xadimləri, şəhər və 
kənd  camaatı  mülklərində  əvvəlki  hüquq  və  imtiyazında  qalacaq; 7) 
Əsirlərin qaytarılmasında rus komandanlığı vasitəçi olacaq, bunun ardınca 
hər  iki  xan  öz  ailələrini  Fətəli  şahdan  azad  edə  bilərdilər.  Onların  özü 
qalaya  daxil  olan  rus 
qoşunları  tərəfindən  müdafiə  olunacaqlar  (260,617-
618). 
Məhəmməd  xanın  P.D.Sisianova  yazdığı  cavab  məktubları  xüsusilə 
maraq 
doğurur.  Məktublar  diplomatik  tərzdə  yazılmışdı.  Onların 
məzmunundan görünür ki, Məhəmməd xan ağıllı siyasət yürüdərək hər iki 
tərəf arasında olan düşmən münasibətlərdən yararlanmaqla, vəziyytdən isti-
fadə etməyə çalışmışdı. O, İrəvan döyüşündə şah qoşunları ilə birlikdə rus 
qoşununa  qarşı  çıxsa  da,  P.D.Sisianova  yazdığı  məktublarda  məcburiyyət 
qarşısında  qaldığını  bildirirdi.  Məktublardan  görünür  ki,  İrəvan  xanı  şah 
hökumətinə  inanmamış  və  ondan  ehtiyat  etmişdi.  Məsələn,  məktubların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə