Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   57   58   59   60   61   62   63   64   ...   164

 
126 
narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa 
etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı 
İrəvan  qalasında  həbs edərək  ondan  30.000 rubl  (3.000  tümən-E.Q.)  tələb 
etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi. İrəvan 
xanının  sərt  rəftarı  şuragöllülərin  narazılıqına  səbəb  oldu.  Bu  narazılığın 
qarşısını  almaq  üçün  Məhəmməd  xan  Nağı  bəyin  başçılığı  ilə  bir  dəstə 
irəvanlını  Şuragölə  göndərdi.  Müqavimət  göstərmək  iqtidarında  olmayan 
şuragöllülər  Pəmbəkdə  yerləşən  rus  qoşunlarının  başçısı  general  Nesveta-
yevdən  kömək  istədi.  Generala  müraciət  edən  Budaq  Sultanın  oğlu  Qara 
Məhəmməd  ondan  Şuragölü  himayəyə  götürməyi  xahiş  edərək,  rus 
qoşununu ərzaqla və atlarını yemlə təmin etməyə söz vermişdi. Bunun üçün 
şuragöllülər  tərəfindən  800  samar  miqdarında  buğda  tədarük  edilmişdi 
(102,573).  
Belə imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov general Nesvet-
ayevə  Şuragölü  işğal  etmək  üçün  göstəriş  verdi. 1805-ci  il  martın  27-də 
general-mayor  Nesvetayev  250 
nəfərdən  ibarət  dəstə  ilə  Şuragölə  doğru 
hərəkət etdi. Nağı bəy dəstəsilə geri çəkilməyə məcbur oldu. Martın 30-da 
sultanlığın  mərkəzi  müqavimətsiz  rus  qoşununa  təslim  oldu.  İrəvanda 
həbsdə olan Budaq Sultanın əvəzinə hakim seçilən böyük oğlu Hamo bəyin 
başçılığı  ilə  şuragöllülər  1805-ci  il  martın  31-də  Rusiya  dövlətinin  hi-
mayəsinə keçmək üçün müqavilə bağladı. Hətta Şuragölün bəy və ağaları, 
kənd  ağsaqqalları  Rusiyaya  sədaqətli  olacaqları  barədə  and  da  içdilər. 
Müqavilə  bağlandıqdan  sonra  mayor  Noldenin  başçılığı  ilə  6-cı  saratov 
muşketyor alayı orada yerləşdirildi (102,572-574). Şuragölün birləşdirilməsi 
Pəmbəkdən sonra İrəvan xanlıqının torpaqlarının Rusiya tərəfindən işğalının 
ikinci 
mərhələsi oldu.   
Şuragölün  itrilməsilə  heç  cür  barışmaq  istəməyən  Məhəmməd  xan 
Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç  minlik qoşunu oraya 
göndərdi.  Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şura-
gölün 
mərkəzinə  hücum  etmək  niyyətində  idi.  Bu  xəbəri  eşidən  general 
mayor  Nesvetayev 
yüzbaşı  Aqiyevin  başçılığı  ilə  bir  alay  kazak  dəstəsini 
300 
nəfər  borçalı  azərbaycanlılarının  köməyi  ilə  Böyük  Talın  kəndinə 
göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu 
tərəfindən  ələ  keçirilərək  yandırıldı.  Məğlub  olan  İrəvan  qoşunu  isə 
Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus 
qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstli-
yində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma 
keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşunu-


 
127 
na  geri 
qayıtmaq  əmri  verdi  (102,573-574).  Beləliklə,  Şuragöl  sultanlığı 
Ru
siyanın hakimiyyəti altında qaldı. 
Tezliklə, Budaq Sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus koman-
danlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü. 
Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq Sul-
tanın  oğlu  Xəlil  bəyi  girov  götürməyi  tələb  etmişdi  (311,576).  Ona  etibar 
edilmədiyini  görən  Budaq  Sultan  P.D.Sisianovun  qəbuluna  gedərək 
sədaqətini  bildirmişdi.  Belə  olduqda  baş  komandan  onun  Şuragöldə  qal-
masına  icazə  vermiş  və  oğlunu isə  ildə  600 rubl  məvaciblə Tiflisdə  girov 
saxlamışdı (311,576).  
İrəvan xanlığında hakimiyyət dəyişikliyi    
Məhəmməd xan rus qoşununa etibar etmədiyi kimi, şah hökumətinə 
də  inanmırdı.  O,  xanlığın  müstəqilliyini  saxlamaq  üçün  hər  iki  dövlət 
aras
ında manevr etmək  məcburiyyətində qalaraq, onlar arasında baş verən 
mübarizədən  yararlanmaqa  çalışırdı.  Lakin  şah  hökuməti  Rusiyaya  qarşı 
mübarizədə İrəvan xanlığının əhəmiyyətini başa düşərək müxtəlif vasitələrlə 
burada 
məhkəmlənmək istəyirdi. İrəvan xanının müstəqil və ikibaşlı siyasəti  
şahı qane etmirdi. Məhz bu səbəbdən şah İrəvanda hakimiyyət dəyişikliyi 
etmək  üçün  fürsət  axtarırdı.  Bunu  başa  düşən  Məhəmməd  xan 
P.D.Sisianovla 
əlaqə  yaratmışdı.  O,  Tiflisə  elçi  göndərərək  rus  koman-
danlığından  İrəvan  qalasını  tutmağı  təklif  etmişdi.  Məhəmməd  xan 
məktubunda  rus  qoşununa  müqavimət  göstərdiyinə  görə  üzr  istəyərək, 
sədaqət  rəmzi  olaraq  girov  verməyə  hazır  olduğunu  bildirmişdi  (30,105). 
Lakin 
xanın bu planı baş tutmadı.  
1805-ci 
ildə  Qarabağ,  Gəncə  istiqamətində  məğlubiyyətə  uğrayan 
şahzadə  Abbas  Mirzə  qoşunları  ilə  İrəvana  geri  çəkildi.  O,  İrəvana  daxil 
olarkən 15.000 qoşuna malik idi. Qoşunda çoxlu ölən və 400-ə yaxın yaralı 
var idi. Eyni zamanda 
şahzadə özü ilə xeyli Gəncə qaçqınlarını gətirmişdi. 
Lakin o, sonradan 
qaçqınları geri qaytarmışdı (140,626).  
İrəvanda  mövqe  tutan  Abbas  Mirzə  vəziyyətdən  istifadə  edərək 
Məhəmməd xanı həbs etdi. Şahzadə Məhəmməd xanı hiylə nəticəsində ələ 
keçirmişdi.  İrəvan  xanının  aldadılaraq  həbs  edilməsini  Y.Xubov  əsərində 
belə təsvir etmişdi: «Şahzadə (Abbas Mirzə-E.Q.) Yelizavetopoldan (Gəncə 
xanlığından-E.T.) İrəvana qayıdır, Məhəmməd xan tərəfindən böyük təntənə 
ilə  qarşılanır….  Şahın  oğlu  İrəvan  qalasına  baxış  keçirən  zaman  burada 
hərbi  hazırlığı  və  qalanın  möhkəmliyini  görərək  qorxdu.  Lakin  o,  qorxu 
hissini  giz
lədir.  Xan  hər  vasitəilə  onu  əzizləyən  və  alqışlayan  şahzadənin 
məkirli  niyyətini  başa  düşmədi.  Üç  gündən  sonra  şahzadə  buranı  tərk 
edərkən xan və yaxın adamları onu İrəvandan 15 verst aralı, Gərnibasar ma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə