Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   59   60   61   62   63   64   65   66   ...   164

 
130 
əhalisini İran ərasisinə köçürmək istəyirdi. Mehdiqulu xanın  zülmünə dö-
zməyən  irəvanlılar  ona  qarşı  üsyan  qaldırdı.  Naxçıvanlı  Kəlbəli  xan  yerli 
xalqın  bu  çıxışına  rəğbətlə  yanaşırdı.  Lakin  üsyan  yatırıldı.  İrəvanlıların 
tərəfini saxladıqına  görə Kəlbəli xan  da qaladan qovulur  və  o,  Naxçıvana 
gedir. 
Xanın  siyasətindən  narazı  olan  Pəmbək  əhalisi  və  Məlik  Avramın, 
yüzbaşı Qabrielin başçılığı ilə 200 erməni ailəsi əmlakı ilə birlikdə Pəmbəyə 
qaçaraq  rus 
qoşunlarının  himayəsinə  sığınmışdılar  (140,626; 96,628; 
141,628-629).   
Mehdiqulu 
xanın  İrəvanda  apardığı  siyasətdən  şah  da  narazı  idi. 
Xüsusilə,  rus  qoşununa  qarşı  müvəffəqiyyətsiz  mübarizəsi  tamamilə  onu 
nüfuzdan 
salmışdı. 1806-cı  il  iyulun  23-də  Şuragöldə  rus  qoşununa  qarşı 
döyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğraması şahı qəti təd-
bir 
görməyə  məcbur  etdi.  Mehdiqulu  xan  İrəvanda  hakimiyyətdən 
götürülərək, şahın qohumu Marağalı Əhməd xan Müqəddəmə ilə əvəz olun-
du.  Yeni  xan  ilk  olaraq 
oğlunu  1000  nəfərlik  qoşunla  İrəvana  göndərdi. 
Lakin Mehdiqulu xan onu 
İrəvana buraxmaq istəməmişdi. Bu xəbəri eşidən 
Əhməd xan Müqəddəmə şahın göstərişi ilə avqust ayının əvvəllərində  500 
süvari 
və 4 topla Təbrizdən İrəvana doğru hərəkət etdi. Əlacsız qalan Me-
hdiqulu  xan 
şahın  əmrinə  tabe  olmaq  məcburiyyətində  qaldı.  Beləliklə, 
İrəvanda  1  il  1  ay  hakimiyyətdə  olmuş  Mehdiqulu  xan, 1806-cı  ilin 
avqustunda 
Marağalı  Əhməd  xanla  (1806  avqust-oktyabr)  əvəz  olundu 
(13,289; 266,369).  
Əhməd xan Marağalı İrəvanda cəmi üç aya yaxın hakimiyyətdə qaldı. 
Lakin  o, 
qısa  hakimiyyəti  dövründə  sələfinin  zülm  verdiyi  yerli  əhalinin 
rəğbətini qazana bilmişdi. Əhməd xan ilk növbədə əhalinin Mehdiqulu xan 
tərəfindən  qarət  olunmuş  əmlakını  geri  qaytardı.  Sərhəddə  yerləşən 
kəndlərin əhalisinə qorxmadan geri qayıtmasına icazə verdi. O, əhaliyə elan 
etdi ki, 
Şuragöl və Pəmbəkdə yerləşən rus qoşunlarının başçıları ilə mehrib-
an 
qonşuluq münasibətləri yaratmaq üçün danışıqlar aparacaqdır (326,369-
370).  Yeni  xan 
İrəvan  qalasını  möhkəmləndirməklə  də  məşğul  idi.  Onun 
göstərişinə əsasən qalanın ətrafında yerləşən xəndək daha da dərinləşdirildi, 
şəhər əyanlarının mülklərinin yerləşdiyi, xəndəyin əks tərəfində onun divar-
larından  da  hündür  yeni  divar  hördürdü.  Qalada  hər  biri  5000  rubla  (500 
tümən-E.Q.) başa gələn daha iki ağır top yerləşdirdi. Ərzaq ehtiyatını çox-
altmaq  üçün 
müxtəlif xanlıqlardan və Qars paşalığından ərzaq aldırdı. Ər-
zağın hər somarı 16 mis rubla başa gəlsə də, anbarlarda kifayət qədər ərzaq 
top
lanmışdı (326,380). Hətta Əhməd xan Qars paşası ilə dostluq münasibəti 
yaratmaq üçün 
hədiyyələrlə onun yanına elçi göndərmişdi (326,376).  


 
131 
Qısa  hakimiyyəti  dövrüdə  gördüyü  tədbirlərlə  xalqın  etimadını 
qazanan 
Əhməd xan tezliklə vəfat etdi. Buna səbəb, onun hakimiyyəti dö-
vründə  İrəvanda  yayılan  qızdırma  xəstəliyi  olmuşdu.  Xəstəlik  nəticəsində 
xeyli  adam 
qırılmışdı.  Qala  qarnizonundan  500  nəfər  bu  xəstəliyə  tu-
tul
duğundan  İrana  göndərilmişdi.  Əhməd  xan  da  həmin  xəstəliyə  düçar 
oldu. O, 1806-
cı il oktyabrın 17-də vəfat edir və  cənazəsi Təbrizə aparıldı 
(270,421; 271,429; 326,380). 
 
İrəvan xanlığı Hüseynqulu xanın dövründə 
Əhməd  xan  vəfat  etdikdən  sonra  şah  hökuməti  Hüseynqulu  xanı 
(1806-1827) 
İrəvana  xan  təyin  edir.  Yeni  xan  beynəlxalq  vəziyyətin 
mürəkkəb  olduğu  bir  vaxtda  hakimiyyətə  gəlmişdi.  Qafqazda  Qacar  İran 
dövləti, Osmanlı dövləti ilə Rusiya arasında müharibə davam edirdi. Qeyd 
etmək  lazımdır  ki,  birinci  İrəvan  müharibəsində  rus  qoşunu  məğlubiyyətə 
düçar  olsa  da, 
Azərbaycanın  digər  ərazilərində təşəbbüsü  ələ ala  bilmişdi. 
1805-ci  ilin  may 
və  dekabr  aylarında  Qarabağ,  Şəki  və  Şamaxı  xanlıqları 
Rusiyanın  təbəəliyinə  keçdi  (41,71-72; 37,134-137; 76,187; 161,62). 
P.D.Sisianov 
Bakı xanlığını işğal etdikdən sonra İrəvana qoşun göndərmək 
niyyətində idi. Lakin 1806-cı il fevralın 8-də onun Bakı xanı Hyseynqulu 
xanla 
danışıqlar zamanı sui-qəsd nəticəsində öldürülməsi bu planın həyata 
keçməsinə mane oldu (41,72-73; 144,477; 76,187-188; 53,65).  
Bir 
müddət  rus  qoşunlarına  general-mayor  Nesvetayev  başçılıq  etsə 
də, 1806-cı  il  iyunun  2-də  Qafqazda  yerləşən  rus  qoşunlarına  general-
feldmarşal qraf Qudoviç yeni baş komandan təyin olundu (41,73). Yeni baş 
komandanın  dövründə  rus  qoşunlarının  Azərbaycana  təcavüzü  daha  da 
genişləndi.  Qraf  Qudoviçə  verilmiş  təlimata  görə,  rus  qoşunları  Cənubi 
Qafqazda  mövqeyini 
möhkəmləndirməklə  kifayətlənməməli,  Azərbaycan 
xanlıqlarının hamısını işğal etməli idi. 1806-cı ildə onun komandanlıqı ilə 
rus 
qoşunları  tərəfindən  Dərbənd,  Bakı,  Salyan,  Muğan  işğal  olundu 
(163,131; 161,62). 
Rusiyanın Cənubi Qafqazdakı müvəffəqiyyətləri Osmanlı Türkiyəsini 
narahat 
etməyə bilməzdi. Digər tərəfdən, Napoleon Fransası sultanı Rusiya 
ilə müharibəyə təhrik edirdi. Beləliklə, 1806-cı ilin dekabrında Osmanlı dö-
vləti Rusiyaya müharibə elan etdi (21,29). 
Osmanlı Türkiyəsinin müharibəyə qoşulması şah qoşunlarının Cənubi 
Qafqaza  yeni  hücumlara 
ruhlandırdı.  Baş  komandan  vəzifəsinə  başlayan 
qraf  Qudoviç  iki 
cəbhədə  müharibə  aparmaqdan  çəkinərək  vəziyyəti 
yüngülləşdirmək  üçün  şah  hökuməti  ilə  danışıqlara  başladı.  Danışıqlar 
aparmaq  üçün 
tərcüməçi  praporşik  Baluyev  şah  sarayına  göndərildi.  Qraf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə