Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   67   68   69   70   71   72   73   74   ...   164

 
146 
minə  qədər  iri  və  xırda  buynuzlu  mal-qarası  qarət  olunmuşdu.  Bundan 
əlavə, rus qoşunu tərəfindən çoxlu pambıq parça, duz, düyü və digər kəndli 
məmulatları ələ keçirilmişdi. Rus qoşunundan da ölənlər var idi (214,121-
122; 321,120).                         
Rus 
qoşununun  İrəvan  xanlığına  hücum  etməklə  əhali  arasında 
vahimə yaratmaq istəyi heç bir nəticə vermədi. Çox keçmir ki, Hüseynqulu 
xan 
Şuragölə iki  dəstə göndərdi. 1500 nəfərdən ibarət birinci dəstə 1812-ci 
il 
oktyabrın  6-sı  səhər  saat  8-də  Bəykəndinə  hücum  etdi.  Bu  dəstənin 
məqsədi burada yerləşən rus məntəqəsinə hücum etməklə bərabər, tarlalarda 
işləyən əhalini əsir olmaq və mal-qaranı sürüb aparmaq idi. Lakin bundan 
vaxtında  xəbər  tutan  Bəykəndində  yerləşən  tiflis  piyada  alayının  mayoru 
Filipoviçin 
başçılığı  ilə  rus  qoşunu  bu  hücumun  qarşısını  ala  bildi.  Güclü 
atəşlə  qarşılanan  İrəvan  qoşunu  20  nəfər  itki  verərək  geriyə  çəkildi 
(378,676).  
500 
nəfərdən ibarət ikinci dəstə isə rus qoşunun at sürüsünün və yerli 
əhalinin  mal-qarasının  örüş  yeri  olan  Hamamlıq  yaxınlığında  yerləşən 
dərəyə hücum etdi. Sonra həmin dəstə Saraylı dağında gizlənərək, günorta 
Hamamlıdan Qarakilsəyə ərzaq dalınca gedən rus dəstəsinə qəflətən hücum 
etdi. Lakin top 
atəşi nəticəsində onlar geriyə çəkildi. Bu hücumda irəvanlılar 

nəfər  itki  verdi.  İrəvan  qoşunun  tez-tez  hücumlarından  ehtiyat  edən  rus 
komandanlığı Şuragöl və Pəmbəkdə yerləşən rus qoşununu əlavə 1000 nəfər 
dəstə göndərməklə möhkəmləndirdi (378,676).  
Bir 
neçə gündən sonra şah qoşunu üç tərəfdən Şuragöl və Pəmbəyə 
yenidən hücuma keçdi. Lakin bu hücum da general mayor Lisaneviçin ko-
mandanlığı altında rus qoşunu tərəfindən dəf edildi (380,678). 
İrəvan  qoşunu  ayrı-ayrı  istiqamətlərdə  hücumlarnı  davam  etdirirdi. 
1812-ci  il 
oktyabrın  8-də  bir  dəstə  İrəvan  qoşunu  Dilican  dərəsindən 
keçərək Borçalı ərazisində yerləşən Mərsı kəndinə hücum etdi. Bir çox ailə 
əsir edildi və xeyli mal-qara ələ keçirildi. Bundan xəbər tutan general mayor 
Lisaneviç 
İrəvan qoşununu təqib edərək, yerli qazax və borçalıların köməyi 
ilə  Qəmzəçəməndən  keçərək  Dilican  dərəsində  onlara  çatdı.  Döyüş 
nəticəsində  irəvanlılar  məğlub  oldu  və  əldə  olunmuş  bütün  əsir  və 
qənimətlər isə geri qaytarıldı (379,677).       
İrəvanlıların tez-tez  rus  sərhəd  məntəqələrinə hücum  etməsi rus  ko-
mandanlığını  yenidən  əks  tədbirlər  görməsinə  səbəb  oldu. 1813-cü  ilin 
mar
tında  6  topa  malik  xeyli  rus  qoşunu  polkovnik  Pestelin  başçılığı  ilə 
İrəvan xanlığı ərazisinə hücuma keçdi. Bu hücum zamanı xanlığın ərazisinə 
xeyli ziyan 
dəydi. Lakin irəvanlıların güclü müqavimətini görən rus qoşunu 
geri 
çəkilməyə məcbur oldu (326,616). 


 
147 
Şah  hökumətinin  yerli  xanlarla  birləşərək  rus  qoşununu  Cənubi 
Qafqazdan 
sıxışdırıb çıxarmaq planı boşa çıxdı. Rusiya 1812-ci il mayın 16-
da 
Buxarestdə Osmanlı Türkiyəsilə sülh müqaviləsi bağladıqdan sonra əsas 
diqqətini  Cənubi  Qafqaza  yönəltdi  (161,137-138).  Bölgədə  üstünlüyü  ələ 
keçirən  rus  qoşununun  zərbələri  altında  Qacar  qoşunu  cənuba  doğru 
sıxışdırıldı. 1812-ci  il  oktyabrın  19-20  günü  baş  vermiş  Aslandüz  döyüşü 
rus 
qoşunlarının  cənuba  doğru  yolunu  açdı  (306,465-467).  Məğlubiyyətə 
baxmayaraq,  Qacar 
İran  dövləti  itirilmiş  torpaqların  geri  qaytarılmasına 
ümid  edirdi.  Vaxt  qazanmaq  üçün 
şah hökuməti rus komandanlığı ilə sülh 
dan
ışıqlarına hazır olduğunu bildirdi. Bu danışıqlarda İrəvan xanı xüsusilə 
fəal idi. Şahın göstərişi ilə Hüseynqulu xan general Rtişşevə sülh xahişi ilə 
müraciət etmişdi. Hətta o, bu işə erməni katolikosu Yefremi də qoşmuşdu. 
1812-ci  ilin 
noyabrında  Hüseynqulu  xan  rus  qoşunlarının  baş  komandanı 
Rtişşevə  (1812-ci  ilin  fevralı-1816)  yazdığı  məktubda  əsirlərin 
dəyişdirilməsi,  ticarət  karvanlarının  maneəsiz  gediş-gəlişi  şərtilə  sülh 
dan
ışıqlarının başlanmasını təklif etdi. Lakin rus komandanlığı Hüseynqulu 
xanın  şah  hökuməti  tərəfindən  sülh  danışıqlarında  səlahiyyətli nümayəndə 
təyin  edilməsinə  şübhə  ilə  yanaşırdı.  Ona  görə  də,  İrəvan  xanı  general 
Rti
şşevi  inandırmaq  üçün  ona  bir  neçə  dəfə  məktubla  müraciət  etmişdi. 
Hüseynqulu xan eyni zamanda 
şah sarayı ilə də əlaqə yaradırdı. Şahın səfiri 
Məhəmməd Vəli bəy bu məqsədlə həm İrəvanda, həm də Tiflisdə olmuşdu 
(289,546; 290,547; 291,548; 292,548; 293,548-549).  Lakin 
danışıqlar  heç 
bir 
nəticə vermədi. 
1813-cü  il 
yanvarın  1-də  Lənkəranda  baş  vermiş  döyüş  bu  xanlığın 
işğalı ilə nəticələndi (306,487-491; 161,148). Bu hadisədən sonra rus qoşun-
larının  cənuba  doğru  irəliləməsindən  qorxan  ingilis  diplomatları  şahı  sülh 
danışıqlarına başlamağa məcbur etdi. 1813-cü il yanvarın axırlarında şahın 
nümayəndəsi  Mirzə  Şəfi  Qacar  İran  dövlətinin  sülh  danışıqlarına  hazır 
olduğunu bəyan etdi. Uzun danışıqlardan sonra 1813-cü il sentyabrın 27-də 
Qarabağ  xanlığı  ərazisində,  Zeyvə  çayı  sahilində  yerləşən  Gülüstan 
kəndində  Qacar  dövləti  ilə  Rusiya  arasında  sülh  danışıqları  başladı. 
Dan
ışıqlarda  şah  hökuməti  Mirzə  Əbdül  Həsən  xan Şirazlı  başda olmaqla 
354 
nəfərlə təmsil olunmuşdu. Rusiya hökuməti tərəfindən isə baş koman-
dan 
Rtişşev bir qrup nümayəndə ilə iştirak edirdi. İki həftədən bir qədər çox 
davam 
edən  danışıqlardan  sonra  oktyabrın  12-də  Gülüstanda  sülh 
müqaviləsi  bağlandı  (419,208-214; 108,736; 143,739-747; 306,506-508; 
163,135).  Bu 
müqaviləyə  görə,  İrəvan  və  Naxçıvan  xanlıqlarından  başqa 
bütün 
Şimali  Azərbaycan  xanlıqları  Rusiya  imperiyasının  ərazisinə  daxil 
edilirdi. Lakin 
İrəvan xanlığı müstəqil olsa da, onun bəzi əraziləri-Pəmbək, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə