Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   68   69   70   71   72   73   74   75   ...   164

 
148 
Şuragöl və vaxtilə Qarabağ xanlığı tərəfindən işğal edilmiş Göyçə gölünün 
şimal-şərq sahilləri   Rusiyaya ilhaq edildi (306,507). 
 
2.4. Gülüstan sülh 
müqaviləsindən sonra sərhəd 
xəttinin təyin olunmasında Rusiya ilə Qacar İranı arasında  
baş verən mübahisədə İrəvan xanlığının rolu və yeri  
 
Belə  düşünmək  olardı  ki,  Gülüstan  sülh  müqaviləsi  hər  iki  dövlət 
arasında  olan  düşmən  münasibətlərə  son  qoydu.  Lakin  tezliklə,  tərəflər 
aras
ında  bəzi  mübahisəli  məsələlərə  görə  gərginlik  daha  da  artdı.  V.Potto 
haqlı  olaraq  yazırdı  ki, «…1813-cü  il  oktyabrın  12-də  bağlanan  Gülüstan 
sülh 
müqaviləsi Rusiya və İran arasında on il davam edən müharibəyə son 
qoydu. Lakin on üç il davam 
edən sülh müvvəqqəti barışığın ancaq davamı 
idi.  Sakitlik, 
hər iki ölkə arasında bərpa olunmuş zahiri dostluq əlamətləri 
aldadıcı və ancaq yeni hərbi əməliyata başlamaq üçün fürsət idi» (304,1). 
Narazılığın əsas səbəblərindən biri sərhəd xəttinin təyin edilməsi məsələsi 
üzərində  idi.  Bura  İrəvan  xanlığına  məxsus  torpaq  sahələri  də  daxil 
olduğundan, bu məsələyə aydınlıq gətirmək istərdik.  
Gülüstan  sülh 
müqaviləsindən sonra məlum oldu ki, sərhəd xəttinin 
təyin  edilməsində  və  bəzi  ərazi  məsələlərində  hər  iki  dövlət  fərqli  mövqe 
nümayiş  etdirir.  Qeyd  etmək  lazımdır  ki,  tarixi  ədəbiyyatda  ərazi 
məsələsində yalnız Qacar İran dövləti ilə Rusiya arasında mübahisə olduğu 
qeyd  edilir.  Lakin 
mənbələrin  təhlili  göstərir  ki,  bu  məsələdə  üçüncü  bir 
tərəf-  İrəvan xanlığı da vardı. İrəvan xanının barışmaz mövqeyi, onun rus 
komandanlığı və rus sərhəd məntəqələrinin başçıları ilə məktublaşması, on-
lara 
təzyiq  göstərmək  üçün  tez-tez  ruslara  məxsus  gözətçi  məntəqələrinə 
hücumu, 
şah  hökumətinin  bəzi  hallarda  Rusiyaya  güzəştə  getməsi  ilə 
raz
ılaşmaması  belə  deməyə  əsas  verir  ki,  Hüseynqulu  xan  xanlığın 
müstəqilliyini  qorumağa  çalışmış  və  hər  hansı  dövlətin  ona  məxsus 
tor
paqları bölüşdürməsinə  razı olmamışdı.  
Qeyd 
etmək lazımdır ki, Gülüstan sülh müqaviləsinin ikinci maddəsi 
Rusiya 
ilə  İran  arasında  təyin  edilmiş  sərhəd  məsələsinə  həsr  edilmişdi. 
Həmin  maddədə  müxtəlif  ərazilər  təsvir  edildiyindən,  biz  burada  yalnız 
İrəvan xanlığı tərəfində göstərilən sərhəd məsələlərinə toxunacağıq.  Burada 
sərhəd xətti belə müəyyən olunmuşdu: «… Ümumrusiya imperiyası ilə İran 
dövləti  arasında  sərhəd  aşağıdakı  xətt  üzrə  olacaqdır:  Adambazardan 
ba
şlayaraq  düz  xəttlə  Muğan  düzündən  keçərək  Araz  çayında  Yeddibulaq 
bərəsinə qədər, oradan Araz boyu üzü yuxarı, Kəpənəkçayın ona töküldüyü 
yerə  qədər,  daha  sonra  Kəpənəkçayın  sağ  tərəfilə  Mehri  sıra  dağlarına  və 


 
149 
oradan 
Qarabağ və Naxçıvan xanlıqları arasında xətti davam etdirərək, Ala-
göz 
sıra  dağlarından  Qarabağ,  Naxçıvan,  İrəvan  xanlıqlarını  və  Gəncə 
xanlığının  bir  hissəsini  birləşdirən  Dərələyəzə  qədər,  sonra  oradan  İrəvan 
xanlığını  Gəncə  xanlığının  torpaqlarından,  həmçinin  Şəmşəddildən  və 
Qazaxdan 
ayıran  yerdən  Eşşəkmeydana  qədər  və  oradan  sıra  dağlarla 
Qəmzəçəmən  çayının  axını  və  yolu  istiqamətində  Pəmbək  sıra  dağları  ilə 
Şuragölün  tininə  qədər;  həmin  tindən  Alagöz  dağının  qarlı  yüksəkliyinə, 
buradan 
sıra  dağlarla  Şuragöl  sərhəddindən  Məstərə  və  Artik  arasından 
Arpaçay 
çayına  qədər  davam  edir…» (419,209). Sülh  müqaviləsinin  bu 
ikinci 
maddəsi  məhz  sonuncu  Rusiya-İran  müharibəsinə  qədər  həll  olun-
mamış qalmışdı.     
Müharibədə  məğlub  olmasına  baxmayaraq,  şah  hökuməti  çox 
keçmədən  Gülüstan  sülh  müqaviləsinin  bəzi  maddələrinə  yenidən  baxıl-
ma
sını tələb etdi. Buna səbəb İngiltərənin şərq siyasətinin güclənməsi idi. 
Belə  ki,  sülh  müqaviləsindən  bir  il  keçmiş  Qacar  İran  dövləti  İngiltərə 
hökuməti ilə yaxınlaşdı və 1814-cü il noyabrın 25-də onlar arasında saziş 
bağlandı. Sazişdən sonra şah hökuməti bu ölkədən maddi və hərbi kömək 
aldı.  Hər  iki  dövlət  arasında  bağlanan  müqaviləyə  əsasən,  ingilis  hərbi 
mütəxəssislərinin köməyi ilə Qacar ordusu Avropa hərbi qaydadası ilə ye-
nidən təşkil edildi  (304,2; 163,136). Maddi və hərbi kömək alan Qacar İran 
dövləti  Rusiya  dövlətindən  sülh  müqaviləsinin  şərtlərinə  yenidən  baxıl-
masını tələb etdi. Beləliklə, hər iki dövlət mübahisəli ərazi məsələlərini həll 
etmək üçün nümayəndələrini tez-tez mərkəzə göndərməyə başladı.  
İrəvan xanlığına məxsus Göyçə gölünün şimal və şərq sahilləri, Şura-
göl 
və Pəmbək əraziləri də əsas mübahisə obyekti idi. Xüsusilə, Göyçənin 
ətraf  yerləri  İrəvan  əhalisinin  mal-qarasının  örüş  yeri  idi.  Müharibənin 
gedişində  rus  qoşunları  bu  əraziləri  işğal  edərək,  burada  qeyri-qanuni 
gözətçi məntəqələri yaratmışdılar. I Pyotrun dənizlərə çıxmaq siyasətini da-
vam 
etdirən Rusiya, Göyçə gölünə çıxış olan bu yerləri əldə saxlamaq üçün 
Qarabağa məxsus Qapan və Mehri mahallarını güzəştə getməyə də hazır idi 
(174,41-42; 304,12). Lakin 
istər Qacar İran dövləti, istərsə də İrəvan xanı 
Hüseynqulu  xan  bu 
ərazilərin  rus  qoşununun  işğalı  altında  olmasilə 
barışmaq istəmirdi.    
Napaleon 
Fransası ilə müharibəni yenicə başa vurmuş Rusiya ilk dö-
vrlərdə bu məsələni sakit tərzdə həll etmək istəyirdi. Bu məsələni həll etmək 
üçün 1816-
cı il mayın 24-də A.P.Yermolov çar tərəfindən Qafqaz diyarının 
baş  komandanı  və  eyni  zamanda  xüsusi  təlimatla  şah  sarayına  göndərilən 
nümayəndə  heyətinin  fövqaladə  və  səlahiyyətli  səfiri  təyin  edildi  (403,6; 
160,1). 
İrəvan  xanlığının  ərazisi  hər  iki  ölkə  arasında  mübahisə  obyekti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə