Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   69   70   71   72   73   74   75   76   ...   164

 
150 
olduğundan  A.P.Yermolovun  diplomatik  missiyası  üzərində  ətraflı  da-
yanmaq 
istərdik.   
A.P.Yermolov 1816-
cı il oktyabrın 10-da Tiflisə gəldi (403,6). Tiflisə 
gələn  A.P.Yermolov  ilk  növbədə  hər  iki  ölkə  arasında  sərhəd  xəttindəki 
vəziyyəti  öyrənmək  üçün  baxış  keçirmək  qərarına  gəldi.  O, 1816-cı  ilin 
noyabr 
ayında  ober  kvartirmeyster  (qoşunu  ərzaqla  təchiz  edən  hərbi  xid-
mətçi-E.Q.)  polkovnik  İvanovu  Lənkəran  xanlığına,  baş  ştabın  ştabs-
kapitanı  Muravyovu  Borçalı,  Pəmbək,  Şuragöl,  Şəmşəddil  və  Qazağa 
göndərdi.  Özü  isə  noyabrın  19-da  əsas  sərhəd  məntəqələri  olan  Gəncə  və 
Q
arabağa yollandı. A.P.Yermolov 1816-ci il dekabrın 12-də, İvanov deka-
brın 20-də, Muravyov isə 1817-ci il yanvarın 7-də Tiflisə qayıtdı (403,7). 
Yeni 
baş  komandanın  və  səlahiyyətli  səfirin  ilk  niyyəti  bu səfərdən  sonra 
məlum oldu. A.P.Yermolov bu baxışdan sonra çara göndərdiyi məlumatda 
Qacar 
İranının  tələb  etdiyi  əraziləri  heç  cür  güzəştə  getməyin  mümkün 
olmadığını bildirirdi. Bu məlumat feldeqerol (hərbi və ya hökumət kuryeri-
E.Q.) Lanqom 
tərəfindən Peterburqa göndərildi (403,7). 
Vəziyyəti aydınlaşdırdıqdan sonra nümayəndə heyəti 1817-cı il aprel 
ayında  Tiflisdən  Tehrana  yola  düşdü.  Səfir  cənub  istiqamətində-İrəvan, 
Naxçıvan  istiqamətində  getməyi  qərara  almışdı.  Əsas  məqsəd  bu  yerlər 
haqqında kəşfiyyat məlumatları toplamaq idi. «Beləliklə, Tiflisdən hərəkət 
edən nümayəndə heyəti aprelin 22-də Qarakilsəyə gəlib çatdı. İki gün bura-
da 
dincəldikdən sonra səfarətlik Gümrüyə doğru hərəkət edərək aprelin 26-
da  oraya  daxil  oldu.  Burada 
dincələn  A.P.Yermolov  Arpa  çayı  boyunca 
keçən sərhəddi müşahidə etmiş və burada yerləşən hərbi hissənin vəziyyəti 
ilə tanış olmuşdu. Bir neçə gün burada qaldıqdan sonra nümayəndə heyəti 
İrəvana doğru hərəkət edərək aprelin 30-da sərhəddi keçir. İrəvan ərazisində 
səfiri Təbriz sarayının pişxidməti Qulaməli bəy, Nəzərəli bəy, onun dayısı 
Urmiya  hakimi 
Əsgər  xan  qarşıladı.  Səfarətliyi  mərkəzə  qədər  müşayət 
etmək üçün onlar şah tərəfindən göndərilmişdi. Tezliklə, onlara kiçik süvari 
dəstəsilə  İrəvan  xanının  kürəkəni  Sübhanqulu  xan  da  qoşuldu.  O, 
Hüseynqulu 
xanın məktubunu Talında A.P.Yermolova təqdim etdi. Buradan 
Eçmiədzinə  hərəkət  edən  səfir  mayın  3-də  İrəvan  qalasına  döğru  hərəkət 
edir.  Yolun 
yarısında  İrəvan  xanının  qardaşı  Həsən  xan  6  minlik  qoşunla 
onların  qarşısına  çıxdı  və  irəvanlılar  tərəfindən  təm-taraqla,  müsiqi  ilə 
qarşılandı. Beləliklə, İrəvan qoşunlarının müşayəti ilə ruslar İrəvana doğru 
hərəkət  edirlər.  Hüseynqulu  xan  bir  neçə  yaxın  adamı  və  mühafizəçilərin 
müşayətilə A.P.Yermolovu qaladan 1,5 verst aralıda qarşıladı. Mayın 5-də 
xan 
şəxsən A.P.Yermolovun şərəfinə nahar da təşkil etdi  (403,12-13). Bir 
neçə gün İrəvanda qaldıqdan sonra mayın 7-si səhər saat 9-da nümayəndə 


 
151 
heyəti  buradan  cənuba  doğru  hərəkət  edir.  Müxtəlif  şəhər  və  kəndlərdən 
keçən  nümayəndə  heyəti  iyulun  26-da  şahın  dincəldiyi  Sültaniyə  şəhərinə 
gəlib çatır. 1817-ci il iyulun 31-də və avqustun 3-də şahın qəbulunda olan 
səfir, avqustun 29-da geri qayıdır. O, geri qayıdarkən Təbrizdə Abbas Mir-
zənin  qonağı  olmuşdu.  Burada  İrəvan  xanı  Hüseynqulu  xan  da  iştirak 
etmişdi. Sentyabrın 29-da Təbrizi tərk edən səfir yenidən gəldiyi istiqamətlə 
hərəkət edərək Tiflisə qayıdır (403,32-35).                    
A.P.Yermolovun 
başçılığı ilə Tehrana göndərilən nümayəndə heyəti 
mübahisəli  məsələlərin  həllində  şahla razılığa  gələ  bilmədi.  Rus  qoşunları 
Göysə  gölünün  şimal  və  şimal-şərq  hissəsindəki  əraziləri  işğal  altında 
saxlamaqda  davam  edirdi.  Onlar  inad 
göstərərək  bu  əraziləri  boşaltmaq 
istəmirdi. Rus komandanlığının İrəvana məxsus torpaqların geri qaytarma-
ması  Hüseynqulu  xanın  onlarla  münasibətlərini  pisləşdirmişdi.  O,  İrəvan 
qoşunları ilə tez-tez rus gözətçi məntəqələrinə hücumlar təşkil etməklə on-
lara 
təzyiq  göstərmək  istəyirdi.  Ümumiyyətlə,  Hüseynqulu  xanın  rus  ko-
mandanlığı  ilə  münasibətləri  həmişə  gərgin  olmuşdu.  Bu  gərginliyin 
sax
lanılmasında  ermənilərin  də  böyük  rolu  vardı.  Onlar  rus  koman-
danlığının  diqqətini  İrəvan  xanlığına  cəlb  etmək  üçün  müxtəlif  hiylələrlə 
aranı qızışdırırdı. Belə ki, 1822-ci ilin yanvarında Eçmiədzin katolikosu Ye-
frem  Hüseyinqulu 
xanın  ağır  vergi  siyasətini  bəhanə  gətirərək  Qarabağda 
yerləşən  Gülüstana  gəldi.  O,  burada  dincələn  A.P.Yermolovun  qəbuluna 
düşməklə xandan şikayət etmək qərarına gəlmişdi. Bu ermənilərin növbəti 
kələyi idi. Ermənilər katolikosun vasitəsilə baş komandanın diqqətini İrəvan 
xanlığına yönəltmək istəyirdi. Lakin baş komandan şah hökumət ilə müna-
sibətləri  gərginləşdirməkdən  ehtiyat  edərək  katolikosu  qəbul  etmədi, 
kilsənin pis vəziyyətə düşməsində onun özünü günahlandıraraq geri qayıt-
masını  məsləhət  gördü.  Lakin  Yefrem  xanın  qorxusundan  Eçmiədzinə 
qay
ıtmadı  və  1822-ci  il  iyunun  20-də  katolikosluqdan  əl  çəkdi.  Bu  xəbər 
Hüseynqulu 
xanı  bərk  qəzəbləndirdi  və  katolikosun geri  qayıtmasını tələb 
etdi. Onun geri 
qayıtmadığını görən Hüseynqulu xan həm Eçmiədzinə, həm 
də sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil 
et
məyə  başladı.  Rus  komandanlığı  Abbas  Mirzədən  bu  cür  halların  da-
yandırılmasını  tələb  etdi.  Şahzadə  isə  cavabında  bildirir  ki,  əksinə  bizim 
təbəələr rus qoşunu tərəfindən talana məruz qalır. O, bunun səbəbini dəqiq 
sərhəddin təyin olunmamasında görürdü (151,555-557).  
 Hüseynqulu 
xanın geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi 
məntəqələrinə təzyiqlərin güclənməsi rus komandanlığını güzəştə getməyə 
məcbur  etdi.  Nəticədə, 1821-ci  ildə  İrəvan  əhalisinə  Göyçənin  onlara 
məxsus  örüş  yerində  mal-qara  otarmağa  icazə  verildi  (300,65).  Bundan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə