Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   65   66   67   68   69   70   71   72   ...   164

 
142 
Hamonun 
başçılığı  altında  olan  Şuragöl  dəstələri  ilə  birlikdə  onlara  qarşı 
göndərdi. Qəflətən yaxalanmış İrəvan qoşunu əldə etdikləri qəniməti ataraq 
geri 
çəkildi.  Onların  şuragöllülərdən  ələ  keçirdiyi  1000  baş  qoyun, 500 
davar geri 
qaytarıldı. Bu mal-qaranın bir hissəsi rus qoşununa paylandı, 250 
baş Budaq Sultana, 250 baş isə əhaliyə qaytarıldı (367,496; 368,496-497). 
İrəvan  xanlığı  ərazisindən  bir  başa  hücumun  boşa  çıxdığını  görən 
Qacar 
İran dövləti hücumun istiqamətini dəyişərək Osmanlı Türkiyəsi əra-
zisindən  keçməklə  Pəmbək  və  Şuragölə  hücum  etməyi  planlaşdırdı.  Bu 
yürüşdə şah hökuməti iki məqsəd güdürdü: birinci, Qars, Bəyazid və Ax-
al
sıq paşalıqlarından hərbi kömək almaq; ikinci, rus qoşununa qarşı üsyan 
qaldırmış İmeretiya hakimi Solomona kömək etmək (371,725; 306,171). 
Rus 
qoşununa qarşı bütün qüvvələr İrəvan xanlığı ərazisində- Abaran 
düzündə  düşərgə  salmışdı.  Qoşun  iki  dəstəyə  ayrılmışdı.  Səkkiz  minlik 
süvaridən ibarət olan birinci dəstəyə İrəvan xanı Hüseynqulu xan rəhbərlik 
edirdi. 
Şahın böyük oğlu Məhəmmədəli xanın rəhbərlik etdiyi ikinci dəstə 
isə 10.000 nəfərdən ibarət idi. Lakin şah hökumətinin planlarından xəbərdar 
olan  rus 
komandanlığı  bu  yürüşü  qabaqlamağı  qərara  aldı.  Həmin  vaxt 
Pəmbək və Şuragöldə yerləşən rus qoşunlarının sayı isə 18 topu olan 3889 
nəfərə çatırdı (369,724; 306,192). Bütün qoşuna general mayor Portnyagin 
rəhbərlik  edirdi.  Baş  komandan  A.P.Tormasov  şah  qoşununun  irimiqyaslı 
hücumunun 
qarşısını almaq üçün general mayor Portnyaginə birbaşa Abara-
na hücum 
etməyi əmr etdi. Lakin Portnyagin qüvvələrin qeyri-bərabərliyini 
nəzərə alaraq buna cəsarət etmədi (306,192-193). 
1810-cu  il  avqustun 
əvvəllərində İrəvan xanı Hüseynqulu xan 5.000 
qoşunla Osmanlı sərhəddinə doğru hərəkət etdi. Bu əməliyyatda gürcü şah-
zadəsi  Aleksandr  Mirzə  də  iştirak  edirdi.  Maqziberd  kəndində  iki  minlik 
kürd   
və  Qara  bəyin  başçılığı  ilə  iki  yüz  qarapapaq  dəstəsi  ona  qoşuldu. 
Birləşmiş qüvvələr avqustun 11-də  Qarsdan 20 verst aralı, Zərişad deyilən 
yerdə düşərgə saldı. Vədləşdikləri kimi, burada Hüseynqulu xanın dəstəsinə 
Qars, 
Bəyazid və Axalsıx paşalıqlarının qoşunları qoşulmalı idi. Lakin xan 
gözlənilən  köməyi  ala  bilmədi.  Burada  bir  neçə  gün  qaldıqdan  sonra 
avqustun 
ortalarında  onun  dəstəsi  Axalsıx  qalasına  doğru  hərəkət  edərək, 
onun 
yaxınlığında  düşərgə  saldı.  Bu  xəbəri  eşidən  general  mayor 
Portnyagin 
Şuragölü  hücumdan  qorumaq  üçün  4  topa  malik  140  draqun 
dəstəsi, 400 nəfərdən ibarət saratov atıcı alayı, 100 kazak və qazaxlılardan 
ibarət azarbaycanlı süvari dəstəsi ilə Hamamlıdan hərəkət edərək Pəmbəklə 
Gümrü 
arasında mövqe tutdu. Lakin onun dəstəsi burada çox qala bilmədi. 
Hüseynqulu 
xanın  İmeretiya  çarı  Solomona  kömək  üçün  qoşun 
göndərəcəyini eşidən general mayor Portnyagin Pəmbəyi qorumağı polkov-


 
143 
nik  knyaz  Urakova 
tapşıraraq  öz  dəstəsilə  Arpa  çayını  keçərək  yenidən 
Hamamlıya qayıdır  (371,725; 372,736; 306,194-195).  
Bu 
yerdəyişmədən Qacar komandanlığı istifadə etmək fikirinə düşdü. 
1810-cu  il  avqustun 
axırlarında  Abbas  Mirzə  15  topa  malik  15  minlik 
qo
şunla  Naxçıvandan  İrəvana  gəldi  (372,736).  Osmanlı  paşalarını  ruh-
landırmaq və rusların diqqətini Hüseynqulu xanın qoşunundan yayındırmaq 
üçün 
şahzadənin  əmrinə  əsasən,  Abaranda  dayanmış  Məhəmmədəli  xanın 
dəstəsi  Pəmbəyə  hücum  etdi.  Lakin  knyaz  Urakovun  dəstəsi  bu  hücumun 
qarşısını ala bildi. Məğlub edilmiş şah qoşunu bir neçə taxıl zəmisini məhv 
edərək,  çoxlu  mal-qara  qənimət  ələ  keçirərək  yenidən  Abaran  düzünə 
qayıdır.  General  mayor  Portnyagin  öz  dəstəsilə  rus  qoşununa  köməyə 
gələndə, artıq şah qoşunu bu yerləri tərk etmişdi  (374,738; 306,202).   
Lakin Hüseynqulu xan rus 
komandanlığını narahat edirdi və onun hər 
bir 
hərəkəti daima izlənilirdi. İrəvan xanı osmanlı paşalarından kömək ala 
bilməsə  də,  ruslar  onun  şah  qoşunundan  əlavə  kömək  almaqla  daha  da 
güclənəyəcəyindən ehtiyat edirdi. Rus komandanlığı bunun qarşısını almaq 
üçün  oraya 
qoşun  göndərməyi  qərara  aldı.  Markiz  Pauluççinin  rəhbərliyi 
altında  9  və  15-ci  yeger  alaylarından  ibarət  5  topu  olan  iki  batalion, 200 
piyada  kazak 
dəstəsi, 100 kazak  və  50  azərbaycanlı  süvarisi  ilə  Axalsıxa 
göndərildi (373,737; 306,195-196).  
Sentyabrın  1-də  markiz  Pauluççu  dəstəsi  ilə  Dmanisidən  hərəkət 
edərək  sentyabrın  3-də  Axalsıx  qalasından  26  verst  aralı  Qansu  deyilən 
yerdə düşərgə saldı. O, tezliklə məlumat alır ki, Hüseynqulu xan buranı tərk 
etmək niyyətindədir. Buna imkan verməmək üçün rus qoşunu sentyabrın 5-i 
gündüz  saat  5-
də  Qansudan  Axalsıxa  doğru  hərəkət  etdi.  Sentyabrın  6-sı 
gecə  saat  3-də  polkovniklər  Lisaneviçin  və  Peçerskinin  başçılığı  ilə  iki 
dəstəyə  bölünmüş  rus  qoşunu  qəflətən  Hüseynqulu  xanın  qoşununun  yer-
ləşdiyi düşərgəyə hücuma keçir. Yuxuda ikən yaxalanmış birləşmiş qoşun-
lar  bu  hücumdan  özünü  itirdi.  Hüseynqulu  xan 
və  gürcü  şahzadəsi  Ale-
ksandr 
Mirzə  qaranlıqdan  istifadə  edərək  aradan  çıxa  bildi.  Özünü  itirmiş 
qoşunun  bəzisi  öldürüldü,  bəzisi  isə  güclə  qaçaraq  canını  qurtardı.  Lakin 
səhər açılanda məlum olur ki, rus qoşununun özünün vəziyyəti daha qorx-
uludur.  Çünki 
gecə  hücumundan  qaçan  qoşun  bir  yerə  toplaşmağa 
ba
şlamışdı.  Onların  niyyəti  geri  qayıdıb  rus  qoşununa  hücum  etmək  idi. 
Digər tərəfdən, Axalsıx qalasından atılan top atəşləri də rus qoşununa təlafat 
verirdi.  Buna 
görə  də,  markiz  Pauliççi  dəstəsi  ilə  Axalsıx  qalasından  10 
verst 
aralıda  olan  Qurma  körpüyə  doğru  geri  çəkilməli  oldu.  Bu  döyüşdə 
Hüseynqulu 
xanın  dəstəsindən  700  nəfər  öldürülmüş,  minə  qədər  at  və 
say
sız hesabsız silah, 4 bayraq ruslar tərəfindən qənimət ələ keçirildi. Rus 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə