Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   64   65   66   67   68   69   70   71   ...   164

 
140 
(163,133). 
İki  ölkə  arasında  gedən  danışıqlara  ingilislərin  mane  olmasına 
rus 
komandanlığı  da  başa  düşürdü.  General  A.P.Tormasovun  yazdığına 
görə, «buna  səbəb  İngiltərə  dövlətinin  şah  hökumətinə  göstərdiyi  güclü 
maliyyə dəstəyi idi. Buna görə də, şah qoşunu bu il də müharibəni davam 
etdirərək,  Gürcüstanın  ətrafındada  yerləşən  bütün  qonşuları  bizim 
qo
şununmuza qarşı qaldırmaqa cəhd edirdi» (213,693). 
Rus 
qoşunlarının  Cənubi  Qafqazda  müvəffəqiyyəti  Qacar  İran  dö-
vlətini buraya əlavə qüvvələrin göndərməsinə səbəb oldu. 1809-cu ilin iyul 
ayında  şahın  əmrinə  əsasən,  şah  qoşunu  rus  qoşunlarına  müxtəlif 
istiqamətlərdən  hücum  etmək  üçün  üç  dəstəyə  bölünmüşdü.  Birinci  dəstə 
Abbas 
Mirzənin komandanlığı altında Qarabağ istiqamətində hücum etməli 
idi. 
İkinci  dəstəyə  şahın  böyük  oğlu  Məhəmmədəli  xan  rəhbərlik  edirdi. 
Onun 
dəstəsi  İrəvan  xanlıqı  ərazisindən  keçməklə  Pəmbək  və  Şuragöldə 
yerləşən rus qarnizonlarına hücum etməli idi. Şahın özünün başçılıq etdiyi 
üçüncü 
dəstə  isə  Göycə  gölü  ətrafından  keçərək  Gəncə  xanlığı 
istiqamətindən  Şəmşəddil  və  Qazaxa  yürüşə  başlamalı  idi.  Hərbi 
əməliyyatlarda osmanlı paşaları da öz qoşunu ilə birlikdə çıxış etməli idi. 
Bu 
məqsədlə  Bəyazid  və  Ərzurum  ətrafında  on  minə  qədər  qoşun  top-
lan
mışdı.  İki  tərəfdən rus qoşununa  hücum  planı  ingilis  diplomatı  Harfort 
Consa 
məxsus idi  (317,689-690; 306, 4-5).  
Bu 
hərbi  kompaniyada  İrəvan  xanlığının  Qacar  dövləti  üçün 
özünəməxsus yeri vardı. Xanlığın nəinki hərbi meydan kimi, eyni zamanda 
şah  qoşununu  əlavə  qüvvələrlə  və  ərzaqla  təmin  edilməsində  əhəmiyyəti 
misilsiz  idi. 
Bacarıqlı  dövlət  xadimi,  sərkərdə  olan  Hüseynqulu  xan  və 
qar
daşı Həsən xan şah qoşunu ilə birləşərək rusların sərhəd məntəqələrinə 
qəflətən  hücumlar  təşkil  edərək,  onlara  böyük  itkilər  verirdi. 1809-cu  il 
iyunun 
axırlarında  şahın  böyük  oğlu  Məhəmmədəli  xanın  başçılığı  ilə 
15.000  Qacar 
qoşunu  İrəvana  gəldi.  Bu  qoşunun  məqsədi  irəvanlılarla 
birləşərək Pəmbək və Şuragöldə yerləşən rus sərhəd məntəqələrinə hücum 
etmək idi. İrəvanda bu qoşun üçün  1000 xalvar, digər xanlıqlardan isə 7000 
xalvar 
ərzaq  tədarük  edilmişdi.  Bundan  əlavə,  Hüseynqulu  xan  xanlığın 
taxıl  ehtiyatını  qorumaq  üçün  onun  qonşu  dövlətlərə  satışını  qadağan 
et
mişdi. O, əhali arasında yayılan xəstəliyi bəhanə gətirərək rusların nəzarəti 
altında olan Şuragöl əyalətinə taxıl ixracını dayandırdi (366,779).  
1809-cu  il  iyulun  16-da 
İsmayıl  bəy  Damqanlının  başçılığı  ilə  şah 
qo
şununun  üç  minlik  ön  dəstəsi  Hamamlı  və  Bəykəndi  yaşayış 
məntəqəsində  yerləşən  rus  qarnizonlarına  hücuma  keçdi.  Lakin  bu  hücum 
rus 
dəstəsi tərəfindən dəf edildi və məğlub olan şah qoşunu geri çəkilməyə 
məcbur oldu. Məğlubiyyətə baxmayaraq, İrəvan istiqamətində yürüşlər da-


 
141 
vam  etdirilirdi. 
İyulun 21-də şah qoşunu Nağı bəyin başçılıq etdiyi İrəvan 
qoşunu ilə birləşərək yenidən Pəmbək və Şuragöl ərazilərinə hücuma keçdi. 
Lakin bu hücum da 
baş tutmadı (76,191-192). 
Ön 
dəstənin  məğlubiyyətini  görən  şahzadə  İrəvan  süvarilərinin  də 
iştirak etdiyi əsas qüvvələrlə iyulun 22 və 23-də üç istiqamətdə Pəmbək və 
Şuragöldə yerləşən rus məntəqələrinə irimiqyaslı hücum təşkil etdi. Lakin 
rus 
komandanlığı  müdafiəyə  vaxtında  hazırlaşa  bilmişdi.  Şah  qoşununa 
qarşı  general  mayor  Portnyaginin  rəhbərliyi  altında  güclü  qoşun  çıxarıldı. 
Görülmüş  tədbirlər  nəticəsində  rus  qoşunu  hücumun  qarşısını  ala  bildi  və 
hətta əks hücuma keçdi. Lakin general mayor Portnyagin bir neçə dəfə şah 
qoşununa  hücum  təşkil  etsə  də,  onlar  açıq  döyüşə  girməkdən  çəkindi. 
Məğlub olmuş şah qoşunu İrəvanda yerləşən Abaran düzündə düşərgə saldı. 
Ruslar 
isə  İrəvan  xanlığına  yaxın  sərhəddə  güclü  dəstələr  yerləşdirməklə 
kifayətləndi (213,693; 306,8).  
Şahzadə Abbas Mirzənin Gəncə xanlıqına hucumu da baş tutmadı və 
İrəvana çəkilməyə məcbur oldu (306,10). Beləliklə, 1809-cu il hərbi kom-
paniyası şah hökuməti üçün uğursuzluğa düçar oldu. 
Məğlubiyyətə  baxmayaraq,  Hüseynqulu  xanın  dəstələri  tez-tez  rus 
qoşununun  işğalı  altında  olan  ərazilərə  hücumlar  təşkil  edirdi.  Onun 
göstərişinə əsasən 1810-cu il iyunun əvvəllərində Nağı bəyin başçılığı altın-
da  iki  minlik 
İrəvan  qoşunu  Qazax  sultanlığına  göndərildi.  Bu  yürüşdə 
İrəvan  qoşunu  çoxlu  xırda  və  iribuynuzlu  mal-qara  və  atlar  qənimət  ələ 
keçirməyə nail oldu. Lakin irəvanlılar bu qələbədən faydalana bilmədi. Belə 
ki,  Qazax 
süvarilərinin  köməyi  ilə  mayor  Corayevin  başçılığı  altında  bir 
dəstə  rus  qoşunu  yolda  ikən  irəvanlılara  hücum  edərək  qənimətin  böyük 
əksəriyyətini  geri  qaytarmağa  nail  oldu.  Qəflətən  hücuma  məruz  qalan 
irəvanlılar  bu  toqquşmada  Nağı  bəyin  qardaşı  Həsən  ağa  ilə  birlikdə  40 
nəfərə qədər adam itirmiş, 1 nəfər isə əsir düşmüşdü (320,478; 367,496). 
Qazax 
yürüşündən geri qayıdan Nağı bəy tezliklə, Hüseynqulu xan-
dan 
Pəmbək  və  Şuragölə  hücum  etmək  üçün  yeni  göstəriş  aldı.  Lakin 
İrəvanda naməlum səbəbdən ərzaq ambarı və artilleriyanın yerləşdiyi saray 
yandığına görə bu hücum baş tutmamışdı (367,496). 
Lakin 
şimal istiqamətində yürüşlər davam edirdi. Abaranda toplaşmış 
üç minlik 
İrəvan qoşunu Həsən xanın və Nağı bəyin başçılığı ilə Şuragölün 
Qarakilsə  kəndində  yerləşən  rus  qarnizonuna  hücum  etdi.  Bu  əməliyyatda 
çoxlu  mal-qara 
qənimət  ələ  keçirən  irəvanlılar  geri  dönərək  Qara  bəyə  və 
Hüseyn 
ağaya  məxsus  Maqizberd  kəndində  düşərgə  saldı.  Bundan  xəbər 
tutan rus 
komandanlığı 1 topa malik 200 piyada tiflis alayını, podpolkovnik 
Boqaçevin 
başçılığı ilə 100 nəfərlik kazak alayını, Budaq Sultanın və oğlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə