Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   63   64   65   66   67   68   69   70   ...   164

 
138 
İrəvanlıların  inadkarlığını  görən  Qudoviç  qala  komendantı  Həsən 
xanla 
yenidən danışıqlara başladı. Qraf məktubunda yenə də, əvvəlki şərtləri 
irəli  sürür  və  qalanın  təslim  olunmasını  tələb  edirdi  (280,249).  Lakin  bu 
cəhd də heç bir nəticə vermədi.  
Birinci 
İrəvan döyüşündə olduğu kimi, güclü müqavimətə rast gələn 
və ərzaq çatışmazlığından əziyyət çəkən rus komandanlığı yerli əhalini ya-
lan 
vədlərlə öz tərəfinə  çəkməyə cəhd göstərdi. Qraf Qudoviç ilk əvvəl Ve-
di 
dərəsinin Şadlı əhalisinə müraciət etdi. Hüseynqulu xanın sığındığı həmin 
dərənin sakinləri xan məğlub olduqdan sonra bütün əmlakı ilə birlikdə Araz 
çayının cənubuna çəkilmişdi. Baş komandan oktyabrın 8 və 10-da  yazdığı 
məktublarında  rus  qoşunlarının  tezliklə  İrəvan  qalasını  işğal  edəcəyi  ilə 
öyünərək, Vedi sakinlərinə əmlakları və mal-qarası ilə birlikdə geri qayıdar-
aq  Rusiya 
dövlətinin  himayəsinə  keçməsi  üçün  müraciət  etdi.  Hətta  o, 
tələsərək rus qoşununun ərzaq ehtiyatını təmin etmək üçün vedililərdən 500 
xırda və 100 iribuynuzlu mal-qara tələb etmişdi (328,238; 275,239). Lakin 
vedililər  onun  bu  məktublarına  məhəl  qoymadı.  Bedililəri  öz  tərəfinə 
çəkmək  cəhdinin  boşa  çıxdıqını  görən  qraf  Qudoviç  kürdlərin  başçıları 
Hüseyn 
bəy  və  Abdulla  bəylə  danışıqlara  başladı.  Xanlığın  ərazisində 
yaylaq-
qışlaq  həyatı  keçirən  kürdlər  rus  qoşununun  hücumu  nəticəsində 
özlərinin təhlükəsizliyi üçün Arazın cənubuna çəkilmişdi. Kürd başçılarına 
yazdığı  məktublarda  qraf  Qudoviç  rus  qoşununun  acınacaqlı  vəziyyətini 
gizlədərək  qələbələri  ilə  öyünür  və  onları  Rusiya  dövlətinin  himayəsinə 
sığınmağa  çağırırdı.  Lakin  bu  cəhd  də  boşa  çıxdı  (277,247; 278,247-248; 
279,248; 282,252).  
Mühasirənin uzanması qala sakinlərinin vəziyyətini də günü-gündən 
çətinləşdirmişdi.  Digər  tərəfdən,  Hüseynqulu  xanın  rus  qoşunu  tərəfindən 
Arazın  cənubuna  sıxışdırılması  onların  xaricdən  kömək  almaq  ümüdünü 
boşa  çıxartmışdı.  İrəvan  qalasını  bu  çətin  vəziyyətdən  çıxarmaq  üçün  şah 
hökuməti  fransız  agenti  Lejarı  qraf  Qudoviçin  yanına  göndərdi.  Lejar 
hücumu 
dayandırmaq və rus qoşununu İrəvan xanlığı ərazisindən çıxarmaq 
üçün qrafla 
danışıqlara başladı. Lakin rus komandanlığı şah hökumətinin bu 
təklifini  rədd  etdi.  Beləliklə,  fransız  agentinin  bu  missiyası  baş  tutmadı 
(106,253).          
İrəvan  qalasını  mühasirəyə  alan  rus  qoşununun  vəziyyəti  də  acına-
caqlı idi. Havaların soyuması, ərzaq ehtiyatının tükənməsi və irəvanlıların 
güclü 
müqaviməti  qraf  Qudoviçi  son  dəfə  qalaya  irimiqyaslı  hücuma 
keçməyə məcbur etdi. Bu hücum noyabrın 17–si saat 5-ə planlaşdırılmışdı. 
Baş  komandanlıq  qoşunu  beş  dəstəyə  bölmüşdü.  Dörd  dəstə  müxtəlif 
istiqamətlərdən qalaya qəflətən hücum etməli, Qudoviçin özünün rəhbərlik 


 
139 
etdiyi 
beşinci dəstə isə ehtiyatda dayanmalı idi. Bu hücuma 4645 nəfər rus 
qoşunu  cəlb  olunmuşdu  (106,253-256).  Lakin  qala  müdafiəçiləri  rus 
qo
şununun  bu  planının  qarşısını  vaxtında  ala  bildilər.  Hücuma  keçən  rus 
qo
şununu güclü top atəşi ilə qarşılayan irəvanlılar onlara xeyli itki verərək 
geri 
çəkilməyə məcbur etdi. Rusların qalaya daxil olmaq üçün düzəltdikləri 
nərdivanlar da onların işinə yaramadı. Rus qoşununun güclü itki verdiyini 
görən  qraf  Qudoviç  hücumu  dayandırdı.  Bu  əməliyyat  rus  qoşunu  üçün 
biabırçılıqla sona çatdı. Təkcə bu hücum zamanı rus qoşunundan 17 zabit və 
269 
əsgər  olmüş, 64 zabit  və  829  əsgər  isə  yaralanmışdı  (106,256). 
P.Butkov 
isə  bu  əməliyyat  zamanı  rus  qoşununun  1000  nəfərə  yaxın  itki 
verdiyini  qeyd 
etmişdi  (84,  c.3,səh.390).  Hücumun  boşa  çıxması  rusları 
ruhdan 
salmışdı.  Çıxılmaz  vəziyyətdə  qalan  Qudoviç  İrəvandan  geri 
çəkilməyə məcbur oldu. Noyabrın 30-da səhər tezdən rus qoşunu İrəvanın 
mühasirəsindən əl çəkərək geri qayıtdı. Qraf Qudoviç geri çəkilərkən gen-
eral  mayor 
Nebolsinə  Naxçıvandan  Gəncəyə  geri  çəkilməsi  haqqında 
göstəriş  verdi.  Dekabrın  1-də  Naxçıvanda  möhkəmlənən  rus  qoşunu  da 
Naxçıvanı  tərk  etdi  (305,304-305).  Beləliklə,  ikinci  İrəvan  yürüşü  də  rus 
qoşunu üçün müvəffəqiyyətsizliklə başa çatdı. 
 
İkinci İrəvan döyüşündən sonra baş verən hadisələr və Gülüstan 
sülh 
müqaviləsi 
İkinci İrəvan yürüşündə rus qoşunlarının biyabırçı məğlubiyyəti qraf 
Qudoviçin 
baş komandan vəzifəsindən istefa verməsinə səbəb oldu. 1809-cu 
ilin 
fevralın  14-də  çarın  fərmanına  əsasən,  general  A.P.Tormosov  baş  ko-
mandan 
təyin  olundu  (76,191; 306,1-2).  Yeni  baş  komandan  bu  vəzifəyə 
başlayan  kimi,  vəziyyəti  düzgün  qiymətləndirərək  sələfinin  hücum  takti-
kas
ından  imtina  etdi.  Eyni  zamanda  iki  dövlətlə-  həm  Osmanlı,  həm  də 
Qacar 
dövlətləri ilə müharibənin rus qoşunu üçün ağır olacağını dərk edərək 
şah  hökumətilə  danışıqlara  başladı. 1809-cu  il  iyunun  27-də  danışıqlar 
aparmaq  üçün  podpolkovnik  baron  Vrede  xüsusi 
məktubla  Təbrizə 
göndərildi. Məktubda Rusiya tərəfi yenə də, sərhəddin Kür, Araz və Arpa-
çay 
çayları  boyunca  keçməsi  şərtilə  sülh  bağlamağa  hazır  olduğunu  bild-
irirdi (287,686-687). Lakin Qacar 
İran dövləti nəinki bu təkliflə razılaşmadı, 
eyni  zamanda  Kartli-
Kaxetiyanın da ona məxsus olduğunu bir daha bəyan 
etdi.  
Məğlub  durumda  olmasına  baxmayaraq,  şah  hökuməti  müharibəni 
davam 
etdirmək əzmində idi. 1809-cu ilin martında İngiltərə-Qacar dövləti 
arasında  bağlanan  müqavilənin  şərtlərinə  görə,  ingilislər  Rusiyaya  qarşı 
müharibədə  şaha  maliyyə  cəhətdən  kömək  etməyi  öhdəsinə  götürmüşdü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə