Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   54   55   56   57   58   59   60   61   ...   164

 
120 
1804-cü  il  iyulun  2-
də  rus  qoşunu  səhər  tezdən  İrəvan  qalasına 
yax
ınlaşaraq onu mühasirəyə aldı. Qala rus artilleriyası tərəfindən atəşə tu-
tul
mağa  başladı.  Məhəmməd  xan  qalanın  bombardıman  edilməsinin 
qarşısını  almaq  üçün  iyulun  3-də  P.D.Sisianova  arxiyepiskop  Danil  va-
sitəsilə daha bir məktub göndərdi. O isə xana əvvəlki şərtləri qəbul etmək 
əsasında bombardımanı dayandıracağına söz verdi. Cavab almaq üçün artil-
leriya 
atəşi müvəqqəti dayandırıldı. İyulun 4-də rus qoşununun düşərgəsinə 
gələn elçi baş komandana qalanın təhvil verilməsindən başqa, xanın bütün 
tələbləri yerinə yetirməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xanın bu 
cavabı  P.D.Sisianovu  qane  etmədiyindən  danışıqlar  kəsildi  (66,226; 
136,228-229; 305,143-144; 144,326). 
Beləliklə,  İrəvan  xanının  rus 
qoşununun  qalaya  hücumunun  qarşısını  danışıqlar  yolu  ilə  almaq  cəhdi 
uğursuzluğa düçar oldu. Müvəqqəti dayandırılmış top atəşi iyulun 5-də ye-
nidən davam etdirildi. Bütün günü qala bombardıman edildi. Lakin qala sa-
kinləri  arasında  ölən  və  yaralanların  sayı  getdikcə  çoxalsa  da,  irəvanlılar 
təslim olmaq niyyətində deyildi (66,267; 144,325).  
Qalanın  müdafiəsinə  Məhəmməd  xan  və  onun  qaynı  Kəlbəli  xan 
rəhbərlik  edirdi.  Onlar  tərəfindən  qala  sakinləri  ciddi  nəzarət  altında 
sax
lanılırdı.  Xanlar  rus  qoşununa  rəğbət  bəsləyən  ermənilərin  xəyanətinin 
qar
şısını almaq üçün müəyyən tədbirlər görmüşdülər. Qala divarlarında xan-
ların inandıqları yaxın adamlarının başçılığı ilə güclü nəzarətçi dəstələri yer-
ləşdirilmişdi. Hər gecə öz adamlarını tanımaq üçün nəzarətçilərə xüsusi pa-
rol  (
məxfi  söz-E.Q.)  təyin  edilmişdi.  Bu  parollar  tez-tez  dəyişdirilirdi 
(410,49). 
Qalaya 
sığınmış  irəvanlılar  nəinki  müdafiə  olunurdu,  eyni  zamanda 
imkan 
düşdükcə hücuma keçirdilər. Belə ki, bir dəstə qala sakini xan bağın-
da 
yerləşmiş rus qoşununun 9-cu yeger alayına qəflətən hücum etdi. Lakin 
daha 
yaxşı  silahlanmış  rus  alayı  bu  hücumu  dəf  edərək,  irəvanlıları  geri 
çəkilməyə məcbur etmişdi. Bundan əlavə, qala sakinləri top atəşləri ilə də 
rus 
qoşunlarını tez-tez narahat edirdi (144,325). 
Mühasirənin davam etdiyi bir vaxtda şah qoşununun yenidən hücuma 
keçməsi xəbəri gəldi. Abbas Mirzənin məğlub olaraq geri çəkildiyini eşidən 
Fətəli  şah  Qacar  Xoy  və  Təbrizdən  topladığı  15  minlik  qoşunla  onun 
köməyinə tələsdi. O, Gərni çayı sahilində düşərgə salmış şahzadənin qoşunu 
ilə  birləşərək  rus  qoşununa  qəflətən  hücum  etmək  niyyətində  idi  (410,53; 
66,268; 305,144; 144,227-229).  
Əlavə  kömək  alan  şah  qoşunu  iyulun  15-də  gecə  saat  2-də  yenidən 
hücuma keçdi. Bu 
xəbəri eşidən Məhəmməd xan İrəvan döyüşçüləri ilə qal-
anın  şimal  hissəsində  yerləşən  rus  qoşununun  düşərgəsinə  basqın  etdi. 


 
121 
İrəvanlıların  bu  hücumu  rus  qoşunu  üçün  gözlənilməz  oldu.  Qeyd  etmək 
lazımdır ki, qalanın bu hissəsinin rus qoşunu üçün böyük əhəmiyyəti vardı. 
Burada  onlara 
məxsus xəzinə və ərzaq anbarları yerləşirdi. «Əgər düşmən 
(
irəvanlılar-E.Q.) oranı tutsaydı, Zəngi çayının sol sahilində yerləşən 9-cu 
yeger 
alayı ilə əlaqə kəsilərdi, bütün ərzaq anbarı və xəzinə düşmənin əlinə 
keçərdi» (136,232). Təhlükənin  qarşısını  almaq  üçün  podpolkovnik  Si-
monoviçin 
başçılığı  ilə  qafqaz  qrenador  alayı  irəvanlılarla  döyüşə  girir. 
Tərəflər arasında dörd saat davam edən qanlı döyüş baş verdi. İrəvanlılar rus 
qoşununa qarşı mərdliklə vuruşurdular. Bunun şahidi olan P.D.Sisianov öz 
gündəliyində  etiraf  edirdi  ki, «otuz  nəfər  irəvanlının  qoruduğu  daxmanı 
mühasirəyə alan podpolkovnik onları təslim olmağa çağırsa da, onlar ölməyi 
üstün  tutdular» (136,232). 
Nəhayət,  daha  yaxşı  silahlanmış  rus  qoşunu 
irəvanlıları  məğlub  edərək  geri  çəkilməyə  məcbur  etdi.  Bu  əməliyyatda 
İrəvan qoşunu 400 nəfərə qədər itki vermişdi (136,232; 305,147). 
İrəvanlılar məğlub olaraq geri çəkilsə də, şah qoşunu ilə döyüş davam 
edirdi. 
Gecədən başlayan döyüş gündüz saat 1-də rus qoşununun qələbəsi ilə 
başa çatdı. Çoxlu itki verən Qacar qoşunu iki dəstəyə bölünərək geri çəkildi. 
Şahın başçılığı ilə olan dəstə Qəmərlidə, Abbas Mirzənin dəstəsi isə Gərni 
ç
ayı sahilində düşərgə saldı (305,148; 144,334; 155,100). Bu döyüşdə rus 
qoşunundan 4 zabit, 58 sıravi əsgər ölmüş, 7 nəfər itkin düşmüş, 9 zabit və 
108 
sıravi  əsgər  isə  yaralanmışdı.  Şah  qoşunundan  ölənlərin  sayı  minə 
çatırdı.  Onlardan  3-ü  xan  və  250-si  isə  məmur  idi.  Bundan  başqa,  rus 
qo
şunu  3  bayraq  və  2  falkonet  qənimət  götürmüşdü  (136,233; 132,334). 
Başqa bir mənbədə isə rus qoşunundan 3 zabit və 120 sıravi əsgərin öldüyü, 
6 zabit 
və 200-ə qədər əsgərin yaralandığı göstərilmişdi (66,270). 
Qacar 
qoşununun  parçalanmasından  istifadə  edən  rus  komandanlığı 
onları ayrı-ayrılıqda məhv etmək qərarına gəlmişdi. P.D.Sisianovun planına 
əsasən,  general-mayor  Portnyagin  kiçik  bir  dəstə  ilə  gecə  qəflətən  Abbas 
Mirzənin düşərgəsinə hücum edərək onun qoşununu darmadağın etməli idi. 
Lakin  bu  plan 
baş  tutmadı.  Belə  ki,  iyulun  25-də  gecə  general  mayor 
Portnyagin  bir 
dəstə  rus  qoşunu  ilə  şahzadənin  düşərgəsinə  doğru  hərəkət 
edərək,  gözətçi  məntəqələrini  keçməklə  düşərgəyə  yaxınlaşdı.  Lakin  rus 
qoşunu tərəfinə keçmiş sabiq Xoy xanı Cəfərqulu xanın adamları ehtiyatsız 
hərəkət  edərək  atəş  açdığından  şahzadənin  qoşunu  bu  hücumdan  vaxtında 
xəbər  tuta  bildi.  Həyacan  siqnalı  ilə  şahın  düşərgəsinə  xəbər  çatdırıldı. 
Nəticədə  Portnyaginin  dəstəsi  mühasirəyə  alındı.  Tərəflər  arasında  döyüş 
başladı.  Bu  döyüşdə  ruslar  artilleriyaya  çox  ümid  bəsləyirdi.  Lakin  ilk 
hücumda  topçular 
şah  qoşunu  tərəfindən  öldürüldü.  Bir  saat  davam  edən 
döyüşdə general mayor Portnyaginin dəstəsi böyük itki verərək geri qayıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə