Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   50   51   52   53   54   55   56   57   ...   164

 
112 
etmişdi.  Əks  halda  Fətəli şah  İrəvan  və  Naxçıvan  xanlarını  əmanət  verdi-
kləri oğlanlarını öldürməsilə hədələmişdi  (138,611-612; 144,297-298).  
Abbas 
Mirzə Məhəmməd xanın könüllü təslim olmasına ümid edirdi. 
O, 1804-cü il aprelin 22-
də Təbrizdən Bədir bəyin başçılığı altında 17 nəfər 
və  gürcü  şahzadəsi  Aleksandr  Mirzənin  3  nəfərdən  ibarət  nümayəndə 
heyətini İrəvana göndərdi. Elçilər şah hökumətinə tabe olmaq üçün xanı dilə 
tutmağa  başladı.  Tərəflər  arasında  danışıqlardan  məlum  oldu  ki,  xan  şaha 
sədaqətini sübut etmək üçün ilk növbədə 100.000 samar buğda toplayaraq, 
4.000 
qoşunla  Gəncəyə  hərəkət  etməli  və  orada  Abbas  Mirzənin  və  Ale-
ksandr 
Mirzənin qoşunları ilə birləşməli idi. Bundan əlavə, Məhəmməd xan 
şaha  İrəvanın  12  nüfuzlu  əyan  ailəsini  əmanət  verməli  idi.  Lakin  şah  ha-
kimiyyətini  özü  üçün  təhlükə  hesab  edən  İrəvan  xanı  bu  tələbləri  yerinə 
yetirməkdən boyun qaçırdı (139,612).                                                                                                                 
Şaha  rədd  cavabı  verən  Məhəmməd  xan  aqibətinin  acınacaqlı 
ola
cağını  çox  gözəl  dərk  edirdi.  O,  bu  təhlükənin  qarşısını  almaq  üçün 
Rusiya 
hökumətindən  hərbi  kömək  almaq  fikirinə  düşdü.  Bu  niyyətlə  o, 
P.D.Sisianova 
xəbər göndərərək ruslara xidmət etmək arzusunda olduğunu 
bildirmiş, bunun əvəzində şah qoşununun qarşısını almaq üçün hərbi kömək 
göstərilməsini xahiş etmişdi (76,185; 144,302). İrəvan xanının düşdüyü ağır 
vəziyyətdən istifadə edən P.D.Sisianov 1804-cü il mayın 10-da Məhəmməd 
xana 
yazdığı məktubda bir neçə ağır tələb irəli sürmüşdü: birinci, xan hər 
şeydən  əvvəl,  Danili  katolikos  taxt-tacına  bərpa  etməli,  yalançı  katolikos 
Davıd  isə  ruslara  təhvil  verilməlidir;  ikinci,  İrəvan  qalası  rus  qoşununa 
təslim  edilməlidir;  üçüncü,  xan  Rusiya  imperatorunu  özünün  hökmdarı 
kimi 
qəbul etməli və sədaqətli olacağına and içməlidir; dördüncü, xan ildə 
80 min rubl 
həcmində xərac verməli idi, xərac ildə iki müddətə, biri novruz 
bayramına qədər, digəri isə iyul ayından sonra ödənilməli idi. Əvəzində baş 
komandan, 
xanın  sədaqətli  olacağı  halda  əvvəlki  vəzifəsində  qalacağına; 
təhlükəsizliyi  üçün  öz  vəzifəsinə  imperator  fərmanı  ilə  yenidən  təsdiq 
ediləcəyinə;  xanın  ailəsini  (girovları-E.Q.)  İrandan  geri  almaq  üçün 
hərtərəfli cəhd ediləcəyinə söz verirdi (254,613; 256,614). Məhəmməd xan 
bu 
tələbləri qəbul edəcəyi halda, P.D.Sisianovun əmr ilə general-mayor Le-
ontev 
Pəmbəkdə yerləşən rus qoşununun başçısı mayor Montrezoru iki ba-
talyonla,  Danili  katolikos 
taxtına  oturtmaq  haqqında  çarın  fərmanı  ilə 
İrəvana  göndərməli  idi.  Bu  tələblər  yerinə  yetirildikdən  sonra  həm 
Məhəmməd xan, həm də onun qaynı naxçıvanlı Kəlbəli xan Rusiya təbəəli-
yini 
qəbul  edə  bilərdi  (256,614; 132,305-306).  İki  od  arasında  qalan 
Məhəmməd  xan  rus  komandanlığının  bu  tələblərini  qəbul  etməyərək 
gözləmək qərarına gəldi. 


 
113 
İrəvana  hücum  üçün  rus  qoşunlarının  Tiflisdə  cəmləşdiyi  və 
Məhəmməd  xanla  danışıqlar  aparıldığı  vaxt  şahın  baş  vəziri  Mirzə 
Məhəmməd  Şəfi  1804-cü  il  mayın  23-də  Yaqub  bəy  Gəraylını  məktubla 
P.D.Sisianovun 
yanına göndərdi. Məktubda  şah hökuməti baş komandan-
dan  rus 
qoşununun  Tiflisə  hansı  məqsədlə  gəlişini  xəbər  almış  və  Kartli-
Kaxetiyanın  ona  məxsus  olmasını  iddia  edirdi.  P.D.Sisianova  məsləhət 
görülürdü  ki, rus 
qoşunu oranı tərk etsin, əks təqdirdə onlar silahla oradan 
qovulacaqdır (255,807-808). Lakin baş komandan elçini söyüşlə qarşılayar-
aq 
şahın  tələblərinə  məhəl  qoymadı.  Əvəzində,  baş  vəzirə  təhqiramiz 
məktub yazaraq bildirdi ki, «mən sizi Kür çayı və Göyçə gölündə… süngü 
və  mərmi  ilə  qarşılamağa  hazıram» (401,808-809; 402,809; 326,267; 
144,298).  P.D.Sisianovun 
belə  təhqiramiz  cavabı  1804-cü  il  iyunun  10-da 
iki 
ölkə  arasında  diplomatik  münasibətlərin  kəsilməsinə  səbəb  oldu  və 
beləliklə,  Qacar  İran  dövlət  ilə  Rusiya  arasında  uzunmüddətli  müharibə 
ba
şladı (21,21). 
Birinci 
İrəvan döyüşü  
İki od arasında qalan İrəvan xanı müstəqilliyini qorumaq üçün hər iki 
dövlət arasında manevr etməklə bərabər, İrəvan qalasını möhkəmləndirməyə 
başladı. Məhəmməd xan ətraf kəndlərin əhalisini qalaya köçürdü. Köçürülən 
hər bir şəxs özü ilə 2 litr barıt, 1 mer qurğuşun və lazımi miqdarda ərzaq 
götürməli idi. Xan onlardan arxayın olmaq üçün ehtiyat tədbirlərə əl ataraq, 
hər ailədən arvad və uşaqlardan ibarət girov götürmüşdü. O, elan etmişdi ki, 
əgər  kimsə  düşmən  tərəfinə  keçsə  girovlar  asılacaqdır.  Xanın  səyi 
nəticəsində  qala  qarnizonunun  sayı  7000-ə  çatdırıldı  (326,267; 144,298). 
Lakin 
Məhəmməd xanın bütün bu tədbirlərinə baxmayaraq, xanlığın əhalisi 
vahimə  içərisində  idi.  Bu  təhlükədən  canlarını  qurtarmaq  üçün  Azəri  tü-
rklərindən  və  ermənilərdən  ibarət  iki  min  ailə  Qarsa  köçməyə  başladı 
(206,614-615; 76,185). 
İrəvan xanlığını özünə tabe etmək üçün ilk öncə şah qoşunu hücuma 
keçdi. Nasir 
Nəcmi yazır ki, «bu vaxt Abbas Mirzəyə xəbər vermişdilər ki, 
İrəvan valisi Məhəmməd xan xəyanət edərək, Sisianovun həmləsindən bir 
neçə  gün  əvvəl  rus  qoşunlarını  həmin  şəhəri  və  başqa  Qafqaz  şəhərlərini 
almağa qaldırmışdı» (47,29).  Şahzadə Abbas Mirzənin komandanlığı altın-
da 20 minlik 
şah qoşununun bir hissəsi İrəvan şəhərinə hücum edərək 1804-
cü il iyunun 1-
də qalanı mühasirəyə aldı. Digər hissəsi isə Mehdiqulu xanın 
kom
andanlığı altında gürcü şahzadələri Aleksandrın, Teymurazın və sabiq 
Axalsıx  hakimi  Şərif  paşanın  iştirakı  ilə  Kartli-Kaxetiyaya  hərəkət  etdi 
(410,22; 144,311). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə