Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   46   47   48   49   50   51   52   53   ...   164

 
104 
yuxarı hissəsində düşərgə saldı. O, İrəvandan kömək almaqla yürüşü davam 
etdirmək niyyətində idi (354,627).  
Qars hakimi 
Məhəmməd paşa irəvanlıların məğlubiyyətindən istifadə 
etmək  qərarına  gəldi.  O,  mayın  31-də  K.F.Knorrinqə  yazdığı  məktubda 
İrəvana hücum üçün əlverişli imkanın olduğunu bildirmişdi. Qars paşası rus 
komandanlığından  hərbi  kömək  istəyərək,  İrəvanı  tutucağına  söz  verirdi 
(326,98). 
İyunun  23-də  yazdığı  digər  məktubda  isə  o,  bu  planı  həyata 
keçirmək  üçün  baş  komandandan  artilleriya  ilə  təchiz  olunmuş  2  min 
nəfərdən  ibarət  hərbi  qüvvəni  polkovnik  Karyaginin  başçılığı  ilə  İrəvana 
göndərilməsini  xahiş  etmişdi  (326,108; 84, c.2,  səh.527).  İyunun  28-də 
üçüncü 
dəfə göndərdiyi məktubda isə K.F.Knorrinqdən İrəvanın işğalı üçün 
1000 
nəfərdən  ibarət  hərbi  qüvvə  istəmişdi  (247,710).  Lakin  Məhəmməd 
paşanın  niyyətini  bəyənməyən  və  İrəvana  dair  öz  planı  olan  rus  koman-
danlığı onun məktublarını cavabsız qoymuşdu. 
Tezliklə, Məhəmməd xan rus komandanlığı ilə münasibətləri yenidən 
bərpa  etmək  məcburiyyətində  qaldı. 1802-ci  ilin  yayında  İrəvan  xanı  ye-
nidən Qacar təhlükəsi ilə üzləşdi. Fətəli şahın yaxın sərkərdəsi Pirqulu xan 
iyul 
ayında  Şuşaya  və  oradan da  Naxçıvana  gəldi. Naxçıvandan  60 verst 
aralıda düşərgə salan Pirqulu xanın ilk işlərindən biri şahın adından İrəvan 
xanına  məktub  göndərmək  olmuşdu.  O,  məktubda  Məhəmməd  xandan 
Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı, əks hal-
da 
bəzi məlumata görə 100.000 rubl (10.000 tümən-E.Q.), digər məlumata 
görə  isə  80.000  rubl  (8.000  tümən-E.Q.)  məbləğində  bac  verməyi  tələb 
etmişdi  (404,144,162; 84, c.2,  səh.527).  Bundan  əlavə,  İrəvan  xanı  öz 
dəstəsi ilə şah qoşununa birləşərək Şuşaya getməli və burada Qarabağ, Şəki, 
Şamaxı  xanlıqlarının  qoşunları  ilə  birlikdə  Kartli-Kaxetiyaya  yürüş  etməli 
idi. 
Yürüşdə  gürcü  şahzadəsi  Aleksandrın  da  iştirakı  nəzərdə  tutulmuşdu. 
(404,144, 163; 144,45).  
 
Fətəli şaha tabe olmaq istəməyən Məhəmməd xan kömək üçün rus 
komandanlığına müraciət etdi. O, 1802-ci ilin iyununda Məhəmməd Zaman 
bəyin  başçılığı  ilə  Tiflisə  nümayəndə  heyəti  göndərdi.  Heyətin  məqsədi 
Qacar 
təhlükəsinə qarşı hərbi kömək istəmək və Qarsla olan münasibətlərə 
aydınlıq gətirmək idi. Baş komandanın qəbulunda olan elçi İrəvanla Qars 
arsında  baş  verən  düşmənçiliyin  səbəblərini  izah  etmək  istəsə  də,  onun 
izahı  kobudluqla  kəsilmiş  və  heyət  əliboş  geri  qayıtmışdı.  Lakin  rus  ko-
mandanlığından  hərbi  kömək  almaq  ümidini  itirməyən  Məhəmməd  xan 
Tiflisə  Eyvaz  xanın  başçılığı  ilə  yeni  nümayəndə  heyəti  göndərdi 
(326,110). 
İrəvan xanının bu cəhd də boşa çıxdı.  


 
105 
Hərbi kömək almaq ümidinin boşa çıxdığını görən Məhəmməd xan 
Pirqulu 
xanın  tələblərini  yerinə  yetirmək  məcburiyyətində  qaldı.  O, 
Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı və tələb 
olunan 
məbləği  ödəməyə  söz  verdi  (404,154-162).  Lakin  rus  koman-
danlığının Qacar təhlükəsinə qarşı müəyyən tədbirlər görməsi nəticəsində 
Pirqulu xan 
Azərbaycandan geri çağrıldı.  
Təhlükənin sovuşduğunu görən Məhəmməd xan Qars paşalığına qarşı 
mübarizəni  davam  etdirdi.  O,  bu  mübarizədə  özünə  müttəfiq  də  tapa 
bilmişdi. İrəvan xanı Axalsıxda qiyam nəticəsində hakimiyyətə gəlmiş Şərif 
paşadan istifadə etmək qərarına gəlmişdi. Belə ki, 1801-ci ililin ortalarında 
Axalsıxda  baş  vermiş  qiyam  nəticəsində  Sabit  paşa  əmisi  oğlu  Şərif  paşa 
tərəfindən  hakimiyyətdən  devrildi.  Hakimiyyətini  geri  qaytarmaq  üçün 
mübarizə aparan Sabit paşa 1802-ci ilin əvvəllərində İmeretiyada öldürüldü  
(94,700; 96,701; 341,700).   
Rəqibini  aradan  götürən  Şərif  paşa  qonşu  paşalıqlara  və  Kartli-
Kaxetiyaya hücumlar 
təşkil etməyə başlayır. Onun bu hərəkəti Qars paşalığı 
ilə  düşmən  olan  İrəvan  xanının  siyasətinə  uyğun  gəlirdi.  O,  Şərif  paşaya 
məktub yazaraq onu dəstəklədiyini və lazım gələrsə hərbi qüvvə ilə kömək 
göstərməyə  hazır  olduğunu  bildirmişdi.  Məhəmməd  xandan  müsbət cavab 
alan 
Şərif  paşa  kömək  almaq  məqsədilə  İrəvana  gəlmişdi  (356,892; 
251,893; 252,902-903). 
Axalsıqlı  Şərif  paşanı  Məhəmməd  xandan  başqa 
naxçıvanlı Kəlbəli xan və Bəyazid paşası da dəstəkləyirdi. Şərif paşa müt-
təfiqlərin  köməyi  nəticəsində  türklərdən  və  dağıstanlılardan  ibarət  12.000 
qoşun toplaya bildi (404,122).  
Şərif  paşa  və  müttəfiqləri  gürcü  şahzadəsi  Aleksandr  Mirzə  ilə  də 
əlaqə saxlayırdı. Müttəfiqlərin gürcü şahzadəsini bu hadisəyə cəlb etməsinin 
daha ciddi 
səbəbi vardı. Qars hakimi Məhəmməd paşa 1802-ci il iyunun 28-
də rus qoşunlarının baş komandanı K.F.Knorrinqə yazdığı məktubda onların 
planını belə şərh edirdi: «… axalsıqlı Şərif paşa İrəvan xanı ilə birləşərək 
dağıstan qoşunu gətirib ki, Gürcüstanı ələ keçirsin, Tiflisi Aleksandr Mir-
zəyə  təhvil  versin  (326,109).  Hətta  onlar  bu  planı  həyata  keçirmək  üçün 
maliyyə  mənbəyi  də  tapmışdılar.  Erməni  arxiyepiskopu  David  Eçmiədzin 
tax-
tacına  yiyələnmək  üçün  kilsənin  xəzinəsini  onlara  vermişdi  (326,109). 
İrəvan  xanı  ilə  birləşən,  dağıstanlılardan  kömək  alan  Şərif  paşa  Kartli-
Kaxetiya,  Qars 
və  Çıldır  ərazilərinə  tez-tez  yürüşlər  təşkil  edirdi  (94,700; 
242,705). 
Qiyamın  genişlənməsi  sultanı  bərk  narahat  edirdi.  O,  Ərzurum 
paşasına  fərman  göndərərək  bu  üsyanı  yatırmağı  əmr  etdi.  Fərmana  görə, 
sultan 
tərəfindən sərəsgər rütbəsi alan Ərzurum paşası Qars və Çıldır əhalisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə