Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   44   45   46   47   48   49   50   51   ...   164

 
100 
 
Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun 
Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas 
xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək 
sultanlığı  İrəvan  xanlığına  məxsusdur  və  bunun  üçün  Ağa  Məhəmməd 
şahdan fərmanı  vardır.  Daha  sonra  elçi  xanın  ruslara  qarşı  heç  bir  qərəzli 
niyyəti  olmadığını,  əksinə  Rusiya  himayəsinə  keçmək  fikrində  olduğunu 
bildirərək,  İ.P.Lazarevdən  rus  qoşunlarının  Pəmbək  ərazisinə  girməməsini 
xahiş  etdi  (339,600; 145,219-220).  Lakin  Məhəmməd  xanın  İ.P.Lazarevlə 
danışıqları  heç  bir  nəticə  vermədi.  General  elçiyə  bildirir  ki,  Gürcüstan 
əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru 
hərəkət  edir.  O,  xana  xəbər  göndərərək  İrəvana  köçən  əhalinin  geri  qay-
tarılmasını  tələb  etdi.  Rus  qoşunu  ilə  açıq  münaqişəyə  girməkdən  ehtiyat 
edən  Məhəmməd  xan  Pəmbək  qaçqınlarının  geri  qayıtmasına  icazə  verdi. 
İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq 
üçün  knyaz  Solomon  Tarxanov 
xanın  yanına  göndərildi.  S.Tarxanovla 
söhbətdə  xan  öz  hərəkətinə  haqq  qazandıraraq,  Pəmbəkin  ona  məxsus  ol-
ma
sını bir daha bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri poz-
maq 
istəməyən  İrəvan  xanı  digər  kəndlərin  əhalisinin  də  geri  qayıtmasına 
icazə  vermişdi.  Qaçqınların  geri  qayıtması  ilə  kifayətlənən  İ.P.Lazarev 
mayor 
Çeqişevin  başçılığı  ilə  tiflis  atıcı  alayını  Pəmbək  sultanlığının 
mərkəzi  Qarakilsə  kəndində  yerləşdirərək  geri  qayıtdı  (339,599-601; 
92,604; 93,605; 326,75).  
Bundan 
əlavə, Məhəmməd xan  rus komandanlığının digər tələbini də 
yerinə yetirməli olmuşdu. Şuragöllü bir Azəri türkünü gürcü knyazı Solo-
mon 
Məlikov  incitdiyinə  görə,  xan  İrəvanda  ticarət  edən  gürcü  tacirlərini 
həbs edərək onlardan 1200 rubl istəmişdi. Bunu eşidən Q.M.Lazarev xandan 
tacirlərin azad olunmasını tələb etmişdi. Əlacsız qalan Məhəmməd xan bu 
tələbi yerinə yetirməyə məcbur olmuşdu (404,122).  
 
2.2. Birinci Rusiya-
İran müharibəsi ərəfəsində İrəvan  
xanlığının Rusiya,  Qacar İranı və Osmanlı paşaları  
ilə siyasi münasibətləri 
 
1801-ci  il 
sentyabrın  12-də  Kartli-Kaxetiya  çarlığı  rəsmi  surətdə 
Rusiyaya 
birləşdirildi. Bu müqaviləyə əsasən, Azərbaycanın Borçalı, Qazax 
və  Şəmşəddil  sultanlıqları  ilə  bərabər,  Pəmbək  və  Şuragöl  də  Rusiyanın 
tərkibinə  daxil  oldu  (144,19-27).  Bunun  ardınca  imperator  I  Aleksandr 
sentyabrın 12-də digər Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək yol-
ları haqqında K.F.Knorrinqə xüsusi təlimat göndərdi. On bir bənddən ibarət 


 
101 
olan  bu 
təlimatın  10-cu  bəndində  yazılırdı: «Ətraf  hakimlər  və  xalqlarla 
əlaqə saxlayaraq Rusiyaya meyl edənlərin sayını artırmaq lazımdır, xüsusilə 
hələ üzərində Baba xanın (Fətəli şahın-E.Q.) hakimiyyəti təsdiq olunmamış, 
hazırkı  şəraitdə  özlərinin  təhlükəsizliyi  üçün  Rusiyaya  daha  çox  meyl 
göstərən İrəvan, Şəki, Şirvan (Şamaxı-E.Q.), Bakı və başqa xanlıqları cəlb 
etmək lazımdır» (326,65). Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən 
sonra general-leytenant K.F.Knorrinq böyük 
qüvvə ilə Tiflisə gəldi.  
Kartli-Kaxetiya 
çarlığının  Rusiyaya  rəsmi  birləşdirilməsi  Qacar 
İranını  bərk  təşvişə  salmışdı.  Xorasan  üsyanını  yatıran  Fətəli  şah  1802-ci 
ilin 
əvvəllərində  onun  hakimiyyətini  tanımaq  istəməyən  Azərbaycan  xan-
larına  fərmanlar  göndərərək  tabe  olmalarını  tələb  etdi.  O,  ilk  əvvəl 
Azərbaycanın ona müxalif olan xanlarını öz tərəfinə çəkmək və sonra on-
ların qüvvələri ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək niyyətində idi. 
Tehrana 
gələn şah ilk  növbədə  İrəvan  xanına  hədələyici  fərman  göndərdi. 
Fərmanda  o,  Məhəmməd  xandan  İrəvanda  məskunlaşmış  naxçıvanlıların 
geri 
qaytarılmasını  tələb  etdi.  Hətta  Fətəli  şah  İrəvana  yürüş  etmək  üçün 
qoşun da toplamış və mart ayında özü də İrəvana gəlmək niyyətində idi  (84, 
c.2, 
səh.513-514).  
Bu 
xəbər  Məhəmməd  xanı  qorxuya  salmışdı.  O,  şah  qoşununun 
hücumunu 
eşidən kimi, İrəvan qalasının müdafiəsini gücləndirməyə başladı. 
Onun 
səyi nəticəsində qalanın hərbi qarnizonu artırılmış, ambarlar isə ərzaq-
la 
doldurulmuşdu  (342,618; 84, c.2,  səh.514).  Lakin  öz  qüvvəsinə  əmin 
olmayan 
Məhəmməd xan hərbi kömək almaq məqsədi ilə rus qoşunlarının 
baş  komandanı  general-leytenant  Knorrinqə  və  general  mayor  Lazarevə 
müraciət etdi. O, Eyvaz xan Sultanın başçılığı ilə Tiflisə nümayəndə heyəti 
göndərdi. Nümayəndə heyəti general mayor Lazarevin qəbulunda oldu. Elçi 
xanın  Rusiya  təbəəliyinə  keçmək  arzusunda  olduğunu  qeyd  edərək,  şah 
qoşununa qarşı mübarizə üçün 300 nəfərdən ibarət hərbi qüvvə istəmiş və 
əvəzində şahzadə Aleksandrı ruslara təhvil verəcəyini bildirmişdi. Xan bu 
qüvvələri saxlamaq üçün hər il 10.000 rubl (1.000 tümən-E.Q.) məbləğində 
ərzaq ayıracağını öhdəsinə götürmüşdü. Lakin general mayor Lazarev xanın 
elçisini 
əli boş geri qaytararaq, xanın istəyini baş komandana çatdıracağına 
söz 
vermişdi (404,144; 342,618; 146,16-17).   
Şah  qoşunlarının  İrəvana  və  oradan  da  Kartli-Kaxetiyaya  hücum 
etmək  niyyəti  rus  komandanlığını  narahat  etməyə  bilməzdi.  İrəvan  xanına 
boş vədlər verən K.F.Knorrinq ehtiyat tədbirləri görməyə başladı. O, 1802-
ci il 
martın 26-da çara raport göndərərək şah qoşunlarının İrəvana və oradan 
Kartli-Kaxetiyaya  hücum 
edəcəyi  haqqında  məlumat  vermişdi.  Bunun  ar-
dınca  K.F.Knorrinq  1802-ci  il  aprelin  18-də  Məhəmməd  xana  məktub 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə