Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   41   42   43   44   45   46   47   48   ...   164

 
93 
əleyhinə üsyan qaldırdı. Hətta Xoy xanı müttəfiqi İrəvan xanlığına da yürüş 
etdi.  Bu  vaxt 
İrəvan  xanı  şaha  itaət  edirdi.  Hücuma  məruz  qalmış 
Məhəmməd  xan  Cəfərqulu  xana  müqavimət  göstərməyi  qərara  aldı.  Bu 
müharibədə qazaxlılar İrəvan xanına hərbi kömək etdilər. Lakin Naxçıvan 
yaxınlığında baş verən döyüşdə irəvanlılar Cəfərqulu xanın tərəfinə keçmiş 
naxçıvanlılar  tərəfindən  məğlub  edildi.  Məğlub  olmuş  Məhəmməd  xan 
İrəvan qalasına çəkilərək orada möhkəmlənir. Lakin Cəfərqulu xan yürüşü 
davam 
etdirə  bilmədi.  Çünki  Xoy  xanının  üsyanını  eşidən  şah  Süleyman 
xanı Təbrizə göndərmişdi. Cəfərqulu xanın tərəfinə keçmiş xanlar bu xəbəri 
eşidərək onu tərk etdilər. Tək qalan xan ailəsini götürərək Bəyazidə qaçır. 
Onun 
tərəfdarları  da  bu  cür  hərəkət  edərək  Osmanlı  ərazisinə  köçürlər 
(130,189-190).  
1798-ci ilin iyunun 
əvvəllərində Fətəli şah şəxsən özü Süleyman xan 
və  Hüseynqulu  xanla  birlikdə  Xoya  gəldi.  O,  Kartli-Kaxetiya  çarlığına 
hücum 
etmək niyyətində idi. Fətəli şah iyunun 7-də XII Georgiyə məktub 
göndərərək  tabe  olmasını  və  girovlar  verməsini  tələb  etdi.  Əks  təqdirdə 
Kartli-
Kaxetiyanı dağıtmaqla hədələyirdi. Şahın məktubu general leytenant 
Markova 
və  Peterburqdakı  Kartli-Kaxetiya  səfiri  Q.Çavçavadzeyə 
göndərildi. Lakin şahın şimal istiqamətində yürüşü baş tutmadı. Çünki şah 
qardaşının Şiraz və İsfahandan qoşun toplayaraq ona qarşı üsyan qaldırması 
xəbərini  alaraq  Xoyu  tərk  edir.  Tezliklə  Süleyman  xan  da  şahın  yanına 
getdi. 
Fətəli  şah  Xoyu  tərk  etməmişdən  əvvəl  Cəfərqulu  xanın  qardaşı 
Hüseyni xan 
təyin etdi (130,192).  
Fətəli şahın geri çəkildiyini eşidən Cəfərqulu xan hakimiyyətini ye-
nidən  bərpa  etmək  üçün  türklərdən  və  kürdlərdən  qoşun  toplayaraq  Xoya 
hücum  etdi. 
Məhəmməd  xan  Hüseyn  xana  kömək  etmək  qərarına  gəldi. 
İrəvan xanı Xoya bir dəstə qoşun göndərdi. Lakin uzun sürən mühasirədən 
sonra  Xoya  daxil  olan 
Cəfərqulu  xan  qardaşı  Hüseyn  xanı  öldürməklə 
xanlıq taxtını yenidən ələ keçirməyə müvəffəq oldu (2,127-130).  
Tezliklə,  İrəvan  xanı  da  Fətəli  şaha  tabe  olmaqdan  imtina  etdi.  Bu 
dövrdə İrəvanda vəziyyət çox acınacaqlı idi. Bir tərəfdən müharibələr, digər 
tərəfdən taun xəstəliyi nəticəsində xeyli insan qırılmışdı (130,200). Belə bir 
vaxtda 
Fətəli şah İrəvana elçi göndərərək 100.000 rubl (10.000 tümən-E.Q.) 
məbləğində vergi verməsini tələb etdi. İrəvanın bu məbləği verməyə imkanı 
yox  idi. 
Məhəmməd  xan  ilk  əvvəl  şahın  bu  tələbini yerinə  yetirməyə  razı 
olsa da, sonradan rus 
komandanlığından və Kartli-Kaxetiya çarından kömək 
almaq  ümidi 
ilə  bundan  boyun  qaçırdı.  Eyni  zamanda  belə  müraciət  Xoy 
xanı  Cəfərqulu  xana  da  olmuşdu.  Şahın  hədə  qorxusu  Məhəmməd  xanı 


 
94 
Cəfərqulu xanla barışmağa məcbur etdi. Barışmış rəqiblər bir daha şaha tabe 
olmayacaqlarını bildirdilər (156,118; 71,531).. 
Xanların  qiyamını  eşidən  Fətəli  şah  onları  cəzalandırmaq  qərarına 
gəldi. Şah 1800-cu il iyulun əvvəllərində oğlu Abbas Mirzənin və Süleyman 
xanın  başçılığı  ilə  7000-10.000  qoşunu  İrəvana  göndərdi  (145,129; 
148,306). 
Başqa  bir  məlumata  görə,  Qacar  qoşunun  ümumi  sayı  12.000-ə 
çatırdı. Bu qoşun silahla pis təchiz olunmuşdu və dəvə üstündə gəzdirilən 
cəmi dörd yüngül topu vardı (203,135-136; 145,134-135; 237,131-132). 
Təbrizdən  hərəkət  edən  şah  qoşunu  İrəvan  xanlığına  doğru  hərəkət 
edir. 
Yürüşün əsas məqsədi xanları cəzalandırdıqdan sonra Kartli-Kaxetiya 
üzərinə hücumu davam etdirmək idi. İlk hücuma Xoy xanlığı məruz qaldı. 
Xoy qala
sı Qacar qoşunu tərəfindən mühasirəyə alındı. Mühasirə 5-10 gün 
davam edir. Xoy 
xanı Cəfərqulu xanın başçılığı ilə xoyluların müqavimətinə 
baxmayaraq, 
şah  qoşunu  onların  müqavimətini  qıra  bildi.  Məğlub  olan 
Cəfərqulu xan Maku qalasına qaçdı. Şahzadə Maku hakimi ilə danışıqlara 
girərək ondan Cəfərqulu xanı tələb edir. Lakin Maku hakimi bu tələbi rədd 
etdi  (175,50). 
Rədd cavabı alan Abbas Mirzə Süleyman xanın başçılığı ilə 
bir 
dəstə qoşunu Maku qalasına göndərdi. Qala hər tərəfindən mühasirəyə 
alındı. Qohumu Bəyazid paşasından yardım alan Cəfərqulu xan makuluların 
köməyi ilə şah qoşununa güclü müqavimət göstərdi. Şah qoşunlarının güclü 
həmləsinə  baxmayaraq,  müdafiəçilər  möhkəm  dayanmışdı.  Müdafiəçilərin 
güclü 
müqaviməti,  ərzağın  çatışmaması  və  isti  hava  şəraitindən  qoşunda 
xəstəliyin  çoxalması  Süleyman  xanı  mühasirəni  götürüb  geri  çəkilməyə 
məcbur  etdi.  Xan  geri  çəkilməmişdən  əvvəl,  Cəfərqulu  xanla  danışıqlara 
girdi. 
Danışıqlara  əsasən,  şah  tərəfi  Cəfərqulu  xanı  öz  vəzifəsində 
sax
lamağa söz verirdi. Xan isə əvəzində  qızını Abbas Mirzəyə verməli idi. 
Vəziyyətinin  çıxılmaz  olduğunu  görən  Cəfərqulu  xan  bu  şərtlərlə 
razılaşmağa  məcbur oldu. Bundan sonra şah qoşunu mühasirəni götürərək 
İrəvana doğru hərəkət etdi (91,107). Qızını Abbas Mirzəyə verdikdən sonra 
Cəfərqulu  xanın  Xoy  xanı  vəzifəsində  saxlanmasını  osmanlı  mənbəyi  də 
təsdiq edir (56,172-173, 363-364). Şahzadə ilə qohum olmasına baxmayar-
aq,  Xoy 
xanı  sonralar  Qacar  İran  dövləti  ilə  düşmənçiliyini  davam 
etdir
mişdi. Xanlıqdan sıxışdırılan Cəfərqulu xan rus komandanlığı ilə əlaqə 
sax
layırdı. Sonralar Cəfərqulu xan  tamamilə Rusiya himayəsinə keçmiş və 
onlara 
İranın vəziyyəti barədə geniş məlumatlar verməklə böyük köməklik 
göstərmişdi (2,102).  
Xoyu 
aldıqdan  sonra  şah  qoşunu  iyulun  ortalarında  Arazın  sol  sa-
hilinə-İrəvan  xanlığının  ərazisinə  yürüşə  başladı.  İrəvan  xanlığı  ərazisində 
mövqe  tutan  Abbas 
Mirzə 4000 nəfərdən ibarət ön dəstəni İrəvan qalasını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə