Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   37   38   39   40   41   42   43   44   ...   164

 
85 
məsi ilə qane olmadı. O, xandan digər şərtləri də yerinə yetirməyi tələb etdi. 
Məhəmməd  xan  isə  onun  bu  tələbindən  imtina  etdi  (130,154).  Vəziyyətin 
gərgin olduğu bir vaxtda, Ağa Məhəmməd xan yürüşü dayandıraraq boyun 
əyməyən xanların cəzalandırılmasını gələn ilə saxladı.  
Ağa  Məhəmməd  xan  Qacarın  Cənubi  Qafqaza  yürüşü  1795-ci  ilin 
yayında  baş  tutdu.  O, 1795-ci  ilin  iyun  ayında  85  minlik  qoşunla  üç 
istiqamətdə-  İrəvan,  Lənkaran  və  Qarabağ  istiqamətində  şimala  doğru 
yürüşə başladı (41,50-51; 187,167).  Bu yürüş haqqında tarixi ədəbiyyatda 
(187,167-176) 
ətraflı  bəhs  edildiyindən  bu  məsələnin  üzərində  dayanmağı 
lazım bilmirik. Bizim məqsədimiz Qacar qoşunlarının İrəvan istiqamətində 
yürüşünü işıqlandırmaqdır.  
Ağa  Məhəmməd  xan  qardaşları  Əliqulu  xan  və  Cəfərqulu  xanın 
başçılığı  ilə  20.000  qoşunu  İrəvan  istiqamətdə  göndərdi.  Qacar  şahının 
güclü 
qoşunla Cənubi Qafqaza yürüşü əhalini bərk qorxuya salmışdı. Əhali 
ailə və əmlaklarını götürərək təhlükəsiz yerlərə qaçırdılar. «Əhali biləndə ki, 
Qacar 
qoşunları  İrəvana  doğru  hərəkət  edir,  Qarabağdan,  Naxçıvandan, 
İrəvandan və digər yerlərdən həm müsəlmanlar, həm də xristianlar əmlak və 
mal-qara 
ilə  Gürcüstan (Kartli-Kaxetiya-E.Q.)  ərazisinə  qaçırlar.  Onlar bu 
ərazidə  sakit  sığınacaq  tapacaqlarına  və  Ağa  Məhəmməd  şahın  çara  (II 
İrakli-E.Q.)  qalib  gələ  bilməyəcəyinə  ümid  edirdilər.  Lakin  qaçqınların 
aqibəti  acınacaqlı  oldu.  Doğma  şəhər  və  kəndlərindən  qaçan  xalq  ərzaq 
çatışmazlığı  ilə üzləşərək aclığa  məruz  qaldılar. Onlar  üç  girvənkə  çörəyə 
bir  qoyun,  bir  lider  (10 
girvənkə)  çörəyə  isə  bir  at  verməli  idi.  Digər 
tərəfdən  yerli  gürcülər  qaçqınlara  hücum  edərək  onların  əmlak  və  mal-
qarasını əllərindən alırdı. Müsibət o dərəcəyə çatmışdı ki, çoxları aclıqdan 
və soyuqdan ölməmək üçün varlı gürcülərin quluna çevrilmişdi. Bir çoxları 
isə bu müsibətə dözməyərək çöllərdə olürdü və onları dəfn etmək üçün alət 
belə tapılmırdı (67,89-90; 145,7; 84, c.2, səh.337). 
Lakin  buna  baxmayaraq, 
İrəvan  xanı  Qacar  qoşununa  müqavimət 
göstərmək  üçün  ciddi  hazırlıq  görmüşdü.  O,  ilk  növbədə  İrəvan  qalasının 
uzunmüddətli  müdafiəyəsi  üçün  qalanı  yeddi  illik  ərzaq  ehtiyatı  ilə  təmin 
etməyə  başladı.  Xan  kəndlərə  adamlar  göndərərək  əhalidən  yük  arabaları 
toplayır və onlarla mahallardan taxıl daşıtdırıb anbarlara doldururdu. Bun-
dan 
əlavə,  qalada  olan  qoşun  hissəsindən  başqa,  ətraf  kəndlərdən  qalaya 
7.000 
qoşun  toplandı.  Bunlardan  dörd  mini  azəri  türkü,  üç  mini  isə  yerli 
xristianlardan 
ibarət idi. Qalada darısqallıq olmasın deyə onlara ancaq özləri 
ilə  həyat  yoldaşlarını  götürmələrinə  icazə  verilmişdi.  Uşaqları  isə 
qohum
larının və yaxın adamlarının yanında qalmışdı. Lakin xanın bu tədbiri 
heç bir 
nəticə vermədi. Çünki ailələrindən və əmlaklarından nigaran qalan, 


 
86 
məcburən  bu  işə  cəlb  olunan  kəndlilərin  yarısı  qaladan  qaçdı.  Bu  da, 
Məhəmməd  xanın  vəziyyətini  bir  qədər  çətinləşdirmişdi.  O,  kömək  üçün 
Kartli-Kaxetiya 
çarına müraciət etsə də, II İraklinin özünün vəziyyəti acına-
caqlı olduğundan İrəvana kömək edə bilmədi (67,64-65; 145,10-11). 
1795-ci  il  iyulun 
ortalarında  Əliqulu  xanın  qoşunu  İrəvan  qalasının  
yaxınlığında yerləşən Çarbağ deyilən yerdə düşərgə saldı. Sonra İrəvan qal-
ası  şah  qoşunu  tərəfindən mühasirəyə  alındı.  O.Markova  əsərində  göstərir 
ki, 
İrəvan Ağa Məhəmməd xanın qoşununa müqavimətsiz təslim olmuşdu 
(192,288). 
Əslində isə Məhəmməd xan başda  olmaqla qala sakinləri 35 gün 
şah  qoşununa  güclü  müqavimət  göstərmişdi.  Əliqulu  xan  İrəvan  xanına 
dəfələrlə  tabe  olmağı  təklif  etsə  də,  xan  boyun  əyməmişdi.  O,  qala  sa-
kinlərinin  güclü  müqavimətini  görərək,  qoşunun  bir  hissəsini  qarət 
məqsədilə  yaxın  kəndlərə  göndərdi.  Kəndlərə  hücum  edən  şah  qoşunu 
əhalinin  evini  dağıdaraq,  bütün  məhsullara  od  vurub  yandırdı.  Lakin 
mühasirədə  olan  irəvanlılar  hələ  də  Kartli-Kaxetiya  çarının  onlara  kömək 
edəcəyinə ümid edərək güclü müqavimət göstərirdilər. Güclü müqavimətlə 
rastlaşan  Əliqulu  xan  və  Cəfərqulu  xan  bu  haqda  şaha  məlumat  verdilər. 
İrəvanın  mühairəsinin  uzandığını  görən  şah  oraya  1300  nəfərdən  ibarət 
əlavə  qüvvə  göndərdi.  Hətta  onları  topçularla  təmin  edərək,  topçu  Ağa 
Sadıq  xanı  İrəvana  yola  saldı.  Əlavə  olaraq  onları  top  mərmiləri  üçün 
qur
ğuşunla da təchiz etdi (128, c.II, səh.95; 130,162).  
Şuşa  qalasının  mühasirəsinin  uzandığını  görən  şah  Tiflisə  hücum 
etməyə  hazırlaşdı  (41,52; 37,123; 187,121). O,  Əliqulu  xana  məktub 
yazaraq 
İrəvan ətrafında 4000 nəfərlik qoşun saxlamaq, qalanları ilə yanına 
gəlməsini əmr etdi. Şah məktubda bildirirdi ki, əgər Məhəmməd xan tabe 
olsa onu 
sərbəs buraxsın. O, Cəfərqulu xandan Məhəmməd xanın oğlunu və 
arvadını girov vermək üçün dilə tutmağı tələb edirdi (128, c.II, səh.96-97; 
149,34-35).  
Güclü  hücuma 
məruz  qalan  və  heç  bir  yerdən  kömək  almayan  qala 
müdafiəçilərinin  vəziyyəti  get-gedə  çətinləşirdi.  Məhəmməd  xan  qorxurdu 
ki, 
ağa Məhəmməd xan butun qüvvələrini İrəvan üzərinə toplaya bilər, bu 
halda 
şəhər  əhalisini  və  şəhərə  sığınan  şəxsləri  şahın  qəzəbindən  heç  kəs 
qurtara 
bilməzdi.  Qorxunun  təsiri  altında  Məhəmməd  xan  təslim  olmaq 
məcburiyyətində qaldı. O, Ağa Məhəmməd xan Qacara tabe olduğunu bild-
irərək, 1795-ci il avqustun sonunda müqaviməti dayandırdı. İrəvan xanı Ağa 
Məhəmməd  xana  vergi  verməyi,  lazım  olduqda  qoşunla  kömək  edəcəyini 
vəd  edərək,  arvad  və  oğlanlarından  birini  ona  girov  göndərdi  (156,118; 
145,14).).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə