Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   39   40   41   42   43   44   45   46   ...   164

 
89 
təmizlənməli və onun qoşunu digər xanlarla birlikdə Ağa Məhəmməd xanın 
əleyhinə qalxmalıdır» (15,190). Rusiya belə hesab edirdi ki, II İrakli uzun 
müddət  İrəvanı  təsirində  saxladığına  və  bu  xanlıqdan  vergi  aldığına  görə, 
onun bu 
addımına Osmanlı dövləti adi hal kimi baxacaqdır.  
Lakin  II 
İrakli rus komandanlığının ümidini doğrultmadı. Çar da öz 
növbəsində Gəncə və İrəvanı yenidən özündən asılı vəziyyətə salmaq üçün 
rus 
qoşununun  gücündən  istifadə  etmək  istəyirdi.  II  İrakli  rus  koman-
danlığına  məktub  yazaraq  Gəncəni  tutmağa  qüvvəsinin  olmadığını  etiraf 
edirdi.  Qraf  V.Zubov 
isə  ona  bildirirdi  ki,  Gəncənin  alınması  rusların 
plan
ında  nəzərdə  tutulmuşdu.  Lakin  İrəvan  xanlığının  işğalı  II  İraklinin 
üzərinə  düşür.  Çünki  rus  qoşunlarının  Osmanlı  sərhədləri  yaxınlığında 
g
örünməsi Rusiya dövləti üçün əlverişli deyildir (149,170).  
1796-
cı ilin aprelin 15-də general-poruçik V.A.Zubovun başçılığı ilə 
30  minlik  rus 
qoşunu  Dərbənd  istiqamətində  Azərbaycana  yürüşə  başladı. 
(224,136; 187,177). Bu 
yürüşdə rus qoşunu Dərbənd, Quba, Bakı, Şamaxı 
və  Gəncə  şəhərlərini  ələ  keçirmişdi  (87,343-374; 224,127-314; 84,c.2, 
səh.372-415; 76,175-177; 187,177-188). 
Rus 
qoşunlarının yürüşündən istifadə etmək istəyən bəzi Azərbaycan 
xanları gizlincə rus komandanlığı ilə məktublaşaraq Ağa Məhəmməd xana 
qarşı kömək istəmişdi. «Gəncədə mövqe tutan Rimski-Korsakovun məqsədi 
Azərbaycan  xanlarını  Ağa  Məhəmməd  şah  Qacara  qarşı  qaldırmaq  və  II 
İraklini qoşun toplayaraq İrəvanı tutması üçün  inandırmalı idi» (149,181). 
İrəvan  xanlığı  Osmanlı  Türkiyəsi  ilə  sərhəddə  yerləşdiyindən  bu  ərazidə 
möhkəmlənmək Rusiyaya çox vacib idi.  
Məhəmməd xan zahirdə Ağa Məhəmməd xana tabe olduğunu bildirsə 
də,  hakimiyyətini itirəcəyindən qorxaraq V.Zubovdan hərbi kömək almaq 
ümidində idi və bu məqsədlə rus komandanı ilə gizli məktublaşırdı. O, Ağa 
Məhəmməd  xanın  şübhələnməsindən  ehtiyat  edərək  əlacsızlıqdan  baş  ko-
mandanla 
əlaqəni ermənilər  vasitəsilə  aparırdı.  Bundan  əlavə,  Məhəmməd 
xan 
Tiflisdə yerləşən erməni arxiyepiskopu İosifdən istifadə etməklə II İrak-
lini 
və  general  Korsakovu  kömək  üçün  öz  tərəfinə  çəkmək  qərarına 
gəlmişdi.  O,  planını  gerçəkləşdirmək  üçün  erməni  katolikosu  Simonun 
ba
cısı  oğlu  Yeqor  Xubovu  25  nəfərin  müşayəti  ilə  Tiflisə  göndərmişdi 
(410,9). Lakin bundan 
xəbər tutan Ağa Məhəmməd xan İrəvanın əldən çıxa-
cağından  narahat  olaraq  sərkərdələrdən  Təvəkkül  xanı  və  Cəfər  xanı  400 
nəfər  qoşunla  İrəvana  göndərdi.  İrəvan  şəhərinə  gələn  Təvəkkül  xan 
Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdıraraq  İrəvan xanlığının idarəsini 
müvəqqəti ələ keçirdi (84, c.2, səh.403-404).  


 
90 
Müv
əqqəti hakimiyyətdən kənarlaşdırılan Məhəmməd xan isə əliboş 
dayanmadı. O, hərbi kömək almaq üçün rus komandanlığına müraciət etdi. 
İrəvan  xanı  V.A.Zubova  məktub  göndərərək,  Təvəkkül  xanı  İrəvandan 
qovmaq  üçün  1000 
nəfərlik  dəstə  istədi.  Lakin  V.A.Zubov  cavabında 
Məhəmməd  xanı  tələsməməyə,  səbr  etməyə  çağırmışdı  (30,83).  Ümidinin 
boşa çıxdığını görən Məhəmməd xan əlacsız qalaraq kömək üçün II İrakliyə 
müraciət etməyə məcbur oldu. Lakin bu müraciət də nəticəsiz qaldı (84, c.2, 
səh.427-428). 
1796-
cı il noyabrın 6-da II Yekaterinanın vəfatından sonra hakimiy-
yətə  gələn  I  Pavel  rus  qoşunlarını  Cənubi  Qafqazdan  geri  çağırdı  (84, 
c.2,
səh.418; 76,177; 187,188). Rus  qoşunlarının  Cənubi  Qafqazı  tərk 
etdiyinini 
eşidən  Ağa  Məhəmməd  xan  ikinci  dəfə  yürüşə  hazırlaşmağa 
ba
şladı.  O,  ilk  növbədə  V.A.Zubovla  danışıqlar  aparan  bəzi  xanları 
cəzalandırmağı  qərara  aldı.  Ərdəbilə  gələn  Ağa  Məhəmməd  xan  irəvanlı 
Məhəmməd  xanın  və  naxçıvanlı Kəlbəli  xanın onun hüzuruna  gəlmələrini 
əmr  etdi  (44,66).  Bunun  ardınca  o,  qardaşı  Əliqulu  xanın  komandanlığı 
altında  İrəvana  qoşun  göndərdi.  Çünki  Məhəmməd  xanın  hakimiyyətdən 
devrilməsi İrəvanda yerli xalqın qiyam qaldırmasına səbəb olmuşdu. Güclü 
qoşunla  İrəvana  daxil  olan  Əliqulu  xan  qiyamı  yatıraraq  müvəqqəti  ha-
kimiyyəti idarə etməyə başladı (410,9). 
Ağa Məhəmməd şahın əmri xanlar üçün gözlənilməz oldu. Əvvəlcə 
hər iki xan Qacar xanının əmrinə tabe olmaq istəmədi. Lakin hər yerdən əli 
üzülən, əlacsız qalmış hər iki xan onun əmrinə tabe olmağa qərara aldılar. 
Onlar 
ailə üzvləri və bahalı hədiyyələrlə Ağa Məhəmməd xanın hüzuruna 
gəldilər. Lakin qəzəbə tuş gəlmiş xanlar həbs edilərək Tehrana göndərildi 
(415,164; 410,10-11; 406,49; 29,65). 
Həbs  edilməsinə  baxmayaraq, 
Məhəmməd  xan  şahın  yaxın  adamlarının  vasitəçiliyi  ilə  ölüm  hökmündən 
qurtara bilmi
şdi. Ağa Məhəmməd xan İrəvan xanının Qacarlardan olmasını 
və sələflərinin şah hakimiyyətinə sədaqətlə qulluq etdiklərini nəzərə alaraq 
onun 
cəzasını  cərimə  ilə  əvəz  etmişdi  (156,118; 71,531-532; 410,10-11; 
415,164; 84, c.2, 
səh.428). Lakin ölüm təhlükəsindən qurtaran Məhəmməd 
xan 
xəyanətdə  təqsirli  bilinərək  500.000  rubl  (50.000  tümən-E.Q.) 
məbləğində  cərimə  ödəməli  oldu.  Əlacsız  qalan  İrəvan  xanı  bu  məbləğin 
200.000  rublunu  (20.000 
tümən-E.Q.)  nəqd  vermiş,  qalan  hissəsini  isə 
ödəmək üçün əmlakını satmalı olmuşdu (145,43; 149,207). Bundan əlavə, 
Məhəmməd xan şaha itaətini bildirmək üçün yaxın adamlarından bir neçəsi-
ni girov 
vermişdi (156,118; 71,531). Lakin cərimə ödənilsə də, Məhəmməd 
xan bir 
müddət həbsxanada qalmışdı. Ağa Məhəmməd xanın əmrinə əsasən, 
ögey 
qardaşı  Əliqulu  xan  İrəvanda  hakimiyyəti  idarə  edirdi  (84,  c.2, 
səh.426).  Naxçıvanlı  Kəlbəli  xanın  vəziyyəti  daha  acınacaqlı  olmuşdu. 
Şahın  əmrinə  əsasən,  onun  gözləri  çıxarılmışdı  (410,10; 406,49; 415,165; 
29,65). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə