Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   42   43   44   45   46   47   48   49   ...   164

 
95 
almaqa 
göndərdi.  Şahzadənin  məqsədi  İrəvanı  özünə  tabe  etdtkdən  sonra 
Kartli-Kaxetiya 
istiqamətində yürüşü davam etdirmək idi. Abbas Mirzənin 
planını şahın yanına qaçmış II İraklinin oğlu Aleksandr Mirzənin 1800-cü il 
iyulun  30-da 
anasına  yazdığı  məktubda  belə  şərh  edilmişdi: «İran 
qo
şununun  yarısı  İrəvan  qalası  ətrafında  dayanıb,  digər  hissəsi  isə  xanın 
kar
vansarasında yerləşib. Allah qoysa, o, (Abbas Mirzə-E.Q.) yeddi gündən 
sonra 
Göyçə  gölünə  doğru  hərəkət  edərək  tezliklə,  Tblisə  çatacaq» 
(149,295). 
Məktubda  gürcü  şahzadəsi  İrəvanı  mühasirəyə  alan  şah 
qo
şununun sayı, onların pis silahlanması haqqında ətraflı məlumat vermişdi. 
Gizli 
yazılmış bu məktub ruslar tərəfindən ələ keçirilmişdi (237,131-132).  
Bundan 
əlavə,  Cənubi  Qafqaza  yürüşdən  qabaq  Qacar  tərəfi  Kartli-
Kaxetiya 
sarayı ilə də əlaqə yaratmışdı. Şahın fərmanını, Abbas Mirzənin və 
Süleyman 
xanın məktublarını Kartli-Kaxetiya çarı XII Georgiyə çatdırmaq 
məqsədilə  Tiflisə  nümayəndə  heyəti  göndərilmişdi.  Çarın  qəbulunda  olan 
elçi  ona 
hədə-qorxu gələrək şaha tabe olmasını və itaətini bildirmək üçün 
şahzadə Davidi girov verməsini tələb etmişdi. Lakin XII Georgi Abbas Mir-
zənin fərmanını soyuq qarşılayaraq elçiyə bildirmişdi ki, Rusiya dövlətinin 
nümayəndəsi  olmadan  şahla  danışıqlar  aparmaq  istəmir.  Beləliklə,  iyunun 
14-
də  aparılan  danışıqlarda  Rusiyanın  nümayəndəsi  Kovalenski  də  iştirak 
etmişdi.  Onun  iştirak  etdiyi  qəbulda  XII  Georgi  elsiyə  bildirmişdi  ki,  o, 
rəhmətlik  atasının  əhd-peymanına  sadiq  qalaraq, 1783-cü  il  müqaviləsinə 
əməl  edəcək  və  Rusiya  dövlətinin  razılığı  olmadan  hər  hansı  dövlətin 
tələblərinə  tabe  olmayacaqdır.  Bu  mənfi  cavabla  elçi  geri  qayımışdı 
(90,105-106; 145,121-123). Sonradan Abbas 
Mirzəyə tabe olan Məhəmməd 
xan da XII 
Georgiyə məktub yazaraq onu şaha tabe olmağa çağırmışdı. Xan 
yazırdı ki, «indi İranla Kartli-Kaxetiya arasında heç bir ayrılıq və ziddiyyət 
yoxdur. 
Məsləhət görürəm ki, qardaşın və oğlun vasitəsilə Baba xana (Fətəli 
xana-E.Q.) 
hədiyyə göndərəsən. Əks halda qorxuram ki, çarlıqda elə talan 
olsun  ki,  özünüz 
peşman olasınız» (145,125). Lakin xanın bu məktubu da 
cavabsız qalmışdı.      
Abbas 
Mirzə  çardan  mənfi  cavab  alsa  da,  İrəvana  hücumu  davam 
et
dirmişdi. Qeyd etmək lazımdır ki, Məhəmməd xan şah qoşununun hücu-
munu 
eşidərək müqavimət göstərmək üçün bir çox tədbirlər görmüşdü. O, 
İrəvan  qalasını  əlavə  qoşunla  gücləndirmiş  və  qalaya  uzunmüddətli  ərzaq 
ehtiyatı  toplamışdı.  Şah  qoşununun  yaxınlaşdığını  eşidən  ətraf  kəndlərin 
əhalisi  evlərini  başlı-başına  buraxaraq  qonşu  dövlətlərə  qaçmışdılar. 
Biçilmək ərəfəsində olan taxıl zəmiləri nəzarətsiz qalmışdı (145,125-135). 
İrəvanlılar qırx gün şah qoşununun hücumunu mərdliklə müdafiə etdi. 
Mühasirənin  uzanması,  ərzaq  çatışmazlığı  şah  qoşununu  ağır  vəziyyətə 


 
96 
salmışdı. İş o yerə gəlib çatmışdı ki, ərzaq ehtiyatını təmin etmək üçün şah 
qoşunu başsız qalmış taxıl zəmilərini özləri biçir və emal edirdilər (203,136; 
145,135).  
Uzunmüddətli mühasirə qala müdafiəçilərini də acınacaqlı vəziyyətə 
salmışdı. Ətraf kəndlərin dağılması və digər tərəfdən heç bir yerdən kömək 
ala 
bilməməsi Məhəmməd xanı şahzadə ilə danışıqlara girməyə məcbur etdi. 
Danışıqlar  nəticəsində  İrəvan  xanı  şaha  tabe  olduğunu  bildirərək  tələb 
olunan 
təzminat  və  girovları  vermişdi  (30,86).  Bu  yürüşdə  Abbas  Mirzə 
Eçmiədzin kilsəsini də cəzalandırmışdı. Şahzadə sursat və vergidən əlavə, 
buradan 30.000 rubl (3.000 
tümən-E.Q.) məbləğində nəqd pul əldə etmişdi. 
Eyni zamanda 
şaha qarşı çıxdıqlarına görə bəzi din xadimləri cəzaya məruz 
qalmışdı  (84,  c.2,  səh.455).  Lakin  bu  dəfə  də,  şah  qoşunu  yürüşü  davam 
etdirə  bilmədi.  Fətəli  şah  Xorasanda  baş  vermiş  üsyanı  yatırmaq  üçün 
1800-cü  ilin 
sentyabrında  qoşunu  İrəvandan  geri  çağırmışdı.  O,  yalnız 
İrəvan xanından girov almaqla kifayətləndi. 
Beləliklə, Fətəli şah qoşunlarını geri çağırmasi ilə İrəvan xanlığı bu 
təhlükədən qurtara bildi. Şah qoşunlarının bu yürüşü çoxlu insanın ölümünə 
və  xanlıqdan  didərgin  düşməsinə  səbəb  oldu.  Təsərrüfata  gülli  miqdarda 
ziyan 
dəydi.  Lakin  irəvanlıların  mübarizə  əzmini  qıra  bilmədi.  Belə  ki, 
əlacsız  qalan  İrəvan  xanı  sonda  girov  və  təzminat  versə  də,  tezliklə  şaha 
tabe olmaqdan boyun 
qaçırdı. 
 
 
 
 
 
 


 
97 
II 
FƏSİL 
 
İRƏVAN XANLIĞI XIX YÜZİLLİYİN BİRİNCİ 
OTUZİLLİYİNDƏ 
 
2.1. 
İrəvan xanlığının Şuragöl və Pəmbək uğrunda  
mübarizəsi 
 
Şah qoşunu İrəvan xanlığını tərk edən kimi Məhəmməd xan yenidən 
müstəqil  siyasət  yeritməyə  başladı.  O,  Kəlbəli  xanla  birləşərək  vaxtilə 
İrəvan  xanlığının  tərkib  hissəsi  olan,  sonradan  siyasi  vəziyyətlə  əlaqədar 
Kartli-Kaxetiyadan 
asılı  vəziyyətə  düşmüş  Şuragöl  və  Pəmbək  sultan-
lıqlarını  geri  qaytarmağı  qərara  aldı.  Onu  bu  işə  vadar  edən  Rusiyanın 
Kartli-Kaxetiya 
çarlığını özünə birləşdirmək siyasəti olmuşdu.  
Qeyd 
etmək lazımdır ki, 1798-ci il yanvarın 11-də II İrakli vəfat etdi 
(144,15; 145,1). Onun 
ölümündən sonra hakimiyyətə oğlu XII Georgi gəlsə 
də,  ailə  daxilində  hakimiyyət  uğrunda  mübarizə  başladı  (144,15-16). 
Ailədaxili mübarizədə çətin vəziyyətə düşən XII Georgi çıxış yolunu Kartli-
Kaxetiyanı Rusiyaya birləşdirməkdə görürdü. Bu məqsədlə o, knyaz Qarse-
van  Çavçavadzenin 
başçılığı  ilə  Sankt-Peterburqa  nümayəndə  heyəti 
göndərdi (418,20). Bu müraciətdən istifadə edən I Pavel 1800-cü il dekabrın 
18-
də  Kartli-Kaxetiyanın  birləşdirilməsi  haqqında  manifest  imzaladı 
(418,21).  Bu 
manifestlə də rus qoşunlarının Cənubi Qafqaza hərbi müdax-
iləsi rəsmiləşdi.  
Manifestdən sonra rus qoşunları Tiflisə daxil oldu. Lakin rus qoşun-
larının  ilk  dəstəsi  hələ  manifest  imzalanmamışdan  əvvəl, 1799-cu  il  noy-
abrın  26-da  17-ci  leyb-qrenader  İrəvan  alayı  general-mayor  Lazarevin 
başçılığı ilə təntənəli surətdə Tiflisə daxil olmuşdu (393,3; 418,20).  
Təbii ki, bu hadisə İrəvan xanının nəzərindən qaça bilməzdi. O, yaxşı 
bilirdi ki, Kartli-
Kaxetiyanın Rusiyaya birləşdirilməsi İrəvan torpaqları üçün 
də təhlükəlidir. Rus qoşunlarının Tiflisə daxil olması Məhəmməd xanı ona 
məxsus əraziləri geri qaytarmağa məcbur etdi. O, ilk öncə Şuragölə qoşun 
yeridir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  İrəvan  xanlığının  mahallarından  biri 
olan 
Şuragöl  1779-cu  ildə  II  İraklinin  hücumu  zamanı  ondan  qoparılaraq 
ayrıca sultanlığa çevrilmişdi. Kartli-Kaxetiya çarı buradan hər il təyin etdiyi 
adamlar 
vasitəsilə illik vergi yığırdı. Bu dövrdə Şuragöl sultanlığının əhalisi 
azəri  türklərindən  ibarət  idi  və  burada  minə  qədər  ev  vardı  (84,  c.2, 
səh.448).  Lakin  İrəvan  xanları  bununla  razılaşmayaraq  daima  bu  ərazinin 
onlara 
məxsusluğunu  iddia  etmişdilər.  P.İ.Kovolevski  öz  «Gündəliyində» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə