Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   45   46   47   48   49   50   51   52   ...   164

 
102 
yazaraq, onu Rus
iyanın təbəəliyinə keçməyi təklif etmişdi (326,86-87). Çar 
I  Aleksandr  da  öz 
növbəsində  1802-ci  il aprelin  25-də K.F.Knorrinqə  beş 
bənddən  ibarət  xüsusi  təlimat  göndərdi.  Təltmatın  dörd  bəndi  İrəvana  aid 
idi.  
Təlimatda  çar  rus  komandanlığına  nəyin  bahasına  olursa  olsun  şah 
qo
şunlarının  İrəvanda  möhkəmlənməsinə  yol  verməmək,  Məhəmməd  xanı 
rus 
təbəəliyinə keçməsinə inandırmaq üçün yollar axtarmaq, İrəvan qalasın-
da  rus 
qoşununu yerləşdirməyi tapşırmışdı (326,88-89). Bunun ardınca rus 
ko
mandanlığı  Kartli-Kaxetiyada  olan  hərbi  qüvvələrini  daha  da 
gücləndirməyə  başladı.  Qafqaz  xəttinddə  ərzaqla  təchiz  olunmuş  7  min 
qoşun  səfərbərliyə  alındı  və  İrəvanla  sərhədə  əlavə  qüvvələr  yerləşdirildi. 
Bu 
xəbəri eşidən Fətəli şah İrəvana və Kartli-Kaxetiyaya nəzərdə tutulmuş 
yürüşü  başqa  bir  vaxta  keçirdi.  P.Butkov  yazır  ki, «Baba  xan (Fətəli  şah-
E.Q.) 
İrəvana və Kartli-Kaxetiyaya qoşun göndərmək niyyətindən əl çəkdi. 
Ona 
görə ki, Baba xanın anası həmişə onu Rusiya ilə müharibədən çəkindi-
rərək, yalnız İranda hakimiyyətini möhkəmləndirməyi məsləhət görmüşdü» 
(84, c.2, 
səh.515).       
Təhlükənin sovuşduğunu görən Məhəmməd xan rus komandanlığı ilə 
danışıqları  kəsərək,  onlardan  hərbi  kömək  almaqdan  əl  çəkdi  (326,88-89; 
146,16-17). P. Butkov 
həmin aylarda Məhəmməd xanın siyasətini belə şərh 
edirdi: «bununla 
bərabər,  İrəvan  xanı  təhlükənin  sovuşduğunu  görərək, 
nəinki,  təbəəliyə  daxil  olmaq  fikirindən  yayınır,  eyni  zamanda  Rusiyanın 
düşməni Naxçıvanlı Kəlbəli xanla,  şahzadə Aleksandrla (II İraklinin oğlu-
E.Q.) 
birlikdə zahirdə ruslara dostluq münasibəti göstərir, batində isə imkan 
düşən kimi Gəncə xanı, Axalsıx paşası və İmeretiya çarı ilə  birlikdə rusları 
Kartli-Kaxetiyadan 
sıxışdırmaq, əgər buna nail olmadıqda imkan düşdükcə 
ziyan vurmaq üçün 
yürüşlərdə iştirak edirdi» (84,c.2, səh.515-516).   
Qacar 
təhlükəsindən  qurtaran  Məhəmməd  xan  qaynı  Kəlbəli  xanla 
birlikdə  Qars  paşasına  qarşı  müharibəyə  başlayır.  Onlar  arasında 
düşmənçilik Qars hakimi Məhəmməd paşanın günahı üzündən başlamışdı. 
1802-ci il 
mayın 26-da Kəlbəli xanın polkovnik Karyaginə yazdığı məktub-
dan 
bəlli  olur  ki,  Qars  hakimi  Məhəmməd  paşa  İrəvan  və  Naxçıvan 
xanlıqlarına düşmən olan qüvvələrlə birləşərək tez-tez bu xanlıqların sərhəd 
ərazilərinə qarət məqsədilə hücumlar təşkil edir, onların Qarsdan keçən kar-
vanlarını  soyur,  tacirlərini  döyür  və  mallarını  əllərindən  alırdı  (245,625-
626). 
Kəlbəli xan mayın 27-də yazdığı digər məktubda isə Qars paşası ilə 
barışmaq  üçün  bir  neçə  təklif  irəli  sürmüşdü.  Bu  təklifdə  Məhəmməd 
paşanın  düşmənçilik  əməlləri  qabarıq  göstərilmişdi.  Bu  təkliflər 
aşağıdakılardır: 1) İrəvan sakinləri olan Qarapapaqlıların geri qaytarılması; 
2) 
ələ  keçirilmiş  Eçmiədzinə  məxsus  əşyaların  təhvil  verilməsi; 3) orada 


 
103 
sığınacaq tapmış əhalinin geri qaytarılması; 4) qarət edilmiş tacirlərin mal-
larının  geri  qaytarılması; 5) yandırılmış  və  talan  edilmiş  10  kəndin 
meşəsinin  yenidən  bərpa  edilməsi  (246,626).  Qeyd  etmək  lazımdır  ki, 
məktub Kəlbəli xanın adından yazılsa da, burada İrəvanla bağlı hadisələrə 
toxunulmuşdu.   
Məhəmməd  paşanı  cəzalandırmaq  məqsədilə  İrəvan  qoşunu  Kəlbəli 
xanın  başçılığı  ilə  Qars  ərazisinə  daxil  olaraq  onun  bir  hissəsini  tutdu. 
İrəvanlıların təzyiqinə davam gətirə bilməyən Məhəmməd paşa kömək üçün 
general leytenant 
Knorrinqə müraciət etdi. Məhəmməd xanın bu addımı rus 
komandanlığını narahat etməyə bilməzdi. Rus  komandanlığı İrəvan xanını 
cəzalandırmaq  qərarına  gəldi  və  K.F.Knorrinq  Məhəmməd  paşanın 
müraciətindən  istifadə  edərək  Osmanlı  ərazisinə  qoşun  yeridir. 1802-ci  il 
aprel 
ayının  əvvəllərində  Osmanlı  ərazisinə  daxil  olan  rus  qoşunu 
Məhəmməd  paşanın  dəstələri  ilə  birlikdə  Kəlbəli  xanın  başçılıq  etdiyi 
İrəvan  qoşununu  məğlub  etdi  (326,84).  Bu  qələbədən  sonra  Qars  hakimi 
Məhəmməd  paşa  fürsətdən  istifadə  edərək  rus  komandanlığına  İrəvan 
xanlığını işğal etməyi məsləhət görmüşdü. O, dəfələrlə P.İ.Kovalenskiyə və 
K.F.
Knorrinqə  məktub  yazaraq  İrəvanı  işğal  etmək  üçün  əlverişli  fürsətin 
olduğunu bildirsə də, bu müraciətlər cavabsız qalmışdı (326,84-94-98-108-
111-118-146). 
Məğlubiyyətə  baxmayaraq,  İrəvan  xanı  geri  çəkilmək  niyyətində 
deyildi.   
Yürüşü davam etdirmək üçün 1802-ci ilin mayında İrəvanda güclü 
qoşun toplandı. Kəlbəli xanın başçılığı ilə İrəvan qoşunu mayın ortalarında 
Pəmbək  və  Qars  istiqamətində  yenidən  yürüşə  başlayır.  Bu  hücumun 
qarşısını almaq üçün K.F.Knorrinqin əmrinə əsasən Pəmbək ərazisində yer-
ləşən  rus  qoşunlarının  başçısı  pokovnik  Karyagin  öz  dəstəsini  döyüş 
hazırlığına  gətirdi.  Mayın  17-də  isə  general-leytenant  Knorrinq  Qars 
paşasına  məktub  yazaraq  ruslarla  birlikdə  yürüşüşdə  iştirak  etməyi  təklif 
edir  (326,94,108; 84, c.2, 
səh,517).  Beləliklə, 1802-ci  il  mayın  28-də  rus 
qoşunu ilə Qars paşasının qüvvələri Arpa çayının sahilində, Qars paşalığına 
məxsus  ərazidə,  İrəvan  qoşunu  ilə  üz-üzə  gəldi.  Bu  döyüşdə  12.000 
süvaridən, 2.500 piyadadan  ibarət  İrəvan  qoşunu,  müttəfiq  qoşunlarından- 
583 
nəfər, 3 topa  malik  rus, 6.000 süvari, 2.000 piyadadan  və  3  topdan 
ibarət  osmanlı  qoşunu  iştirak  etmişdi.  Rus  qoşununun  tərkibində  202 
nəfərdən ibarət pəmbəkli də vardı (355,627; 97,628). Üç saata qədər davam 
edən  döyüşdə  İrəvan  qoşunu  güclü  müqavimət  göstərməsinə  baxmayaraq, 
məğlub olaraq geri çəkildi. Döyüşdə İrəvan qoşunundan 500, osmanlılardan 
isə  70-ə  qədər  əsgər  ölmüş  və  yaralanmış,  ruslardan  isə  itki  olmamışdı 
(353,627; 97,628). 
Məğlub  olan  Kəlbəli  xan  geri  çəkilərək  Arpa  çayının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə