Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   47   48   49   50   51   52   53   54   ...   164

 
106 
ilə  birlikdə  Şərif  paşa  qiyamını  yatırmaq  göstərişi  almışdı  (407; 334,707-
708; 404,177). Öz 
qüvvələrilə  bu  qiyamı  yatıra  bilməyəcəyini  hiss  edən 
paşalar  kömək  üçün  rus  komandanlığına  müraciət etdilər.  Ərzurum  paşası 
yaxın  adamı  Səlim  ağanı  general  leytenant  K.F.Knorrinqin  yanına 
göndərərək,  İrəvan  xanını düşmənçilik  hərəkətlərindən  çəkindirməyi  xahiş 
etmişdi (326,79-80; 242,705).   
Lakin 
paşalar öz qüvvəsi ilə bu qiyamı yatırmağa nail oldular. 1802-
ci il 
oktyabrın 17-də sabiq Axalsıx hakimi Sabit paşanın yaxın adamı Səlim 
ağanın və  Qars hakimi Məhəmməd paşanın qardaşı Qara bəyin başçılığı ilə 
2 minlik 
qoşun Axalsıx qalasına hücum etdi. Qəflətən yaxalanmış Şərif paşa 
bu  hücuma  davam 
gətirə  bilməyərək  yaxın  adamları  ilə  birlikdə  qaladan 
qa
çdı (98,703-704; 344,704).  
İrəvan  xanı  Axalsıxda  baş  verən  hadisədən  Qars  paşasını 
cəzalandırmaq üçün  istifadə etmək qərarına gəldi. O, müttəfiqi Şərif paşanı 
yenidən  hakimiyyətə  gətirmək  adı  altında  Kəlbəli  xanın  başçılığı  ilə 
İrəvanda 10.000 nəfərlik qoşun topladı. Bu yürüşü həyata keçirmək üçün 
Məhəmməd  xan  və  Kəlbəli  xan  Bəyazid  paşası  ilə  razılığa  gəldilər. 
(404,175-176).  Eyni  zamanda 
İrəvan  xanı  rus  komandanlığından  arxayın 
olmaq 
və dəstək almaq üçün 1802-ci il dekabrın 3-də Hacı bəyin başçılığı 
ilə Tiflisə nümayəndə heyəti göndərdi. General-mayor Lazarevin qəbulun-
da olan  
nümayəndə heyəti bu əməliyyatda Məhəmməd xanın yalnız Şərif 
paşanı  yenidən  hakimiyyətə  gətirmək  niyyətində  olduğunu  bildirərək,  on-
dan 
İrəvan  qoşunlarının  Kartli-Kaxetiya  ərazisindən  maneəsiz  keçməsinə 
icazə  verilməsini  istəmişdi.  Danışıqlarda  elçi  Qars  paşasının  Rusiya  dö-
vlətinin də düşməni olduğunu inandırmağa çalışmışdı. Lakin general-mayor 
Lazarev  elçi 
ilə  kəskin  danışmışdı.  O,  elçiyə  hədə-qorxu  gələrək  cavab 
vermişdi  ki,  əgər  İrəvan  qoşunu  Kartli-Kaxetiya  sərhədinə  yaxınlaşsa  rus 
qoşunu  ilə  üzləşəcəkdir.  Bunla  belə,  general-mayor  İrəvan  xanını  Qars 
paşası ilə barışmağı məsləhət görmüşdü (346,622-623). Rus komandanlığı 
ilə münasibətləri gərginləşdirmək istəməyən və bölgədə qüvvələr nisbətinin 
Rusiyanın  xeyrinə  dəyişməsi  İrəvan  xanını  öz  niyyətindən  əl  çəkməsinə 
səbəb olmuşdu.   
        
2.3. 
İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə 
 
Kartli-Kaxetiya 
çarlığı  Rusiyaya  birləşdirildikdən  sonra  bölgəni  na-
ra
zılıqlar  bürümüşdü.  Bu  qarışıqlığı  yatırmaqda  aciz  qalan  baş  komandan 
K.F.Knorrinqin 
siyasəti çar I Aleksandrın narazılığına səbəb olmuşdu. Buna 
görə, 1802-ci  ilin  sentyabrında  P.D.Sisianov  çarın  fərmanına  əsasən  baş 


 
107 
komandan 
təyin edildi (76,184; 88,26). Onun baş komandan təyin edilməsi 
ilə  Rusiyanın  Gənubi  Qafqazı  işğal  etmək  planı  gerçəkləşdi.  Şöhrətpərəst, 
qəddar, kobud, lakin bacarıqlı sərkərdə olan P.D.Sisianov 1796-cı ildə V.A. 
Zubovun 
başçılığı ilə rus qoşunlarının Aərbaycana yürüşündə iştirak etmiş 
və Bakının komendantı təyin olunmuşdu. O, Azərbaycana yaxşı bələd idi. 
Lakin  Rusiya 
hökumətinin  məhz  P.D.Sisianovun  komandan  təyin  edildiyi 
bir vaxtda 
planlarını gerçəkləşdirməsinin bir neçə səbəbi vardı. Birinci əsas 
səbəb, beynəlxalq vəziyyətin Rusiya üçün əlverişli olması idi. XVIII əsrin 
sonları- XIX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında Avropa 
və Asiyada iqtisadi və siyasi hegemonluq üstündə mübarizə gedirdi. Həm 
fransızlar, həm də ingilislər Orta Şərqdə müstəmləkəçilik planlarını həyata 
keçirmək  üçün  Qacar  İranından  istifadə  etmək  qərarına  gəlmişdilər 
(163,129-130).  Lakin 
İngiltərə  Napoleon  Fransasına  qarşı  mübarizədə 
Rusiyadan 
dəstək  aldığından,  bu  ölkənin  Cənubi  Qafqazdakı  fəaliyyətinə 
müvəqqəti göz yumurdu; ikinci, Cənubi Qafqazda Rusiyanın ən ciddi rəqibi 
olan 
Osmanlı  dövləti  bölgədə  hadisələrə  fəal  müdaxilə  etmək  iqtidarında 
deyildi. 1768-1774 
və 1787-1791-ci illər Rusiya-Osmanlı  müharibələrindən 
sonra 
Osmanlı  imperiyası  tamamilə  zəifləmişdi.  Bu  müharibələr  zamanı 
Qara 
dəniz sahillərində, Şimali Qafqazda möhkəmlənən Rusiyanın Cənubi 
Qafqazda 
işğal  planlarını  həyata  keçirmək  üçün  ciddi  rəqibi  qalmamışdı; 
üçüncü,  mühüm 
səbəblərdən  biri  Rusiyanın  uzun  illər  casuslar  tərəfindən 
Cənubi  Qafqazın  iqtisadi,  siyasi,  hərbi  cəhətdən  kifayət  qədər  məlumat 
toplayaraq 
vəziyyəti  düzgün  qiymətləndirməklə  ətraflı  planlar  qurmasında 
idi; dördüncü
işğal planını həyata keçirən qoşunların təchizat məsələlərin-
in 
başa  çatdırılması,  Kartli-Kaxetiya  çarlığının  Rusiyaya  birləşdirilməsilə 
rus 
qoşunlarının Azərbaycana hücumu üçün əlverişli meydanın əldə etməsi 
idi; 
beşinci, Qacar İranının Azərbaycan xanlarını özünə tabe etmək istəyinin 
gerçəkləşməsində  idi.  Ağa  Məhəmməd  şah  vəfat  etdikdən  sonra  hakimiy-
yətə gələn Fətəli şah İranda rəqiblərini məğlub etdikdən sonra Azərbaycan 
xanlarını özünə tabe etmək üçün əl-qolu açılmışdı. Digər tərəfdən, ikiüzlü 
siyasət yeridən Fransa və İngiltərə Rusiyanın Qafqazda işğalçılıq planlarının 
qarşısını  almaq  üçün  Qacar  İranından  istifadə  edirdilər;  altıncı,  xanlıqlar 
arasında  olan  düşmən  münasibətlər,  bir-birinə  olan  torpaq  iddiaları,  ara 
müharibələri  bu  xırda  dövlətləri  zəiflətmişdi.  Onların  bir-biri  ilə  yola 
getməməsi «parçala və hökm sür» siyasəti yeridən Rusiya üçün əlverişli idi.  
Tarixi 
ədəbiyyatda  Rusiya-İran  müharibələri  və  bu  muharibələrdə 
Azərbaycan xanlıqlarının vəziyyəti haqqında ətraflı məlumat verildiyindən, 
yalnız İrəvan xanlığı ilə bağlı hadisələrə toxunacağıq. Qeyd etmək lazımdır 
ki, 
Azərbaycanın  digər  xanlıqlarından  fərqli  olaraq  Rusiyanın  İrəvan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə