Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   48   49   50   51   52   53   54   55   ...   164

 
108 
xanlığının daxili işinə müdaxiləsi daha əvvəl başlamışdı. Rus komandanlığı 
Eçmiədzində  katolikos  taxt-tacı  uğrunda  gedən  mübarizəni  bəhanə  edərək 
Məhəmməd  xana  təzyiq  göstərirdi.  İrəvan  xanlığına  müdaxilədə  rus  ko-
mandanlığının əlində bəhanə olan bu hadisəni ətraflı təsvir etmək istərdik. 
Belə  ki, 1801-ci  ilin  martında  Eçmiədzin  katolikosu  Arqutinski  Tiflisdə 
vəfat etdi. Katolikos vəzifəsinin boş qalmasından istifadə edən arxiyepiskop 
Davıd İrəvan xanına çoxlu hədiyyə verərək onun köməyi ilə 1801-ci il apre-
lin  28-
də bu vəzifəyə seçildi. Onun namizədliyini dəstəkləyən Məhəmməd 
xan, 
hətta  Davidin  təhlükəsizliyi  üçün  Eyvaz  Sultanın  rəhbərliyi  altında 
Eçmiədzində bir dəstə qoşun da yerləşdirmişdi (343,622). Lakin erməni za-
dəganları  buna  etiraz  edərək,  İstambulda  yerləşən  erməni  kilsəsinin  arx-
iyepiskopu  Danili  katolikos 
seçdilər.  Vəzifəsini  icra  etmək  üçün  Danil 
Bəyazidə gəldi. Lakin İrəvan xanı ilə normal qonşuluq münasibətində olan 
Bəyazid hakimi Mahmud paşa onu həbs edərək Məhəmməd xana təhvil ver-
di.  Xan  onu 
Eçmiədzinə Davıdın yanına göndərdi. Danil isə burada rəqibi 
tərəfindən dustaq edildi (99,605; 410,15-18; 415,114-115; 144,114).  
Ermənilər  Rusiyanın  diqqətini  İrəvan  xanlığına  cəlb  etmək  üçün 
Davıdlə  Danil  arasında  katolikos  vəzifəsi  uğrunda  baş  verən  mübarizədən 
məharətlə istifadə etməyə başladılar. Onlar çar I Aleksandrın diqqətini də bu 
məsələyə  yönəldə  bilmişdilər.  Ermənilərin  qızışdırıcı  fəaliyyəti  haqqında 
Nasir 
Nəcmi  «Abbas  Mirzə» əsərində  dolğun  bir  şərh  vermişdi.  O,  yazır: 
«
Müharibə  odunu  qızışdırmaq  üçün  böyük,  əsaslı  bir  səbəb  olmuşdu.  Bu 
əyalətdə (Azərbaycanda-E.Q.) yaşayan bəzi ermənilər mənafeyinin rusların 
mənafeyi  ilə  uyğun  olduğunu  düşünərək  cürbəcür  təşəbbüslərə  başlamış, 
çarları, saray xadimlərini ələ almaq, həvəsləndirmək, hər cür vasitələr təşkil 
etməklə  rus  çarlarının  nəzər  diqqətini  bu  yerə  cəlb  etmişlər.  Bəzən  də 
müsəlmanlara  qarşı  kin,  düşmənçilik  münasibəti  bəslədiklərinə  görə  onlar 
rusların burada müdaxiləsinə imkan yaratmağa və rusların köməyilə intiqam 
alaraq 
müsəlmanları  hər  sahədən,  xüsusən  iqtisadi  və  ticarət  sahəsindən 
kənar etməyə səy etmişlər» (47,22). David-Danil arasında gedən mübarizə 
belə  hadisə  idi.  Onlar  Davıdı  yalançı  katolikos  adlandıraraq  kömək  üçün 
Rusiyaya 
müraciət  etdilər.  İrəvan  xanlığının  daxili  işlərinə  qarışmaq  üçün 
belə  imkanın  ələ  düşməsindən  istifadə  edən  Rusiya  bu  hadisədən 
yararlan
mağa  çalışdı.  Rusiyanın  Cənubi  Qafqazdakı  hərbi  dairələri 
Məhəmməd xana təzyiq göstərmək üçün bu məsələni Danilin xeyrinə həll 
etməyi  ondan  tələb  etməyə  başladılar.  Baş  komandan  K.F.Knorrinq 
Məhəmməd  xana  məktub  yazaraq  Danili  katolikos  vəzifəsinə  təyin  etmək 
üçün 
yardım göstərməsini tələb etmişdi. O, yazırdı ki, əgər xan Danili katol-
ikos  kimi 
tanısa,  Rusiya  hökumətinə  sadiqliyini  sübut  etmiş  olardı. 


 
109 
Məhəmməd  xan  Rusiya  ilə  münasibətləri  kəskinləşdirməmək  üçün  öz 
növbəsində baş komandana yazırdı ki, «O, Rusiyaya sadiqdir. Rusların on-
dan 
hər  iki  arxiyepiskopun  patriarx  (katolikos-E.Q.)  vəzifəsinə  təyin 
edilməsi  üçün  xahiş  etmələri  onu  təəccübləndirir».  Xan  rus  qoşunlarının 
sabiq 
baş  komandanı  Kovalenskinin  Davıdın  xeyrinə  yazdığı  bir  neçə 
məktubu  fakt  kimi  göstərmişdi  (144,115).  Hətta  bu  məsələ  ilə  bağlı  çar  I 
Aleksandr (1801-1825) 1802-ci il 
mayın 13-də İrəvan xanına xüsusi fərman 
göndərmişdi. Həmin fərmanda göstərilirdi ki, Danil erməni xalqının arzusu 
ilə seçildiyinə  görə, Məhəmməd  xan  onun  katolikos  vəzifəsinə  keçməsinə 
kömək etməlidir. Fərmanda Danilin katolikos təyin edilməsində sultanın da 
razı olduğu göstərilmişdi (326,93-94). Bundan əlavə baş komandan general-
leytenant K.F.Knorrinqin 
göstərişi ilə İ.Qençaurov 1802-ci il sentyabrın 21-
də  İrəvana  gəlmişdi.  Sentyabrın  28-də  Məhəmməd  xanın  qəbulunda  olan 
elçi  onu  Danilin 
namizədliyini  dəstəkləməyi  inandırmağa  çalışsa  da,  xan 
Davidin  qanunla  seçildiyini  qeyd 
edərək,  onu  dəstəklədiyini  bildirmişdi 
(343,621-622)    
P.D.Sisianov  rus 
qoşunlarının baş komandanı təyin edildikdən sonra 
bu 
məsələdə  İrəvan  xanlığına  təzyiqi  daha  da  gücləndirdi.  Ona  verilən 
təlimata  görə, «baş  komandan  Danilin  tərəfdarları  ilə  patriarx  Davıdın 
tərəfdarları  arasında  olan  rəqabəti  bütün  vəziyyətlərdə  yerindəcə  tədqiq 
etməli» idi (144,120). Vəzifəsinə yenicə başlayan P.D.Sisianov 1803-cü il 
fevralın  6-da  Məhəmməd  xana  məktub  göndərdi.  Məktubda  yazırdı  ki, 
«
Mən  bu  şəhərə  (Tiflisə-E.Q.)  Gürcüstanın  baş  komandanı  vəzifəsində 
gəldiyimi siz alihəzrətə bildirməyi özümə borc hesab edirəm, sizi möhkəm 
və səmimi dostluğa çağırıram. Əsasən, sizin xeyrinizə olan böyük Rusiyanın 
təbəəliyinə  keçməlisiniz.  Bunun  üçün  birinci  sübutunuz,  mənim  sizə  yol-
ladığım, mərhəmətli Rusiya imperiyasının böyük kansleri qraf Voronsovun 
böyük  Rusiya 
və  böyük  sultan  tərəfindən  təsdiq  edilən  bütün  ermənilərin 
patriarxı  (katolikos-E.Q.)  Danil  haqqında  yazdığı  fərmanını  dəqiq  icra 
etməlisiniz» (248,609). Danil  həbsdə  olarkən  P.D.Sisianov  Məhəmməd 
xana 
təzyiqi  daha  da  gücləndirdi.  O,  çara  yazdığı  məktubda  bildirirdi  ki, 
«
Mən o saat, öz adımdan İrəvan xanına əlavə bildiriş göndərərək tələb etdim 
ki,  patriarx  (katolikos-E.Q.)  Danili  azad  etsin. 
Əlavə  etdim  ki,  belə  bir 
ədəbsiz hərəkəti şifahi və məktubla deyil, işdə əməl etsin, əks halda inadına 
g
örə  peşman  olacaqdır» (410,18; 144,120). Rus  komandanlığı  ilə  münasi-
bətləri gərginləşdirməmək  üçün Məhəmməd xan Danilin azad buraxılması 
üçün 
Davıdə  xüsusi  göstəriş  verdi.  Lakin  Danil  yenə  də  katolikos  təyin 
edilmir 
və İrəvan xanının nəzarəti altında yaşayır (410,19; 144, 120). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə