Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   53   54   55   56   57   58   59   60   ...   164

 
118 
elə  bilir  ki,  bu  onları  təntənəli  surətdə  qarşılamaq  üçün  bir  işarədir. 
P.D.Sisianovun 
əmrinə  əsasən,  general-mayor  Portnyaginin  başçılığı  ilə 
gürcü 
və  kazaklardan  ibarət  ön  dəstə  oraya  tələsir.  Lakin  onlar  kilsəyə 
yax
ınlaşan  vaxt  şah  qoşunu  tüfəng  və  falkonetlərdən  (dəvə  üstündə  yer-
ləşdirilmiş kiçik çaplı top-E.Q.) rus dəstələrini atəşə tutdular. Qəflətən yaxa-
lanmış general mayor Portnyaginin dəstəsi döyüşə girmək məcburiyyətində 
qaldı.  Lakin  onların  bu  cəhdi  heç  bir  nəticə  vermədi.  Əsas  qüvvələrlə 
Eçmiədzin  kilsəsinə  yaxınlaşan  P.D.Sisianov  qoşunun  uzun  və  çətin  yol 
gəldiyinə görə, həmin gün kilsə yaxınlığında düşərgə salaraq, onun işğalını 
səhəri günə saxladı (66,262; 136,225; 144,314-315). 
1804-cü  il iyunun  20-
də səhər tezdən Abbas Mirzənin komandanlığı 
altında 12 minlik şah qoşunu rus qoşunları üzərinə hücuma keçdi. Beləliklə, 
Eçmiədzin  kilsəsi  uğrunda  döyüş  başladı.  Şahzadənin  qoşunu  çox  ol-
masına baxmayaraq, həmin dövr üçün dəhşətli olan rus artilleriyasının güclü 
atəşi nəticəsində onun qoşunu pərən-pərən oldu. Lakin beş günə qədər da-
vam 
edən döyüş nəticəsində rus qoşunu çox pis vəziyyətə düşdü. Rus artil-
leriyasından ehtiyat edən şah qoşunu qəfl və gözlənilməz hücum taktikası 
seçərək  rus  qoşununu  ərzaq  və  susuz  qoymuşdu.  Onlar  hücum  edərək  bir 
neçə  alayın  çadırını,  yük  və  ərzaq  arabalarını  özləri  ilə  aparmışdı. 
Eçmiədzin kilsəsini tuta bilməyəcəyini hiss edən P.D.Sisianov iyunun 26-da 
oranı tərk edərək İrəvan şəhərinə doğru hərəkət etdi. Kilsə uğrunda döyüş 
rus 
qoşununa çox baha başa gəldi. Bu döyüşdə onlardan 51 nəfər ölmüş, 104 
nəfər  yaralanmış  və  xeyli  əsir  şah  qoşunu  tərəfindən  ələ  keçirilmişdi 
(66,262-264). 
Bu  vaxt  Abbas 
Mirzə  İrəvandan  8  verst  aralıda  düşərgə  salmışdı. 
P.D.Sisianov 
şah  qoşunlarının  əsas  qüvvəsinin  yerləşdiyi  bu  düşərgəyə 
zərbə  endirməklə  məqsədinə  nail  olmaq  istəyirdi.  İlk  əvvəl  Zəngi  çayı 
üzərində  yerləşən  Qəmərli  kəndini  ələ  keçirmək  lazım  idi.  Çünki  çaydan 
keçmək  üçün  yeganə  bərə  burada  yerləşirdi.  Polkovnik  Çexanovskinin 
başçılığı ilə 9-cu yeger alayı kəndə hücum edərək bərəni ələ keçirdi. Bu dö-
yüşdə ruslardan 12 nəfər ölən və 20 nəfər yaralanan olmuşdu (410,34-35; 
66,265; 136,226-227; 305,141). 
Qəmərli kəndini ələ keçirən rus qoşunu iyunun 26-dan 30-a qədər bu-
rada  müdafi
ə mövqeyi yaradır. Bu vaxt kilsdə yerləşən şah qoşun dəstəsi 
rus 
qoşunlarının İrəvana doğru irəlilədiyini görərək buranı tərk etdi. Bir er-
məni  keşişi  rus  komandanlığına  bu  haqda  məlumat  gətirmişdi. 
P.D.Sisianovun 
əmrinə əsasən, iki alay oraya göndərilərək döyüşsüz kilsəni 
ələ keçirdi (66,262-265; 305,141; 144,319-320). 


 
119 
Rus 
qoşunlarının  İrəvan  qalasına  doğru  hərəkət  etdiyini  eşidən 
Məhəmməd xan və qaynı Kəlbəli xan bərk təşvişə düşərək Abbas Mirzə ilə 
danışıqlara başlayır. Onlar vasitəçilik üçün sədrəzəm Mirzə Şəfiyə müraciət 
edirlər.  Xanlar  Abbas  Mirzəyə  hədiyyə  göndərərək  şah  qoşununa 
müqavimət  göstərdikləri  üçün  bağışlanmalarını  və  xanlığı  rus  qoşunundan 
müdafiə  etməsini  xahiş  etdilər  (47,31; 265,618). Bu  müraciətdən  istifadə 
edən Abbas Mirzə qoşunu ilə İrəvan qalasına yaxın gələrək ondan üç mil 
aralıda  düşərgə  saldı.  O,  İrəvan  xanının  qüvvələrindən  istifadə  edərək 
Qəmərlidə  mövqe  tutmuş  rus  qoşununu  darmadağın  etmək  qərarına 
gəlmişdi. Hətta Qacar komandanlığı plan da hazırlamışdı. Plana görə, Abbas 
Mirzənin  qoşunu  rusları  ön  tərəfdən  mühasirəyə  alan  zaman  Məhəmməd 
xan  öz 
döyüşçüləri  ilə  arxadan  hücuma  keçməli  idi.  O,  bu  planı  həyata 
keçirməklə rus qoşununun təslim olacağına ümid bəsləyirdi.  
Lakin  bu  plan 
baş tutmadı. P.D.Sisianov şahzadənin planından vax-
tında  xəbər  tutaraq  müdafiə  tədbirləri  görə  bildi.  Onun  əmrinə  görə,  rus 
qo
şunu  iki  dəstəyə  bölündü.  Birinci  dəstə  ön  tərəfdən  hücuma  keçməli, 
P.D.Sisianovun  özünün 
başçılıq  etdiyi  ikinci  dəstə  isə  gözləmə  mövqeyi 
tutaraq arxadan hücum 
etməli idi. İyunun 30-da səhər tezdən rus qoşununun 
ön 
dəstəsi  Zəngi  çayını  keçərək  şahzadənin  düşərgəsinə  hücuma  başladı. 
Qacar 
qoşunu yüksək dağ başında mövqe tutmuşdu. Lakin rus qoşunu onları 
buradan 
sıxışdırıb  çıxara  bildi.  Arxadan  isə  irəvanlılar  rusların  süvari 
dəstəsinə  qarşı  hücuma  keçdi.  Əvvəlcə  xanın  süvariləri  P.D.Sisianovun 
dəstəsini  mühasirəyə  alaraq  sıxışdırdı.  Bir  anlıq  rus  qoşunu  içərisində 
çaşqınlıq yarandı. Lakin vaxtında kömək alan rus qoşunu xanın süvarilərini 
çaşdıraraq onları qaçmağa məcbur etdi. Məğlub olan İrəvan döyüşçüləri geri 
çəkilərək  yenidən  qalaya  sığınır.  Abbas  Mirzə  isə  düşərgəni  tərk  edərək 
Şərurda  mövqe  tutdu.  Ələ  keçirilən  şahzadənin  düşərgəsi  isə  rus  qoşunu 
tərəfindən  qarət  olundu  (136,227; 66,265-266; 410,38; 144,320-321; 
155,99). 
Qəmərli  döyüşündə  qələbə  çalan  rus  qoşunu  İrəvan  qalasına  doğru 
hərəkət etdi. Şah qoşununun məğlub olaraq geri çəkilməsi və rus qoşununun 
İrəvan  qalasına  yaxınlaşması  Məhəmməd  xanı  çıxılmaz  vəziyyətdə 
qoy
muşdu. Meydanda tək qalan İrəvan xanı P.D.Sisianovla danışıqları ye-
nidən  bərpa  etməyə  məcbur  oldu.  O,  iyulun  1-də  baş  komandana  məktub 
göndərərək,  çoxdan  rus  qoşununu  qalada  görmək  istədiyini  və  onları 
təntənəli  surətdə  qarşılamağa  vəziyyətin  imkan  vermədiyini  bildirmişdi. 
Məhəmməd xan aman verilməsini və Rusiya dövlətinə sədaqətli olacağına 
and içirdi. Lakin P.D.Sisianov onun 
məktubuna əhəmiyyət verməyərək qey-
ri-
şərtsiz təslim olmasını bir daha tələb etdi (144,322-323). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə