Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   40   41   42   43   44   45   46   47   ...   164

 
91 
1797-ci  ilin 
mayında Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi 
Qafqaza 
yürüşə  başladı.  Lakin  bu  yürüş  müvəffəqiyyətsizliyə  düçar  oldu. 
Belə  ki,  şah  Şuşa  qalasını  işğal  etsə  də,  çox  keçmədi  ki,  yaxın  adamları 
tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə 1797-ci il iyunun 5-də 
baş vermişdi. Başsız qalan Qacar ordusu Azərbaycanı tərk etməyə məcbur 
olmuşdu (41,58; 163,114; 187,190-192; 198,100). 
 
1.4. XVIII yüzilliyin 
axırlarında İrəvan xanlığının siyasi  
vəziyyəti 
 
Ağa  Məhəmməd  şah  öldürüldükdən  sonra  onun  yerinə  qardaşı  oğlu 
Fətəli (1797-1834) taxt-taca sahib oldu. O, hakimiyyətə gələn kimi, əmisi 
tərəfindən  incidilmiş  adamların  könlünü  ələ  almaq  üçün  bir  neçə  dəyərli 
göstəriş  vermişdi.  Tehranda  həbsdə  olan  xanları,  o  cümlədən  İrəvan  xanı 
Məhəmməd xanı azadlığa buraxdı. Həbsdən azad olan Məhəmməd xan ye-
nidən İrəvanda hakimiyyətə gəldi.  
Məhəmməd  xan  İrəvana  gəlməmişdən  əvvəl  burada  Əliqulu  xana 
qarşı üsyan baş vermişdi. Buna səbəb şahın ölüm xəbərini eşidən Əliqulu 
xanın  İrəvan  qalasının  qapılarını  bağlayaraq  xalqla  pis  rəftar  etməsi 
ol
muşdu. Belə rəftar irəvanlıların səbrini tükəndirmiş və onlar silahlanaraq 
şahın qardaşını İrəvandan qovmuşdular. Şahın öldürülməsi və  yerli xalqın 
müqaviməti  nəticəsində  Əliqulu  xan  İrəvan  xanlığını  tərk  etmişdi  (84, 
c.2,431; 130,185). O, 1796-
cı  ilin  axırlarından-1797-ci  ilin  iyununa  qədər 
İrəvanda hakimiyyətdə olmuşdu. 
Lakin  bu 
təhlükədən  qurtaran  İrəvan  əhalisi  çox  keçmədi  ki,  yeni 
təhlükə  ilə  üzləşdi.  Əliqulu  xan  İrəvanı  tərk  etdikdən  bir  neçə  gün  sonra 
Maku 
sultanının oğlu Həsən vəziyyətdən istifadə edərək buraya hücum etdi. 
Qeyd 
etmək  lazımdır  ki,  o,  XVIII  yüzilliyin  80-ci  illərində  İrəvanda  ha-
kimiyyət  uğrunda  mübarizə  aparan  Əhməd  Soltanın  oğlu  idi.  Qəflətən 
İrəvan  qalasına  hücum  edən  Həsən  xan  əvvəlcə  dinc  yolla  qalanı  ələ 
keçirmək  üçün  irəvanlılarla  danışığa  başladı.  Lakin  qala  sakinləri  onun 
tələbini  rədd  edərək  Həsən  xana  ciddi  müqavimət  göstərdi.  Hətta  qala 
müdafiəçiləri  Qazaxda  mövqe  tutan  II  İraklinin  oğlu  Aleksandara  məktub 
göndərərək  kömək  istəmişdilər.  Gürcü  şahzadəsi  Aleksandr  bir  neçə  yüz 
dəstə ilə irəvanlılara kömək etmək istədi. Lakin Həsən xan onu qabaqlayar-
aq 
qalanı  ələ  keçirməyə  nail  oldu.  Bu  yürüşdə  Həsən  xana  naxçıvanlılar, 
yerli 
muğanlılar  və  ayrumlar  da  kömək  etmişdi.  Muğanlıların  qala  müda-
fiəçilərini döyüş meydanında tək qoyub qaçmaları qalanın təslim olmasına 
səbəb olmuşdu. İrəvana daxil olan Həsən xan taxt-tacına yiyələnir. Cəmi üç 
ay 
hakimiyyətdə olmuş yeni xan xalqla çox pis rəftar etmiş, oların üzərinə 


 
92 
yeni-yeni 
vergilər təyin etmişdi. Lakin tezliklə Məhəmməd xanın əsirlikdən 
azad olub 
İrəvana qayıtması haqqında məktub gəldi. Bu xəbəri eşidən Həsən 
xan  1797-ci  il 
sentyabrın  15-də  İrəvanı  tərk  edərək  Makuya  qayıdır 
(130,186).  
Beləliklə, Məhəmməd xan yenidən İrəvanda hakimiyyətini bərpa etdi. 
Lakin 
Fətəli şah Məhəmməd xanı azadlığa buraxsa da, ona bir o qədər də 
inanmırdı.  Ona  görə  də,  özünün  iki  nəfər  inanılmış  adamını  İrəvana 
göndərdi. Onlar Məhəmməd xanın işlərinə nəzarət etməli idi. Eyni zamanda 
İrəvan  xanlığı  hər  il  şah  xəzinəsinə  80.000 (8.000 tümən-E.Q.)  rubl  vergi 
ödəməli idi (410,12-13). 
İrəvanda  yenidən  hakimiyyətini  bərpa  edən  Məhəmməd  xan  vəziy-
yətini nizama salan kimi, Fətəli şah Qacara tabe olmaqdan imtina etdi. O, 
yenidən  müstəqil  siyasət  yeridərək  özünə  müttəfiqlər  axtarmağa  başlayır. 
İrəvan xanı ilk növbədə kömək üçün II İrakliyə müraciət edir. Lakin bu dö-
vrdə Kartli-Kaxetiya çarının özünün vəziyyəti acınacaqlı idi. Ona görə də, 
Məhəmməd xanın müraciəti nəticəsiz qalmışdı (156,119). Buna baxmayar-
aq, 
İrəvan xanı şaha qarşı mübarizədə özünə müttəfiq tapa bildi. Bu müt-
təfiqlərdən biri Fətəli şahın qəzəbinə gəlmiş Xoy xanı Cəfərqulu xan, digəri 
isə  Naxçıvan  xanı  Kəlbəli  xan  idi.  Ağa  Məhəmməd  şahın  əmri  ilə  kor 
edilmiş  Kəlbəli  xan  həbsdən  azad  olunduqdan  sonra  şahın  əmrinə  əsasən, 
İrəvan xanlığında yaşamalı idi. Kəlbəli xan İrəvanda məskunlaşdıqdan sonra 
yaxın tərəfdarlarının xeyli hissəsi Naxçıvandan İrəvana köçmüşdü (410,49-
50; 84, c.2, 
səh.514; 29,67). İrəvana  Kəlbəli  xanın  mənsub  olduğu 
kəngərlilərdən  200  ailə  gəlmişdi  (163,162).  İrəvanda  nüfuzunu 
məhkəmləndirən Kəlbəli xan qohumu Məhəmməd xanla birlikdə Fətəli şah 
Qacara tabe olmaqdan imtina etdi (410,13-14; 149,292; 29,67).  
Xoylu 
Cəfərqulu xan da Fətəli şaha tabe olmaqdan boyun qaçırmışdı. 
Qeyd 
etmək lazımdır ki, Fətəli şahın azad etdiyi xanlar arasında Xoy xanı 
Cəfərqulu xan da vardı. O, əsirlikdə olarkən Təbriz xanının qardaşı Sadıq 
xan Xoya hücum 
edərək onu talan etmişdi. Yenidən Xoyda hakimiyyəti ələ 
keçirən Cəfərqulu xan qisas almaq qərarına gəldi. O, özünə müttəfiqlər ax-
tarır və bu işdə İrəvan xanı ilə razılığa gəldi. Belə ki, əsirlikdən qayıdarkən 
Məhəmməd xan Xoya gəlmiş və burada xanlar arasında razılıq əldə olun-
muşdu.  Cəfərqulu  xan  qisas  almaq  üçün  Məhəmməd  xandan  500  nəfərlik 
hərbi qüvvə istəmişdi. İrəvan xanı onun xahişini yerinə yetirərək, bu hərbi 
qüvvəni  Xoya  göndərmişdi.  Birləşmiş  Xoy  və  İrəvan  qoşunu  Sadıq  xanın 
üzərinə hücum edərək onu məğlub etdi (130,187).  
Xoyda  öz  mövqeyini 
möhkəmləndirən  Cəfərqulu  xan  Sadıq  xan 
Şəqaqi  və  Urmiya  xanı  Məhəmmədqulu  xanla  birləşərək  Fətəli  şahın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə