Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   36   37   38   39   40   41   42   43   ...   164

 
83 
üçün 
İstambula  nümayəndələrini  göndərdilər.  Lakin  Porta  onların 
tələblərinə məhəl qoymayaraq cavab verdi ki, onun İran xalqı ilə müqaviləsi 
vardır» (84, c.2, səh.332).  
Osmanlı dövlət ilə Azərbaycan xanlarının siyasi münasibətlərinə dair 
arxiv 
sənədlərinin  iki  cilddə  nəşr  olunmuş  toplusunda  Qacar  təhlükəsinə 
qarşı  İrəvan  xanının  Osmanlı  dövlətinə  böyük  ümid  bəsləməsi  haqqında 
ətraflı  məlumat  vardır.  Belə  ki,  Ağa  Məhəmməd  xan  Qacar  İrəvan  xanı 
Məhəmməd  xana  da  fərman  göndərərək  yanına  gəlməsini  tələb  etmişdi. 
Lakin o, özü 
getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi. 
Bu 
təhlükə  qarşısında  İrəvan  qalasını  möhkəmləndirməklə  müdafiəyə 
hazırlaşan Məhəmməd xan həm sultana, həm də osmanlı paşalarına məktub 
göndərərək kömək istəmişdi. 1794-cü il mayın 9-da Məhəmməd xan yaxın 
adamı Zeynalağa vasitəsilə Osmanlı dövlətinə məktub göndərmişdi (48,89). 
Məktublarda  xanı  narahat  edən  Ağa  Məhəmməd  xanın  qoşunu  hücum 
edəcəyi təqdirdə sadə xalqın taleyi idi. Məhəmməd xan osmanlı paşalarına 
məktub  yazaraq  onlardan  xanlıqdan  köçən  əhaliyə  sığınacaq  vermələrini 
dönə-dönə  xahiş  etmişdi.  O,  Qars  hakiminə  göndərdiyi  məktubda  şah 
qo
şununun  İrəvanı  mühasirəyə  alacağı  təqdirdə  sadə  xalqın  Qarsa 
köçəcəyini bildirərək kömək istəmişdi (56,134-135). 1795-ci il mayın 15-də 
Ərzurum  valisi  Yusif  Ziya  paşanın  Məmiş  ağanın  vasitəsilə  Osmanlı  sul-
tanına göndərdiyi məktubda şahın hücum edəcəyi təqdirdə İrəvan əhalisinin 
Os
manlı ərazisinə axınının başlayacağı təhlükəsi haqqında xəbər verilmişdi. 
Məktubda  Ağa  Məhəmməd  xanın  İrəvana  hücum  edəcəyi  təqdirdə  qala 
da
rısqal olduğundan, təxminən 20-30 min irəvanlının əmlak və mal-qara ilə 
birlikdə  Qars,  Bəyazid,  Ərzurum  paşalıqlarına  sığınacaqları  bildirilmişdi 
(56,145-146).     
 Lakin 
Osmanlı dövləti bəzi Azərbaycan xanları, o cümlədən İrəvan 
xanı  ilə  məktublaşmasına  baxmayaraq  ciddi  tədbirlər  görə  bilmədi.  Çünki 
sultan 
nə  Rusiya,  nə  də  Ağa  Məhəmməd  xanla  münasibətləri 
gərginləşdirmək  istəmirdi.  Rusiya  ilə  müharibədə  məğlub  olması  Osmanlı 
dövlətini  Cənubi  Qafqaz  siyasətində  bir  qədər  ehtiyatlı  olmağa  məcbur 
edirdi. 
Digər tərəfdən hadisələri düzgün qiymətləndirən İstambul sarayı Ağa 
Məhəmməd xanı bölgədə Rusiyaya qarşı duracaq real qüvvə hesab edirdi. 
Buna  baxmayaraq, 
Osmanlı  dövləti  ona  müraciət  edən  xanlara  ümid  ver-
məkdən də çəkinməmişdi.  
Azərbaycan  xanlarını  yalnız  məktub  və  fərmanlarla  özünə  tabe  edə 
bilməyəcəyini  başa  düşən  Ağa  Məhəmməd  xan  Qacar  İrəvan,  Xoy, 
Naxçıvan,  Gəncə  və  Ərdəbil  xanlarını  hakimiyyətini  tanımağa  məcbur 
etmək  üçün  1794-cü  ildə  sevimli  sərkərdələrindən  olan  Süleyman  xanı 


 
84 
20.000 
qoşunla Təbrizə göndərdi (46,236-237). Təbrizə gələn Süleyman xan 
Məhəmməd  xanı  yanına  dəvət  etdi.  O,  Təbrizə  gəlməyəcəyi  təqdirdə 
Məhəmməd  xanı  İrəvan  üzərinə  yürüş  edəcəyi  ilə  hədələmişdi.  Bu  vaxt  
İrəvan xanı iki od arasında qalmışdı. Digər tərəfdən II İrakli də, Məhəmməd 
xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələyirdi. Qeyd etmək lazımdır ki, 
Məhəmməd  xan  son  illərdə  müstəqil  siyasət  yeridərək  Kartli-Kaxetiya 
çarına  vergi  verməkdən  imtina  etmişdi. 1794-cü  ildə  şahzadə  Davidin 
başçılığı ilə bir dəstə çar qoşunu İrəvan sərhəddində dayanaraq, Məhəmməd 
xandan 
vergiləri ödəməyi tələb etməyə başladı. O, əks təqdirdə xanı İrəvana 
hücum 
edəcəyi  ilə  qorxudurdu.  Hətta  şahzadə  David  katolikos  Quqasa 
məktub göndərərək xanı yola gətirməyi tələb etmişdi (170,90).   
İki  od  arasında  qalmış  Məhəmməd  xan  İrəvan  qalasını 
möhkəmləndirmək üçün müdafiə tədbirləri görməyə başladı. O, şah qoşun-
larının hücumunu xanlıq üçün daha təhlükəli olduğunu hiss edərək II İrak-
linin  könlünü 
ələ  almağı  qərara  aldı.  Məhəmməd  xan  dərhal  məktub  və 
hədiyyələrlə Tiflisə nümayəndə heyəti göndərdi. II İrakli elçiləri qəbul etsə 
də,  güzəştə  getməyərək  vergiləri  tələb  etdi.  O,  elçilərə  «…xanın  dəfələrlə 
şərtləri pozduğundan verilən vədlərə inanmadığını söyləyərək, belə demişdi: 
Siz 
verəcəklərinizi  verin,  mən  isə  sizi  düşmənlərinizdən  qoruyum» 
(130,153). 
Əlacsız  qalan  və  kömək  almaq  ümüdi  ilə  Məhəmməd  xan 
verginin  bir 
hissəsini göndərmiş, digər hissəsini göndərməyi söz vermişdi. 
Əvəzində  o,  İrəvanın  müdafiəsi  üçün  bir  neçə  yüz  nəfərdən  ibarət  dəstə 
göndərməsini xahiş etmişdi. Lakin bu vaxt II İraklinin özünə kömək lazım 
idi (130,153-154; 170,90). 
 
Həmin  vaxtda  Ağa  Məhəmməd  xanın  sərkərdəsi  Xoy  xanı  ilə 
birlikdə Naxçıvana gəldi. O, İrəvana adam göndərərək Məhəmməd xandan 
şahın tələblrini yerinə yetirməyi, girov, vergi və 500 nəfərdən ibarət qoşun 
göndərməsini tələb etdi (128, c.II, səh.93). Bu xəbər  İrəvan əhalisini bərk 
təşfişə  salmışdı.  Əhali  əmlak  və  ailələrini  götürərək  bir  hissəsi  Osmanlı 
sərhəddinə doğru hərəkət edir, digər hissəsi isə qalada və əlçatmaz yerlərə 
sığındı.  Məhəmməd  xan  yenidən  II  İraklidən  kömək  istəyir.  O  isə  nəinki 
İrəvana kömək göndərmədi, əksinə vergilərin qalan hissəsini də tələb etdi. 
İrəvan xanı isə bu tələbi rədd edir (130,154).  
Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan şahın tələblərini 
yerinə  yetirmək  məcburiyyətində  qaldı.  O,  ilk  növbədə  kəndlərə  adamlar 
göndərərək vergi yığdırmağa başladı. Hətta Eçmiədzindən də müəyyən mi-
qdarda 
vəsait  tələb  etdi.  Hər  şey  toplandıqdan  sonra  yığılan  vergilər 
İrəvanın bir neçə nüfuzlu nümayəndəsi ilə birlikdə Süleyman xanın yanına, 
Naxçıvana yola salındı. Lakin Süleyman xan İrəvan xanının tək vergi ver-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə