Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   32   33   34   35   36   37   38   39   ...   164

 
74 
İrəvan ərazisində çox ləngimədi. Dağıstan qoşunu Abarandan keçib, Göyçə 
gölünün  sahilini  dolanmaqla 
Gəncə istiqamətində hərəkət edirərək, oradan 
Şuşaya gəlib çatır (67,31; 165,169-170; 130,127). 
Ümmə  xanın  başçılığı  ilə  dağıstan  qoşunlarının  bu  yürüşü  İrəvan 
xanlığı  üçün  böyük  faciə  ilə  nəticələndi.  Düzdür,  İrəvan  xanlığı  Kartli-
Kaxetiya  kimi 
dağıntılara  və  insan  itkisinə  məruz  qalmasa  da,  irəvanlılar 
kəndlərini  və  əmlaklarını  başlı-başına  buraxaraq  yurdlarından  didərgin 
düşmüşdülər. Bu da təsərrüfatla məşğul olan əhali üçün əsl faciə idi. Əhali-
nin  qazanc 
mənbəyi olan torpaq sahələri başlı-başına qalmış və əkilmirdi. 
Digər tərəfdən dağıstan qoşunu geri qayıdarkən xanlığın şimal-qərb rayon-
larını talan edərək bir neçə kəndi dağıtmışdı.  
Ümmə xanın qoşunu getdikdən sonra, ölkədə yaranmış çaxnaşmadan 
və  Məhəmməd  xanın  zəifliyindən  istifadə  edən  bəzi  qüvvələr  təxribata 
ba
şladı.  Təxribatçı  qruplar  bir-birinə  hücumlar  təşkil  edir,  kəndləri  viran 
qoyaraq 
talayırdılar.  Belə  vəziyyət  1787-ci  ilin  ortalarına  qədər  davam 
et
mişdi. Xanlıq daxilində qarışıqlıq yalnız bölgədə nüfuz uğrunda mübarizə 
aparan  bir 
tərəfdən  Rusiya-Kartli-Kaxetiya,  digər  tərəfdən  Ümmə  xan 
aras
ında başlanan danışıqların sülhlə başa çatması ilə səngimişdi (130,128).       
Dağıstanlıların  genişmiqyaslı  hücumundan  asanlıqla qurtaran  İrəvan 
yeni 
təhlükə ilə üzləşdi. 1786-cı ilin oktyabrında İbrahimxəlil xan İrəvana 
3.000 
qoşun  göndərərək  yerli  əhalini  Qarabağa  köçürməyə  cəhd  etmişdi. 
Hücumdan 
xəbər  tutan  sərhəd  kəndlərinin  əhalisi  əlçatmaz  yerlərdə 
gizlənərək,  Qarabağ  qoşununa  qarşı  mübarizə  aparmışdılar.  Bu  xəbəri 
eşidən  Məhəmməd  xan  qoşun  toplayaraq  onlara  qarşı  çıxdı.  İrəvanlıların 
müqavimətini görən qarabağlılar geri çəkilməyə məcbur oldu (3,242).     
Bu  hücumdan  qurtulan 
İrəvan xanlığı tezliklə Naxçıvanda baş verən 
hadisələrə  müdaxilə  etməyə  başladı.  Belə  ki,  XVIII  əsrin  80-ci  illərin 
əvvəllərindən  başlayaraq  Naxçıvan  taxtı  uğrunda  Abbasqulu  xanla 
Cəfərqulu xan arasında mübarizə gedirdi. Hakimiyyətə qısa fasilələrlə gah 
Abbasqulu  xan,  gah  da 
Cəfərqulu xan gəlirdi. Abbasqulu xan hakimiyyəti 
geri  qaytarmaq  üçün 
dəfələrlə  həm  İbrahimxəlil  xana,  həm  də  II  İrakliyə, 
Cəfərqulu  xan  isə  xoylu  Əhməd  xana  müraciət  etmişdi. 1787-ci  ilin 
əvvəllərində Cəfərqulu xan yenidən hakimiyyətə gəldikdən sonra Abbasqu-
lu  xan 
İbrahimxəlil  xana  bir  daha  müraciət  etdi.  Bu  müraciətdən  istifadə 
edən  İbrahimxəlil  xan  öz  ordusunu  Naxçıvan  üzərinə  göndərdi.  Qarabağ 
qoşunu  Naxçıvanda  görünən  kimi  Cəfərqulu  xan  Şərur  sahilində  yerləşən 
Hacı  qalasında  gizləndi  (29,56-57). 1787-ci  il  may  ayının  əvvəllərində 
Qarabağ  qoşunu  Naxçıvanı  ələ  keçirərək  Abbasqulu  xanı  hakimiyyətə 
gətirdi (29,59-60). 


 
75 
Qarabağ xanının bu addımı rus komandanlığının və onun əlaltısı olan 
II 
İraklinin  xoşuna  gəlmədi.  II  İrakli  İbrahimxəlil  xanın  Naxçıvanda 
möhkəmlənməsinə yol vermək istəmirdi. Naxçıvanda baş verən hadisələrə 
həmişə müdaxilə edən və bu xanlığı özündən asılı vəziyyətə salmaq istəyən 
Kartli-Kaxetiya 
çarı  Cəfərqulu  xanı  yenidən  hakimiyyətə  gətirmək  üçün 
knyaz Baqrationun 
başçılığı ilə 1000 nəfərlik qoşunu İrəvana  göndərdi. Bu 
qoşunun  əksəriyyəti  Borçalı  və  Şəmşədildən  toplanmış  azəri  türklərindən 
təşkil olunmuşdu (130,132). Bu dəstəyə irəvanlılar da qoşuldu. İrəvan xanı 
ilə  Qarabağ  xanı  arasında  düşmən  münasibəti  yarandığından,  Məhəmməd 
xan 
İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz hakimiyyəti üçün 
təhlükə  hesab  edirdi.  Buna  görə  də  o,  məmuniyyətlə  bu  yürüşə  qoşuldu. 
Müəyyən  hazırlıqdan  sonra  knyaz  Baqration  İrəvan  qoşunu  ilə  birlikdə 
Naxçıvana doğru hərəkət etdi (130,132). 
Lakin 
Naxçıvan taxtında öz namizədini görmək istəyən hər iki tərəf  
gecikmişdi. Yürüşdən bir qədər əvvəl Cəfərqulu xanın qardaşı Kəlbəli xan 
(1787-1820) Abbasqulu 
xanı hakimiyyətdən devirərək Naxçıvanda taxt-taca 
sahib 
olmuşdu (29,60). Hakimiyyətə gələn Kəlbəli xan hər hansı hücumun 
qarşısını almaq üçün Naxçıvan qalasını daha da möhkəmləndirmişdi.  
1787-ci il 
mayın 19-da Naxçıvana çatan knyaz Baqration həmin gün 
Naxçıvan  qalasını  mühasirəyə  aldı.  Qalaya  sığınmış  naxçıvanlılar  Kəlbəli 
xanın  rəhbərliyi  ilə  müttəfiq  qoşununa  güclü  müqavimət  göstərdi.  Mayın 
20-
də  knyaz  Baqration  II  İrakliyə  göndərdiyi  məktubda  yazırdı  ki, 
«
Cəfərqulu  xan  Naxçıvanı  asanlıqla  alacağını  söyləsə  də,  mən  güclü 
müqavimətə  rast  gəldim,  qalanı  2000  nəfər  qoruyur» (29,61). Birləşmiş 
İrəvan və gürcü qoşunları Naxçıvan qalasını tuta bilmədi.  
İbrahimxəlil xan da, Abbasqulu xana yardımçı qoşun göndərdi. Lakin 
cəmi  200  nəfərdən  ibarət  olan  bu  qoşun  Sisyan  ətrafında  II  İraklinin 
qo
şununun tərkibində olan Şəmşəddil və Borçalıdan olan dəstələr tərəfindən 
məğlub edilir, 8 nəfəri isə əsir alınır  (130,133; 30,61). II İraklinin qoşunu 
irəvanlılarla birlikdə Qarabağ qoşununu məğlub etsə də, Naxçıvan qalasını 
ala 
bilmədi. Knyaz Baqrationun II İraklidən ələvə kömək istəyi də baş tut-
madı. Güclü müqavimətə rast gələn müttəfiq qoşunları ətraf kəndləri qarət 
edərək sakinlərini, İbrahimxəlil xana məxsus 40 ailəni əsir götürüb, çoxlu 
mal-qara 
ələ  keçirərək  geri  döndülər  (130,135; 29,61). Bu  yürüşdə  istər 
İbrahimxəlil xan, istərsə də II İrakli istəyinə çata bilmədi.            
1787-1791-ci 
illər ikinci rus-türk müharibəsinin başlaması (225,363-
387) 
ilə Cənubi Qafqazda siyasi vəziyyət daha da gərginləşdi. Osmanlı sul-
tanı  öz  nümayəndələrini  bölgəyə  göndərərək,  rus-gürcü  təhlükəsinə  qarşı 
mübarizə  aparmaq  üçün  bir-birinə  düşmən  olan  Azərbaycan  xanlarını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə