Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   26   27   28   29   30   31   32   33   ...   164

 
62 
adamlar  bir 
dəstə  üsyançı  mənim  cavanlığımdan  istifadə  edərək  hərc-
mərglik odunu şölələndirmişlər və bütün gücləri ilə bizim hökmranlığa son 
qoymağa  çalışırdılar.  Onlar  siz  böyük  hökmdara  xəbər  çatana  kimi  təcili 
olaraq öz 
işlərini görmək və məqsədlərinə çatmaq niyyətində idilər. Allahta-
lanın  mərhəməti  ilə  onlar  öz  niyyətlərinə  nail  ola  bilmədilər.  Darmadağın 
edilərək  geri  çəkilməyə  məcbur  oldular.  İrsi  nurani  xanlıq  hökmranlığına 
qarşı  göstərilən  səylər  nəticə  vermədi.  Buna  baxmayaraq,  ölkədə  əmin-
amanlıq  hələ  də  istənilən  qədər  bərpa  edilməmiş  və  istiqlaliyyət  sütunları 
lazımınca möhkəmləndirilməmişdir. O, səmimi, mehriban xandan bu səmi-
mini  özünün 
xanlıq  övladlarından  biri  hesab  etməsini,  ölkəmizin  əmin-
amanlığının bərpasına kömək göstərməsini xahiş edirik. Qoy xainlərin ayağı 
altında tapdalanan bu ölkəyə sizin köməyiniz nəticəsində  asayiş və sakitlik 
qaytarılsın.  Bu  səmimini  yaddan  çıxarmayacağınıza,  kömək  və  yardım 
etməyinizə ümid edirik» (39,62-63). Qulaməli xan güclü Xoy xanı ilə daha 
da 
yaxınlaşmaq, onun hərbi gücündən istifadə etmək üçün «nikah diploma-
tiyası»ndan  istifadə  etməyi  qərara  almışdı.  O,  Əhməd  xanın  qızı  ilə 
evlənməklə hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Yuxarıda göstərild-
iyi kimi, 
Hüseynəli xan da bu istəyi həyata keçirməyə çalışmışdı. Lakin qəfl 
ölüm  bu 
işi  yarımçıq  qoymuşdu.  Qulaməli  xanın  bu  niyyətini  anası  da 
dəstəkləyirdi. Xanın anası Əhməd xana yazdığı məktubda açıq şəkildə bild-
irmişdi ki, Xoy xanı ilə qohum olmaqla oğlunu düşdüyü çətin vəziyyətdən 
çıxarmağa  çalışır.  Məktubun  məzmunu  belədir: «Ali  mərtəbəli,  məqamlı, 
cəlallı qardaşım…Sizin dövlətin buradakı nümayəndələrinin gördüyü kimi, 
mərhum  ali  mərtəbəli  Hüseynəli  xanın  vəfatından  sonra  əsasən,  ölkənin 
mühüm 
işlərinin idarəsi, gözümün işığı oğlumun tərbiyəsi və xandan qalan 
sair 
övladların  böyüməsilə  məşğul  olmuşam.  Əvvəllər  ölkədəki  mühüm 
məsələlərin  idarəsi,  istiqlaliyyətin  qorunması,  ölkənin  inkişaf  etdirilməsi 
məsələləri  ilə  qəti  olaraq  məşğul  olmazdım.  İşlərin  qaydada  olması  və 
lazımi  qədər  irəliləməsindən  arxayın  idim.  Lakin  hazırda  zəifləyib 
əlilləşmişəm.  Eyni  zamanda  səmimi  bacınız  yaxın  günlərdə  müqəddəs 
Məkkə evini ziyarət etmək niyyətilə səfərə çıxmaq qəsdindədir. Bizim ailə 
tərkibində daxili və dövlət işlərilə məşğul olan, bu barədə lazımi fəaliyyət 
göstərən o alihəzrətin qızlarından birinin olmaması məni düşündürür və na-
rahat  edir.  Qorxuram  bu 
səmimi bacınız müvəqqəti dünyanı tərk etdikdən 
sonra,  gözümün 
işığı  oğlum  ailəmizi  idarə  etməkdə,  İrəvan  ölkəsinin 
hökmranlığı işlərində aciz qalsın. Nəticədə ölkəmiz, dövltimiz öz rövnəqini 
əldən  verər.  Buna  görə  də,  səmimi  bacınız  sizdən  səxavət,  mərhəmət 
göstərməyi,  gözümün  işığı  oğlumu  bəlkə  də  nökərçiliyə  qəbul  etməyi  və 
qızınızla onu evləndirməyi xahiş edir. Bu iş oğlumun başı uca olmasına və 


 
63 
güclənməsinə səbəb ola bilər. Eyni zamanda o, alihəzrətin qızı həm oğlanın 
tərbiyəsi, həm də ölkədəki mühüm məsələlərin idarəsi işləri ilə məşğul olar. 
Belə  olduqda  o,  ali  hökmdar  da  uzaqdan-uzağa  onlara  nəzarət  edib  arxa 
ola
caqsınız.  O,  alihəzrətin  mülazimləri  həmişə  bizim  nəslə  mehriban, 
qayğıkeş olduğundan bu səmiminin təklifinin rədd edilməməsini yəqin edi-
rik.  O, 
alihəzrət öz mehriban, səxavətli niyyəti ilə bizim təklifi qəbul etsə, 
bunu 
xəbər verməyi xahiş edirik. Belə olduqda həmin məsələni planlaşdırıb 
və  həyata  keçirmək  məqsədilə  bir  neçə  etibarlı  əyanlardan  hüzurunuza 
gələcəkdir» (39,80-81).  İrəvan  xanlığını  öz  təsirinə  salmaq  istəyində 
olduğundan  Əhməd  xan  üçün  bu  qohumluq  çox  vacib  idi.  Görünür,  bu 
planın baş tutmamasına səbəb Qulaməli xanın tezliklə öldürülməsi olmuşdu.      
Qulaməli xanın öldürülməsi haqqında bir neçə fərziyyə  mövcuddur. 
P.Butkovun 
məlumatına  görə,  Qulaməli  xan  II  İraklinin  göstərişilə  ov  za-
manı qardaşları tərəfindən öldürülmüşdü (84, c.2, səh.194). Digər məlumata 
görə  isə  Qulaməli  xan  ögey  anasının  saray  fitnəsi  zamanı  sui-qəsd 
nəticəsində  öldürülmüşdü  (415,164). «İrəvan  xanlığı»  əsərində  Qulaməli 
xanın  öldürülməsi  belə  təsvir  edilir: «Qulaməli  xanın  II  İrakliyə  xidmət 
göstərməsi İrəvan zadəganlarını heç də təmin etmədi. Bu isə 1785-ci ildə II 
İraklinin  təşkil  etdiyi  saray  çevrilişi  zamanı  Qulaməli  xanın  qətli  ilə 
nəticələndi» (30,70-71). Əsərdə Qulaməli xanın ölüm tarixi səhvən 1785-ci 
ildə olduğu göstərilmişdi (30,71). Osmanlı mənbələri isə bu hadisə haqqında 
ziddiyyətli  xəbər  verir.  Bir  mənbəyə  görə,  Qulaməli  xan  II  İraklinin 
göstərişilə  öldürülmüşdü  (56,102-103).  Başqa  osmanlı  mənbəyində  isə 
Qulaməli xanın öldürülməsində II İraklinin əli olmadığı,  xanın qətlinə onun 
ağılsız təbiəti, İrəvan əhalisi ilə pis rəftar etməsi səbəbi olduğu bildirilmişdi 
(56,95-96). 
Həqiqətən də, Qulaməli xan qısa hakimiyyəti dövründə apardığı 
siyasətlə  xalqın  qəzəbinə  gəlmişdi.  Bir  rus  arxiv  sənədində  göstərilir  ki, 
İrəvan əyanlarını qəzəbləndirən Qulaməli xanın təcrübəsizliyindən istifadə 
edərək,  ana  qohumlarının  və  dayısı  Şamdin  ağanın  əsas  vəzifələri  tutaraq 
dövlət işlərinə müdaxilə etmələri idi. Onların özbaşnalığı xalqın narazılığına 
səbəb  olmuşdu  (3,284-285).  Məhəmməd  xan  1784-cü  il  iyunun  9-də  II 
İrakliyə  yazdığı  məktubda  xalqın  narazılığının  səbəbini  belə  göstərmişdi: 
«
Qulaməli  xan  ağılsız  və  təkəbbürlü  hərəkət  edərək,  rəhmsiz  adamların 
məsləhəti  ilə  pis  işlərə  qoşulmaqla  xalqın  qəzəbinə  səbəb  olmuşdu.  Bu 
səbəbə  görə,  yaxşı  adamların  məsləhət  ilə  ayın  8-də  iki  qardaş  öldürül-
müşdü» (195,184).  
Lakin 
Qulaməli xanın ölümündə II İraklinin əlinin olmaması fikri ilə 
razılaşmaq  olmaz.  Yuxarıda  göstərildiyi  kimi,  Osmanlı  sarayına  və  xoylu 
Əhməd  xana  arxalanan  Qulaməli  xan  öz  siyasətində  II  İrakli  ilə  hesa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə