Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   27   28   29   30   31   32   33   34   ...   164

 
64 
bla
şmırdı.  Buna  baxmayaraq,  uzun  illər  İrəvanda  baş  verən  hadisələrə 
müdaxilə edən və vergi alan Kartli-Kaxetiya çarının burada tərəfdarları az 
deyildi. 
Digər  tərəfdən,  Qulaməli  xanın  siyasətindən  narazı  olan  qüvvələr 
Tiflis 
sarayı ilə əlaqə yaradaraq II İraklini İrəvana dəvət etmək istəyirdilər. 
Rus  arxiv 
sənədinə  görə,  xandan  narazı  olan  yerli  azəri  türklərindən  olan 
ayrumlar 
İrəvanı tərk edərək Şuragölə getmişdilər. Onların başçısı Qaraman 
bəy  digər  ayrum  başçıları  ilə  məsləhətləşərək  II  İraklinin  yanına  elçi 
göndərərək onu inandırmağa çalışırdı ki, «əgər siz əmr etsəniz, İrəvanı ələ 
keçirə  bilərik  və  hakimiyyəti  istədiyiniz  şəxsə  verərik.  Bunyadəli  bəy  və 
onun 
əmisi oğlu Qələndar bəy və qalada yaşayan əhalinin əksəriyyəti bizim-
lə  həmrəydir.  Qalanın  qapısının  və  açarının  həvalə  edildiyi  şəxs  bizim 
qohumumuzdur.  O  deyir  ki, 
əgər  biz  gecə  ora  gəlsək,  qalanı  təhvil 
verəcəkdir» (195,195-196).  Çox  güman  ki,  II  İrakli  bu  imkandan 
yararlanaraq müxalif 
qüvvələri sui-qəsdə təhrik etmişdi. Beləliklə, Qulaməli 
xan 
həm xarici, həm daxili qüvvələrin birgə səyi ilə 1784-cü il iyunun 8-də 
şənbə  günü  qaladan  kənarda  qoşuna  baxış  keçirərkən  müxalf  qüvvələrin 
hücumuna 
məruz qalmış və nəticədə kiçik qardaşı Məhəmmədhəsən və ona 
sadiq 
beş nəfərlə birlikdə öldürülmüşdü (195, 183-184; 190-203). Xanı və 
qardaşını şəxsən öldürənlər İrəvan əyanlarından Bünyadəli Soltan və onun 
əmisi oğlu Qələndar bəy olmuşdu (195,195). 
 Sui-
qəsddən  dərhal  sonra  İrəvan  əhalisinin  əksəriyyəti  Qulaməli 
xanın  12  yaşlı  ögey  qardaşı  Məhəmmədi  xan  seçdilər.  Məhəmməd  xan 
(1784-1805) 
İrəvan taxtında oturan ən uzunömürlü xanlardan biri olmuşdu 
(395,5; 415,164; 84, c.2, 
səh.177). O, Hüseynəli xanın gürcü qızından olan 
oğlu  idi.  Eyni  zamanda  bu  xan  İrəvan  əhalisinin  seçdiyi  yerli  Qacarlar 
sülaləsinin sonuncu nümayəndəsi olmuşdu.  
 
İrəvan  taxtına  sahib  olan  Məhəmməd  xan  ilk  gündən  ona  müxalif 
olan 
qüvvələrin təzyiqi ilə üzləşdi. İrəvan əhalisi iki dəstəyə bölünərək bir–
biri 
ilə  mübarizə  aparırdı.  Birinci  dəstə  Məhəmməd  xanın  tərəfdarları  idi. 
Bu 
dəstəni xoylu Əhməd xan dəstəkləyirdi. İkinci müxalif qüvvənin başında 
isə Makulu Əhməd Soltan dururdu. Qeyd etmək lazımdır ki, Əhməd Sultan 
İrəvan  taxt-tacını  ələ  keçirmək  üçün  çoxdan  fürsət  axtarırdı.  Xalqın 
dəstəklədiyi  Qulaməli  xanın  hakimiyyətə  gəlməsi  onun  bu  planını 
poz
muşdu.  Lakin  xanın  öldürülməsi  ilə  Əhməd  Soltan  yenidən  taxt-taca 
sahib  olmaq 
niyyətinə  düşmüşdü.  S.D.Burnaşov  1784-cü  il  iyulun  25-də 
yazdığı  raportlarının  birində  qeyd  edirdi  ki,  Əhməd  Soltan  İrəvanda  ən 
nüfuzlu 
əyanlardan  biri  idi  və  Arazın  o  tayında  onun  zəngin  malikanələri 
vardı.  O,  planını  həyyata  keçirmək  üçün  Kartli-Kaxetiya  çarı  ilə  əlaqə 
saxlayırdı.  Əhməd  Soltan  öz  oğlunu  məktubla  Tiflisə  göndərərək  itaətini 


 
65 
bildirmişdi.  Məktubda  o,  İrəvan  xanının  çara  xəyanət  etdiyini,  onu 
eşitmədiyini  və  girov  göndərmədiyini  yazırdı.  II  İrakli  isə Mirzə  Gürgenə 
tapşırmışdı ki, Əhməd Soltana bildirsin ki, çar onun İrəvan xanlığının ha-
kimi 
olmasına kömək edəcəkdir (3,16-17).  
O.Markova 
haqlı olaraq yazır ki, «hadisələrin gərgin olduğu bir vax-
tda 
İrəvanda  İraklinin  tərəfdarları  ilə  Osmanlı  dəstəyinə  ümid  edən 
əleyhdarları arasında əsl mübarizə  gedirdi  (192,206).  Bütün  İrəvan  əhalisi 
iki 
qismə bölünərək bir-biri ilə döyüşürdü. Baş verən döyüşlər  nəticəsində 
hər  iki  tərəf  bir-birinə  məxsus  olan  kəndləri  dağıdır  və  qarət  edirdi.  Bu 
ədalətsizliyə  dözməyən,  talanın  qarşısında  aciz  qalan  əhalinin  bir  hissəsi 
çıxış yolunu Osmanlı ərazisinə sığınmaqda görürdü. Özbaşına qalmış əkin 
sahələrinin bir hissəsi susuzluqdan məhv olmuş, digər hissəsini isə qarətçilər 
talan 
etmişdi (6,961-962). 
İrəvanda baş verən hadisələrdə Kartli-Kaxetiya çarının əli olduğunu 
bilən və bunun qarşısını almağa çalışan İrəvan ağsaqqalları, nüfuzlu şəxslər 
ilk 
gündən  Tiflis  sarayı  ilə  əlaqəyə  girmişdilər.  Qulaməli  xanın  sui-
qəsdindən  bir  neçə  gün  sonra  İrəvanın  nüfuzlu  şəxslərindən  98  nəfərinin 
imzası ilə II İrakliyə məktub göndərilmişdi. 1784-ci il iyunun 9-12 arasında 
g
öndərilmiş məktubda Qulaməli xanın öldürülməsinin səbəbi göstərilməklə 
bərabər  qeyd  edilirdi  ki, «İrəvan  əhalisi,  həm  əyanlar,  həm  də  sadə  xalq 
qar
daşının yerinə onu (Məhəmmədi-E.T.) xan seçmişdir. Əlahəzrətdən xahiş 
edirik  ki, 
mərhəmət  göstərərək  onun  xanlığını  təsdiq  edən  fərman 
göndərəsiniz. Sonra bütün cəmiyyətə əmr edəsiniz ki, bu haqda xalq bilsin» 
(195,183). 
Başqa  bir  sənəddə  deyilir  ki,  Məhəmməd  xanın  tərəfdarları  II 
İraklinin dəstəyini almaq üçün tələsik Hacı Həsənəli bəyi və məlik Abramı 
Tiflisə  göndərmişdi.  Elçilər  Tiflisə  gələrək,  irəvanlıların  adından  çara 
sədaqətli  olacaqlarına  söz  verərək,  Məhəmməd  xanın  hakimiyyətini 
dəstəkləməyi  xahiş  etmişdilər.  II  İrakli  isə  xanı  təbrik  etmək  üçün  Mirzə 
Gürgeni xüsusi 
məktub və xələtlə İrəvana göndərdi (195,195-196).  
Əslində II İrakli İrəvanda baş verən hadisələrdən istifadə edərək yeni 
xanı özünə tabe etmək qərarına gəlmişdi. Lakin onun planını Bəyazid ha-
kimi 
İshaq  paşa  və  xoylu  Əhməd  xan  pozmuşdu.  Belə  ki,  İrəvanda  ara 
qar
ışan  kimi  İshaq  paşa  Xoy  xanı  ilə  əlaqəyə  girmiş,  Əhməd  xanın 
nümayəndəsi  Mirzə  Əbdülhəsən  və  İshaq  paşanın  xəzinədarı  Rizvan  ağa 
xanın  adına  yazılmış  fərman  və  məktubla  İrəvana  göndərilmişdi.  Onların 
səyi  nəticəsində  əhali  arasında  iğtişaş  yatırılmış  və  ittifaq  yaranmışdı.  II 
İrakli  tərəfindən  göndərilən  Mirzə  Gürgen  70-80  süvari  ilə  İrəvana  daxil 
olanda 
artıq  gec  idi.  Məhz  bu  səbəbdən  çarın  adamları  Tiflisə  geri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə