Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   ...   164

 

A.Çaqarelinin 
redaktəsi ilə nəşr edilmiş digər sənədlər toplusu isə iki 
hissədən ibarətdir (128). Bu sənədlərdə XVIII əsrin 60- cı illərin sonu- XIX 
əsrin  əvvəllərinə  aid  İrəvan  xanlığının  siyasi  vəziyyəti,  onun  Kartli-
Kaxetiya 
çarlığı, Rusiya, Qacar İranı və Osmanlı dövlətləri ilə münasibətləri 
ilə bağlı xeyli məlumatlar vardır. 
İrəvan  xanlığına  aid  bir  çox  arxiv  materialları  1936-cı  ildə  nəşr 
olunmuş  topluda  öz  əksini  tapmışdı  (184).  Bu  iki  cildlik  topluda  digər 
Azərbaycan  xanlıqları  ilə  yanaşı  İrəvan  xanlığının  dövlət  quruluşu,  hərbi 
qüvvələri, torpaq mülkiyyəti formaları, vergi sistemi, əhalinin silki quruluşu 
haqqında müəyyən məlumatlar vardır. 
1960-
cı ildə Tbilisidə çap olunmuş sənədlər külliyatının da mövzunun 
tədqiqində  böyük  əhəmiyyəti  olmuşdur  (195).  Külliyatda  Kartli-Kaxetiya 
çarlığının  Qafqaz  xalqları  ilə  siyasi  və  ticarət  münasibətlərindən  bəhs 
edilməsinə  baxmayaraq,  sənədlərdə  İrəvanla  bağlı  hadisələr  də  öz  əksini 
tapmışdı.  Burada  Hüseynəli  xanın  (1759-1783)  vəfatından  sonra  İrəvanda 
baş vermiş hadisələr, onun oğlanlarının- Qulaməli xanla Məhəmməd xanın 
hakimiyyətə gəlməsi ilə bağlı məlumatlar təsvir edilmişdi. 
İrəvan  xanlığına  aid  dörd  cilddən  ibarət  arxiv  sənədlərinin  xeyli 
hissəsi «Erməni-rus münasibətləri» adı ilə müxtəlif illərdə nəşr olunmuşdur 
(69; 70; 71). Külliyyatda RMDHTA, 
RİXSA, və Matenadarandan toplanmış 
zəngin  məlumatlar  vardır.  Burada  rus  zabilərinin  İrəvan  xanlığı  haqqında 
kəşfiyyat  məlumatları,  irəvanlılara  xəyanət  edən  ermənilərin  qeyri-rəsmi 
məktubları toplanmışdı. Bu sənədlərdə İrəvan xanlığının qonşu xanlıqlar və 
ölkələrlə siyasi münasibətləri, əhali haqqında məlumat öz əksini tapmışdır. 
Lakin  toplunun 
adından  göründüyü  kimi,  müəlliflər  bu  arxiv  sənədlərini 
ermənilərin adına çıxmışlar.    
«
Şərqi  Ermənistanın  Rusiyaya  birləşdirilməsi»  adlı  digər  sənədlər 
toplusunda 
isə  1801-1813  cü  illərdə  baş  verən  hadisələrlə  bağlı  arxiv 
sənədləri  toplanmışdır  (326).  Topluda  RMDHTA,  Gürcüstan  Respublikası 
MDTA 
və  Ermənistanda  Matenadarandan  çıxarılmış  sənədlər  nəşr 
olunm
uşdu. Sənədlər içərisində İrəvan xanlığının  Rusiya, İran və Osmanlı 
dövlətləri  ilə  siyasi  münasibətlərinə  aid  arxiv  materialları  da  vardır. 
Toplunun 
adından  görünür  ki,  çap  edilən  sənədlərdə  yalnız  İrəvan 
xanlığından söhbət getdiyi haldı, ermənilər bu xanlığı heç bir əsası olmadan 
Şərqi Ermənistan kimi qələmə vermişlər. 
İ.Şopenin «Rusiya imperiyasına birləşdiyi dövrdə Erməni vilayətinin 
tarixi 
abidələrinin  vəziyyəti»  əsəri  (415)  İrəvan  bölgəsinin  tarixi,  tarixi 
coğrafiyası  və  əhalisini  öyrənmək  üçün  ən  mühüm  mənbədir.  Statistik 
məlumata  söykənən  bu  əsər  işğaldan  sonra  çar  icra  orqanları  tərəfindən 


 

həyata keçirilən siyahıyaalınma nəticəsində tərtib edilmişdi. Belə ki, İrəvan 
xanlığının  işğalını  həyata  keçirən  rus  qoşunlarının  baş  komandanı  qraf 
Paskeviçin 
təşəbbüsü ilə bu bölgəni Rusiyanın xammal bazarına çevirmək, 
gəlir  mənbələrini  dərindən  öyrənmək  üçün  1829-cu  ilin  aprelindən 
siyahıyaalınma  keçirilməyə  başlanmış  və  1832-ci  ilin  mayında 
tamamlanmışdır.  Əsərin  «Erməni  vilayəti»  adlanmasi  Rusiyanın  işğaldan 
sonra 
Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi. Belə 
ki, 
İrəvan  və  Naxçıvan  xanlıqları  işğal  edildikdən  sonra  1828-ci  il  martın 
21-
də çar I Nikolayın xüsusi fərmanı ilə bu iki xanlığın ərazisində «Erməni 
vilayəti»  adlı  inzibati-ərazi  vahidi  yaradılmışdı.  Əsərdə  İrəvan  bölgəsinin 
siyasi tarixi, 
coğrafiyası, iqlimi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənətkarlığı, 
məişəti,  adətləri,  suvarma  sistemi,  bitkiləri,  yerli  çəki  və  ölçü  vahidləri, 
vergilər,  inzibati-ərazi  bölgüsü,  əhalinin  sayı,  etnik  və  dini  tərkibi  və  s. 
haqqında  zəngin  statistik  məlumatlar  toplanmışdı.  Lakin  işğaldan  sonra 
həyata  keçirilən  bu  siyahıyaalınmaya  ehtiyatlı  yanaşmaq  və  digər 
mənbələrlə  müqayisə  etmək  lazımdır.  Çünki  işğal  prosesində  İrəvan 
xanlığının ərazisi və əhalinin əksəriyyətini təşkil edən Azəri türkləri çoxlu 
itkiyə  məruz  qalmış,  erməni  əhalisi  əksinə  rusların  köçürmə  siyasəti 
nəticəsində  çoxaldılmışdı.  Digər  tərəfdən  İrəvan  bölgəsinin  siyasi  tarixinə 
toxunan 
müəllif  erməni  mənbələrinin  təsirinə  düşmüş  və  onun  tarixini 
ermənilərlə bağlamışdı.  
Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-ayrı rus 
məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan biri 1783-1787-
ci 
illərdə  Rusiyanın  Kartli-Kaxetiya  sarayında  nümayəndəsi  olmuş,  rus 
səyyahı və diplomatı S.D.Burnaşovun «İranda Azərbaycan əyalətinin təsviri 
və onun siyasi vəziyyəti» əsəridir (82). Bu əsərin əhəmiyyəti ondan ibarətdir 
ki, 
müəllif  İrəvan  da  daxil  olmaqla  bütün  xanlıqların  yerləşdiyi  ərazini 
«Adrebijan» 
yəni  Azərbaycan  adlandırır.  Bu  faktın  özü  İrəvan  xanlığının 
Şərqi  Ermənistan  adlandıran  erməni  müəlliflərinə  tutarlı  bir  cavabdır. 
Əsərdə  İrəvan  xanlığının  qonşu  xanlıqlar  ilə  siyasi  münasibətləri,  hərbi 
qüvvələri,  sərhədləri,  coğrafi  mövqeyi,  əhalisinin  etnik  tərkibi,  sayı 
haqqında  qısa  da  olsa  məlumat  verilmişdir.  S.D.Burnaşovun  bu  əsərində 
maraq 
doğuran  məlumatlardan  biri  də  Makunu  İrəvan  xanlığının  tərkib 
hissəsi kimi təqdim etməsidir.  
Bundan 
əlavə,  S.D.Burnaşovun  müxtəlif  illərdə  P.S.Potyomkinə 
yazdığı  məktubları  A.A.Çaqareli  tərəfindən  «1783-1787-ci  illərdə 
Gürcüstanda 
olmuş S.D.Burnaşovun tərcümeyi-halı və fəaliyyəti üçün yeni 
materiallar» 
adı  altında  Sankt  Peterburqda  nəşr  edilmişdir  (83).  Əsərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə