Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   ...   164

 

Azərbaycan xanları və eləcə də İrəvan xanlığı haqqında kəşfiyyat xarakterli 
məlumat vardır.    
1816-1817-ci 
illərdə A.P.Yermolovun başçılığı ilə Rusiya dövlətinin 
Tehrana 
göndərdiyi nümyəndə heyətinin tərkibində məsləhətçi kimi iştirak 
etmiş  A.Y.Sokolovun  verdiyi  məlumatlar  da  çox  dəyərlidir  (403;  404).  
A.Y.Sokolovun 
əsərlərində XIX əsrin əvvəllərində Pəmbək hadisələri, sabiq 
Axalkələki  hakimi  Şərif  paşanın  başladığı  üsyan,  Qacar  İran  dövlətinin 
Cənubi Qafqazla bağlı planları, əhali haqqında məsələlər, Hüseynqulu xanın 
şəxsiyyəti haqqında xeyli məlumat toplanmışdır. 
Ermənilərin  İrəvan  xanlığına  köçürülməsinin  təşkilatçılarından  biri 
olan 
yazıçı  və  diplomat  A.S.Qriboyedovun  «Gündəlik»  və  məktubları 
mövzumuz üçün böyük 
əhəmiyyəti vardır. Bu sənədlərin əksəriyyəti 1889-
ci 
ildə  Sankt-Peterburqda  nəşr  olunmuşdu  (129).  Sənədlərdə  Hüseynqulu 
xanın  şəxsiyyət  və  fəaliyyəti,  İrəvan  qalası,  ermənilərin  köçürülməsi 
haqqında maraqlı məlumatlara rast gəlmək olar. A.S.Qriboyedov hadisələrin 
canlı  şahidi  olduğundan  bu  məlumatların  İrəvan  xanlığının  tarixinin 
öyrənilməsində əhəmiyyəti misilsizdir.   
Mövzunun 
tədqiqində  erməni  mənbəlrindən  də  istifadə  olunmuşdur. 
Bu 
mənbələrdən  S.İrəvanlının  1958-ci  ildə  Moskvada  nəşr  olunmuş 
«Cambr» 
əsərini  qeyd  etmək  olar  (153). 1763-1780-ci  illərdə  erməni 
katolikosu 
olmuş  S.İrəvanlının  bu  əsəri  Eçmiədzinin  tarixinə,  onun 
təsərrüfat həyatına, mülkiyyət məsələlərinə həsr edilsə də, Hüseynəli xanın 
fəaliyyəti,  onun  İrəvan  xanlığını  II  İraklinin  asıllığından  azad  etmək  üçün 
apardığı  müharibələri,  kənd  təsərrüfatını  inkişaf  etdirmək  üçün  gördüyü 
tədbirləri,  vergi  sistemi  haqqında  da  bəhs  edilmişdir.  Mənbə  İrəvan 
xanlığının  XVIII  əsrin  60-80-ci  illərini  öyrənmək  baxımından  əhəmiyyətə 
malikdir. 
Nəşr  olunmuş  erməni  mənbələrindən  biri  də  Yeqor  Xubovun 
«
Ermənistanda unudulmaz hadisələrin təsviri» əsəridir (410). Əsər 1811-ci 
ildə Sankt Peterburqda çap olunmuşdur. Erməni katolikosu Simonun bacısı 
oğlu olan Y.Xubov birinci İrəvan döyüşünün canlı şahidi idi. O, Məhəmməd 
xanın  şah  qoşununa  qarşı  mübarizədə  kömək  almaq  məqsədilə  rus 
komandanlığı  ilə  aparılan  danışıqlarda  nümayəndə  heyətinin  tərkibində 
iştirak etmişdi. Mal-mülk sahibi və geniş bağ sahəsi olan Y.Xubov sonralar 
ruslar 
tərəfinə  keçmişdi.  Onun  əsəri  1779-cu  ilin  sentyabrında  Hüseynəli 
xanla  II 
İrakli  arasında  baş  vermiş  döyüş  və  onun  acı  nəticələri,  Kartli-
Kaxetiyaya  çoxlu 
əsirlərin  aparılması  və  onların  çoxusunun  əsirlikdə 
ölməsi,  ermənilərin  İrəvan  xanına  xəyanəti  kimi  hadisələrlə  başlamışdı. 
Mənbədə  qısa  da  olsa  1796-cı  ildə  qraf  V.Zubovun  başçılığı  ilə  rus 


 
10 
qoşunlarının Azərbaycana hücumu, Ağa Məhəmməd şah Qacarın İrəvan və 
Naxçıvan xanlarını cəzalandırması, İrəvan xanı Məhəmməd xanın xanlığın 
müstəqilliyini  qorumaq  naminə  Rusiya  və  Qacar  İran  dövlətləri  arasında 
siyasi 
manevr 
etməsindən,  onun  əvvəlcə  şah  qoşununa  qarşı 
S.D.Sisianovdan 
kömək  istəməsi,  bunun  üçün  Tiflisə  nümayəndə  heyəti 
göndərməsi,  irəvanlıların  əvvəlcə  şah  qoşununa,  sonra  isə  rus  qoşununa 
qarşı  mübarizəsi  ətraflı  təsvir  edilmişdir.  Daha  sonra  əsərdə  İrəvan 
xanlığının  əhalisi  və  inzibati  ərazi  quruluşu  haqqında  məsələlər  öz  əksini 
tapmışdır.  Lakin  erməni  ənənəsinə  sadiq  qalan  Y.Xubov  heç  bir  əsası 
olmadan 
İrəvan xanlığı ətrafında cərəyan edən hadisələri Ermənistanda baş 
verən hadisə adlandırmışdı. Əsərin adı ilə məzmununun uyğun gəlməməsi 
erməni saxtakarlığını ifşa etmək üçün əla faktdır.   
Erməni  mənbələrindən  biri  də, «A.Araratlının  həyatı»  əsəridir  (67). 
Memuar  xarakterli  bu 
əsərdə,  XVIII  əsrin  70-90-cı  illərində  İrəvan 
xanlığının tarixi ilə bağlı maraqlı faktlar öz əksini tapmışdır. Əsərdə 1779-
cu 
ildə Kartli-Kaxetiya çarı II İraklinin İrəvana üçüncü yürüşü, bu yürüşün 
acı  nəticələri,  minlərlə  irəvanlının  əsir  aparılması,  onların  çoxusunun 
aclıqdan,  dözülməz  hava  şəraitindən  yollarda  tələf  olması  ətraflı  təsvir 
edilmişdir.  Daha  sonra  mənbədə  1785-ci  ildə  dağıstanlıların  Kartli-
Kaxetiyaya 
yürüş edərkən İrəvana hücumları, Ağa Məhəmməd şah Qacarın 
Cənubi Qafqaza yürüşü, bu yürüşə qarşı İrəvan xanının tədbirləri haqqında 
xeyli 
məlumatlar vardır. 
Mövzunun 
tədqiqində Türkiyə dövlət arxivlərində saxlanılan osmanlı 
mənbələrindən  də  istifadə  olunmuşdur.  Bu  mənbələr  «Osmanlı  dövləti  ilə 
Azərbaycan türk xanları arasında münasibətlərə dair arxiv bilgiləri» adı ilə 
iki 
cilddə nəşr edilmişdir (56; 57). Bu arxiv sənədlərinin əhəmiyyəti ondadır 
ki,  bu 
sənədlərdə  İrəvan  xanlığı  Azərbaycan  xanlıqlarından  biri  kimi 
dəyərləndirilmişdi.  Sənədlərdə  İrəvan  xanlarının  Osmanlı  sarayı  ilə 
yazışmaları,  sultanın  fərmanları,  Rusiya,  Kartli-Kaxetiya  və  İran  təcavüzü 
ilə bağlı Osmanlı paşalarının  rəsmi məktubları öz əksini tapmışdı. Osmanlı 
sənədləri  İrəvan  tarixi  ilə  bağlı  bəzi  siyasi  hadisələrə  Osmanlı  dövlətinin 
münasibətinin öyrənilməsi baxımından əhəmiyyətlidir. 
Yerli 
mənbələrdən səyyah və coğrafiyaşünas Z.Şirvaninin «Bustanüs-
səyahə»  adlı  səyahətnaməsinin  monoqrafiyanın  yazılmasında  böyük 
əhəmiyyəti  vardır.  Əslən  şamaxılı  olan  Z.Şirvani  ömrünün  40  ilini 
səyahətdə  keçirmişdir.  O,  Azərbaycan,  Orta  Asiya,  İran,  İraq,  Əfqanıstan, 
Fələstin, Osmanlı dövlətində və s. ölkələrdə olmuş və gördükləri haqqında 
qeydlər  aparmışdır.  Bu  qeydlər  əsasında  səyyah  bir  neçə  əsər  yazmışdır. 
Onlardan  biri 
də  «Bustanüs-səyahə»  adlı  səyahətnamədir  (420).  Z.Şirvani 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə