Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   ...   164

 
11 
bu 
əsəri 1832-ci ildə yazmış və ölümündən sonra 1896-cı ildə Tehranda nəşr 
olunmuşdur. Səyahətnamənin IV fəslində  Azərbaycanın 30-a qədər şəhər, 
kənd və s. məntəqəsi təsvir edilmiş, onların əlifba sırası ilə izahı verilmişdir. 
Onun 
İrəvan  haqqında  verdiyi  məlumatı  xüsusilə  əhəmiyyətlidir. 1826-cı 
ildə  İrəvanda  olan  səyyah  səyahətnaməsində  buranın  Azərbaycan  ərazisi 
olduğunu,  əhalinin  türkcə  danışdığını  və  burada  çox  az  xristian  əhalisinin 
yaşadığını xüsusi qeyd etmişdir. Bu fakt erməni müəlliflərinin saxtakarlıqla 
İrəvanda  erməni  əhalisinin  çoxluq  təşkil  etməsi  haqqında  boşboğazlığına 
tutarlı cavabdır.     
İrəvan  xanlığının  tarixi  ilə  bağlı  bir  çox  məsələlər  Qarabağ  xanlığı 
tarixindən bəhs edən müəlliflərin əsərlərində də öz əksini tapmışdı. Səlnamə 
xarakterli  bu 
əsərlər toplanaraq, 2 kitabda «Qarabağnamələr» adı ilə 1989-
cu 
və  1991-ci  illərdə  nəşr  edilmişdir.  Bu  nəşrlərdə  toplanmış  Mirzə 
Adıgözəl  bəyin,  Mirzə  Camal  Cavanşirin,  Əhməd  bəy  Cavanşirin,  Mirzə 
Yusif 
Qarabağinin, Mir Mehdi Xəzaninin əsərlərində (41; 37; 23; 38; 32) 
Ağa Məhəmməd şah Qacarın yürüşləri ərəfəsində Cənubi Qafqazdakı siyasi 
vəziyyət,  İrəvan  xanı  da  daxil  olmaqla  bəzi  xanların  ona  qarşı  ittifaq 
yaratmasından,  İrəvan  xanlığının  şah  qoşunlarına  müqaviməti,  birinci  və 
ikinci  Rusiya-
İran  müharibələri  dövründə  İrəvan  xanlığının  hərbi-siyasi 
vəziyyətindən bəhs edən xeyli faktlar toplanmışdır. Bu mənbələrdə diqqəti 
cəlb  edən  əsas  məsələlərdən  biri,  Pənahəli  xanın  dövründə  vaxtilə  İrəvan 
x
anlığının Göycə mahalına daxil olan Tərtər çayına qədər şərq torpaqlarının 
Qarabağ  xanlığı  tərəfindən  işğal  edilməsidir.  Bu  faktın  İrəvan  xanlığının 
siyasi 
sərhədlərinin dəqiqləşdirilməsində böyük əhəmiyyəti vardır. 
Mövzunun 
tədqiqində A.Bakıxanovun «Gülüstani-İrəm» əsərindən də 
istifadə  olunmuşdur  (76).  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  tarixinin 
sistemli 
şəkildə  tədqiq  edilməsinə  ilk  dəfə  cəhd  göstərən  A.Bakıxanov 
(1794-1846) 
olmuşdur.  O,  XIX  əsrin  əvvəllərində  baş  vermiş  siyasi 
hadisələrin və hər iki Rusiya-İran müharibələrinin canlı şahidi və iştirakçısı 
olduğu  üçün  onun  əsəri  Azərbaycan  tarixşünaslığında  ilkin  qaynaq  kimi 
dəyərləndirilir. «Gülüstani-İrəm»  əsəri  Azərbaycan  və  Dağıstan  tarixinin 
qədim  dövrlərindən  1813-cü  ilədək,  yəni  Gülüstan  sülhünün  bağlandığı 
zamanadək olan bir dövrü əhatə edir. Monoqrafiyanın tədqiqində bu əsərin 
beşinci  fəslindən  istifadə  edilmişdir.  Bu  bölmədə  birinci  və  ikinci  İrəvan 
döyüşləri, bu döyüşlərdə irəvanlıların rus qoşunlarını məğlub etməsi, əhali 
ilə  bağlı  hadisələr  haqqında  verdiyi  məlumatlar  xususilə  əhəmiyyətlidir. 
Onun 
İrəvan  əmrlərinin  və  əhalisinin  əksəriyyətinin  Azərbaycan 
türklərindən olan Qacarlara məxsusluğunu göstərməsi önəmli faktdır.  


 
12 
A.
Bakıxanovun  1983-cü  ildə  nəşr  olunmuş,  müxtəlif  illərdə  yazdığı 
əsər,  qeyd  və  məktublarından  da  istifadə  olunmuşdu  (75).  Bu  əsərdə 
xanlıqların  idarəçilik  sistemi,  əhalinin  sosial  təbəqələri  haqqında  verdiyi  
məlumatları mövzumuz üçün böyük əhəmiyyəti vardır. 
İrəvan  xanlığının  tarixinə  aid  zəngin  faktlar  rus  qafqazşünaslarının 
əsərlərində  də  mövcuddur.  Bu  qafqazşünasların  bəzisi  rus  qoşunlarının 
bölgəyə  hərbi  yürüşlərində  iştirak  etmiş  və  hadisələrin  canlı  şahidi 
olmuşdular. Ona görə də onların yazdıqları əsərləri mənbə xarakterli hesab 
etmək  olar.  Əsərlərdə  ayrı-ayrı  hadisələrin  təsvir  edilməsində  zəngin 
mənbələrdən  istifadə  edildiyinə  görə  əhəmiyyətlidir.  Belə  müəlliflərdən 
S.B.Bronevski  (1763-1830) 1796-
cı  ildə  V.Zubovun  başçılığı  il  rus 
qoşunlarının  Azərbaycana  yürüşünün  iştirakçısı  olmuş  və  1802-1808-ci 
illərdə  Qafqazda  hərbi  xidmətini  davam  etdirmişdi.  O,  Cənubi  Qafqazda 
olduğu müddətdə bu bölgənin tarixi, etnoqrafiyası və coğrafiyası ilə bağlı 
məlumatlar  əldə  etmiş,  1823-cü  ildə  özünün  iki  cildlik  əsərini  nəşr 
etdirmişdi.  Mövzunun  tədqiqində  onun  əsərinin  birinci  cildindən  istifadə 
olunmuşdur  (81).  Bu  kitabda  İrəvan  xanlığı  daxil  olmaqla  Azərbaycan 
xanlıqlarının tarixi, dövlət quruluşu, əhalisi, əhalinin sosial tərkibi haqqında 
məlumat verilmişdir.  
Rus 
qafqazşünasları  arasında  Azərbaycan  xanlıqları  və  xüsusilə, 
İrəvan xanlığı haqqında məlumat verən müəlliflərdən biri də P.Q.Butkovdur 
(1775-1857).  O, 1796-
cı  ildə  rus  qoşunlarının  Azərbaycana  yürüşünün 
iştirakçısı  olmuşdu.  Uzun  müddət  Qafqazda  hərbiçi  işləmiş  P.Q.Butkov 
burada 
müxtəlif diplomatik və hərbi sənədlərlə tanış olmuş və sonralar bu 
sənədlər  əsasında  özünün üç  cildlik  əsərini  yazmışdı  (84).  Əsər  I  Pyotrun 
başçılığı  ilə  rus  qoşunlarının  Xəzərsahili  ərazilərə  yürüşündən  başlayaraq 
1803-cü 
ilədək olan bir dövrü əhatə edir. Burada Azərbaycan tarixinə dair 
zəngin  məlumat  toplanmışdır.  Əsərdə  İrəvan  xanlığının  siyasi  tarixi,  ayrı-
ayrı  xanlıqlar,  dövlətlər  arasında  olan  münasibətləri,  əhalisi,  əhalinin 
emiqrasiyası məsələləri də öz əksini tapmışdır. 
Bu 
əsərdə  tədqiqatımız  üçün  ikinci  dərəcəli  əhəmiyyəti  olan  digər 
mənbələrdən  də  istifadə  edilmişdi.  Ona  görə  ki,  bu  mənbələrdə  əsas 
mənbələrdə olmayan bu və ya digər məlumatlar vardır. 
Tarixşünaslıq 
İrəvan  xanlığının  tarixini  öyrənmək  üçün  istifadə  olunan  tarixi 
əsərləri  bir  neçə  qrupa  bölmək  olar.  Birinci  qrupa  Oktyabr  çevrilişinə 
qədərki  ayrı-ayrı  toplu  və  jurnallarda  nəşr  edilmiş  əsərlər  daxildir.  Qeyd 
etmək lazımdır ki, XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda geniş 
işğallara  başlaması  ilə  rus  hakim  dairələrinin  bu  diyarı  siyasi  və  iqtisadi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə