Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   113   114   115   116   117   118   119   120   ...   164

 
239 
Tiyul 
xəzinə,  mülk,  habelə  xana  məxsus  torpaqlar  hesabına 
pay
lanırdı.  Tiyuldara  tiyul  torpaqlarında  sakin  olan  kəndlilərdən  vergi 
götürmək səlahiyyəti verilirdi. Tiyul hüququ onun sahibinə bilavasitə vergi 
siyahısından  silinmiş,  bağışlanılmış  kəndlərdə  yerləşmək  hüququ  verirdi. 
Tiyul tor
paqlarında yaşayan kəndlilərdən yığılan bütün vergi və kəndlilərin 
icra 
etdikləri mükəlləfiyyət tiyuldarın xeyrinə sərf edilirdi. Burada vergilər 
müəyyən  olunmuş  miqdardan  yuxarı  olmamalı  idi.  Əks  halda  əhali  xəsis 
sahibkarı  tərk  edərək,  digər  ərazilərə  gedə  bilərdi  (415,928-929).  İrəvan 
xanlığında tiyulun mükafatlandırma, bəxşiş və arpalıq kimi 3 növü vardı 
(415,929).  Tiyulun 
mükafatlandırma  forması  adətən  xana  yaxın 
hərbiçilərə, dövlət aparatında işləyən mülki şəxslərə, elm adamlarına və hət-
ta din 
xadimlərinə hədiyyə verilirdi. Məsələn, Hüseynqulu xan hərbiçilərdən 
sartip 
Məhəmməd xana, sərhəng Əhməd xana, topçubaşı Cəlil bəyə və digər 
hərbiçilərə mükafat olaraq tiyul paylamışdı (415,929). Elm və fəzilət adam-
ları  da  bu  cür  mükafat  alırdı.  XVIII  əsrin  80-ci  illərin  əvvəllərində 
Hüseynəli xan elm adamlarının birinə Şərur mahalının Muğancıq kəndi əra-
zisində iki dank əkin sahəsi bağışlanması haqqında təliqə vermişdi. Təliqədə 
göstərilirdi  ki, «…Bununla  əlaqədar  olaraq…  həyatını  layiqincə  təmin 
etmək  məqsədilə  böyük,  qüdrətli  ali  vəkilin  xassə  (dövlət-E.Q.)  torpaqları 
hesabına Şərur mahalının Muğancıq kəndi ərazisində iki dank əkin sahəsini 
ona 
bağışladıq.  O,  hörmətli  şəxs  bizim  təliqəmiz  əsasında  bundan  bir  az 
əvvəl ona bağışlanan rəncbərlər vasitəsilə əkib biçmək işi ilə məşğul olub, 
əldə  edilən  gəliri  özünün  gündəlik  xərcinə  sərf  etsin.  Bayram  Sultan  və 
həmin  mahalın  yüksək  rütbəli  kəndxudalarına  göstərilən  iki  dank  əkin  sa-
həsinin  qeyd  olunan  adamın  rəncbərlərinin  ixtiyarına  verilməsi  əmr  edilir 
(39,107-108).  Tiyulun 
mükafatlandırma forması istisna halda atadan oğula 
keçə  bilərdi.  Bunun  üçün  oğul  atanın  vəzifəsini  tutmalı  və  sərdarın  xid-
mətində olmalı idi (415,930).   
Tiyulun 
bəxşiş forması əvvəlki tiyul sahibinin xidməti başa çatdıqda 
və öldükdə geri alınan torpaqların digər şəxsə verilməsi ilə yaranırdı. İrəvan 
xanları tiyulun bu növünü mülk torpaqları hesabına da paylayırdı. Belə ki, 
xanlar iri 
mülkədarların nüfuzunu zəiflətmək üçün onlara məxsus kəndlərin 
bəzisini özünə yaxın şəxslərə bəxşiş olaraq verirdi. Bəxşiş sahibləri öldükdə 
onlara 
məxsus  torpaqlar  ləğv  edilir,  əvəzində  bu  torpaqlar  yeni  tiyul  sa-
hibinə verilirdi (415,929).  
Tiyulun  «
arpalıq» adlanan digər forması da vardı. Bu siyasi vəziy-
yətlə  əlaqədar  olaraq  qonşu  xanlıqlardan  İrəvana  pənah  gətirmiş  nüfuzlu 
şəxslərə  müvəqqəti  verililmiş  torpaq  sahəsi idi. Məsələn, bütün  Dərələyəz 
mahalı  gürcü  şahzadəsi  Aleksandra,  Sürməli  mahalının  beş  kəndi  isə 


 
240 
Hüseyn 
ağa Zilanlıya, bir kənd Süleyman ağa Zilanlıya tiyul- arpalıq ver-
ilmişdi (415,930, 936). 
Xanlıq  işğal  olunduqdan  sonra  burada  keçirilən  kameral  si-
yah
ıyaalınmada  tiyul kəndlərinin sayı haqqında ikili məlumat verilmişdir. 
Bu 
həm Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına 
təqdim  etdiyi,  həm  də  yerli  əhalinin  verdiyi  məlumatdır. Hər iki  məlumat 
əsasında  aşağıdakı  4.2  cədvəli  İrəvan  xanlığında  olan  tiyul  torpaqlarının 
sayını əyani əks etdirir: 
Cədvəl 4.2. 
 
Vəzir Mirzə 
İsmayılın ver-
diyi 
məlumat 
 
Kameral 
təs-
vir 
zamanı 
əhalinin 
məlumatı 
əsasında  
Sahi
bkarın adı 
Qeyd 






 
Qırxbulaq 
mahalında 
 
 
 
 

 

Cüvrüs 
Hümmət və Hacı 
bəy qardaşları 
 

 

Ağazor 
Axund-
Şeyx-ül-
islam 
 

Baş kənd 

Başkənd 
Səlim bəy 
 

Ərinc 

Ərinc 
Məlik Saak-
Ağamalov 
 
 
 

Kitiran 
Axund molla-
Əliabbas 
 
 
 

Pyütkni 
Yüzb
aşı Qaragöz 
adlananVartan-
Minasarov 
 

Meqyüb 

Meqyüb 
 
 

İllar 

İllar 
Məlik Saak və 
Ağababa sultan  
Məlik Saak 
öldükdən sonra 
mülkünün bir 
hissəsi qardaşı 
Simon sultan 
keçir  

Dəlləkli 
 
 
Mirzə İsmayıl 
 

Kankan 
 
 
Sübhanqulu xan 
Həmçinin 
 
Zəngibasar 
mahalı 
 
 
 
 

Carbaq 
 
 
 
 
 
 

Ağcaqışlaq,3 
axça 
Sartip xan 
Sartip 
öldükdən 
sonra tiyul 
ləğv 
olunur 


 
241 
 
 

Dəmirçi 
şöllü,3 axça 
Hümmət bəy 
 
 
 

Reyhanlı 
Qazi molla 
Kərim 
 
 
 

Sarıcalar 
Yarısı Sartip xanın, 
yarısı Ələsgər bəyin 
Birincinin 
qaçması, 
ikincinin 
ölümündən 
sonra tiyul 
ləğv 
olunmuşdu 
 
Gərnibasar 
mahalı 
 
 
 
 
 
 

Ağqəmzəli 
 
 
 
 

Qaratəpə 
Mehdi 
bəy 
 
 
 

Qaradağlı 
 
 
 
 

Xaratlı 
 
 

Əlibaşı 

Əlibaşı 
Ağamirzə bəy 

qaçdıqdan 
sonra tiyul 
ləğv 
olunmuşdur 

Çinaxanlı 

Çinaxanlı 

Buzovənd-
axund 

Buzovənd-
axund 
Yarısı İrəvan 
məscidinə, yarısı isə 
axund 
Şeyx-ül-
islama 
məxsus idi 
Şeyx-ül-islamın 
ölümündən 
sonra ona 
məxsus tiyul 
ləğv edilmişdi 
 
 

Ağcaqışlaq 
Vəzir Mirzə İsmayıl  O İrana 
getdikdən sonra 
kənd xəzinənin 
ixtiyarına 
keçmişdi 
 
 

Arpa 
Molla 
Kazım 
Onun 
ölümündən 
sonra tiyul 
ləğv 
olunmuşdu 
 
Vedibasar 
mahalı 
 
 
 
 
 
 

Əsni 
Həsən sultan 
Onun 
ölümündən 
sonra tiyul 
ləğv 
edilmişdi 
 
Şərur mahalı 
 
 
 
 
 
 

Noraşen sufla 
Əliməhəmməd bəy 
 

Aralıq Kəlbəli 
xan 

Aralıq Kəlbəli 
xan 
Yarısı Naxçıvan 
naibinin 
 
 
 

Aralıq 
Məhəmmədəli 
bəy 
Məhəmmədəli bəy 
Ölümündən 
sonra tiyul 
ləğv 
edilmişdi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə