233
Cədvəldən göründüyü kimi, 1829-1832-ci illərdə həyata keçirilən
siyahıyaalınmada Göyçə, Dərəçiçək və Abaran mahallarında meyvə və
üzüm
bağlarının sayı göstərilməmişdi. Bu mahallar müharibələr dövründə
ən çox dağıntıya məruz qaldığından burada meyvə bağları qeydə
alınmamışdı. Lakin xanlıq ərazisində dağıdılmış meyvə bağlarına da rast
gəlinirdi. Bununla əlaqədar olaraq İ.Şopen yazır ki, «Dağılmış kəndlərin
yaxınlığında, xüsusilə də dərələrin orta hissəsində çoxlu pis və baxımsız
vəziyyətdə qalan meyvə bağlırı var idi» (415,746). Onu da qeyd etmək
yerinə düşərdi ki, İrəvan xanlığı işğal olunduqdan sonra otuz beş meyvə
bağı xəzinənin ixtiyarına keçmişdi (415,951-958).
Bostançılıq da, İrəvan əhalisinin əsas kənd təsərrüfatı məşğuliyyəti
sahələrindən biri idi. Burada müxtəlif növdə tərəvəz məhsulları
yetişdirilirdi. Bostanlarda müxtəlif göyərtilər, soğan, çuğundur, lobya, xiyar,
kələm, noxud, yer kökü, xardal, badımcan, qarğıdalı, qarpız, yemiş və s.
tərəvəz bitkiləri əkilirdi (415,745-746; 395,28). İrəvan qarpızı və yemişi
daha
məşhur idi. Qarpız qışda və yayda əkilirdi. Bu bostan bitkisinin xuni,
ağabəy, qurbanağası, həsənbəy və digər növləri vardı. Yemiş isə dörd-
şallax, dostucan, carcar və tutma növü ilə məşhur idi. (395,28).
Yerli
əhali əkinçilikdə müxtəlif kənd təsərrüfatı alətlərindən istifadə
edirdi.
Mənbələrdə kənd təsərrüfatı alətləri haqqında ətraflı məlumat
veril
mişdi. İrəvan xanlığında torpaq kotan və xışla şumlanırdı. Şumlama
əsasən, payızda və yazda həyata keçirilirdi. Kotan çox ağır olduğundan
onunla
torpağı şumlamaq çətinliklə başa gəlirdi. Bu işdə beş adamın iştirakı
vacib idi. Dördü
qoşqu heyvanlarını dartır, beşincisi isə kotanı idarə edirdi.
Maraqlıdır ki, ağır kotanı dartmaq üçün on dörd cüt kəl və camış lazım
gəlirdi. Xışla torpağı şumlamaq isə asan idi. Ondan yazlıq əkin zamanı
istifadə edilirdi. Xışı bir və ya iki kəl dartırdı. Şumlanmış torpaq qollu
budaqlı ağacla malalanırdı. Aran yerlərində isə malalamaq əsasən, səliqə ilə
sarınmış çubuqlarla həyata keçirilirdi. Taxıl biçilərkən isə oraqdan istifadə
edilirdi (415,737-738).
Məhsul yığıldıqdan sonra onu xüsusi qayda ilə döyür və emal
edirdilər. Belə ki, «xırmanda məhsulu açıb və dağıdaraq döymək üçün
hazırlayırdılar. Aşağı hissəsinə böyük olmayan qırıq çay daşları
yerləşdirilmiş ağır taxtaya (vəl-E.Q.) bir neçə cüt öküz bağlayırdılar. Sonra
taxtanın üstünə uşaqları oturdurdular, onlar dairəvi öküzləri dərz üzrə o
vaxta
qədər qovurdular ki, nəhayət, iti daş dərzi samana çevirirdi. Sonra
küləkli gündə samanı havaya atırdılar, külək yüngül, doğranmış samanı bir
neçə addım kənara sovurur, bununla bərabər ağır olduğundan buğda toplu
halında ayaq altına düşürdü» (415,739-740).
234
İrəvan xanlığının kənd təsərrüfatında sünü suvarma sistemindən
geniş istifadə edilirdi. Bol sulu çayların olması xanlıqda kənd təsərrüfatının
inkişafına təsir göstərən əsas amillərdən biri idi. Dağlıq ərazilərdə əsasən,
dəmiyə üsulundan istifadə edilsə də, aran yerlərində süni suvarma geniş
yayılmışdı. İrəvanlıların əkin sahələrini suvarmaq üçün göstərdikləri
əziyyətlərə toxunan İ.Şopen yazırdı: «Belə ki, təlabat hünər yaradırdı. Yerli
əhali həm geodezi (yerin forma və ölçüsünü öyrənən elm-(E.Q.), həm də
hidravlik (suyun
müvazinət və hərəkəti şəraiti və qanunlarından və onların
praktik
tətbiqindən bəhs edən elm-E.T.) nəzəri məlumat olmadan, bəzən
vaterpasın (səthin üfqi vəziyyətini yoxlamaq üçün cihaz-E.Q.), bəzən də
gözəyarı çox çətinliklə, lakin sadə üsulla müvəffəqiyyətlə süni arxlar
çəkirdilər» (415,388).
İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra burada həyata
keçirilən kameral siyahıyaalınmada iri çaylardan ayrı-ayrı mahallara çəkilən
müxtəlif arx və kanalların adları qeyd olunmuşdu. Siyahıyaalınmada Araz
çayı İrəvan xanlığının kənd təsərrüfatının inkişafında böyük rol oynayan
əsas su mənbəyi kimi göstərilir. İrəvanlılar Araz çayından Sürməli və
Sərdarabad mahallarını başdan başa su ilə təmin edən onlarla arx
çəkmişdilər. Bu arxların bəziləri birbaşa Arazdan, digərləri isə ondan
çəkilmiş kanallardən götürülmüşdü. Qeyd etmək lazımdır ki, Araz sahilləri
daşlı və hündür olduğundan arxların çəkilişi çətinliklə başa gəlirdi.
Beləliklə, İrəvan xanlığında çaylardan çəkilən arx və kanallar bunlardır: 1.
Araz
çayından Sürməli mahalına çəkilən arxlar belə adlanırdı: Qul-Yusif,
Sərbaz arxı, Zülfüqar arxı, Evçilər arxı, Ağ arx, Məmiş gön arxı, Molla
Məhəmməd arxı, Yayçı arxı, Əli Qəmərli arxı, Xan xəbər arxı, Xəlfəli arxı,
İğdır arxı, Anac arxı, Qızıl arx, Daş arxı, Bəhərli arxı, Arhacı arxı, Dilənçi
arxı, Ağ çalı arxı. Bu arxlar içində ən böyüyü Qul Yusif arxı idi. Sərdarabad
mahalına çəkilən arxlar isə bunlardır: Zor arxı, Molla Bəyazid arxı, Şitli
arxı, Mənzərə arxı, Çaş arxı, Kərim arxı. Araz çayı həmçinin Saatlı
mahalının Söyüdlü, Hüseynkənd və Çıraxlı kəndlərini də su ilə təchiz edirdi.
2.
Qərbi Arpa çayı isə Saatlı mahalının kəndlərini su ilə təchiz edirdi. Onun
Araz
çayına töküldüyü mənsəbindən üç arx çəkilmişdi. Onlardan Hacı
Bay
ramlı və Ərmən arxı bir qədər böyük idi. 3.Hacıçaydan çəkilən suvarma
arxları Dərəkənd-Parçenis mahalını suvarırdı. Bu çaydan Parçeniyə çəkilən
arxlar Yal
arxı, Əkərək arxı, Yüzbaşı arxı, Dərə arxı, Kyəqin arxı adlanırdı.
Bundan
əlavə bu mahalı süni göl olan Abbasgöldən çəkilmiş Gödək arxı da
suvarırdı. Dərəkəndə isə Pirli çayından Kobak, Pyütkan arxları çəkilmişdi.
4.
Şimali Qarasu çayından çəkilən Üç-Türkmənli, Qarxun və Şərifabad
arxları Sərdarabad mahalını su ilə təchiz edirdi. 5.Körpü çayından çəkilən
Dostları ilə paylaş: |